Məhkəmə qərarları › İş №2(102)-3757/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3757/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3757/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil Novruz oğlunun, Cavabdeh1, Cavabdeh2 vəkili X12 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ rayon notariat kontoru, İsmayıllı rayon notariat kontoru, üçüncü şəxslər X9, X2 və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-308/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(037)-436/2019 saylı qətnaməsi ilə (hаkim R.S.Şirinov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ rayon notariat kontoru, İsmayıllı rayon notariat kontoru, üçüncü şəxslər X9, X2 və DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, İsmayıllı - Q əbələ yolunun 1.5 km-də yolun cənub hissəsində yerləşən, ümumi sahəsi 1419.4 kv.m. əmlak kompleksinə dair X10 ilə Cavabdeh2 arasında İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış 23 noyabr 2012-ci il tarixli, 4Ə-2/548 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 sentyabr 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-308/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov, M.R.Hüseynov) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(037)-436/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ rayon Notariat Kontoruna, İsmayıllı rayon Notariat Kontoruna, üçüncü şəxslər X6, X1 və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ rayon notariat kontoru, İsmayıllı rayon notariat kontoru, üçüncü şəxslər X9, X2 və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı - Qəbələ yolunun 1.5 km-də yolun cənub hissəsində yerləşə n, ümumi sahəsi 1419.4 kv.m. olan əmlak kompleksinin 23 noyabr 2012-ci il tarixdə İsmayıllı rayon dövlət Notariat Kontorunda 4Ə2/548 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 sentyabr 2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Qəbələ yolunun 1.5 km-də yolun cənub hissəsində yerləşən, ümumi sahəsi 1397.3 kv.m. olan 200 başlıq tövlə, idarə və xidmət sahələrindən ibarət, İsmayıllı şəhəri, keçmiş Bakı “Malqaratədarükemalı” X3 yardımçı təsərrüfatı Cavabdeh1, x9, x8 və onun tərəfindən dövlət əmlakı kimi 29761200 AZN-ə satı n alınmışdır. Birgə mülkiyyət hüquqları İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 14 iyun 2005-ci il tarixli, 6 nömrəli reyestr kitabının 77-ci səhfəsində 003967 qeydiyyat nömrəsi ilə qeydə alınaraq dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003967 saylı şəhadətnamə verilmişdir. Eyni zamanda birgə mülkiyyət hüquqları İsmayıllı rayonu üzrə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 25 iyul 2005-ci il tarixli, 3 nömrəli reyestr kitabının 29-cu səhfəsində qeydə alınaraq 226 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Ona məlum olmuşdur ki, birgə mülkiyyətçi Cavabdeh1 adından verilmiş saxta etibarnamələr əsasında bütün payçıların daşınmaz əmlaka dair sərəncamvermə hüququ Rasim Şərifliyə etibar edilmişd ir. Rasim Şərifli birgə mülkiyyətlərində olan daşınmaz əmlakı 23 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş 4Ə-2/548 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında 80.000 manata oğlu Cavabdeh2 satmışdır. Cavabdeh2 mülkiyyət hüququ DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınaraq 19 sentyabr 2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış və texniki pasport verilmişdir. Birgə mülkiyyətlərində olan əmlakın payına düşən hissəsinin özgəninkiləşdirilməsi barədə səlahiyyətlərini notarial qaydada təsdiq edilmiş etibarnamə ilə heç kimə etibar etməmiş və birgə mülkiyyətlərində olan əmlakın alqı-satqısı ilə əlaqədar Notariat Kontorunda olmamışdır. Birgə mülkiyyətlərində olan əmlakın icarəyə verilməsi nəticəsində əldə olunan gəlirdən onun payına düşən hissə verilmədiyi ü çün əmlakla maraqlanmış və nəticədə məlum olmuşdur ki, həmin əmlak Şamaxı rayon Notariat Kontoru tərəfindən verilmiş 29 avqust 2008-ci il tarixli, 7E-6/3057 reyestr nömrəli və Qəbələ rayon Notariat Kontoru tərəfindən verilmiş 20 sentyabr 2012-ci il tarixli, 7E9275 reyestr nömrəli etibarnamələr əsasında Rasim Şərifli tərəfindən 23 noyabr 2012-ci il tarixli, 4Ə-2/548 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında oğlu Cavabdeh2 satılmışdır. Şamaxı rayon Notariat Kontoru və Qəbələ rayon Notariat Kontoruna müraciət edərək 29 avqust 2008-ci il tarixli 7E-6/3057 və 20 sentyabr 2012-ci il tarixli 7E9275 reyestr nömrəli etibarnamələrin təsdiq edilməsinə dair reyestr kitablarından çıxarışların və etibarnamələrin surətlərinin təqdim edilməsini tələb etsə də həmin etibarnamələrin təsdiq edilməsinə da ir çıxarışlar və etibarnamələrin surətləri ona təqdim edilməmişdir. Cavabdeh1 birgə mülkiyyətlərində olan əmlak kompleksini istifadə edərək gəlir götürmək üçün həmin əmlak kompleksini girov qoyaraq pul götürmək istədiyini ona bildirmişdir. O, həmin vaxt ölkədə olmasa da birgə mülkiyyətlərində olan əmlak kompleksinin girov qoyularaq pul götürməsi üçün razılıq ərizəsi verməsi məqsədi ilə arvadının notariat kontoruna getməsindən məlumatlı olmuşdur. Cavabdeh1 bacısının əri olduğundan ona inanmışdır. Birgə mülkiyyətində olan daşınmaz əmlak onun razılığı olmadan saxta etibarnamə əsasında digər şəxsə satılmaqla onun mülkiyyət hüququları pozulmuşdur. Bu barədə onun əvvəlcədən məlumatı olmamışdır. Hesab edir ki, İsmayıllı rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 23 noyabr 2012-ci il tarix li, 4Ə-2/548 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqı-satqı müqaviləsinin əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qeydə alınmış19 sentyabr 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil Novruz oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar k i, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası İddiaçı teleqramına münasibət bildirmədən işə onun və nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil Novruz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 vəkili X12 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Cavabdeh Qəbələ regional “ASAN” Xidmət Mərkəzi Notariat Ofisi və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışd ır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Vəkil Novruz oğlunun, Cavabdeh2 vəkili X12 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub- olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə edilmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 14 iyun 2005-ci il tarixli, 003967 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, ümumi satış qiyməti əlli milyon on səkkiz min manat ol an İsmayıllı şəhəri, Bakı “Malqaratədarükemalı” X3 yardımçı təsərrüfatını özəlləşdirmək üçün dövlət büdcəsinə Cavabdeh1, X9, X2 və İddiaçı tərəfindən iyirmi doqquz milyon yeddi yüz altmış bir min iki yüz manat məbləğində vəsait ödənilərək özəlləşdirilmişdir. İş materiallarında olan Şamaxı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29 avqust 2008-ci il tarixli ƏN-İ N101768 nömrəli reyestrdə 7E-6/3057 nömrə ilə qeydə alınmış Cavabdeh1 tərəfindən X8 verilmiş etibarnamənin surətindən görünür ki, İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 tərəfindən X8 beş il müddətinə etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, 20 sentyabr 2012-ci il tar ixli ƏN-İ N067796 nömrəli reyestrdə 7E 9275 nömrə ilə qeydə alındığı və X2, X9 və İddiaçı adından onların verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndələri Cavabdeh1 X8 verdiyi qeyd edilən etibarnamədə İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən qeyri yaşayış sahəsinin X2, X9 və İddiaçı payına düşən hissənin özgəninkiləşdirilməsi üçün X2, X9 və İddiaçı verdikləri etibarnamə əsasında hərəkət edən nümayəndələri Cavabdeh1 X8 iki il müddətinə etibar etdiyi qeyd edilmişdir. İşdə olan 23 noyabr 2012-ci il tarixli, 4Ə-2/548 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 15 noyabr 2012-ci il tarixdə verilmiş 3377 nömrəli arayışa əsasən İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən 1986-cı ildə tikilmiş bir mərtəbəli ümumi sah əsi 1419.4 kv.m. olan Liter A,B,C olan Cavabdeh1, X9, X2 və İddiaçı birgə mülkiyyətində olan əmlak kompleksi 23 noyabr 2012ci il tarixli, 4Ə-2/548 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verdiyi etibarnamə əsasında hərəkət edən Rasim Şərifli tərəfindən 80.000 manata oğlu Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən 0.1529 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 1386.1 kv.m. olan əmlak kompleksi kimi müəssə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş ma teriallarına əlavə edilmiş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2014-cü il tarixli, 407-1928/491 inventar nömrəli texniki pasportun surətindən görünür ki, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən 1986-cı ildə tikilmiş bir mərtəbəli ümumi sahəsi 1419.4 kv.m. olan Liter A,B,C olan əmlak kompleksi kimi müəssə hüquq subyekti kimi Cavabdeh2 adına qeydə alınmışdır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli, 2(037)-292/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilmişdir ki, Cavabdeh1 Cavabdeh2, üçüncü şəxslər X9, X2, İddiaçı, X7, İsmayıllı rayon Notariat Kontoru və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı 23 noyabr 2012-ci il tarixli, AN-ı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş RX seriyalı * ****** saylı 19 sentyabr 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindəbn çıxarışın və Cavabdeh2 ilə X7 arasında bağlanmış 23 iyul 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və əmlakın ona qaytarılması tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş 14 avqust 2019-cu il tarixli, 18864 nömrəli Məhkəmə Ekspertia Mərkəzinin ekspert rəyindən müəyyən edilir ki, 20 sentyabr 2012-ci il tarixli ƏN-İ N067796 nömrəli reyestrdə 7E 9275 nömrə ilə qeydə alınmış etibarnamədə “İMZA” qrafasında əks olunan imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir, alqı-satqı müqaviləsinin anlayışı isə Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin alqı-satqı müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin va hidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli y anılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 377.1-ci ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlməmişdir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan obyekt 2010-cu ildən Cavabdeh2 atası Rasim Şəriflinin istifadəsi və sahibliyində olmuş, 23 noyabr 2012-ci ildə bağlanmı ş alqı-satqı müqaviləsindən sonra da Cavabdeh2 mülkiyyətinə keçməklə onun istifadəsi və qanuni sahibliyində olmuşdur. Yəni, həmin obyekt alıcıya təhvil verilmişdir. İş materiallarından görünür ki, sözügedən alqı-sаtqı müqаviləsi аlıcı və sаtıcı tərəfindən imzаlаnmış, əmlаkın dəyəri (80.000 manat) ödənilmiş, rəsmi nikahda оlаn birgə mülkiyyətçilərin аrvаdlаrı Kаzımоvа Xurаmаn Hаcı qızı, Zülfiyevа Svetа Sədi qızı, Kаzımоvа Mirbəsirə Mirsаlаm qızının nоtаriаt qаydаsındа təsdiq оlunmuş rаzılıq ərizələri аlındığından bu onu göstərir ki, İddiaçı оğlu və digər mülkiyyətcilər, onların arvadları mübahisə predmeti olan əmlаk kоmpleksinin satılmasından xəbərləri olmuş və onların mübahisəli əmlakın satılması barədə razılıqları olmuşdur. Hazırkı iş üzrə iddiaçının və Cavabdeh1 və üçüncü şəxslərin müb ahisə predmeti olan əmlaka dair alqı-satqı müqaviləsinin bağlanarkən məlumatları olması qanuni qüvvəsini almış məhkəmə qərarları ilə də öz təsdqini tapmışdır. (işə əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsinin surəti). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahə sinə dair alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 7 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız i ki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, İddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etməsini və tələbin həm də iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsində baş vermiş pozuntuların aradan qaldırılması haqqında olmasını qeyd etməklə səhv nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmuş olsa belə, iddiaçı həmin müqavilənin etibarsızlığını mübahisələndirilməsinin qanunl a müəyyən edilmiş müddətini ötürmüşdür. Kassasiya kollegiyası kassasiya şikayətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı teleqramına münasibət bildirilmədən işə onun və nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasına münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, 10 fevral 2020-ci il tarixli məhkəmə iclasında teleqram müzakirə edilmiş və cavabdehin vəkili X12 oğlu İddiaçı məhkəmə iclasına ünvanlandığı teleqramların prosesin baş tutmasına maneəçilik xarakteri daşıdığını bildirmişdir (i/v 60-61). Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş material ları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstə rilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-308/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar