Məhkəmə qərarları › İş №2(102)-3777/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3777/2023

24.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3777/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və 41 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3451/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsindəki 23 saylı evi 8 saylı mənzili Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 10 noyabr 2005-ci il tarixli ÖM seriyalı 250022 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olmuşdur. 2. xx.xx.2021-ci il tarixdə satıcı İddiaçı ilə xx.xx.2021-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X3 vasitəsi ilə alıcı Cavabdeh arasında Bakı şəhəri 41 saylı notariat kontorunda ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24,0 m2 olan 2 otaqlı ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır.

3. Alğı-satqı müqaviləsi əsasında Cavabdeh adına ƏMDX DƏDK və R PHŞ tərəfindən 11 noyabr 2021-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə, onu n mənzil üzərində mülkiyyət hüququ ********** sayla qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında onun adından Cavabdeh ilə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24,0 m2 olan 2 otaqlı, 8 saylı mübahisəli mənzilə dair Bakı şəhəri 41 saylı Notariat ofisində bağlanmış 02 noyabr 2021ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24,0 m2 olan 2 otaqlı, 8 saylı mənz il xüsusi mülkiyyət hüququ ilə 2005-ci ildən ona məxsusdur. Mənzilin mülkiyyət hüququ ilə ona məxsus olmasına müvafiq çıxarış (Qeydiyyat vəsiqəsi seriya ÖM № 250022) verilmişdir. Cavabdeh onunla bir qəsəbədə yaşayır və Bakı şəhəri 28 May st. Yerləşən "xxxx" BOKT MMC-nin baş ofisində işləyir və vətəndaşlara istehlak və s. kreditlərin verilməsini tənzimləyir. Uzun illərdir ki, onkoloji xəstədir və dava-dərman gücünə yaşayır. Müalicəsi ilə əlaqədar pul vəsaitinə ehtiyacı olduğundan, həmişə ona yardımçı olan qəsəbə sakini, yaxın münasibətdə olduğu X2 30 oktyabr 2021-ci il tarixdə etibarnamə vermişdir ki, ona məxsus hazırki mənzilini bankda girov qoyub müəyyən pul vəsaiti alsın. Bu məqsədlə Cavabdeh müraciət olunub və sonuncu kömək edəcəyini bildirmişdir. Bu məqsədlə, cavabdeh mənzili girov qoy ub, müəyyən vəsaiti almaq üçün 02 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 41 saylı Notariat ofisində müqavilə bağlanmasını bildirmişdir. O, Notariat ofisində nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Cavabdeh mənzilə dair girov müqaviləsi əvəzinə alğı-satqı müqaviləsi rəsmiləşdirmiş və notariat ofisinin xüsusi notariusu Natiq Qazızadə də həmin müqaviləni təsdiqləmişdir. Bu zaman ona mənzilə dair 14.100 manat pul vermişdir. Qalan 40.000 manat pul vəsaitinə isə aylar üzrə bölünmüş cədvəl təqdim etmişdir. Onun mənzilinin bazar dəyəri 55.000 manatdır. Müqavilə ilə tanış olduqda ona məlum olmuşdur ki, onun mənzilinə dair kredit müqavilələri deyil, alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzil guya onun tərəfindən 14.100 manata cavabdehə satılmış, cavabdeh də həmin qiymətə mənzili almışdır. Dərhal Cavabdeh ona verilmiş 14.100 manat pulu ona qaytarmağını, müqaviləni etibarsız saydığını bildirsə də, heç bir nəticəsi olmamışdır. Bu müddət iş yerinin rəhbərliyinə, BOKT əməkdaşının qeyri-qanuni hərəkətləri barədə məlumat verməyə cəhd etsə də, onu qəbul etməmişlər. Cavabdeh ona «get nə bilirsən et» deməklə, özünə haqq qazandırmaqda davam edir. Mübahisənin məhkəmədən kənar şəkildə həlli mümkün olmadığından, məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh səlahiyyətlərindən suiistifadə edərək, mənzilini ələ keçirmək üçün onu aldatmış, qanunsuz alğı-satqı müqaviləsi bağlamışdır.

6. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, mənzilin alğı-satqısı zamanı tərəflər arasında həqiqi sövdələşmə olmuş, iddiaçıya qarşı hədə-qorxu gəlmə və aldatma halları olmamışdır. Mənzilin alğı-satqısına görə cavabdeh tərəfindən depozitə köçürülmüş, pul hələ də iddiaçının nümayəndəsi kimi ondadır və iddiaçıya təqdim etməmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli 319/mi/22 saylı rəyindən görünür ki, mübahisə edilən mənzilin bazar qiyməti 47.000 manat, likvid qiyməti 42.000 manat təşkil edir.

8. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün mülki işin 23-cü səhifəsində olan qəbzi təqdim etmişdir. Həmin qəbzdə qeyd olunmuşdur ki, mübahisəli mənzilin cavabdehin adına keçirilməsi müqabilində cavabdeh tərəfindən iddiaçıya 35.000 manat kredit verilmişdir, kredit gecikmə olmadan və tam ödənildikdən sonra mənzil öz sahibinə qaytarılacaq.

9. Məhkəmə tərəfi ndən qeyd olunan qəbzə hüquqi qiymət verilməsi üçün məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli 4/923 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 23-cü səhifəsində olan qəbzdə olan əlyazmalar və qəbzin sonunda «Cavabdeh» yazılarının qarşısında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

11. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-44/2023 nömrəli iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia rədd edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mənzili satmaq niyyətində olmaması dəlili də işin halları ilə təkzib olunur. O Notariat kontorunda alğı-satqı müqaviləsi bağ lanmasından xəbərdar olmuşdur. Notarius tərəfindən ona bağlanan müqavilənin mahiyyəti, qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuş, iddiaçının etibarnamə üzrə nümayəndəsi təqdim olunmuş alğı-satqı müqaviləsini oxuyub tanış olaraq, həmin müqaviləni imzalamış, şərtləri ilə razı olduğunu bildirmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxma və mənzilin təhvil verilməsi tarixlərinə dair bəndlərin şərtlərinin formalaşdırılmasında bilavasitə iştirak etmişdir.

13. Yuxarıda qeyd olunan qəbzin cavabdeh tərəfindən yazıldığı və imzalandığı müəyyən edilmədiyinə görə həmin sənəd sübut kimi qəbul edilmir. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərlə iddiaçının onkoloji xəstəlikdən əziyyət çəkməsi təsdiq olunsa da, onun müalicəyə pul vəsaitinə ehtiyacı olduğundan mənzili girov qoyaraq pul götürməsinə dair qeyd etdikləri işin hallarına uyğun gəlmir. Alğı-satqı müqaviləsinin bağlanmasında iddiaçını təmsil edən nümayəndəsinin bildirdiyinə görə, mənzilin alğı-satqısına görə ödənilmiş pul vəsaiti hələ də ondadır və iddiaçı həmin pulu ondan tələb etməmişdir.

14. Məhkəmədə "xxxx" MMC tərəfindən verilən rəyə hüquqi qiymət verildikdə müəyyən olunub ki, həmin qiymətləndirmə mənzil təmir edildikdən sonrakı tarixlərə təsadüf edir.

15. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, mənzilin alğı-satqısından sonra cavabdeh mənzildə təmir-tikinti işləri aparmağa başlamış, kifayət qədər iş görülmüşdür. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilərək, bu işlər dayandırılmışdır.

16. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəf mənzilini 14.100 manata cavabdehə təklif etmiş, cavabdeh həmin qiymətlə razılaşaraq, mənzili təklif edilən qiymətə almışdır.

17. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmadı.

18. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 178, 146, 324.1, 324.2, 324.5-ci, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilib, birinci instansiya məhkəməsində müəyyən olunmuş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnam ə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339.2-339.4; Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddia tələbi üzrə bağlanmış müqaviləyə (əqdə) hüquqi qiymət verərkən yalnız “şablon qaydada” işlənmiş rəsmi terminləri nəzərə almış, işin həqiqi və faktiki hallarını araşdırmadığından, sonda düzgün nəticəyə gəlməmişdir. Halbuki, iddia tələbində maddi hüquq normaları kimi Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrini hüquqi əsaslandırma kimi göstərmişdir. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlər və proses iştirakçılarının verdiyi izahatlar da məntiqi baxımından ona əsas verir ki, bağlanmış əqd alğı-satqı müqaviləsi deyil, əmlakın girov qoyulub, müqabilində pul vəsaitinin götürülməsinə dair kredit müqaviləsi olmuşdur. Cavabdeh tərəflə müqavilənin bağlanması anınadək baş vermiş danışıqlar, səs yazıları, müvafiq əlyazmalardan da məlum olur ki, bağlanmış müqavilə Mülki Məcəllənin normalarını pozmaqla bağlanmış və Notariat orqanı tərəfindən təsdiqlənmişdir. Mülki iş materialları ilə bir daha təsdiq olunur ki, o uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir, müalicəsi davam edir. Səhhəti yol vermədiyindən notariat orqanında təmsilçi vasitəsilə iştirak etmişdir. Cavabdeh qəsəbə sakinidir. Bank işçisi olmaqla yanaşı, mənzillərin özgəninkiləşdirilməsi ilə məşğul olur. Mənzilini girov qoyaraq müalicəsi üçün pul vəsaiti əldə etmək məqsədilə ona müraciət etmiş, sonuncu isə onun savadsızlığından, xəstəliyindən istifadə edərək nümayəndəsi ni aldatmış, 50000 manat civarında dəyəri olan mənzili 14100 manata özgəninkiləşdirmişdir. 2 yaşayış otağından ibarət mənzilin bazar və likvid dəyərinin də müvafiq olaraq 47000 və 42000 manat müəyyənləşdirilməsi bir daha əsas verir ki, cavabdeh aldatmaqla mənzilə sahib olmuşdur. Məhkəmə isə xəstəliyini, müəyyən yaşda olmasını, həyat şəraitini nəzərə almamış, əsassız hesab etdiyi qətnaməni qəbul etməklə, qanunun tələblərini təkrar olaraq pozmuşdur. Notariat orqanı 28 may metrosu yaxınlığında, mənzil Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşir. Cavabdeh məkrli, düşünülmüş planları əsasında işlədiyi banka yaxın olan notariat orqanında mənzilə dair hüquqları qeyri-qanuni yolla reallaşdırmışdır. Notarius əmlakın vəziyyəti barədə bilgi əldə etmədən müqaviləni maraqları baxımından təsdiqləmişdir. Notariat orqanı üçüncü şəxs qismində mülki işə cəlb olunsa da, məhkəmədə iştirak etməmiş, notariat sənədlərini məhkəməyə təqdim etməmişdir. Təlimatın normalarını pozmuşdur. Məhkəmə tərəfindən keçirilmiş iclaslar barədə ona məlumat verilsə də, onkoloji xəstəlik səbəbindən heç bir iclasda iştirak etməmişdir. Məhkəmədə nümayəndə vasitəsilə təmsil olunduğu halda, qəbul edilmiş qətnamədə qeyd olunmuşdur ki, İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi (qətnamə 2/2). Məhkəmə görünüş üçün belə nəticə vermişdir ki, guya ki, çəkişmə prinsipinə əməl etmişdir. Məhkəmə qətnaməsi elektron məhkəmə sistemində yerləşdirilməmişdir. Çəkişmə prinsipinə əməl olunma formal şəkildə həyata keçirildiyind ən, bütün məlumatlar elektron məhkəmə sistemində əks olunmamışdır. İşə baxan hakim irəli sürülmüş tələb üzrə iddiaçının və digər proses iştirakçılarının təqdim etdikləri sənəd və sübutlar əsasında işi düzgün həll etmək üçün əhəmiyyəti olan digər halların olduğunu və ya olmadığını müəyyən edərkən istinad etdiyi məlumatları fərziyyə baxımından qəbul etmiş, bu Məcəllədə müəyyən olunmuş qaydada əldə etməmişdir. Məhkəməyə təqdim etdiyi yazılı sübutlar qəbul edilsə də, tam şəkildə araşdırma aparılmadığı səbəbindən sübutlar siyahısından çıxarılmış, əmlakın qiymətləndirilməsi üzrə verilmiş ekspert rəyləri nəzərə alınmamış, yalnız cavabdehin səmimi olmayan izahatı əsassız qəbul edilmiş, həmçinin üçüncü şəxsin izahatı təhrif olunduğundan sübut hesab olunacağı təqdirdə, sübutlar siyahısından çıxarılm ışdır. (MPM-in 77-81-ci, 102-103-cü maddələrinin tələblərinə əməl edilməmişdir). Ona görə də işə baxan hakimin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Məhkəmə müstəqil olaraq yaşadığı mənzilin dəyərinin müəyyən edilməsi üçün təqdim etdiyi Qiymətləndirmə rəyinə ("xxxx" MMC Hüquq qiymətləndirmə şirkəti) hüquqi qiymət verməmiş, alğı-satqı müqaviləsi üzrə əmlakın dəyərinin yenidən müəyyən edilməsi üçün digər rəyə istinad etsə də, verilmiş rəylər üzrə deyil, yalnız mülahizə və cavabdehin izahatından istifadə edərək qətnamə qəbul etmişdir. Belə olan halda, 1 il 6 ay davam edən məhkəmə prosesləri süni olaraq təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, 36 ay müddətinə hər ay nəzərdə tutulmuş ödəniş cədvəli, cavabdehin mənzildə təmir xərclərinin 30000 manatdan yuxarı olacağı barədə yalandan ver diyi məlumat yoxlanılmamış, zona üzrə 2 otaqlı yaşayış sahəsi olan mənzillərin (birja, daşınmaz əmlak agentliyi tərəfindən verilmiş məlumatlar) satışına dair start qiyməti üzrə təqdim olunan məlumatlar, əlyazma qəbzin cavabdehin ailə üzvləri tərəfindən yazılması halları, cavabdehlə alğı-satqı üzrə təmsilçisi arasında gedən danışıqlara dair səs yazıları və s. tədqiq edilməmiş və nəzərə alınmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya məhkəməsi) 2(103)-3451/2023 nömrəli iş üzrə 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə mad di və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks olunmamışdır.

23. Kollegiya qeyd etmişdir ki, əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı və iddiaçının sonradan aldanmasını görərək yanlış addım atmasını dərk etməsi müqavilənin etibarsızlığına dəlalət etmir. Münasibətlərin mahiyyəti bir şəxsin hüququnun etibar edilmiş digər şəxs vasitəsi ilə həyata keçirilməsi məsələlərinə toxunur ki, ilk olaraq bu etibarnamə ilə tapşırıq müqaviləsindən irəli gələn hallar iddiaçı tərəfindən təkzibedilməz sübutlarla təsdiq edilməlidir. İddiaçı tərəfindən etibarnamə və pulun verilməsi ü zrə etibar edilmiş şəxsin məhz hər hansı tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətlərinin (və ya onların təyinatının) məhdudlaşdırılması barədə sübutlar təqdim edilməmiş, etibar edilmiş isə müqavilə azadlığı müstəvisində, alğı-satqının təşəkkül tapdığı tələb-təklifə müvafiq 14 100 manat almaqla, əqdi öz razılığı ilə, heç bir təsir – təzyiq olmadan imzalamış, lakin (özünün dediyinə görə) cavabdehlə əldə edilmiş şifahi razılıq əsasında sonradan ödənilməsi nəzərdə tutulan 20000 manat pul vəsaiti ona ödənilməmişdir. Əlavə pul vəsaitlərinin verilməsi barədə dəlillər sübuta yetirilmir və yalnız əmlakın dəyərinin adi mülki dövriyyədə yüksək olması əsası ilə (əmlakı satan şəxsin öz razılığını ifadəsi qarşılığında) əqdin etibarsızlığı müəyyən edilə bilməz. Məhz bu dəlillər ehtimallara və y a fərziyyələrə deyil, şəxsin iradə ifadəsinə zidd və ya əqdin əhəmiyyətsizliyinə dəlalət edən dayanıqlı sübutlara əsaslanmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflə müqavilənin bağlanması anınadək baş vermiş danışıqlar, səs yazıları, müvafiq əlyazmalardan (təəssüf olsun ki, nə birinci instansiya, nədə ki, apellyasiya instansiyası məhkəmələri işin faktiki halı hesab edilən sübutları qəbul etməmişdir) da məlum olur ki, bağlanmış müqavilə Mülki Məcəllənin normalarını pozmaqla bağlanmış və Not ariat orqanı tərəfindən təsdiqlənmişdir.

26. Apellyasiya məhkəməsi MPM-nin 347.2-cı maddəsinin açıqlamasında (şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir, şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir) müəyyən halları təsdiq etsə də, sonda belə bir nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassator hesab etmişdir ki, hazırkı mübahisəli predmet üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia, mənzilin əldən çıxdığını bildiyi andan dərhal sonra qaldırıldığından, onun yaşlı, qoca, onkoloji xəstə olmağından istifadə edən qəsəbə sakinlərinin (cavabdeh və əqdi imzalayan nüm ayəndə) məkrli niyyətləri olmuşdur. Bu vəziyyəti apellyasiya məhkəməsi dərhal müşahidə etdiyindən, şifahi şəkildə əməldə “dələduzluq” hərəkətlərinin mövcudluğu ilə əlaqədar prokurorluq orqanlarına şikayət etməyi tövsiyyə etmişdir.

27. Apellyasiya məhkəməsi bağlanmış müqavilənin yalnız rəsmi şəkildə forma və məzmununa uyğun qəbul etmiş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını araşdırmamışdır.

28. Məhkəmə maddi hüquq normaları üzrə düzgün nəticəyə gəlməmişdir.

29. Apellyasiya məhkəməsi cavabdehin prosesdə iştirak etməsi üçün məhkəmə iclasının təxirə alınmasına dair nümayəndə tərəfindən verilmiş vəsatəti təmin etməmiş və qətnamədə belə bir fikir bildirmişdir.

30. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmad an işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə görünüş üçün belə nəticə vermişdir ki, guya ki, çəkişmə prinsipinə əməl etmişdir. Çəkişmə prinsipinə əməl olunma formal şəkildə həyata keçirildiyindən, bütün məlumatlar elektron məhkəmə sistemində əks olunmamışdır. Məhkəmə MPM-nin 9.3-cü maddəsinin tələbini pozmuşdur.

31. Məhkəməyə təqdim etdiyim yazılı sübutlar qəbul edilsə də, tam şəkildə araşdırma aparılmadığı səbəbindən (cəmi 5 dəqiqə ərzində qətnamə qəbul edilmişdir) sübutlar siyahısından çıxarılmış, əmlakın qiymətləndirilməsi üzrə verilmiş ekspert rəyləri nəzərə alınmamış, yalnız cavabdehin birinci instansiya məhkəməsindəki səmimi olmayan izahatı əsassız qəbul edilmiş, həmçinin, 3-cü şəxs X1 izahatı təkrarən təhrif olunduğundan sübut hesab olunacağı təqdirdə, sübutlar siyahısından çıx arılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

37. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, iddiaçı aldatma səbəbi ilə əqdin etibarsız sayılmasını xahiş edir. Qanuna əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər (§ 36).

47. Bununla belə, əqdin etibarsızlığını iddia edən şəxs tələbinin əsasında duran faktiki halları sübut etmək vəzifəsi daşıyır (§ 39).

48. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən p rosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 38).

49. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə dü şdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür.

50. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddianın əsasında duran halları və təqdim olunan sübutları araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı əqdin aldatma nəticəsində bağlanıldığını sübuta yetirə bilməmişdir. Belə ki, müqavilə bağlanarkən iddiaçını təmsil etmiş Balaxanım Atakişiyeva mənzilin alğı-satqısı zamanı tərəflər arasında həqiqi sövdələşmə olduğunu, iddiaçıya qarşı hədə-qorxu gəlmə və aldatma hallarının olmadığını bildirmiş, iddiaçının təqdim etdiyi qəbzdə olan əlyazmalar və qəbzin sonunda «Cavabdeh» yazıların ın qarşısında olan imzanın Cavabdeh tərəfindən icra olunmadığı ekspertiza rəyi ilə təsdiqlənmiş, mənzilin təsbit olunmuş 47.000 manat bazar, 42.000 manat likvid qiymətinin isə yaşayış sahəsinin cavabdeh tərəfindən təmir edildikdən sonrakı tarixlərə təsadüf etdiyi müəyyənləşmişdir.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kass asiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3451/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar