Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3783/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Xəlilov İsmayıl Kamil oğlu, Qəribov Bəhman Fərhad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və “xxxx” MMC-ə qarşı “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirilmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı “xxxx” MMC cavabdehlər Tovuz Rayon İcra və Probasiya şöbəsinə, “xxxx” MMC-yə və üçüncü şəxs “xxxx” ASC-yə qarşı “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirilmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-yə məxsus olan AZ10V-516 qeydiyyat nişanlı, CAT 336D markalı, 2012-ci il buraxılışlı ekskavator 100000 manat, AZ10V-517 qeydiyyat nişanlı CAT C S67 markalı, 2012-ci il buraxılışlı yolbasana 52000 manat qiyməti ilə hərracda satılması barədə Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən “xxxx” MMC-yə verilmiş X.V-175 saylı, 26.01.2021-ci il tarixli sifarişin qanunsuz hesb edilməsi, “xxxx” MMC tərəfindən tərtib edilmiş 22.02.2021-ci il tarixli LP-0055/21 və LP-006/21 s aylı qiymətləndirmə rəylərinin ləğv edilməsi, AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı, 2012-ci il buraxılışlı ekskavatorun və AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı, 2012-ci il buraxılışlı yolbasanın yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2-2(115)344/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim K.Vəliyev) iddiaçı “xxxx” MMC-nin cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və “xxxx” MMC-yə qarşı “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirilmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir.
3. Qərardad onunla əsaslandırılmışd ır ki, iddia tələbinin Tovuz Rayon İcra və Probasiya şöbəsinə qarşı hissəsi üzrə onu qeyd edir ki, həmin təşkilat dövlət orqanıdır. Mübahisə həmin orqanın vəzifəli şəxsinin icra sənədi üzrə aparılmış icra hərəkətləri ilə bağlıdır. İcra məmurunun icraatında olan iş üzrə əmlakların qiymətlərinin müəyyən edilməsi və onların hərraca çıxarılması ilə bağlı öz vəzifə səlahiyyətlərinin müəyyən edilməsi və onların hərraca çıxarılması ilə bağlı öz vəzifə səlahiyyətlərindən irəli gələn tədbirləri görmüşdür. İcra orqanınin bu cür xarakter və məzmununa malik fəaliyyətinin qanuniliyinə qiymət verilməsi kommersiya məhkəməsinin səlahiyyətinə aid deyil. Tovuz rayon İcra və Probasiya şöbəsinin bu yönümlü fəaliyyətin mülki hüquq münasibətləri ilə heç bir bağlılığı yoxdur. “xxxx” MMC-yə aid hissəsi üzrə onu q eyd edir ki, həm “xxxx” MMC, həm “xxxx” MMC hüquqi şəxsdir. Lakın onlar arasındakı münasibətlər birlikdə və ya ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmir. “xxxx” MMC ilə “xxxx” MMC arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn hüquq münasibəti mövcüd deyildir.
4. Ona görə kommersiya məhkəməsi hesab etmişdir ki, həmin işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
5. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(062)-1156/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim Q.Baxşıyev) iş məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Tovuz rayon İcra və Probasiya şöbəsidir, onun hərək ətlərindən inzibatı məhkəməyə müraciət olunmalıdır. Digər cavabdehlər isə Bakı şəhərində qeydiyyatdadırlar. Belə olan halda işə Tovuz rayon Məhkəməsində baxılması aidiyyət qaydalarına ziddir.
7. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
9. Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 10. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, Qərarının 11-ci bəndində qeyd olunur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində komme rsiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətinin yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəfl ərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 12. “İcra haqqinda” Qanunun 20.5-ci maddəsinin şərh edilməsi haqqında AR Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilir ki, yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. Yəni məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəmə yə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.
13. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə icra sənədi notariat orqanı tərəfindən verildiyindən mübahisəyə icra məmurunun olduğu yer üzrə ümumi məhkəmədə baxılmalıdır. Çünki iddia tələbi icra hərəkətləri zamanı keçirilən qiymətləndirmənin mübahisələndirilməsi ilə bağlı mübahisədir. Bu münasibətldərdə nə inzibati və nədə kommersiya hüquq münasibətləri mövcud deyil.
14. MPM-in 32.7-ci maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
15. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir.
16. Məhkəmə tərkibi MPM-in 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” MMC-nin cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və “xxxx” MMC qarşı “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirilmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi” barədə mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.