Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3768/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X3 iştirakı ilə, Cavabdeh1tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)4180/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) xx xxxx 2019-cu il tarixli 2(044)-2116/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, “xxxxxxxxxxx”MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il, tarixli ******* nömrəli müqavilənin ləğv edilməsi; Cavabdeh1 İMEİ kodu **********48163 Samsung J2 markalı telefon üçün 299 ödənilməmiş hissə, 90 manat dəbbə pulu, Ütü masası Braun, Ütü Braun üçün 231 manat ödənilməmiş hissə, 69 manat dəbbə pulu, Samsung LED üçün 1876 manat ödənilməmiş hissə,563 manat dəbbə pulu, ümumilikdə 3128 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3158 manat alınaraq iddiaçı “xxxxxxxxxxx”MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Rəhman Muradov sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Azər Bayramov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCava bdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(044)-2116/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh1 qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən İMEİ kodu **********48163 Samsung J2 markalı telefon üçün 299 ödənilməmiş hissə və 90 manat dəbbə pulu, ütü masası Braun, Ütü Braun üçün 231 manat ödənilməmiş hissə və 69 manat dəbbə pulu, Samsung LED üçün 1876 manat ödənilməmiş hissə və 563 manat dəbbə pulu, ümilikdə 3128 manat borc və ödənilməmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC tələbini o nunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İMEİ kodu **********48163 Samsung J2 markalı telefon, Ütü masası Braun, Ütü Braun və Samsung LED satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və cəmi 426 manat ödəniş etmişdir. Nəticədə cavabdehin İMEİ kodu **********48163 Samsung J2 markalı telefon üçün 299 ödənilməmiş hissə, 90 manat dəbbə pulu, Ütü masası Braun, Ütü Braun üçün 231 manat ödənilməmiş hissə, 69 manat dəbbə pulu, Samsung LED üçün 1876 manat ödənilməmiş hissə, 563 manat dəbbə pulu olmaqla, cəmi 3128 manat borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabde h1 kasasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X4 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kolle giyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən cərimə borcunun tutulması hissədə dəyişdirilməli, cərimə borcunun ümumi məbləği 100 manat müəyyən edilməli, cərimə borcuna uyğun olaraq tutulacaq ümumi borcun məbləği 2506 manat müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh1 əşyalarının dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ kodu **********48163 “Samsung J2” markalı telefon, Ütü masası “Braun”, Ütü “Braun” və “Samsung LED” satılmış və buna dair tərəflər arasında xx xxxxxxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləri bağlanmışdır. Müqavilə üzrə “xxxxxxxxxxx” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödənişləri vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görədə iddiaçı hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. A zərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci madd əsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdir ilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hes ab edərək qeyd etmişdir ki, tərəflər arasında əşyaların alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilənin şərtlərində ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr olduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə 1 faiz cərimə hesablanaraq müştəri tərəfindən mübahisəsiz olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh əşyaların dəyərini müəyyən edilmiş ödəniş cədvəlinə uyğun ödəmədiyindən İMEİ kodu **********48163 “Samsung J2” markalı telefon üçün 299 əsas, 90 manat cərimə, Ütü masası “Braun”, Ütü “Braun” üçün 231 manat əsas, 69 manat cərimə, “Samsung LED” üçün isə 1876 manat əsas, 563 manat cərimə borcu yaranmış, birinci instansiya məhkəməsi həmin məbləğlərin cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası m əhkəməsi cavabdehdən əsas borcun tutulması hissədə düzgün nəticəyə gəlsə də, məhkəmənin cərimə pulunun tutulması hissədə tələb edilən cərimə borcunun azaldılmasının mümkünlüyünü müzakirə etməmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə 4 məhsulu nisyə alqı-satqı müqaviləsinə əsasən satmışdır. Satılmış məhsulların dəyəri cavabdeh tərəfindən tam ödənilməmiş, iddiaçı tərəfindən ödənilməmiş əsas borcla yanaşı, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq cərimə borcu da hesablanmışdır. Belə ki, iddiaçının tələbinə əsasən “Samsung J2” markalı telefon üçün 299 əsas, 90 manat cərimə, “Braun” markalı ütü masası və Braun” markalı ütü üçün 231 manat əsas, 69 manat cərimə, “Samsung LED” üçün isə 1876 manat əsas, 563 manat cərimə, ümumilikdə 2406 manat əsas, 722 manat cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış əsas borcun) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, yaranmış əsas borcun və cərimənin miqdarını müqayisə edib, əsas borcun cavabdehin ödəyə bilməməsini, gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq h esab edir ki, iddiaçının ümumilikdə 722 manat cərimə pulu hesablanması cavabdeh tərəfin maddi vəziyyətinə uyğun olmadığından, həmin məbləğ azaldılaraq iddiaçının tələb etdiyi məbləğdə deyil, 100 manat məbləğində tutulmalıdır. Cərimə borcu 100 manata azaldıldığından ümumi borcun məbləği də ona uyğunlaşıdırılaraq əsas 2506 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kolleg iyasının 2(104)-4180/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən cərimə və ümumi borcun tutulması hissədə dəyişdirilsin. Cərimə borcunun məbləği 100 manat, cərimə borcuna uyğun olaraq tutulacaq ümumi borcun məbləği 2506 manat müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3768/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3768/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver