Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3796/2022 10.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(103)432/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı (vəkil X1) şikayəti üzrə işə yazılı icraat qaydasında 10 iyun 2022-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyə ti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus rabitə qurğularının üzərində inşa edilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və rabitə qurğularının mühafizə zonasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)-92/21 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnamə si ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı (vəkil X1) qərardaddan şikayət verib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Şikayət onunla əsaslandırıb ki, mübahisənin yaranmasına başlıca səbəb cavabdehin öz mülkiyyətində olan daşınmaz əmlaka bitişik tikili inşa etməklə (qanunvericiliyin tələblərini pozmaqla) iddiaçının əmlak hüquqlarını (öz balansında olan rabitə qurğularından istifadə imkanlarını məhdudlaşdırmaqla) pozmasıdır. Öz mülkiyyətində olan daşınmaz əmlaka bitişik tikili inşa etməsi (qanunvericiliyin tələblərini pozmaqla) cavabdehin fərdi sahibkar kimi qe ydiyyatda olması ilə birbaşa əlaqəli olmaya da bilər. Vurğulamaq istərdik ki, Bakı Apellyasiya Məhkəməsi müəyyən etməmişdir ki, cavabdeh sözügedən daşınmaz əmlakdan məhz sahibkarlıq məqsədləri ilə istifadə edir. Halbuki, əgər cavabdeh öz mülkiyyətində olan daşınmaz əmlakı icarəyə vermişdirsə, bu halda mülkiyyətçinin icarə münasibətləri sahibkarlıq fəaliyyət hesab edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, əmlak icarəsindən gələn gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gələn gəlir hesab edilir. Ümumiyyətlə, Bakı Apellyasiya Məhkəməsi cavabdehin fakiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmadığım araşdırmadan, sadəcə cavabdehin formal olaraq cari tarixdə fərdi sahibkar kimi qeydiyyatda olmasını rəhbər tutaraq əsassız və qanunsuz mövqe sərgiləmişdir. Hə tta fərz etsək ki, cavabdeh öz mülkiyyətində olan əmlakda sahibkarlıq fəaliyyəti göstərir, bu heç də o anlama gəlmir ki, cavabdehin öz əmlakına bitişik tikili inşa etməsi (qanunvericiliyin tələblərini pozmaqla) cavabdehin sahibkarlıq fəaliyyətinin tərkib hissəsidir. Ümumiyyətlə, həmin qeyri-qanuni tikili üzərində cavabdehin heç bir mülkiyyət hüququnun olmadığını nəzərə alaraq, həmin tikilidə hər hansı sahibkarlıq fəaliyyətindən söhbət gedə bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 8-ci bəndinə əsasən apelyasiya instansiy ası məhkəmələrinə izah edimişdir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Azərbaycan Respublikası MPM-nin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin mə hkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdı r. Belə ki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı kommersiya məhkəmədə baxılmalı olduğundan, apellyasiya instansiya məhkəməsi iddiaçının ərizəsini rədd etməklə düzgün nəticəyə gəlib və aşağıdakı mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəllə yə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmas ının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə ba xılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahis ələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İşdən görünür ki, İddiaçı MMC hüquqi şəxsdir. Cavabdeh isə mübahisələndirilən qeyri-yaşayış sahəsi nin mülkiyyətçisi olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisidir. Bu tərəflər arasında yaranan mübahisə isə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir. İddiaçı ona məxsus rabitə qurğularının mühafizə zonasında yerləşən cavavdehə məxsus qeyri-yaşayış tikilisinin (Şəki restoranı) sökülməsini, mühafizə zonasının boşaldılmasını tələb edir. Bu baxımdan məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər hər ikisi sahibkarlq fəaliyyəti ilə məşğuldurlar. Sökülməsi tələb edilən tikili də qeyri-yaşayış sahəsi olmaqla, sahibkarıq məqsədi ilə istifadə edilir. Yaranan mübahisə də onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaiyyəti ilə bağl ı yaranmış əşya hüquq münasibətlərindən əmələ gələn mübahisə olmaqla kommersiya mübahisəsi hesab olunur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergitutma baxımından sahibkarın icarə münasibətlərindən əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edilsə də, sahibkarın qeyri-yaşayış sahəsinin icarəyə verilməsi gəlir götürmək məqsədilə həyata keçirilən fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-cü maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-432/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-3796/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3796/2022
10.06.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver