Məhkəmə qərarları › İş №2(102)-3773/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3773/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3773/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borclunun icranı gecikdirməsinin hüquqi nəticələri Bakı şəhəri, 29 dekabr 2023-cü il 29.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə faiz borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2238/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayə tinə 29 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanan 21 sentyabr 2006-cı il tarixdə kredit kredit müqaviləsi bağlanıb. Müqaviləyə Cavabdeh illik 22 fazilə 12 ay müddətinə 50.000 manat məbləğində kredit verilib.

2. Borcun təminatı olaraq X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllə, ev 45, mənzil 11 21 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

3. Bankın iddia tələbi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh ümumilikdə 69.479 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan mənzilinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir.

4. Qətnamə qanuni qüvvəyə mindikdən uzun müddət keçdikdən sonra icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) borcun hesablanmasının əvvəlinin 20 fevral 2009-cu il tarixdən olması nəzərə alınmaqla iddiaçının xeyrinə 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq 38.715 manat məbləğində borcun və ödənilmiş 206.15 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsasl andırılmışdır ki, Bankla (əvvəlki adı "xxxx" İKB ASC) cavabdeh arasında bağlanan 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 50.000 manat məbləğində illik 22 faizlə 12 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq cavabdehin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllə, ev 45, mənzil 11 21 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilmiş, cavabdehdən ümumilikdə 69.479 manat məbləğində borc tutulmuş, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəm əsinin 11 noyabr 2008-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2009-cu il tarixli, 2(102)-499/2009 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli 2(103)2811/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdehin 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi üzrə Banka 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixinədək gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5%) 38.715 manat borcu vardır.

9. İddiaçı həmin borcun tutulmasını xahiş edərək, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 465.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 394.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə kredit öhdəliyini ödəməyi üzərinə götürmüş, eyni zamanda öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etmişdir. İddiaçı hazırda 20 fevral 200 9-cu il tarixdən sonra cavabdehdən icranı gecikdirməsinə görə illik 5 faizlə hesablanmış zərər məbləğini tələb edir.

13. Birinci instansiya məhkəməsi qanunvericilik normalarına istinadən qeyd etmisdir ki, borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc tələb edə bilər.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bor c və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2018 saylı, 11 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə hərrac 15 iyul 2022-ci il tarixdə keçirilmiş, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Baxılan iş üzrə cavabdehin ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur.

15. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdehin pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı qətnaməsinin gec icra edilməsi ilə bağlı təqsiri olmamışdır. Buna görə də həmin qətnamənin gec icra edilməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında cavabdeh məsuliyyət daşıya bilməz. Həmçinin, Bank cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 445.2.1, 445.7, 448.4, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edi lməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - cavabdehlə Bank arasındakı 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi illik 22 faizlə 12 ay müddətinə bağlanmış və bu müddət ərzində cavabdeh tərəfindən kreditin tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür; - kredit müqaviləsi üzrə borc ödənilmədiyindən Bankın illik beş faizlə hesablanmış əldən çıxmış fayda borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi 21 sentyabr 2007-ci il tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlar 449.1-ci maddənin tərkibini yaradır; - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamənin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilsə də, məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır.

19. Cavabdehin nümayəndəsi (vəkil) apellyasiya şikayətinə etiraz olaraq göstərib k i, məhkəmə qətnaməsinin icra olunmaması Bankın özündən asılıdır. Belə ki, Bankın adı tez-tez dəyişir, dolayısı ilə rəhbərlik, tərkib də dəyişdiyindən işlərdə ləngimə olmuş, qətnamənin icrası diqqətdən yayınmış, lazımi tədbirlər görülməmişdir. Cavabdehin bu məsələdə təqsiri yoxdur. Bəlkə də qətnamənin icrasının gecikməsinə ipotekaqoyanın ölümü səbəb olub. Lakin hazırki vaxtda hüquqi varsilik müəyyən edilməmişdir. Bundan əlavə, 5 faiz məsələsi yeni bir məsələdir, 2008-ci ildə 5 faiz məsələsi yox idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə görə yeni qanunvericilik şəxsin vəziyyətini pziləşdirirsə, onun geryə qüvvəsi yoxdur. Buna görə də iddia əsassızdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2238/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Məhəmməd Rüstəmli)

21. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında hüquqi mövqeyə əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zi dd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsi ndə vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdi rdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Öhdəliyin gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

22. İddia ərizəsindən də göründüyü kimi iddiaçı Mülki Məcllənin 449.1-ci maddəsini əlavə olaraq qeyd etsə də, məhz 445.7-ci maddənin dispozisiya şərtlərinə istinadən cavabdehdən p ulun tutulmasını xahiş edir. Lakin burada nəzərə alınmalıdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.

23. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, borclunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və təqsirli olması halını aydınlaşdırmaq məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2008 nömrəli xx.xx.2008-ci i l tarixli icra sənədi üzrə tərtib edilmiş icra işi əldə edilmişdir. İcra işində olan sənədlərə əsasən, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərarın xx.xx.2022-ci il tarixdə qəbul edildiyi, könüllü icra barədə bildirişin də borcluya həmin tarixdə ünvanlandığı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən əmlakın qiymətləndirilməsi təşkil edilmiş, daha sonra isə əmlakın açıq hərracdan satılmasına dair sifariş verilmişdir. Təkrar hərrac baş tutumadığından ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuş, nəticədə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 45 saylı evin 11 saylı mənzili xx.xx.2022-ci il tarixdə 124.312,50 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. 36.

24. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, hazırda cavabdehin qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2008 nömrəli xx.xx.2008-ci il tarixli qətnaməsinin icrasına maneçilik törətməsi (icraatın dayandırılması ya da icranı mümkünsüz etməsi və s.) halları müəyyən edilməmişdir. Belə olan halda, birinci instnasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq, Mülki Məcəllənin 21.1, 21.2,, 443.1, 443.2, 445.1, 449.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023- cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.

27. Kassator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.7, 449.1-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına və MPM-nin 88-ci maddələrinin məhkəmə tərəfindən pozulduğunu qeyd edərək bunları göstərib: - göstərib ki, işin faktiki hallarına görə tələbin məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi qət edilmiş, hazırkı borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranması göstərilmişdir. Lakin məhkəmədə ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, ipoteka predmetinə yönəlməsinə cavabdehlərin maenə yaradıb-yaratmaması halları ilə bağlı hər hansı bir sübüt göstərməmiş, yalnız formal mülahizə və izahata istinad olunmuşdur; - kredit müqaviləsi üzrə borc ödənilmədiyindən Bankın illik beş faizlə hesablanmış əldən çıxmış fayda borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi 21 sentyabr 2007-ci il tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur; - bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağl anmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur; - Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilm əməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir; - qeyd edilənlər göstərir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ( real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuli yyət daşıyır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdiril məsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarı Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə po zmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən lə ğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətcəni əsaslı hesab etmir.

33. Məhkəmələrin tətbiq etdiyi maddi hüquq normaları, eləcə də həmin normaların izahı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları gecikmə olduğu halda, analoji iddiaların təmin edilməsini istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclud ur. (hazırda həmin norma 24 fevral 2023-cü il tarixli, 822-VİQD №-li Qanunla eyni məzmunda başqa redaksiyada tətbiq edilir.)

34. İşin hallarından da görünür ki, xx.xx.2008-ci il tarixli icra sənədi 15 iyul 2022-ci il tarixdə icra edilib.

35. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən cavabdehin qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməsi (icraatın dayandırılması ya da icranı mümkünsüz etməsi və s.) hallarının müəyyən edilməməsini qeyd etmiş və bunun təsdiqi kimi də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2008 nömrəli xx.xx.2008-ci il tarixli icra sənədi üzrə tərtib edilmiş icra işindəki materiallara istinad etmişdir. İcra işində olan sənədlərə əsasən, müvafiq icra sənədi üzr ə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilib.

36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən belə görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməsi halı müəyyən edilsə idi, iddianın təmin olunması istisna edilmirdi.

37. Onda bir halda ki, apellyasiya instansiya məhkəməsi iddianı cavabdehin qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməsi (icraatın dayandırılması ya da icranı mümkünsüz etməsi və s.) hallarının müəyyən edilməməsi əsası ilə rədd edib, belə olan halda, icra işindəki materialları sadalamaqla kifayətlənməməli, həmçinin nəyə görə həmin icra sənədinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2009-cu il tarixli qərarından 13 il sonra icraya yönəlməsi ilə bağlı məsələlərə aydınlıq gətirməli, bu müddət ərzində icra ilə bağlı hansı hərəkətlərin edilib-edilməməsini, icraya iddiaçının hansı maneəni törətməsini müəyyən etməklə qiymət verməli idi.

38. İcra sənədinin verildiyi vaxt “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir.

39. Göründüyü kimi, qanunvericilik məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin bir ay ərzində icraya yönəlməli olmasını nəzərdə tutur. Hazırki işin müəyyən edilən halları isə ondan ibarətdir ki, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilib. Qeyd edildiyi kimi, icra sənədinin bu müddət ərzində hansı səbəbdən icra edilməməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib.

40. Dəfələrlə qeyd edilib ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi isə yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

41. Başqa bir məsələ, Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

42. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur.

43. Buna görə də apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqinin cavabdehin icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməsi düzgün olmamışdır. 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə d air” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki,... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

45. Həmin qərarda Konstitusiya Məhkəməsi izah etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi i mkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.... MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gə lə bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. 46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi təl əb etmək hüququnu əks etdirir.

47. Beləliklə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən poz untuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2238/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar