Məhkəmə qərarları › İş №2(102)-3771/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3771/2020

19.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3771/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1 XXXoğlu, vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 XXXoğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(013)89/2019, hakim E.A.Bayramov) İddiaçı Cavabdeh1 XXXoğlu, C avabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 3.700 manat və nişan üzüyü və ya onun dəyəri olaraq 1500 manat olmaqla, cəmi 5.200 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia mənəvi zərərə dair hissədə rədd edilmiş, Cavabdeh1 XXXoğlu və Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, 800 manat dəyərində nişan üzüyünün və ya dəyərinin İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçılara verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov, Ş.M.Əliyeva, Ə.İ.Məmmədov № 2(104)-2353/2019) Cavabdeh1 XXXoğlu və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə onlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh1 XXXoğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən nişan üzüyünün və ya dəyəri olan 1500 manat, toy xərci üçün üçün verdiyi 3.200 manat, nəqliyyat üçün xərclənmiş 500 manat və mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin may ayında iddiaçı ilə cavabdehlərdən Cavabdeh3 nişanlanmış və xx xxxxxx 2018-ci il tarixə “qız toyu” mərasimi, xx xxxx xxxx 2018ci il tarixdə isə “oğlan toyu” mərasiminin keçirilməsi barədə razılığa gəlinmişdir. Qız toyu mərasiminin keçirilməsi üçün iddiaçı tərəfindən cavabdeh tərəfə 1.900 manat, 1.000 manat, 300 mana və 500 manat olmaqla, cəmi 3.700 manat pul vəsaiti verilmiş və 1500 manata nişan üzüyü alınmışdır. Sonradan münasibətləri pozulmuşdur və həmin pullar iddiaçı tərəfindən tələb edilsə də, cavabdeh tərəf həmin məbləğləri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda, Cavabdeh1 XXXoğlu və Cavabdeh3 İddiaçı qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması və pul tələbinə dair qarşılıqlı iddia qaldıraraq tələblərini onunla əsaslandırmışlar ki, mərasimin təşkil edilməsi məqsədilə restorana 4600 manat ödəmişlər və oğlan tərəfindən 60 nəfər dəvət edilərək həmin mərasimdə iştirak etmişdir. İddiaçı on a alınmış nişan üzüyünü bəyənmədiyindən mübahisə yaratmış və Cavabdeh3 ilə evlənməkdən imtina etmiş, bununla da onlara maddi və mənəvi zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilmiş 1900 manat məbləğində pul nişan mərasiminə xərclənmiş və həmin mərasimdə oğlan tərəfindən 60 nəfərə yaxın qonaq iştirak etmişdir. Eyni zamanda qız toyunun keçirilməsi üçün verilmiş 1500 manatın müqabilində isə restoranda 43 nəfərlik stol ayrılmış və hər bir stol 35 manatdan hesablanamaqla restorana yalnız həmin qonaqlar üçün 1470 manat pul xərclənmişdir. İddiaçı tərəfindən kiçik tutumlu avtomobillərə ödənilən 500 manata gəldikdə isə, İddiaçı tərəfindən bu barədə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, toy mərasiminin baş tutmamasının səbəbkarı isə İddiaçı özü olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlkin və qarşılıqlı iddia tələblərinin əsasını maddi və mənəvi zərərin ödənilməsi təşkil edir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh3 2018-ci ilin nişanlanmışlar, xx xxxxxx 2018-ci il tarixdə “qız toyu” mərasimi keçirilmiş, lakin aralarında mübahisə yarandığından “oğlan toyu” mərasimi baş tutmamışdır. Hər iki tərəf hazırda həmin mərasimlər üçün çəkilən xərcin, eyni zamanda mənəvi zərərin əvəzinin qarşı tərəfdən onun xeyrinə tutulmasını tələb edir. İddiaçı Cavabdeh3 1500 manat dəyərində nişan üzüyü aldığını, bundan başqa qarşı tərəfə ümumilikdə 3700 manat pul verdiyini göstərmişdir. Cavabdeh3 və Cavabdeh1 nişan mərasimi üçün 1200 manat, qız toyu üçün restorana 4600 manat, cehiz əşyalarının alınmasına görə 7788 manat məbləğində pul xərclədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçılə Cavabdeh3 2018-ci ilin may ayında nişanlanmışlar və ailələr toy hazırlıqları görmüşlər. İlkin iddia üzrə cavabdeh ailənin özlərinin etirafına görə toy hazırlıqları üçün İddiaçı və ailəsi tərəfindən onlara ümumilikdə 1900 manat pul verilmişdir, həmçinin Cavabdeh3 nişan üzüyü kimi 1500 manat dəyəri olan üzük alınmışdır. Tərəflərin razılığına görə, xx xxxxxx 2018-ci il tarixdə qız tərəfi, xx xxxxxxxx 201 8ci il tarixdə isə oğlan tərəfi toy etməli idi. Toylara hazırlıqlar aparılarkən İddiaçı tərəfindən restoran üçün beh kimi 1000 manat, musiqiçilər üçün 300 manat pul verilmişdir. Həmçinin adamların daşınması üçün İddiaçı 500 manat kiçik tutumlu avtobuslara pul xərcləmişdir ki, məhkəmə həmin xərclərin çəkilməsini Azərbaycan ailələrinin etdikləri toy hazırlıqları üçün ağlabatan məbləğ hesab etmişdir. Cavabdeh ailə də həmin xərclərin çəkilməsini mübahisələndirməmiş, 1500 manata nişan üzüyü alınmasını və 1900 manat pul veirlməsini açıq etiraf etmişlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar ypxdur. Aşağıdakılar a əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı Cavabdeh3 ilə aralarında toy mərasiminin baş tutmamasına və bununla da ona maddi zərərin vuruluduğuna istinad edərək ona qədər olan mərasimlər üçün xərclədiyi vəsaitlərin əvəzinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquq nəticələrinin baş verməsi ilə bağlanan digər əsas və hadisələrlə yanaşı, başqa şəxsə zərər vurulması da mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından birini təşkil edir. Həmin Məcəllənin 21.1-ci maddəsi ilə müəyyən edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla mülki hüquq pozuntusunun baş verməsini sübut etməli, mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın deliktin törədilməsində təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Hər iki tərəfin izahatlarından mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı verdiyi vəsaitlər onunla Cavabdeh3 qız toyu mərasimi üçün verilmiş və məhz həmin məqsədlər üçün istifadə edilmiş, İddiaçı də qohumları ilə bərabər həmin mərasimdə iştirak etmişlər. Bu halda, İddiaçı qarşı tərəfin təqsirli hərəkəti nəticəsində ona zərər vurulduğuna istinad edərək həmin məbləğin əvəzinin ödənilməsi barədə iddiasının hüquqi əsası yoxdur. Lakin, apellyasiya məhkəməsi mübahisəyə zərərin əvəzinin ödənil məsi əsaslarını müəyyən edən qanunvericiliyin tələləri baxımından düzgün hüquqi qiymət verməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məccəlləsinin 217-ci maddəsi ilə qətnamənin qanuniliyi və əsaslılığının məzmunu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə uyğun olmadığından qanuni, əs aslı sayıla bilmədiyi üçün kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası işin faktiki halları barədə kassatorun irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan heab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx x 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar