Məhkəmə qərarları › İş №2(102)-3769/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3769/2020

05.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3769/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 və vəkili X10 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən İddiaçı, vəkili X2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili X19 tərəfindən verilmiş kassasiya şikayətiləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, mərhum əri xdan miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın birinci növbə vərəsələr arasında bölüşdürərək, payların müəyyən edilməsi, həmin ünvandakı torpaq sahəsinin 0,133 hektarının, ümumi sahəsi 43,8 kv.m olan iki otağın üçdə bir hissəsinin, sahəsi 37 kv.m olan əlavə köməkçi otağın, sahəsi 22 kvm olan əl damının və sahəsi 16 kv.m olan hamamın 2/3 hissəsinin mülkiyyət hüququnun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və İsmayılova Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ünvan 2 ünvanda yerləşən 0,20 ha torpaq sahəsinə X11, X4 adına tərtib edilmiş xx xxxxxx 2005ci il tarixli JN-489 A Kod 50901004 olan şəhadətnamənin etibarsız hesab edilməsi, istifadələrində olan 0,20 həyətyanı torpaq sahəsinə bərabər, yəni 0,04 ha ölçüdə mərhum atalarının, 0,04 ha mərhum qardaşlarının və 0,04 ha ölçüdə cavabdehin mülkiyyət paylarının müəyyən edilməsi, mərhum atalarının payına düşən 0,04 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsində iddiaçı Cavabdeh2, ¼ hissəsində iddiaçı Cavabdeh1 ¼ hissəsində mərhum qardaşları Tapdıq İsmayılovun vərəsələrinin mülkiyyət paylarının müəyyən edilməsi, həmin torpağa iddiaçıların, mərhum qardaşlarının vərəsələrinin və cavabdehin hər birilərinin 0,05 hissədə mülkiyyət paylarının müəyyən edilməsi, sahəi 37 km.m olan əlavə köməkçi otağın, sahəsi 22 kv.m olan əl damının və sahəsi 6 kv.m olan hamamın, evn birinci mərtəbədəki otaqların ¼ hissəsində cavabdehin ¼ hissəsində iddiaçı Cavabdeh2, ¼ hissəsində iddiaçı Cavabdeh1, ¼ hissəsində mərhum qardaşları Tapdıq İsmayılovun vərəsələrinin mülkiyyət paylarının müə yyən edilməsi və qeyd olunan qaydada həmin paylara onların müəlkiyyət hüquqlarının tanınması, mərhum qardaşlarının vərəsələrini payının açıq saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Xocalı Rayon Məhkəməsinin x saylı mülki iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Məlikov) ilk iddia təmin ediляряк, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın birinci növbə vərəsələr arasında bölüşdürülərək, həmin ünvandakı torpaq sahəsinin 0.133 hektarının, ümumi sahəsi 43.8 kv.m olan iki otağın üçdə bir hissəinin, sahəsi 37 kv.m olan əlavə köməkçi otağın, sahəsi 22.kv.m olan əl damının və sahəsi 16 kv.m olan hamamın 2/3 hissəninin mülkiyyət hüququnun iddiaçı X12 verilməsi, qarşılıqлы iddiaнын qismən təmin edilməsi, mərhum X6 miras qalmış ünvan 1 ünva nda yerləşən torpaq sahəsinin 0.067 hektarının, ümumi sahəsi 43.8 kv.m olan iki otağın üçdə iki hissəsinin, sahəsi 37 kv.m olan əlavə köməkçi otağın, sahəsi 22 kvm olan əl damının və sahəsi 16 kvm olan hamamın 1/3 hissəsinin mülkiyyət hüququnun ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilməsi, qarşlılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, iş üzrə 108 (bir yüz səkkiz manat) ekspertiza tədqiqatnın dəyəri iddiaçı X20, cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sərlik edən və məruzəçi), İ.Şəfiyev və.Hüseynzadə) xx.xx.2019-ci il tarixli, x nömrəli qətnam əsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Xocalı Rayon Məhkəməsinin x nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmiş, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən sahəsi 37 kv.m olan əlavə köməkçi otağın, sahəsi 22.kv.m olan əl damının və sahəsi 16 kv.m olan hamamın 2/3 hissəninin mülkiyyət hüququnun iddiaçı X12 verilməsi, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən sahəsi 37 kv.m olan əlavə köməkçi otağın, sahəsi 22 kvm olan əl damının və sahəsi 16 kvm olan hamamın 1/3 hissəsinin mülkiyyət hüququnun ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilməsi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, həmin hissədə ilk iddia, həmçinin qarşılıqlı idd ianın qismən təmin edilməsi, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən sahəsi 37 kv.m olan əlavə köməkçi otaq, sahəsi 22.kv.m olan əl damı və sahəsi 16 kv.m olan hamamdan ibarət olan miras əmlakın 1/3 hissəsi üzərində X7, 1/3 hissəsi üzərində Cavabdeh2 və 1/3 hissəsi üzərində Cavabdeh1 qanun üzrə vərəsələr kimi payları müəyyən edilməsi, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlkin və qarşılıqlı iddiaçılar Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: İlkin iddiaçı həmin qətnamənin dəyişdirilərək, iddianın ünvan 3 ünvanda yerləşən sahəsi 37 kv.m. olan köməkçi otaq, sahəsi 22 kv.m. olan əl damı və sahəsi 16 kv.m. olan hamamdan ibarət miras ə mlaka aid hissədə də təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçılar qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Hər iki kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İlkin İddiaçı qarşılıqlı iddiaçıların kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili xözlərinin kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, cavabdehlərin kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Cavabdeh2 və vəkili E.Abdullay ev də özlərinin kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. JN 489 A kod 50901004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti ilə təsdiq edilir ki, Goranboy rayon aqrar islahat komissiyasının xx xxxxxx 1999-cu ul tarixli 35 saylı qərarına əsasən 0,20 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ iddiaçı Hamayə Hüseynovaya və mərhum xa verilmişdir. Gəncə İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarının surətindən göründüyü kimi, həmin qərara əsasən iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh Goranboy rayon İcra Hakimiyyətinə qarşı xx xxxxxx 2005-ci il tarixli JN-489 A KOD 50901004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd olunmuş X14 və X8 0,20 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə aid olan hissədə Goranboy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 35 nömrəl i qərarının etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi JN 489A kod 50901004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan Goranboy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 35 nömrəli qərarının etibarsız hesab edilməsi barədə Cavabdeh2 və Cavabdeh1 iddiası təmin edilməmişdir. «Nikahın bağlanması haqqında» şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən müəyyən edilir ki, X21 ilə X15 xx xxxxxx 1988-ci ildə rasmi nikah bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəəllənin 32.1.-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torp ağın mülkiyyətə verilməsinə dair JN 489A kod 50901004 nömrəli şəhadətnamənin etibarsız sayılması üçün qanunda göstərilmiş sübutlardan heç biri mövcüd olmadığından, həmin şəhadətnamə əsasında iddiaçı Hamayə Hüseynovanın və mərhum xun ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçı Hamayə Hüseynovanın payının müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Həmin hissədə apelyatorların dəlilləri əsassızdır və təmin oluna bilməz. Həmin torpaq sahəsinin mərhum xun payına düşən digən ½ hissəsinin mərhumun birinci növbəli vərəsələri olan, hazırki işdə tərəflər arasında bərabər bölünməsi ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X21 xx xxxxxx 2015-ci il tarixdə ölmüşdür. İlk iddiaçı xonun rəsmi nikahda olan arvadı, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə ölənin uşaqları olmaqla, hər üçü ölənin birinci növbəli vərəsələridir və onların hər üçü öləndən miras qalmış əmlakı faktiki qəbul etmişlər. İşin bu hallarını heç bir tərəf mübahisələndirmir. Həmiçnin iş materiallarından müəyyən edilir ki, X11 Tapdıq adlı oğlu 2009-cu ildə atasından əvvəl ölmüşdür. İş materiallarından onun vərəsələrinin olması və onların miras əmlaka iddialı olması barədə heç bir sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinin mətn və məzmununa əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları,.. arvad (ər), valideynlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Beləliklə, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,20 ha torpaq sahəsinin 0.133 hektarı üzərində Hamayə Hüseynovanın payının müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Həmçinin mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 43.8 kv.m olan iki otağın üzərində hər bir vərsənin payının üçdə bir hissə müəyyən edilməsi hissədə məhkəmənin gəldiyi nəticə doğru olmuşdur. Bununla belə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən sahəsi 37 kv.m olan əlavə köməkçi otağın, sahəsi 22.kv.m olan əl damının və sahəsi 16 kv.m olan hamamın 2/3 hissəninin mülkiyyət hüququnun iddiaçı X12 verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 43.8 kv.m olan iki otağın üçdə iki hissəsinin, sahəsi 37 kv.m olan əlavə köməkçi otağın, sahəsi 22 kvm olan əl damının və sahəsi 16 kvm olan hamamın 1/3 hissəsinin mülkiyyət hüququnun ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmamışdır. Belə ki, mülki işin materiallarında olan xrayon xalq məhkəməsinin (indiki Goranboy rayon məhkəməsinin) xx xxxx 1989-cu il tarixli 2-06 nömrəli qətnaməsinə əsasən iddia X11 cavabdehlər X5 və qeyrilərindən mülkün bölünməsi tələbinə dair iddiası təmin olunmuş, x(indiki Goranbo y) şəhəri Sovet küçəsində yerləşən, ümumi sahəsi 43,8 kv.m olan iki otaq və əlavə köməkçi otaqlara şəxsi mülkiyyət hüququ saxlanılmaqla ona verilməsi, həmin evin ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 24 kv.m olan iki otağın və23 kv.m olan aynabənd və 12,2 kv.m olan mətbəxin əlavə köməkçi otaqların şəxsi mülkiyyət hüququ ilə cavabdehlər X13, Cavabdeh1 və Cavabdeh2 verilməsi, evin bu hissəsinin onların arasında bərabr bölünməsi, Kirovabad (indiki Gəncə) zona texniki invertarlaşdırma bürosunun vermiş olduğu xx xxxx 1987-ci il tarixli 1092 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, tərəflərin adına ayrı-ayrılıqda yeni qeydyyat vəsiqələrinin verilməsi qət edilmişdir. Göstərilən qətnamə əsasında mərhum X11 adına xx xxxxxx 1989-cu il tarixli 73 nömrli reyestrdə 10 nömrə ilə qeydə alınmış y eni qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. İş materiallarında olan: Goranboy rayon xalq məhkəməsinin xx xxxxxx 1991-ci il tarixli 2-28 nömrəli qətnaməsinə əsasən iddia X16 cavabdehlər X5 və qeyrilərindən əlavə köməkçi otaqlardan çıxarılma tələbinə dair iddiası hissə ilə təmin olunmuş, cavabdeh X9 bütün ailə üzvləri ilə birlikdə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaçı X14 məxsus ünvan 4 ünvanda yerləşən, sahəsi 37 kv.m olan əlavə köməkçi otaqdan çıxarılmaları və həmin otağın iddiaçı X11 istifadəsinə verilməsi qət edilmişdir. Gəncə zona texniki invertarlaşdırma bürosunun verdiyi aprel 1987-ci il tarxili 532 nömrəli arayışla təsdiq edilir ki, mərhum xa məxsus mülk sahəsi 68,0 kv.m, yaşayış sahəsi 47,0 kv.m, koməkçi sahəsi 36,0 kv.m olan evdən, tövlədən, sahəsi 21,0 kv.m olan əl damından, sahəsi 15,0 kv.m olan hamamdan ibarət olmaqla, ümumi torpaq sahəsi 2820,0 kv.m-dir. Qasım İsmayıl (indiki Goranboy) şəhər XDS İcraiyə Komitəsinin həmin rayon xalq məhkəməsinə ünvanladığı xx xxx 1990-cı il tarixli 815 nömrəli məktubdan göründüyü kimi göstərilən məhkəmənin 2-106 nömrəli icra vərəqəsi icra olunaraq məhkəmə qətnaməsinə əsasən hər iki tərəfə evin ayrılmış hissələrinə müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədlər verilmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan tikililər mərhum xa onun ilk iddiaçı xilə rəsmi nikaha daxil olduğu gündən əvvəl məxsus olmuşdur. İşə baxmış məhkəmə isə həmin tikililəri mərhum xun və ilk iddiaçı Hamayə Hüseynovanın birgə əmlakı kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi gə ldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq edilir ki, göstərilən qətnamə icra olunaraq x iddiaçı xilə birlikdə həyətdə olan tövləyə köçmüş, istifadələrində olan, digər köməkçi otaqla, yəni sahəsi 22 kvm olan əl damı və sahəsi 16 kvm olan hamamla birlikdə hamısını təmir etdirib yaşayış üçün yararlı hala salmışlar və orada yaşamağa başlamışlar. Həmin vaxt göstərilən tikililərin heç biri insan yaşayışı üçün yararlı olmamışdır. Göstərilən tikililər inşa olunarkən ev heyvanları üçün nəzərdə tutulmuş, tövlə və əl damı kimi istifadə edilmişdir. İddiaçı x xla birlikdə həmin tikililəri yaşayış üçün yararlı hala salmaq üçün öz vəsaitləri hesabına tikinti materialları əldə etmiş, tövləyə döşəmə və tavan vurmuş, digər təmir-tikinti işlər i aparıb, həmin tikililərdə x ölən günə kimi onunla birlikdə yaşamaqla ümumi təsərrüfatı birgə idarə etmişlər. x öldükdən sonra iddiaçı xgöstərilən otaqlarda yaşamaqda və təsərrüfatı idarə etməkdə davam etmişdir. Bundan əlavə o, mirasın qəbulu barədə notariat orqanlarına ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə istinad etmişdir. Həmin qanun normasına əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıl a bilər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsi nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayıla bilməsini əmlakın dəyərinin xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) ilə şərtləndirir və həmin əmlakın mütləq onların birgə mülkiyyəti sayılmalı olması barədə imperativ göstəriş verməyərək, həmin halın mümkünlüyünü nəzərdə tutur. Ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakı nın onların birgə mülkiyyəti sayıla bilməsi əmlakın dəyərinin xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) sübutlara əsasən müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Azərbaycan Respublika sının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarina müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalniz məhkəmə iclasinda tədqiq olunmuş sübutlarla əsaslandirir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydin və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqaristana» qarşi xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün soy kəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yukundən azad edə, yaxud sübut etmə yükünü boluşdurə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşə birinci instansiya məhkəməsində baxılan zaman ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatlarında bildirmişlər ki, həmin tikililər onların mərhum atalarının sağılığında tikilmiş, X7 onların ataları ilə birlikdə yaşadığı dövrdə həmin tikililərdə cüzi təmir işləri aparılmışdır. Onların izahatlarında qeyd etdikləri bu xüsusatları mülki işin materiallarının 89-94-cü vərəqələrində olan, notarius tərəfindən təsdiq edilmiş ərizələrində qonşular- x, x, x, x, x də göstərmişlər. Həmçinin, işə məhkəmədə baxılarkən x, x və x da şahidlər kimi həmin ərizələrdə göstərilən xüsusatları təsdiq edən ifadə vermişlər (məhkəmənin xx.xx.2017-ci il tarixli iclas protokolu, iş, 1-ci cild, 145-152). Həmin şahidlərin ifadələrindən mərhum xa məxsus olan həmin tikililərdə əsaslı təmirin, yenidənqurmanın və.s kimi işlərin aparıldığı və həmin işlərə əsaslı vəsaitin xərcləndiyi müəyyən olunmur. Lakin, işə baxmış birinci instansiya məhkəməsi nə həmin şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, nə də ki, Cavabdeh2 və Cavabdeh1 izahatlarında qeyd etdiyi bu xüsusatlara heç bir ümumiyyətlə qiymət verməmişdir. Bundan əlavə, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 evə baxış keçirilməsi barədə vəsatət vermələrinə baxmayaraq, məhkəmənin iclas protokollarından müəyyən olunur ki, məhkəmə həmin miras əmlaka baxış da keçirməmişdir. Göründüyü kimi, həmin tikililəri mərhum xun və ilk iddiaçı Hamayə Hüseynovanın birgə əmlakı kimi qəbul edilməsi üçün işdə kifayət edən sübutlar olmamaqla, cavabdeh tərəfin təqdim etdiyi dəlillər həmin halın fakt kimi müəyyən edilməsi barədə güvənli nəticəyə gəlinməsinə əsas vermir. Ona görə də apelyasiya məhkəməsi hesab etmişdir ki, mərhum xdan miras qalmış həmin tikililər yalnız onun özünə məxsus olmuş əmlak kimi qiymətləndirilməli və həmin əmlak da işdə tərəflər olan üç vərəsə arasında bərabər paylarla bölünm əlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar