Məhkəmə qərarları › İş №2-2(1-8)-102/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-102/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(1-8)-102/2026 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 noyabr tarixli, 2-2(103)-1172/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:

1. İddiaçı MMC ( bunda n sonra-“iddiaçı”) Cavabdeh MMC-yə ( bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 15.815.70 manat məbləğində borcun, borcun vaxtında geri qaytarılmamasına görə hesablanmış 6.150 manat məbləğində cərimənin və ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 22.121,70 manat pulun, 2.000 ABŞ dolları məbləğində məhkəmə xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 sentyabr tarixli, e-2-2(113)4136/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2022-ci il 26 iyul tarixli müqaviləyə əsasən əsas borc üzrə 15.815, 70 manat, cərimə borcu üzrə 800 manat olmaqla, ümumilikdə 16.615, 70 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödəni lməsi,dövlət rüsumunun əvəzi olaraq 139, 84 manat məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim K.Hüseynov).

3. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 noyabr tarixli, 2-2(103)-1172/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim Z.Şirinov, haki mlər L.Əliyeva və T.Mahmudova).

5. Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

7. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən- əsas borc üzrə 15.815, 70 manat, cərimə borcu üzrə 800 manat olmaqla, ümumilikdə 16.615, 70 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilə n hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda cavabdeh kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununda, cavabdehin keçmiş dövrlərdən qalan və hazırki müqavilə üzrə olan qüsur aktlarına əsasən iddiaçıya təhvil verilən mallar üzrə vəsaitlər çıxıldıqdan sonra qalıq məbləği ödəməyə hazır olduğu qeyd edilmiş, tərəflər arasında olan 128-AD220316-2022 saylı, 2022-ci il 26 iyul tarixli müqavilə üzrə ödənilməmiş qaimələr üzrə toplam dəyəri 1376 azn olan, eyni zamanda ***-**** saylı, 2021-ci il 1 iyun tarixli müqavilə üzrə 6 qüsur aktına əsasən dəyəri 2958 azn təşkil edən məhsullar və şirkət üzərinə əsassız və qanunsuz olaraq yazılan 800 manat məbləğində cərimə məbləği mübahisələndirilmişdir.

9. Məhkə mə kollegiyası cavabdehin kassasiya şikayətində mübahisələndirilən məbləğin 5134 (1376+2958+800) manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehin hazırki icraat çərçivəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan, MPM-nin istinad olunan 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.

10. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyaları nın qətnamələrindən kassasiya şikayəti verilə bilər (MPM-in 402.1-ci maddəsi).

11. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əssən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

13. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 noyabr tarixli, 2-2(103)-1172/2025 nömrəli qətnaməsindən Cavabdeh tərə findən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar