Məhkəmə qərarları › İş №2(102)-3781/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3781/2025

12.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3781/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3891/202 5 nömrəli, 4 avqust 2025- ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 yanvar 2026-cı ildə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra sonra “iddiaçı” və ya “işçi”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud "xxxx") arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı MMC-nin “icraçı direktor” vəzifəsinə işə qəbul olmuşdur.

2. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və həmin tarixdə də iddiaçı ilə son haqq-hesab aparılaraq ümumilikdə 11.120,63 manat məbləğində pul vəsaiti onun əmək haqqı kartına köçürülmüşdür.

3. İ ddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə almış, xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış, xx.xx.2025-ci il tarixində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 77/24 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının və mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia təl əbi belə əsaslandırılmışdır ki, iddiaçı sonuncu dəfə MMC-də kommersiya direktoru vəzifəsində çalışmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, lakin bu müqavilənin 1 nüsxəsi iddiaçıya təqdim edilməmişdir. Çalışdığı dövr ərzində iddiaçı hər hansı pozuntuya yol verməmiş, əmək funksiyalarını layiqincə yerinə yetirmiş, barəsində heç bir intizam tənbeh tədbiri tətbiq olunmamışdır. İddiaçı həmçinin MMC-nin təsisçilərindən biridir. Digər təsisçi ilə arasında münasibətlər pozulduğu üçün iddiaçıya qarşı təzyiqlər başlamış, işdən azad edilməsi üçün ərizə yazması təkid edilmişdir. Son olaraq iddiaçıya bildirilmişdir ki, işdən azad edilmişdir. Bunun əsasında iddiaçıya xx.xx.2024-cü il tarixdə əmək kitabçası təhvil verilmiş və o zaman ona məlum olmuşdur ki, tərəflər arasındakı X2 Məcəlləsinin 68.2 “a” yarımbəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçı işdən azad edilməsi üçün hər hansı ərizə verməmişdir. Bundan sonra mediasiya prosesinə başlamış, cavabdeh mediasiya zamanı da iştirak etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozularaq bu günə qədər iddiaçıya işdən çıxarma əmrinin surəti, eləcə də əmək müqaviləsi təqdim edilməmişdir.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırda əmək müqaviləsinə xitam veriulməsi tarixindən 5 təqvim ayı keçibdir. İddiaçının işdən çıxarılması səbəbi 1 ildən çoxdur ki, işə biganə yanaşması, heç bir xəbərdarlıq etmədən, günlərlə tam iş günü və qismən işə gəlməməsi bu əsaslardan sadəcə biridir. İşçinin gələcək karyerasını sual altında qoymamaq üçün 70ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməmişdir. Bütün bunları nəzərə almadan işçinin son haqq hesabı qanunvericiliyə uyğun olaraq ödənilmişdir. İşçinin istifadə etmədiyi məzuniyyət günləri son 12 ayın orta əmək haqqına əsasən hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə istifadə etmədiyi məzuniyyətinin 30 təqvim gününün kompensasiyasını da almışdır. Həmin dövrün son 12 aylıq orta əmək haqqına əsasən xx.xx.2022-ci il tarixdə 1.361 manat olaraq ödəniş ödənilmişdir. Bunun üçün hesablanmış 155 gündən 30 gün çıxılmışdır. Son ay işlədiyi günlərdə iddiaçı işə gəlməməsinə baxmayaraq xitam tarixi verilən günə əmək haqqı hesablanmışdır. Ancaq xx.xx.2024-cü il tarixdə əmək haqqını 1.500 manat avans kimi götürdüyü üçün hes ablanmış məbləğdən həmin məbləğ çıxılmışdır. İşçiyə xitam verilməsi və əmək kitabçasının götürülməsi ilə bağlı bu 4 ay ərzində dəfələrlə məlumat verilməsinə baxmayaraq, işçi ancaq xx.xx.2024-cü il tarixdə əmək kitabçasını təhvil almışdır.

7. Məhkəmə baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirmişdir ki, cavabdeh birtərəfli qaydada əmək müqaviləsinə xitam vermiş, buna da “iddiaçı öz ərizəsi ilə işdən çıxmaq istəmişdir” kimi don geyindirməyə çalışmışdır. İddiaçı hər gün işə getmişdir, lakin heç bir ərizə yazmamışdır. İddiaçı həm də təsisçi olmuşdur və cavabdehlə aralarında problemləri olub. Daha sonra isə mesaj vasitəsilə şablon bir forma göndərilərək "Fariz bəy zəhmət olmasa ərizəni yazıb göndərərdiniz" qeyd edilmişdir. Son haqq-hesab iyul ayında ödənilsə də, iddia çıya əmr və ya əmək kitabçası da verilməmişdir. Əmək kitabçası yalnız noyabr ayında verilmişdir. Bu səbəbdən iddia müddəti həmin vaxtdan hesablanmalıdır.

8. Məhkəmə baxışında cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, 1 ilə yaxın idi ki, iddiaçı daimi olaraq işə gəlmirdi. İddiaçı özü onlardan işdən çıxma ərizəsinin şablonunu istəmiş və yazılı ərizəsini təqdim edəcəyini bildirmişdir. Lakin iddiaçı hər dəfə prosesi uzatmışdır. İddiaçı rəhbərliyə telefon zəngi zamanı bildirmişdir ki, “mənim haqq-hesabımı edin, mən ərizəmi gətirəcəm”. İddiaçı təsisçi olduğuna görə kadrlar şöbəsi iddiaçının sonradan ərizə gətirməsinə razılıq vermişdir. İddiaçı ilə haqq-hesab məsələsi həll edildi və o, kompensasiyasını aldı. Tərəflər arasında olan yazışmalardan da görünür ki, iddiaçı haqq-hesabdan sonra ərizəsin i təqdim edəcəyini bildirib. Bu səbəbdən iddiaçı ilə müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə, yəni tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilib. İddiaçı 11000 manata yaxın kompensasiya almışdır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı əmək kitabçasını bilərəkdən gəlib götürmürdü. Hazırda isə iddiaçı iddia müddətini ötürmüşdür.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)1414/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Nərgiz Tağıyeva)

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən işdən çıxma barədə ərizə təqdim edilməmiş, buna baxmayaraq, onunla bağlanmış X2 Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hər bir halda müvafiq ərizə olmad an X2 Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi qanunvericilik tələblərinin kobud pozuntusu hesab edilir. Lakin bununla belə, iddiaçı əmək kitabçasının ona noyabr ayında təqdim edilməsinə istinad edərək, iddia müddətini ötürmədiyini bildirsə də, iş materiallarından görünür ki, ona son haqq hesab olaraq 11.120,63 manat məbləğində pul məhz xx.xx.2024-cü il tarixində ödənilmişdir. Son haqq-hesabın isə mahiyyət etibarilə əmək müqaviləsinə xitam verilən zaman ödənilməsi əsas götürülməklə 1.500 manat əmək haqqı olan və belə bir ödənişi almış işçinin işdən çıxarılması və hüquqlarının pozulmasından 5 ay sonra xəbərdar olması həqiqəti əks etdirməməklə iş materialları ilə təkzib olunur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 69, 296- cı, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya heç bir əmrin təqdim edilməməsi, bu barədə hər hansı məlumat, eyni zamanda əmək kitabçasının verilməməsi işin mübahisəsiz halıdır. İddiaçı əmək kitabçasını yalnız xx.xx.2024-cü il tarixdə əldə etmiş, işdən azad edilməsi və hansı maddə ilə işdən azad edilməsini bu tarixdə öyrənmiş, buna görə də müddətin başlanması da bu tarixdən etibarən hesablanmalıdır. Bu tarixdən hesablandıqda və mediasiya müddəti nəzərə alındıqda isə müddət ötürülməmiş, vaxtında məhkəm əyə müraciət edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilən zaman Nazirlər Kabinetinin qüvvədə olan 186 saylı, xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Cavabdeh iddiaçının guya işə gəlmədiyini, əmək kitabçasının ona görə təhvil verilmədiyini bildirsə də, qanunvericilik bu halı da tənzimləmişdir. Bu halda işəgötürən işçiyə bildiriş göndərməlidir. Lakin cavabdeh buna da əməl et məmiş, hər hansı bildiriş göndərməmişdir. Məhkəmə də qeyd edilən maddəyə istinad etmiş, “haqq-hesab sənədlərini” fərqləndirməklə iddiaçıya ödənişin edilməsini bununla əlaqələndirmiş və müddətin başlanğıcını da buradan hesablamışdır. Halbuki haqq-hesab sənədlərinin nə olduğu elə Əmək Məcəlləsi 173-cü maddəsində açıqlamışdır. Göründüyü kimi, qanunvericilikdə açıq-aşkar bu sənədlərin forması, hansı qaydada tərtib edilməli olduğu, işçiyə verilməsi və s. qaydaları dəqiqliklə tənzimlənmişdir. Bu sənədlərin işçiyə ödənilən məbləğlə heç bir əlaqəsi yoxdur. İşçiyə son haqq-hesab məbləği ödənilmişdirsə, bu barədə işçiyə ayrıca məlumat verilir, həmin hesabatla işçi tanış etdirilir. Məhkəməyə cavabdeh tərəfindən “haqq-hesab vərəqi” adlı sənəd təqdim edilmiş, orada hesablanmış məbləğ, xitam əmri və xit am əsası dəqiqliklə göstərilmişdir. Qanunvericilik də haqq-hesab sənədləri dedikdə, məhz bunun kimi sənədləri nəzərdə tutur. Həmin sənəd iddiaçıya təqdim edilsəydi, müddətin axımı o tarixdən başlanardı. Lakin təkcə ödənişin köçürülməsi müddətin başlanması üçün əsas deyil, ola bilməz. İndiki halda iddiaçının kartına müvafiq məbləğin köçməsi onun işdən azad edilməsini bildiyini deməyə əsas vermir. Ümumiyyətlə, məhkəmənin bu mövqeyi düzgün qəbul edilsə, belə çıxır ki, işçiyə son haqq hesab məbləği köçürülmüşdürsə, ona əmrin və əmək kitabçasının verilməsinə ehtiyac yoxdur. Artıq işçi işdən azad edildiyini və hansı əsasla işdən azad edildiyini bilir və ya bilməlidir. Lakin bu yanaşma kökündən yanlış olmaqla, əmək münasibətlərində daha zəif tərəf olan işçinin hüquqları pozmaqdadır. Belə bir misa l çəkmək olur ki, işçi işdən çıxma barədə ərizə verərək işdən azad edilməsini işəgötürəndən xahiş etmiş, işəgötürən də işçiyə şifahi və ya yazılı məlumat verərək işdən azad edildiyini bildirmiş, son haqqhesab məbləğini ona köçürmüş, amma əmri və əmək kitabçasını təqdim etməmişdir. 2 ay sonra işçi əmək kitabçasını əldə etdikdə bəlli olmuşdur ki, işəgötürən onu başqa bir əsasla işdən azad etmişdir (məsələn Əmək məcəlləsinin 70-ci maddənin “ç” bəndi). Bu halda məhkəmənin hazırkı mövqeyinə əsasən son haqq-hesab köçürülmüşdürsə, artıq işçi işdən azad edildiyini bilir və hüquqlarının pozulması müddəti də o vaxtdan hesablanmalıdır. Halbuki, qanunvericilik ona görə bu sənədlərin hamısını sadalamışdır ki, işçi həm işdən azad edilməsini, həm də hansı əsasla azad edilməsini bilsin və hüququnun pozuld uğunu düşünürsə, məhkəməyə müraciət etsin. Son haqq-hesabın köçürülməsi isə işçiyə işdən çıxması, hansı əsasla işdən çıxması və s. məlumatları vermir. Beləliklə, Əmək Məcəlləsinin 296.3-ü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyi gün iddiaçıya həmin əmrin surəti təqdim edilmədiyindən göstərilən tarix iddiaçının hüquqlarının pozulduğu gün hesab edilə və onun tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsi kimi qəbul edilə bilməz. Bu müddətin başlanması üçün mütləq qanunvericiliklə dəqiq müəyyən olunmuş bütün sənədlər – əmr, əmək kitabçası və haqq-hesab sənədləri işçiyə təqdim edilməlidir. Məhkəmə iddiaçının mediasiyanın tətbiqi barədə təklifi qarşı tərəfə göndərməsi tarixini də təhrif etmiş, xx.xx.2024-cü il olaraq qeyd etsə də, iş materia llarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı bu təklifi xx.xx.2024cü il tarixdə etmişdir. Bununla da əmək kitabçasının təhvil aldığı xx.xx.2024-cü il tarixindən hesablanmaqla iddia müddətini ötürməmişdir.

14. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3891/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-1414/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Namiq Cəfərov)

16. Apellyasiya inst ansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına və apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdə MMC-nin icraçı direktor vəzifəsinə işə qəbul olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və həmin tarixdə onunla son haqq-hesab aparılaraq ümumilikdə 11.120,63 manat məbləğində pul vəsaiti iddiaçının əmək haqqı kartına köçürülmüşdür. Bundan sonra iddiaçı “Mediasiya haqqında” Qanuna uyğun olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 9 saylı Mediasiya təşkilatının “İlkin mediasiy a sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbində də onunla bağlanmış X2 Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini, onun işdən azad edilməsi ilə bağlı ərizə yazmadığını və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin ödənilməsini tələb etmişdir.

17. Cavabdeh iddianı qəbul etməyərək, iddiaçının işə mütəmadi olaraq üzrsüz səbəbdən gəlmədiyini, lakin gələcək karyerasına təsir etməsi səbəbindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə bu davranışına uyğun olan əsasla (ƏM-nin 70-ci maddəsinin “ç” bəndi) deyil, ƏM-nin 68-ci m addəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verildiyini, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verildiyini bildirmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən göstərmişdir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə iş dən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən, ümumiyyətlə, müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı, konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır.

19. Lakin cavabdeh iddiaçı ilə bağlanmış X2 Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (hazırki vəziyyətdə iddiaçının təşəbbüsü ilə) xitam verildiyini bildirsə də, onunla bağlanmış əmək müqaviləsinə bu maddə ilə xitam verilməsi üçün əsas yaradan yazılı ərizənin iddiaçı tərəfindən təqdim edilməsi müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı hər hansı ərizə təqdim etməmişdir. Hüquqi nəticə etibarı ilə əmək müqaviləsinə iddiaçının iradəsi və istəyi olmadan xitam verilmiş, bununla da həmin rəsmiləşdirilmə aparılarkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

20. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən belə bir pozuntuya yol verilməsi mövcud vəziyyətdə iddianın hər hansı formada (hissədə) təmin edilməsi üçün əsas yaratmır.

21. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni də nəzərə alıb, qeyd etmişdir ki, iddia müddəti institutu hüquq mü nasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

22. Qanunvericilikdə təsbit olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, iddia müddəti potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəmə si Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

23. Apellyasiya instansiyası məhkəməsinin göstərmişdir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca norma Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsidir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

24. Əmək Məcəlləsinin müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun poz ulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

25. Apellyasiya instansiyası məhkəməsinin o halı da qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü h issəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.

26. Nəzərə alınmalıdır ki, iddiaçı apellyasiya şikayətində işdən azad edilməsi barədə əmrin ona verilməməsi, əmək kitabçasının gec verilməsi mövqeyindən çıxış edərək, müddətin əmək kitabçasının ona verildiyi tarixdən hesablanmalı olduğunu və bu baxımdan məhkəməyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ötürülməməklə müraciət etdiyini bildirir. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, yəni xx.xx.2024-cü il tarixində ona son-haqq hesab olaraq 11.120,63 manat məbləğində pul köçürülmüşdür.

27. İş materiallarında mövcud olan “whatsapp” sosial şəbəkəsində iddiaçı ilə yazışmadan da görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya işdən azad edilməsi ilə bağlı məlumat verilmiş və tərəflər arasında son haqq-hesabın hesablanma qaydası ilə bağlı danışıqlar olmuşdur. Müddət və nəticə etibarı ilə iddiaçı artıq həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bilmiş və bununla razılaşaraq, yalnız son haqq hesab olaraq ona ödənilmiş məbləğin düzgün hesablanmasının marağında olmuşdur. Mediasiya təşkilatına isə ümumiyyətlə bu tarixdən 5 ay sonra müraciət edilmişdir.

28. Apellyasiya instnasiyası məhkəməsinin qənaətinə görə belə olan halda, işdən azad edildiyini yalnız əmək kitabçasını əldə etdiyi, yəni xx.xx.2024-cü il tarixdə öyrənməsi barədə iddiaçının dəlili (apellyasiya şikayətində qeyd edilmişdir) nəinki əsassız, ümumiyyətlə, anlaşılmaz və insan məntiqi ilə bir araya sığmayan dəlildir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdən hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Başqa sözlə, iddiaçı ən azı əvvəlki cümlədə qeyd edilənləri gözü önünə alıb bu mövqedən çıxış etməməli idi.

29. Apellyasiya instnasiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun gələcək əmək fəaliyyətində çətinlik yarada biləcək hər hansı əsasla deyil, məhz Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir ki, bu məsələdə də iddiaçı hər hansı qeyri-adi vəziyyətlə ü zləşməmişdir.

30. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir.

31. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməklə iddianı rədd etməkdə haqlı olmuş dur. İddia üzrə irəli sürülmüş “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilibedilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir.

32. Apellyasiya instnasiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 8.1, 8.2, 68. “a”, 69.1, 69.2, 296.3, 296.4, 296.6, 300.1-ci, Mülki Məcəllənin 375.2, 377.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadl a əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz olaraq iddiaçıya ödənişin edilməsini müddətin başlanması üçün əsas hesab etmişdir. Halbuki göstərildiyi kimi qanunda müddətin başlanması üçün əsaslar dəqiqliklə göstərilmiş, işçiyə göstərilən sənədlər vaxtında təqdim edilməmişdir. Məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinə genişləndirici təfsir vermiş, iddiaçının məlumatı olmadığı halda onu məlumatı var imiş kimi nəzərə alıb, ehtimal əsasında şikayəti təmin etməmişdir. Cavabdehin təqdim etdiyi ərizədə müddətin tətbiqi barədə aydın iradə ifadə müəyyən olunmur, müddətin tətbiqi barədə xahiş göstərilməmiş, buna baxmayaraq məhkəmə həmin əsasla tələbi rədd etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 296.3-cü maddəsinə genişləndirici təfsir verərək qanun tələblərindən və artıq formalaşmış Ali Məhkəmə mövqeyindən kənara çıxmışdır. Halbuki, maddə açıq şəkildə iddia müddətinin başlanğıcını işçiyə müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqələndirir və məhkəmənin bu normanı fərqli şəkildə şərh etmək səlahiyyəti yoxdur. Sənədlərin fiziki olaraq iddiaçıya verilmədiyi halda, onun işdən azad edilmə səbəbi barədə məlumatlı sayılması əsassızdır. Bundan əlavə, iddiaçının işdən azad edilməsi barədə əvvəlcədən məlumatlandırıldığını təsdiq edən heç bir sübut (elektron məktub, yazışma və s.) t əqdim edilməmişdir. Məhkəmənin “WhatsApp” yazışmalarına istinadı da yanlışdır, çünki həmin yazışmalar yalnız ödənişlə bağlı olmuş, işdən azad edilmə barədə məlumatı əks etdirməmişdir. Əksinə, tərəflər arasında razılıq əldə edilmiş, iddiaçıya onlayn rejimdə işləyə biləcəyi bildirilmişdir. Məhkəmə işin spesifikliyini də nəzərə almamışdır. İddiaçı həmin müəssisədə adi işçi deyil, eyni zamanda 50% paya malik təsisçidir. Bu səbəbdən onun hər gün ofisə getməməsi və müvəqqəti əmək haqqı almaması avtomatik olaraq işdən azad edildiyini bilməsi demək deyildir. İddiaçı əmək kitabçasını alana qədər iş proseslərində iştirak etmiş, cavabdeh və işçilərlə daimi əlaqədə olmuşdur. Hər iki instansiya məhkəməsi işdən azad edilmənin qanunsuz olduğunu təsdiq etmişdir. Hazırda mübahisə yalnız iddia müddətinin başlanğıc tarixinin düzgün müəyyən edilməməsi ilə bağlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə cavabdehin etirazı daxil olmuşdur. Etirazda iddiaçının tələbinin sübuta yetirilməməsinə istinad edilərək, bu səbəbdən şikayətin təmin olunmaması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68(1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68(2). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69(1). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69(2). Ərizə verildiyi g ündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 296(2). bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; Maddə 296(3). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və S MS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq saziş inin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək v erdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında bax ılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

41. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə x itam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.

42. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasını müəyyən etsələr də, iddianı iddia müddətinin keçməsi əsası ilə təmin etməmişlər.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin ötməsi müəyyən edildiyindən, iddianın bu əsasla rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

44. Məhkəmə kollegiyası izah edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamland ırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı)

45. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratm aq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı)

46. Məhkəmə kollegiyası iddia müddətinin başlanğıc tarixinin düzgün müəyyən edilməməsi ilə bağlı iddiaçının dəlilləri üzrə qeyd edir ki, bu dəlillər apelyasiya şikayətinin də dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə işin halları və işdəki sənədlər əsasında müfəssəl qiymət vermişdir. (bax:23-30-cu bəndlər)

47. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və əlavə olaraq izah edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qiymətləndirməsi Əmək Məcəlləsinin 269-cü maddəsinin 3-cü hissəsinin iddiaçının ziyanına genişləndirici təfsiri kimi qəbul edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 269-cu maddəsinin 3-cü hissəsində işçinin hüququnun pozulmasının aşkar edildiyi günü müəyyən etmək üçün adı çəkilən konkret sənədlərin təqdim edilməsinin nəzərdə tutulması, işçinin hüququnun pozulduğu vaxtın başqa qayda da müəyyən etməyi istisna etmir. İşin digər halları ilə də işçinin hüququnun pozulmasını bildiyi vaxt müəyyən etmək olar və bunun üçün yalnız Əmək Məcəlləsinin 269-cu maddəsinin 3-cü hissəsinə istinad edilməsi həmin normaya həddən artıq formal yanaşmanı göstərərdi.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdd iaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3891/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar