Məhkəmə qərarları › İş №2(102)-3791/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3791/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3791/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Firudin qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-674/2021 nömrəli iş üzrə 24 fevral 2 021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC-nin 07.12.2018-ci il tarixli, 8892 saylı arayışından müəyyən edilir ki, İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. 11 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzili İddiaçı ASC-nin 11.09.2013-cü il tarixdən 11.09.2018-ci il tarixədək yüklü edilmişdir. 11 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 1432,61 manat, faiz borcu üzrə 1814,1 manat borc u vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2020-ci il tarixli 31974 nömrəli rəyindən görünür ki, Cavabdeh1 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1355,55 manat ödəniş nəzərə alınmamaqla əsas borc üzrə 3948,02 manat, faiz borcu üzrə 35,53 manat borcu qalmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(044)-3340/2017 saylı qətnaməsindən (hakim A.Eyvazov) görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 11.09.2013-cü il tarixli GNC-1199 ip saylı kredit müqaviləsi üzrə 5.388,47 manat əsas borc, 705.58 manat faiz borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 6.294,05 manat borcun, o cümlədən bildirişin DƏDRX-nin Gəncə Ərazi İdarəsində qeydə alınması üçün iddiaçı tərəfındən ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun, cəmi 60 manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus, Gəncə şəhəri, Nizami rayonu Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, evin ilkin satış qiymətinin 24.000 manat dəyərində müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı kredit müqaviləsi üzrə cəmi 6.294,05 manat borcun və ödənilmiş cəmi 60 manat məbləğdə dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və hərrac vasitəsilə satıldıqdan sonra bir ay müddətində m ənzildə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin evdən çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş 11.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 3408,32 manat əsas borc, 176,38 manat faiz borcu, 20 manat məbləğində cərimə olmaqla, cəmi 3604,70 manat məbləğində borc 31 mart 2017-ci ilədək olan dövrü əhatə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 1698.47 manat, faiz borcuna görə 2087.85 manat, dəbbə borcuna görə 2000 manat, cəmi 5786.32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 24000 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsi üzrə cəmi 5786.32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyə t hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 11.03.2020-ci il tarixli, 1979 saylı iddia tələbinin azaldılması barədə ərizəsindən görünür ki, Cavabdeh1 iddiacı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 1432.61 manat, faiz borcuna görə 1814.10 manat, cəmi 3246.71 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 mə xsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 24000 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsi üzrə cəmi 3246.71 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərini icra edilməsindən qərəzli olaraq yayınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhk əməsinin 11 iyun 2020-ci il tarixli 2(044)-91/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 11.09.2013-cü il tarixli GNC-1199 ip kredit müqaviləsi üzrə 1432,61 (min dörd yüz otuz iki manat altmış bir qəpik) manat əsas borc, 35.53 (otuz beş manat əlli üç qəpik) manat faiz borcu, cəmi 1468,14 (min dörd yüz altmış səkkiz manat on dörd qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 24000 manat müəyyən edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzili açıq hərracdan realizə olunması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsi üzrə banka olan 1432,61 (min dörd yüz otuz iki manat altmış bir qəpik) manat əsas borc, 35.53 (otuz beş manat əlli üç qəpik) manat faiz borcu, cəmi 1468,14 (min dörd yüz altmış səkkiz manat on dörd qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ipoteka predmetindən çıxarılmaları v ə evdəki əşyalar çıxarılmaqla əmlakın boşaldılması, eskpert tədqiqatının dəyəri olan cəmi 400 manat məbləğində pulun 200 manatının İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə, qalan 200 manatın isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kreditor İddiaçıASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı kredit müqaviləsinə əsasən, borcalana illik 18 % hesablanmaqla 60 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 11.09.2013-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 aras ında ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzili İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit müaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən nəticədə onun yuxarıda göstərilmiş məbləğdə borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək qətnamənin Cavabdeh1 faiz borcuna görə 35,53 manat tutulması hissəsində ləğv edilməsi, cavabdehdən faiz borcuna görə 1814,10 manat məbləğində pulun tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianı n tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov, A.Hüseynzadə, iş № 2(104)-674/2021) İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(044)-91/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Firudin qızına qarşı Cavabdeh1 11 sentyabr 2013cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 1698.47 manat, faiz borcuna görə 2087.85 manat, dəbbə borcuna görə 2000 manat, cəmi 5786.32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 24000 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 11 sentyabr 2013-cü il tarixli GNC-1199 ip saylı Baş kredit müqaviləsi üzrə cəmi 5786.32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 57 nömrəl i evin, 22 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 400 manat ekspertiza xərcinin dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi Kod 210005, VÖEN 140155071, Müxbir hesab AZ41NABZ01360 **********03944 SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab № AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə kredit borcu hissəsində Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2018ci il tarixli, 2(104)-300/ 2018 saylı qətnaməsi ilə iddiasının təmin edilməmiş hissəsinin yenidən təmin edilməsini, tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində isə artıq təmin edilmiş iddianın yenidən təmin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 153.2.2 və 261.0.2-ci maddələrinin tələblərini nəzərə almadan həmin iddianı icraata qəbul edərək mahiyyəti üzrə baxmış və iddianı qismən təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)674/2021 nömr əli iş üzrə 24 fevral 2021-ci il tarixli qərardadının tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyasına geri qaytarılmasını xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin təsviri və əsaslandırıcı hissəsində Bank tərəfindən 11.03.2020-ci il tarixinə iddia tələbi həcminin azaldılmasına dair təqdim edilmiş ərizə ilə cavabdehdən kredit müqaviləsi üzrə tutulacaq məbləğin həcmi azaldılaraq, əsas borca görə 1432,61 manat, faiz borcuna görə 1814,10 manat, cərimə boruna görə 0 manat olmaqla, cəmi 3246,71 manat və 30 manat dövlət rüsumu pulun tutulması xahiş edildiyi göstərilsə də məhkəmə bu əsasla olan ərizəni deyil, ekspertin səhv rəyini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazı rkı iddia ərizəsi ilə kredit borcu hissəsində Gəncə Apellyasiya Məhkəməsi MK-nın 22.01.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməmiş hissəsinin yenidən təmin edilməsini və birinci instansiya məhkəməsinin MPM-in 153.2.2 və 261.0.2-ci maddələrinin tələblərini nəzərə almadan həmin iddianı icraata qəbul edərək mahiyyəti üzrə baxmış və iddianı qismən təmin etmişdir. Qeyd edilməlidir ki, əvvəlki mübahisə eyni tərəflər arasında olsa da, eyni predmet barəsində deyildir. Həmin qətnaməyə izah verilməsinə dair 26.11.2018-ci il tarixli qərardad mövcuddur. Qərardada əsasən İddiaçı ASC-nin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəni təmin edərək izah etmişdir ki, 11.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cav abdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 3408,32 manat əsas borc, 176,38 manat faiz borcu, 20 manat məbləğində cərimə olmaqla cəmi 3604,70 manat məbləğində borc 31.03.2017-ci il tarixədək olan dövrü əhatə edir. Hazırkı mülki iş üzrə iddia ərizəsi ilə müraciət məhz Cavabdeh1 31 mart 2017-ci il tarixdən sonrakı dövr üçün mövcud borcun bankın xeyrinə tutulması ilə əlaqədardır. Bu hissə məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu xüsusatlara əhəmiyyət verməmiş və öz qətnaməsi ilə birbaşa bankın təsərrüfat fəaliyyətinə müdaxilə edərək bankın qanuni əsaslarla ona məxsus olan pul vəsaitini, habelə kredit müqaviləsi ilə müəyyən edilmiş faiz gəlirindən məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı i ştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işin baxılması üçün apellasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydad a əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa hakim iş üzrə icraata xitam verir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin faiz borcunun tutulması hissəsi istisna olmaqla digər hissələdə, iş üzrə icraata xitam verilməsinə dair mövqeyi ilə razılaşır və qeyd edir ki, sözgü gedən hissələr üzrə (əsas, cərimə və tələbinin əmlaka yönəldilməsi) artıq məhkəmənin qanuni qüvvədə olan qətnaməsi mövcuddur və MPM-in 261.0.2-ci maddəsi eyni tələblər üzrə işə yenidən baxılmasını yolverilməz edir. Həmin hissələr üzrə iddiaçının haqqı çatanlara nail olması yalnız qətnamənin icrası yolu ilə təmin oluna bilər. Digər hissə, yəni faiz borcunun tutulması ilə bağlı qeyd edilməlidir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qərardadından aydın olduğu kimi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2018-ci il tarixli qətnaməsi ilə 31 mart 2017-ci ilədək hesablanmış faiz borcu qismən təmin olunmuşdur. Hazırkı iş üzrə faiz borcu 06.12.2018-ci il tarixədək hesablanması müəyyən edilir. Belə olan halda faiz borcunun tələb olunması ilə bağlı irəli sürülmüş tələbin bundan əvvəl qəbul olunmuş qətnamə ilə tələb olunan faiz borcunun müddəti və məbləği ilə tam üst-üstə düşmədiyi aşkardır. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq faiz borcunun hansı müddətlər üzrə hesablanmasını müəyyən edərək hansı hissələrdə hesablanmanın üst-üstə düşməsini müəyyən etməli və bundan sonra hansı hissə ilə bağlı icraatın davam etdirilməsinin yolv erilən, hansı hissəsinin isə yolverilməz olmasını müəyyən edərək müvafiq məhkəmə aktlarının qəbul olunmasına nail olmalı idi. Kassasiya şikayətində irəli sürülən tələb qərardadın tam ləğv olunmasına yönəlmiş olsa da, şikayətin məzmununda iddiaçı 31.03.2017-ci il tarixdən və hazırkı mülki iş üzrə tələb irəli sürülməsinə əsas olan müddətində faiz borcunun tutulmaması ilə hüquqlarının pozulduğunu qeyd etmişdir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşaraq belə qərara gəlir ki, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərardadı faiz borcunun tutulması ilə bağlı icraata xitam verilməsi hissəsində ləğv olunaraq həmin hissədə iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qeyd edilməlidir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətna mə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən (faiz borcunun tutulması ilə bağlı hissə üzrə) qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 57, 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə A pelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-674/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qərardadı qismən – «faiz borcunun tutulmasına dair iş üzrə icraata xitam verilməsi» hissəsində ləğv olunsun və iş həmin hissədə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar