Məhkəmə qərarları › İş №2(102)-3768/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3768/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3768/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti imzalanmadıqda, hüququ olmayan şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2728/2025 nömrəli, 2 iyul 2025ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardad ı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-346/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdulayev) "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 5278 saylı kredit müqaviləsi üzrə yaranmış 41.353,96 manat əsas borc, 7.452,71 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 7.575,82 manat faiz borcu, cəmi 56.382,49 (əlli altı min üç yüz səksən iki manat, qırx doqquz qəpik) manat borc, borcun təminatı kimi çıxış edən Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilə yönəldilmiş, həmin daşınmaz əmlakın ilkin satış qiymə tinin (likvid dəyəri) 426.000 (dörd yüz iyirmi altı min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və "xxxx" ASCnin tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 259,15 manat və xidmət haqqı kimi ödənilmiş 0,42 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 51 manat və xidmət haqqı kimi ödənilmiş 1,48 manat, cəmi 312,05 (üç yüz on iki manat, beş qəpik) manat məbləğində pulun tutulması, iddia tələbin in qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2728/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

4. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

5. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud, hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

7. Cavabdeh1 tərəfindən kassasiya şikayəti imzalanmamışdır. Təqdim edilmiş kassasiya şikayəti yalnız vəkil X3 tərəfindən imzalanmış, lakin sonuncunun bu səlahiyyətə malik olmasına dair etibarnamə kassasiya şikayətinə əlavə edilməmişdir. İş materiallarında olan, sözügedən cavabdeh tərəfindən onu apellyasiya baxışında təmsil edən həmin vəkilə verilmiş etibarnamənin müddəti bitmişdir.

8. Kassasiya şikayət i onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassasiya şikayəti imzalanmamışsa, yaxud, hüququ olmayan şəxs tərəfindən imzalanmışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. (§4-5)

9. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə şikayətin dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

11. Məhkəmə kollegiyası qeyd olunanl ara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

12. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2728/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar