Məhkəmə qərarları › İş №2(102)-3795/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3795/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3795/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-3795/2025 Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2707/2025 nömrəli 06 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraatda olarkən tərəflər tərəfindən təqdim edilmiş barışıq sazişi nəzərdən keçirilərək aşağıdakı qərar qəbul edilmişdir. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 15%-lə 180 ay müddətinə 174 000 manat məbləğində kredit verilmişdir.

2. Daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2016-cı il tarixli çıxarış ilə Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10 A, mənzil 42 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətindədir. 3. “Borc verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “İpoteka qoyan” X2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075/1 saylı İpoteka müqaviləsinə əsasən 14 oktyabr 2008-ci il tarixdə İddiaçı ASC və X2 arasınd a bağlanmış 075 saylı Kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən X1 ayrılmış 174 000 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə. 1-ci yaşayış binasının A blokunda 16-cı mərtəbəsində istifadədə olan 174 kv.m ümumi sahədən ibarət 4 otaqlı 42 saylı mənzili ipoteka qoyur. Mənzilin ümumi dəyəri tərəflər arasında 174 000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsi üzrə cəmi 274.300,72 manat, bundan 61.064,20 manat əsas, 211.532,04 manat faiz və kredit müqaviləs i bitəndən sonra hesablanmış 1.704,48 manat faiz və 565 manat dövlət rüsumunun Rzayeva (Xəlilova) Tərlan Vidadi qızından tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda olan 42 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcunun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Rzayeva (Xəlilova) Tərlan Vidadi qızından tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cava bdehin nümayəndə və vəkili məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq öhdəliyin vaxtından əvvəl tam icra edilməsini, müddətin keçməsini nəzərə alıb xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və artıq hesablanmış 61.064,20 manat əsas və 211.532,04 manat kredit faizinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli e-2(009)91/2025 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə 61 064,20 manat əsas, 192 535,74 manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra 5%-lə hesablanmış 1 704,48 manat faiz borcu və iddia ərizəsinin verilməsi üç ün dövlət büdcəsinə ödənilmiş 565 manat dövlət rüsumunun tutulması; qalan hissədə iddianın təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi; ekspertiza tədqiqatının dəyəri 290 (iki yüz doxsan) manatın Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni ləğv, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 oktyab r 2025-ci il tarixli 2(103)-2707/25 nömrəli qətnaməsi ilə (hakimlər: Kazımov Elşən - sədrlik edən və məruzəçi, Cəfərov Namiq və Şirinov İkram) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və ilkin iddia tələbinin rədd edilməsi, eləcə də qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.

11. Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəm ə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.

12. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

13. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəfləri n razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

15. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

16. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

17. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə.

18. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

19. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

20. Maddə 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. İşə kassasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə tərəflər arasında 2025-ci il 17 dekabr tarixli barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: Maddə

2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin xx.xx.2008-ci il tarixli 075 saylı Kre dit müqaviləsi üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)91/2025 saylı qətnaməsinə əsasən 61.064,20 (altmış bir min altmış dörd manat, 20 qəpik) manat əsas, 192.535,74 (bir yüz doxsan iki min beş yüz otuz beş manat, 74 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 (bir min yeddi yüz dörd manat, 48 qəpik) manat hesablanmış faiz borcu və ödənilmiş 565 (beş yüz altmış beş) manat dövlət rusumu, ümumilikdə 255.869,42 (iki yüz əlli beş min səkkiz yüz altmış doqquz manat, 42 qəpik) manat borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 30 (otuz) gün ərzində İddiaçıya ilkin olaraq 3.000 (üç min) manat məbləğində faiz bor cundan ödənilməsi təmin edilir. 2.3. Tərəflər razılaşırlar ki, Kredit müqaviləsi üzrə bu razılaşmanın 2.2-ci bəndində qeyd olunan vəsait (3.000 manat) Cavabdeh tərəfindən ödənildikdən sonra 2.4-cü bəndində qeyd olunan güzəşt məbləği nəzərə alınmaqla qalan ödənilməli olan faiz məbləği ödənilənədək ilk ödənişlərin faiz borcundan silinməsi təmin edilərək 106.200 (bir yüz altı min iki yüz) manat məbləğinin və 565 (beş yüz altmış beş) manat dövlət rüsumunun məbləğinin ilk 24 (iyirmi dörd) ay müddətində aylıq 1.500 (bir min beş yüz) manat olmaqla, növbəti 12 (on iki) ay müddətində isə bərabər hissələrə bölünməklə ümumilikdə 36 (otuz altı) ay müddətinə İddiaçıya ödənilməsi təmin edilir. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh bu Sazişin 2.3-cü bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərz ində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş 146.104,42 (bir yüz qırx altı min bir yüz dörd manat, 42 qəpik) manat məbləğində güzəşt ləğv edilərək bu Sazişin 1-ci maddəsində göstərilən borc məbləği tam şəkildə Cavabdehdən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.5. İddiaçı bu Barışıq sazişinin 2.3-cü bəndində qeyd edilən öhdəliklər tam və vaxtında icra edildikdən sonra, Cavabdehin müraciət ərizəsi əsasında borcun olmaması barədə arayışın verilməsi öhdəliyini öz üzərinə götürür. Maddə

3. Digər şərtlər 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəfl ərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin məsrəfləri tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.6-cı bəndləri ilə edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmə qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatları bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişi n hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə

4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsı zlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir.

22. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2025-ci il 17 dekabr tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud deyildir və buna görə də təsdiq edilməlidir.

23. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 262.4, 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 oktyabr 2025-ci il tarixli 2(103)-2707/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 17 dekabr tarixli barışıq sazişi təsdiq edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar