Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3796/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 nümayəndəsi X2, vəkili Vəkil, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli 2(103)686/2019 nömrəli qətnaməsindən Cavabdeh4 və vəkili Vəkil tərəfindən verilmiş kassasiy a şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim T.Əkbərov) 10.10.2018-ci il tarixli 2(003)-3480/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikiliyə istifadə hüququna xitam verilməsi və mülkiyyətdən çıxarma” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və üzərində tikilmiş tikililərdən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh4 və İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma, tikilinin boşaldılması, sökülməsi və təhvil verilməsi” tə ləbinə dair iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 tərəfindən ödənilmiş dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, A.Hüseynov, V.Sadıqov) 16.01.2019-cu il tarixli 2(103)-686/2019 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli 2(003)-3480/2018 nömrəli qətnaməsinin İddiaçı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ********************************************************* yerləşən torpaq sahəsinin üzərində tikilmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı qanunsuz tikili boşaldılmaqla İddiaçı təh vil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apelyasiya şikayəti qismən təmin edilərək, qətnamənin müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının Cavabdeh4 torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş tikilinin boşaldılmaqla təhvil verilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh4 X4 mülkiyyətində olan Bakı şəhəri, *********************************************** yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş və hazırda Cavabdeh4 yaşadığı qanunsuz tikili boşaldılmaqla X8 təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh4 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilmə və mülkiyyətdən çıxarma” tələbinə dair iddia ərizəsi ilə 28.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsində tikilidən istifadə hüquqlarına xitam verilməsi, torpaq sahəsində tikilmiş tikilinin boşaldılması və cavabdehlərin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Cavabdeh4 qarşı “torpaq sahəsindən çıxarılma, tikilinin bo şaldılması, sökülməsi və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ona məxsus Bakı şəhəri, ******************************** yerləşən torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ona məxsus Bakı şəhəri, ******************************************** yerləşən torpaq sahəsindən çıxarılması, Bakı şəhəri, *********************************** yerləşən torpaq sahəsi üzərində tikilmiş hazırda Cavabdeh4 yaşadığı qanunsuz tikilinin boşaldılması, Bakı şəhəri, *********************************** yerləşən torpaq sa həsi üzərində tikilmiş hazırda Cavabdeh4 yaşadığı qanunsuz tikilinin cavabdehlərdən İddiaçı vəsaiti hesabına sökülməsi, Bakı şəhəri, *********************************** yerləşən torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Bakı şəhəri, *********************************** yerləşən torpaq sahəsindən çıxarılmaları, Bakı şəhəri, *********************************** yerləşən torpaq sahəsi üzərində tikilmiş hazırda cavabdehlərin yaşadığı qanunsuz tikilinin boşaldılması, Bakı şəhəri, *********************************** yerləşən torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırda qüvvədə olan 29.03.2017-ci il tarixli qətnaməsində göstərilmişdir ki, Cavabdeh4 2017-ci ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi əsasında evə köçürülmüşdür və artıq bir neçə ildir ki, orada yaşayır. Ev orta təmirlidir, hər cür kommunal şəraiti vardır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 16.08.2018-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, həm İddiaçı, həm də X11 mübahisəli torpaq sahəsi üzərində tikilmiş evdə onun azyaşlı övladları ilə yaşadığını bilmiş, bunu qədbul edərək torpaq sahəsini almışdır. Torpaq sahəsinin əvvəlki sahibi isə, yəni İddiaçı torpaq sahəsini satmamışdan əvvəl ona qarşı torpaq sahəsindən çıxarılma tələbi irəli sürməmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər iddia tələbini tam şəkilfdə qəbul edirlər, yəni torpağı boşaldıb təhvil verilməsinə razıdırlar. Lakin əslində bu Cavabdeh4 evdən çıxarılması ilə bağlı oyundur. Belə ki, İddiaçı cavabdeh Məlikağanın bacısıdır. Məhkəmə zamanı cavabdehlər bildirdilər ki, artıq o evdə yaşamırlar. Lakin tamamilə düzgün olmayan ifadə vermişlər. Onlar hazırda da həmin evdə yaşayırlar. Torpağın satılması formal xarakter daşıyır. Məqsəd Cavabdeh4 oradan çıxarılmasını təşkil etməkdir. Bakı Apellyasiya Məhkəməsinin 16.01.2019-cu il tarixli qeyd edilmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsində, yəni 29.03.2018-ci il t arixli Xəzər rayon məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh4 və onun uşağının evə köçürülməsi barədə qətnamənin qəbul olunması gələcəkdə qanuni əsaslar olduğu halda iddiaçının və onun uşaqlarının həmin evdən məhrum edilməsinə və evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Lakin bu yalandır. Çünki həmin qətnamədə belə bir cümlə yoxdur. Ümumiyyətlə apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 418-ci maddəsinin tələblərini pozaraq sübutlara düzgün qiymət verməmiş, qüvvədə olan məhkəmə qətnaməsinə əhəmiyyət verməmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 16.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəb ərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh4, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və 3-cü şəxs X11 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X3 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahi ş etdi. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Abşeron Donuzkökəltmə sovxozunun 20 avqust 1990-cı il tarixli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi i lə Cavabdeh4 azyaşlı övladı X16 ilə birlikdə Bakı şəhəri ********************************************************* yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət Cavabdeh3 yaşadığı evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Bakı şəhəri ***************************************************** yerləşən torpaq sahəsində müvafiq icazə sənədləri alınmadan ayrı-ayrılıqda 4 ədəd bir mərtəbəli fərdi yaşayı evi inşa edilmişdir; həmin evlərdən üçü təmirli, biri isə təmirsizdir - təmirli olan evlərdə Cavabdeh2 Hüseyin qızı, X9, X5, Cavabdeh3 və X6 qeydiyyatsız yaşayır. Sonra, Bakı şəhəri *************************************** ümumi sahəsi 0,07 ha torpaq sa həsi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 16 may 2018-ci il tarixdə qeydiyyata alınmış, 16 avqust 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri*************************************** ümumi sahəsi 0,07 ha torpaq sahəsinin 0,03 ha hissəsini X8 5000 (beş min) manata satmış, 0,03 ha torpaq sahəsi X4 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 20 sentyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasının cavabdehlərin yaşadığı qanunsuz tikili boşaldılmaqla İddiaçı təhvil verilməsinin təmin edilməməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Ca vabdeh4 və İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma, tikilinin boşaldılması, sökülməsi və təhvil verilməsi” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, eləcə də müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdehlər iddia tələbini tam şəkildə qəbul edərək iddiaçıya məxsus torpaq sahəsi üzərində olan tikilini boşaltmaqla həmin torpaq sahəsindən çıxmağı və torpaq sahəsini təhvil verməyi prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ərizə verməklə qəbul etmişlər, digər tərəfdən bu tələbin konkretləşdirilməsinə zərurət belə yox idi. Çünki torpaq sahəsi üzərində olan tikili mübahisələndirilməməklə, iş materiallarından da göründüyü kimi, həmin tikili özbaşına tiklidir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayəti ilə əlaqədar hesab etmişdir ki, hazırda Cavabdeh4 həmin evdə yaşaması mülkiyətçinin qanunla qorunan maraqlarını pozmaqla yanaşı mülkiyətçinin öz torpaq sahəsinə faktiki olaraq sahiblik etmək və həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququndan da məhrum edir. Cavabdeh4 özbaşına tikilidən çıxarılmaması o halda mümkün olardı ki, cavabdehin həmin tikiliyə və ya torpaq sahəsinə mülkiyyət, istifadə və.digər əşya hüququ olsun. Hazırda isə sadalanan hallardan heç biri mövcud deyil. Ona görə də müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərini apellyasiya kollegiyası əsaslı hesab etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etsə də ki, Cavabdeh4 azyaşl ı övladı X16 ilə birlikdə mübahisəli torpaq sahəsinin üzərində tikilmiş evdə yaşamaqla başqa yaşayış yeri yoxdur, Cavabdeh4 həmin torpaq sahəsindən çıxarılması, üzərində olan özbaşına tikilinin sökülməsi isə qanuni qüvvədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsinə zidd olaraq onun icrasını və Cavabdeh4 mənafeyi üstün tutulmalı azyaşlı övladı X16 ilə birlikdə mübahisəli tikilidən faktiki olaraq çıxarmaqla yaşamasını mümkünsüz edəcəkdir, lakin Cavabdeh4 münasibətdə məhkəmə qətnaməsi artıq icra edilmiş və Cavabdeh4 Cavabdeh3 yaşadığı mənzilə köçürülmüşdür. Həmçinin qüvvədə olan məhkəmə qətnaməsində qeyd edilmişdir ki: “Cavabdeh4 və onun uşağının evə köçürülməsi barədə qətnamənin qəbul olunması gələcəkdə qanuni əsaslar olduğu halda iddiaçının və onun uşaq larının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürülmə barədə qətnamə mahiyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir”. Uşağın mənafelərinə münasibətdə isə kollegiya qeyd edir ki, uşaq Cavabdeh4 övladıdır və həmin uşağın saxlanılması və digər hüquqlarının təmin edilməsində onun valideyini məsuliyyət daşıyır ki, bu da X4 torpaq sahəsinin üzərində tikilmiş tikilinin boşaldılmasına hər hansı formada təsir edə və məhduduiyyət qoya bilməz. X1 apellyasiya şikayətinin torpaq üzərində olan tikilinin İddiaçı tərəfindən sökülməsi dəlilləri ilə razılaşmamışdır. Belə ki, kollegiya qeyd etmişdir ki, sökülməsi tələb edilən tikili alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl mübahisəli torpaq sahəsində mövcud olm uş, X11 torpaq sahəsinin üzərində tikilinin olmasını qəbul etməklə həmin sahəni alqı-satqı etmişdir. Buna görə də X1 tikilinin İddiaçı vəsaiti hesabına sökülməsi barədə tələbini rədd edən birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmaqla onu əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152 157 161 və 165-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, torpaq sahəsi ilə bağlı X4 hüquqlarını əs as götürərək, 3-cü şəxs X7 Cavabdeh4 qarşı onun torpaq sahəsindən çıxarılması tələbinin təmin edilməsiqənaətinə gəlmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi Cavabdeh4 özbaşına tikili olan mübahisəli torpaq sahəsində yerləşən evə 2014-cü ildə gəlin köçməsini, sonradan evdən çıxarılmasını, cavabdehin həmin evdən başqa yaşayış yeri olmadığını nəzərə alan Xəzər rayon məhkəməsinin 29.03.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 azyaşlı övladı Ə1 ilə Bakı şəhəri, *********************************** yerləşən evə köçürüldüyünü, həmin qətnamənin hazırda qüvvədə olduğunu, 3-cü şəxs N1 16.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı Bakı şəhəri, ************************************** yerləşən 0.07 h torpaq sahəsindən 0.03 ha torpaq sahəsini satın alarkən üzərində özbaşına fərdi yaşayış evinin olmasını bildiyini, həmin evdə Cavabdeh4 azyaşlı övladı X16 ilə birlikdə yaşamasını, bunu qəbul edərək torpaq sahəsini aldığını, mübahisəli torpaq sahəsinin üzərində olan tikilinin Cavabdeh4 hüququ ilə yüklü edilməsini bildiyini, belə olan halda Cavabdeh4 həmin tikilidən çıxarılmasının tələb edilməsi üçün ona kompensasiya təklif edilməli olduğunu nəzərə almamışdır. Nəticədə apelyasiya instansiyası məhkəməsi 3-cü şəxs N1 iddiasının Cavabdeh4 torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılmaqla təhvil verilməsinin rədd edilməsi hissəsini ləğv edib iddianı həmin hissədə təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hə min Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlə nən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam v erilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən, bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın ver ildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə 3-cü şəxs N1 iddiası üzrə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və 3-cü şəxs N1 iddiasının Cavabdeh4 torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılmaqla ona təhvil verilməsi hissəsində yeni qərar qəbul edilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsi 3-cü şəxs X4 iddiası üzrə Cavabdeh4 X4 mülkiyyətində olan Bakı şəhəri, *************************** yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş və hazırda Cavabdeh4 yaşadığı qanunsuz tikili boşaldılmaqla X8 təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X18 qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli 2(103)-686/2019 nömrəli qətnaməsi qismən-3-cü şəxs X4 iddiası üzrə Cavabdeh4 X4 mülkiyyətində olan Bakı şəhəri, *********************************************** yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş və hazırda Cavabdeh4 yaşadığı qanunsuz tikili boşaldılmaqla X8 təhvil verilməsi hissəsi ndə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası Cavabdeh4 torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş tikilinin boşaldılmaqla təhvil verilməsi hissəsində rədd edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli 2(103)686/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3796/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3796/2019
03.06.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver