Məhkəmə qərarları › İş №2(102)-3796/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3796/2023

09.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3796/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması; kredit müqavilələrinin etibarsız hesab edilməsi, zaminliyə və ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X2 və Əliyev Zaur Ə li oğlundan ibarət tərkibdə, iddiaçı “X5 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair və iddiaçı Cavabdeh1-nin cavabdeh "X5 Azərbaycan" QSC-yə qarşı “kredit xətti müqavilələrinin, kredit sazişlərinin etibarsız hesab edilməsi, ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2346/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1-nin kassasiya şikayətlərinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X5 Azərbaycan” QSC tərəfindən Cavabdeh1-yə 2012-2016-ci illər ərzində müxtəlif məbləğlərdə kreditlər verilmişdir. 2. “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-5 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) əsasən MMC-yə xx.xx.2020-ci il tarixinədək 37 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. 3. “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-5 nömrəli kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişinə əsasən Cavabdeh1-yə 12 ay müddətinə, illik 19 faizlə 500.000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı və məqsədi: kredit xx.xx.2016-cı il tarixli, 43364-2 nömrəli kredit müqaviləsi üzrə istifadə edilmiş xx.xx.2016-cı il tarixli 1 nömrəli sazişə əsasən qalıq borcun ödənilməsi üçün istifadə ediləcəkdir. 4. “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-6 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) əsasən Cavabdeh1-yə xx.xx.2020-ci il tarixinədək, 37 ay müddətinə 560.000 manat məbləğində kredit xətti açılmışdır. 5. “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-6 nömrəli kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişinə əsasən Cavabdeh1-yə 36 ay müddətinə, illik 19 faizlə 510.000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı və məqsədi: kredit xx.xx.2012-ci il tarixli, 212/43364-1 nömrəli kredit müqaviləsi üzrə istifadə edilmiş xx.xx.2016-cı il tarixli 56 saylı saziş, xx.xx.2016-cı il tarixli 54 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 55 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 56 nömrəli saziş, xx.xx.2016-cı il tarixli, 57 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 58 nömrəli saziş, xx.xx.2016cı il tarixli 59 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 60 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 61 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 62 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 63 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 64 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 65 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 66 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 52 nömrəli saziş, xx.xx.2016cı il tarixli 63 nömrəli sazişə əsasən qalıq borcun ödənilməsi üçün istifadə ediləcəkdir. 6. “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-6 nömrəli kredit müqaviləsinə dair 2 nömrəli kredit sazişinə əsasən Cavabdeh1-yə 12 ay müddətinə, illik 20 faizlə 31.000 manat məbləğində kre dit verilmişdir. Kreditin təyinatı və məqsədi: kredit xx.xx.2017-ci il tarixli 43364-6 nömrəli kredit müqaviləsi üzrə istifadə edilmiş xx.xx.2017-ci il tarixli 1 saylı kredit sazişinə əsasən qalıq borcun qismən ödənilməsi üçün istifadə ediləcəkdir.

7. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 məxsus olan ümumi sahəsi 259,5 kv.metr, yaşayış sahəsi 144,1 kv.metr, yardımçı sahəsi 115,4 kv.metrdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzil; 0,11301 ha torpaq sahəsində ümumi sahəsi 68 kv.metr, yaşayış sahəsi 39,9 kv.metrdən ibarət Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzil; 0,17608 ha torpaq sahəsində ümumi sahəsi 891,4 kv.metr, əsas sahəsi 859,5 kv.metr, köməkçi sahəsi 31,9 kv.metrdən ibarət ünvan 3 ünvanınd a yerləşən əmlak kompleksi kimi müəssisə “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş və ipoteka predmetləri daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayanın adına qeydiyyata alınmışdır. 8. 43364-5 və 43364-6 nömrəli kredit müqavilələrindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin “X5 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürm üşdür.

9. Cavabdehlərə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə borc məbləğinin 5 (beş) iş günü ərzində ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı “X5 Azərbaycan” QSC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi (daha sonra bir neçə dəfə iddia tələbinin həcminin artırılmasına dair ərizələr) ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cav abdehlər Cavabdeh1 (bundan sonra “MMC” və ya “Borclu”) və Cavabdeh2 (bundan sonra “Zamin” və ya “İpoteka qoyan”) müştərək qaydada 1.041.000 manat əsas, 874.727.34 manat faiz, 732.179.36 manat cərimə borcu olmaqla, ümumilikdə 2.647.906,7 manat məbləğində kredit borcunun, ipoteka predmetlərinin qiymətləndirilməsinə görə bank tərəfindən ödənilmiş 1.025 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması; Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda tələbin ipoteka qoyulmuş mülkiyyət hüququ ilə İpoteka qoyana məxsus olan: 1) ümumi sahəsi 259.5 kv.m, yaşayış sahəsi 144.1 kv.m, yardımçı sahəsi 115.4 kv.m-dən ibarət ünvan 1 ünvanında yerləşən 1516 nömrəli mənzili; 2) 0.11301 ha torpaq sahəsində ümumi sahəsi 68.0 kv.m, yaşayış sahəsi 39.9 kv.m-dən ibarət Bakı şəhəri, Nərimanov rayonu X6 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzil; 3) 0.17608 ha torpaq sahəsində ümumi sahəsi 891.4 kv.m, əsas sahəsi 859.5 kv.m, köməkçi sahəsi 31.9 kv.m-dən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakların açıq hərracdan satılması hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zamindən tutulması, hərracda mənzil Bank tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, MMC kred it müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi Banka olan borclarını ödəməmişlər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, həmçinin borcalanla, ipoteka qoyanla və zaminlə bağlanmış müqavilələrə əsasən borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən borcalan, zamin, həmçinin öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəltməklə onun satılmasını, əldə edilmiş pul vəsaiti hesabına kredit üzrə əsas məbləğ borcunun, əsas məbləğə hesablanmış faizlərin və cərimələrin, habelə çəkilmiş bütün xərclərin ödənilməsini tələb edə bilər.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 319.1, 385.1, 442, 443.5, 445.1, 448.1, 460.1, 462.1, 470.1, 472.1, 739-cu, “İpoteka haqqında” Qanunun 4.1, 33, 34.1, 47.5, 59.3.1, 59.3.2 və 59.4-cü maddələrinə istinad etmişdir.

13. Cavabdehlərin nümayəndəsi əsas və faiz borcu ilə razılaşmadığını bildirərək, mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11337 nömrəli ekspertiza rəyinə əsasən xx.xx.2017-ci il tarixli, 43364-5 saylı kredit müqaviləsi (kredi xəttinin açılması barədə müqavilə): xx.xx.2017-ci il tarixli, 01 №-li kredit sazişi üzrə: MMC-nin xx.xx.2018-ci il tarixə (iddia tələbinin həcmi artırılan tarixə) banka olan borcu 604.500 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 500.000,00 manat, faiz borcu üzrə 104.500.00 manat, xx.xx.2017-ci il tarixli, 43364-6 saylı kredit müqaviləsi (kredi xəttinin açılması barədə müqavilə) üzrə MMC-nin xx.xx.2018-ci il tarixinə (iddia tələbinin həcmi artırılan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixli Kredit sazişi № 01 üzrə 570.293,34 manat: o cümlədən əsas borc 510.000,00; faiz borcu 60.293,34 manat.

16. MMC də Banka qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi il ə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir.

17. MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bankla bağlanmış kredit müqaviləsi üzrə şərtlər Bank tərəfindən pozulmuşdur. Belə ki, tərəflər arasında müqavilə imzalansa da, müqavilə şərtlərinə əməl olunmayaraq, bu günədək müqavilə üzrə göstərilən 1.041.000 (bir milyon qırx bir min) manat məbləğində pul vəsaiti MMC-yə ödənilməmişdir. Belə olan halda, tərəflər arasında bağlanmış kredit müqavilələri etibarsız hesab edilməli və kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə bağlanmış müqavilələrə xitam verilməlidir.

18. Bank MMC-nin iddiasına etiraz verərək göstərmişdir ki, hazırki iddia kredit borcunu ödəməkdən imtina etmək məqsədi daşıyır. Həmçinin, etibarsız əqdlər üzrə qanunda nəzərdə tutulan iddia müddəti də ötürülmüş dür. 19. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(81)708/2019 nömrəli qərardadı ilə MMC-nin Banka qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair e-2-2(81)-708/2019 nömrəli iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan Bankın MMC-yə və zaminə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair (iş № 2(005)-75/2019) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

20. Həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli e-2-2(103)-904/2019 nömrəli qərardadı ilə də yişdirilmədən saxlanılmışdır.

21. MMC iddia ərizəsinə dəqiqləşmə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə Bank arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli 43364-5 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsi, 24 yanvar 2017-ci il tarixdə MMC ilə Bank arasında bağlanmış 43364-6 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişi və MMC ilə Bank arasında 19 yanvar 2017-ci il tarixində 43364-6 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə), 24 yanvar 2017-ci il tarixdə iddiaçı MMC ilə Bank arasında bağlanmış 43364-6 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 1 nömrəli və MMC ilə Bank arasında bağlanmış 27 iyul 2017-ci il tarixli 43364-6 nömrəli (kr edit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 2 nömrəli kredit sazişlərinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 259,5 kv.metr, yaşayış sahəsi 144,1 kv.metr, yardımçı sahəsi 115,4 kv.metr olan 15-16 nömrəli mənzilə dair 19 yanvar 2017-ci il tarixdə Bankla ipoteka qoyan arasında bağlanmış ipoteka müqaviləsi, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 26a ünvanında yerləşən ümumi sahəsi 68 kv.metr, yaşayış sahəsi 39,9 kv.metr olan 31 nömrəli mənzilə dair 23 yanvar 2017-ci il tarixdə Bankla ipoteka qoyan arasında ipoteka müqaviləsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 891,4 kv.metr, əsas sahəsi 859,5 kv.metr, köməkçi sahəsi 31,9 kv.metrdən ibarət əmlak kompleksinə dair 23 yanvar 2017-ci il tarixdə Bankla ipoteka qoyan arasında bağlanmış mü vafiq müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 20/2020 nömrəli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/4073 nömrəli ekspertiza rəyinə əsasən 27 iyul 2012-ci il tarixli, 212/43364-1 saylı kredit müqaviləsi və 22 aprel 2016-cı il tarixli, 53 saylı kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq MMC-nin Banka sualda göstərilən 19 fevral 2020-ci il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: 19 fevral 2022-ci il tarixə 0 AZN; 03 may 2016-cı il tarixli, 54 saylı kredit sazişi üzrə 0 AZN; 16 may 2016-cı il tarixli 56 saylı saziş üzrə 0 AZN; 18 may 2016-cı il tarixli 57 saylı saziş üzrə 0 AZN; 25 may 2016-cı il tarixli 58 saylı saziş üzrə 0 AZN; 31 may 2016-cı il tarixli 59 saylı saziş üzrə 0 AZN; 04 avqust 2016-cı il tarixli 60 saylı saziş üzrə 0 AZN; 08 avqust 2016-cı il tarixli 61 saylı saziş üzrə 0 AZN; 12 avqust 2016-cı il tarixli 62 saylı saziş üzrə 0 AZN; 18 avqust 2016-cı il tarixli 62 saylı saziş üzrə 0 AZN; 22 avqust 2016-cı il tarixli 64 saylı saziş üzrə 0 AZN; 30 avqust 2016-cı il tarixli 65 saylı saziş üzrə 0 AZN; 05 sentyabr 2016-cı il tarixli 66 saylı saziş üzrə 0 AZN; 23 dekabr 2016-cı il tarixli 52 saylı saziş üzrə 19 fevral 2020-ci il tarixlərə 0 AZN. 24. "xxxx" MMC-nin məlumatına əsasən ipoteka predmetlərinin qiymətləndirilməsinə şərait yaradılmadığına görə qiymətləndirmə barədə q ərardad icrasız qalmışdır.

25. İpoteka qoyanın sifarişi ilə təqdim edilmiş "xxxx" X1 Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə avqust 2021-ci il tarixli 2045 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küç.ev 26a, yanındakı 5 mərtəbəli “Leninqrad” layihəli binanın 4-cü mərtəbəsində yerləşən 68 kv.m ümumi sahədən ibarət 3 otaqlı 31 saylı mənzilin 02 avqust 2021-ci il tarixə bazar dəyəri 125.000 manat, likvid dəyəri 107.000 manatdır.

26. İpoteka qoyanın sifarişi ilə təqdim edilmiş "xxxx" X1 Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə avqust 2021-ci il tarixli 2043 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanda istifadədə olan 0.17608 ha torpaq sahəsi üzərində yerləşən 891.4 kv.m ümumi, 859.5 kv.m əsas sahədən ibar ət olan əmlak kompleksi kimi müəssisənin 02 sentyabr 2021-ci il tarixə olan bazar dəyəri 700.000 manat, likvid dəyəri 600.000 manatdır.

27. İpoteka qoyanın sifarişi ilə təqdim edilmiş "xxxx" X1 Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə avqust 2021-ci il tarixli 2044 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118, yanındakı 14 mərtəbəli “yeni tikili” layihəli binanın 9-cu mərtəbəsində yerləşən 259.50 kv.m ümumi sahədən ibarət, 144.10 kv.m yaşayış sahəsi olan 6 otaqlı 15-16 saylı mənzilin 02 avqust 2021-ci il tarixə bazar dəyəri 430.000 manat, likvid dəyəri 380.000 manatdır.

28. Bankın təqdim etdiyi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli CEG-21/377 nömr əli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanda istifadədə olan 0.17608 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin 06 sentyabr 2021-ci il tarixə olan bazar dəyəri 723.000 manat, likvid dəyəri 630.000 manatdır.

29. Bankın təqdim etdiyi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli CEG-21/376 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118 ünvanda yerləşən 15-16 saylı mənzilin 06 avqust 2021-ci il tarixə bazar dəyəri 450.000 manat, likvid dəyəri 400.000 manatdır.

30. Bankın təqdim etdiyi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli CEG21/375 nömrəli ekspert rəyinə əsasən Cavabdeh 2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küç.ev 26a ünvanda yerləşən 31 saylı mənzilin 06 avqust 2021-ci il tarixə bazar dəyəri 120.000 manat, likvid dəyəri 100.000 manatdır.

31. MMC-nin vəsatəti əsasında birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmiş, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Bankın vəsatəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının mütəxəssislərinə həvalə etmişdir.

32. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən Bankla MMC arasında bağlanmış kredit xətti müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixinə ödənilməmiş AZN, USD, manat ekvalentində 967.848,04 manat əsas borc, 45.010,42 manat faiz borcu, 10.579,97 dəbbə borcu, cəmi kredit üzrə məbləğində 1.023.438,43 manat borc öhdəliyi olduğu (bank çıxarışlarına əsasən) var, lakin kreditin ayrılması haqqında sənədlər və mədaxil qəbzləri audit araşdırılmasına təqdim olunmadığından həmin məbləğin düzgünlüyünü təsdiq etmək mümkün olmadı. Xüsusi qeyd: Bankla MMC arasında bağlanmış kredit müqavilələrində öhdəliyi tərəflər əsasən borc – arasında bağlanmış müqavilənin, öhdəliklərinin icrasına dair görülmüş işlərin (xidmətlərin) dəyərləri Bank tərəfindən təqdim edilən bank hesab çıxarışlarına və kredit xətti çıxarışlarına, maliyyə arayışlarına əsasən aparıldı. Müəyyən olundu ki, Bankla MMC arasında bağlanmış kredit müqavilələrinə əsasən kredit sazişləri bağlanmışdır, aralarında bağlanan müqavilələrdə hər iki tərəflərin razılaşması qey d edilir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq faiz və dəbbə hesablanmışdır. Hesablanmış, lakin ödənilməmiş faiz və dəbbə borcları əsas kredit məbləğinin üzərinə əlavə edilərək cəm şəkilində yaranmış borc öhdəliyinə yenidən kredit sazişi imzalanıb. Restrukturizasiya edilmişdir.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/825 nömrəli ekspert rəyinə əsasən - 22 aprel 2016-cı il tarixli 53 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 03 may 2016-cı il tarixli 54 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 16 may 2016-cı il tarixli 56 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 18 may 2016-cı il tarixli 57 saylı kredit sazişı üzrə 31 yanvar 2017- ci il tarixə 0 AZN; - 25 may 2016-cı il tarixli 58 saylı kredit sazişı ü zrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 31 may 2016-cı il tarixli 59 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 04 avqust 2016-cı il tarixli 60 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 08 avqust 2016-cı il tarixli 61 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 12 avqust 2016-cı il tarixli 62 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 18 avqust 2016-cı il tarixli 63 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 22 avqust 2016-cı il tarixli 64 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 30 avqust 2016-cı il tarixli 65 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - 05 sentyabr 2016-cı il tarixli 66 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - xx.xx.20 16-cı il tarixli 52 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN; - yuxarıda göstərilən (sazişlər üzrə) borc məbləğləri bankın verdiyi restrukturizasiya kreditinin hesabına bağlanmışdır; - 19 yanvar 2017-ci il tarixli, 43364-5 saylı kredit müqaviləsinə əsasən bağlanmış 24 yanvar 2017-ci il tarixli, Kredit sazişi № 01 üzrə MMC-nin Banka olan borcu xx.xx.2018ci ilə (kreditin bitmə tarixinə) 500.000,00 manat əsas, 93.416,67 manat faiz; xx.xx.2021-ci ilə (sualda göstərilən tarixə) 500.000,00 manat əsas, 441.486,11 manat faiz borcu; - 19 yanvar 2017-ci il tarixli, 43364-6 saylı kredit müqaviləsinə əsasən bağlanmış 24 yanvar 2017-ci il tarixli, Kredit sazişi № 01 üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddəti tarixinə), 510.000,00 manat əsas, 242.788,34 manat faiz; xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 510.000,00 manat əsas, 404.019,17 manat faiz borcu; - 19 yanvar 2017-ci il tarixli, 43364-6 saylı kredit (xətti) müqaviləsinə əsasən bağlanmış 27 iyul 2017-ci il tarixli, Kredit sazişi № 02 üzrə xx.xx.2018-ci ilə (müqavilə müddəti tarixinə) 31.000,00 manat əsas, 6.113,89 manat faiz; xx.xx.2021-ci il tarixə 31.000,00 manat əsas, 25.712,78 manat faiz borcu.

34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13/2022 nömrəli 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1dən və Cavabdeh2 müştərək qaydada 1.041.000 manat əsas kredit borcu, 342.318,9 manat faiz borcu, 2.000 manat cərimə borcu, ümumilikdə 1.385.318,9 manat məbləğində kredit borcunun, 1.025 manat ipoteka qoyanın əmlaklarının qiy mətləndirilməsinə görə bank tərəfindən çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ümumi sahəsi 259.5 kv.m, yaşayış sahəsi 144.1 kv.m, yardımçı sahəsi 115.4 kv.mdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilinə, 0.11301 ha torpaq sahəsində ümumi sahəsi 68.0 kv.m, yaşayış sahəsi 39.9 kv.m-dən ibarət Bakı şəhəri, Nərimanov rayonu X6 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilinə və 0.17608 ha torpaq sahəsində ümumi sahəsi 891.4 kv.m, əsas sahəsi 859.5 kv.m, köməkçi sahəsi 31.9 kv.m-dən ibarət ünva n 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə realizə edilməsi, əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitlərin əmlakların mülkiyyətçisi Cavabdeh2 verilməsi, Cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küç. ev 26a, 31 saylı mənzilin ilkin satış qiymətinin 107.000 manat, ünvan 5 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 600.000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç. ev 118, 15-16 saylı mənzilin ilkin satış qiymətinin 380.000 manat müəyyən olunması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qa lan hissəsinin Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu X6 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilin ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, qalan hissələrdə iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh1-nin cavabdeh “X5 Azərbaycan” QSC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 400 manatın Cavabdeh1dən və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim G.A.Əsədo va)

35. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, 19 yanvar 2017-ci il tarixində Bankla MMC arasında 43364-5 nömrəli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə MMC-yə 19 fevral 2020-ci il tarixinədək, 37 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. 24 yanvar 2017-ci il tarixdə Bankla MMC arasında 43364-5 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 1nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə MMC-yə 12 ay (on iki) müddətinə, illik 19 faizlə 500.000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. 19 yanvar 2017-ci il tarixində Bankla MMC arasında 43364-6 nömrəli kredit müqaviləsi (kredit x əttinin açlması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə MMC-yə 19 fevral 2020-ci il tarixinədək, 37 ay müddətinə 560.000 (beş yüz altmış min) manat məbləğində kredit xətti ayrılmışdır. 24 yanvar 2017-ci il tarixdə Bankla MMC arasında 43364-6 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə MMC- yə 36 ay (otuz altı) müddətinə, illik 19 faizlə 510.000 (beş yüz on min) manat məbləğində kredit verilmişdir. 27 İyul 2017-ci il tarixdə Bankla MMC arasında 43364-6 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 2 nömrəli kredit sazişi bağlanmış, kredit sazişinin şərtlərinə görə MMC-yə 12 ay (on iki) müddətinə, illik 20 faizlə 31.000 (otuz bir min) manat məbləğində kredit verilmişdir.

36. MMC-nin 43364-5 və 43364-6 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 19 yanvar 2017-ci il tarixində bank ilə İpoteka qoyan arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İpoteka qoyana məxsus olan ümumi sahəsi 259,5 kv.metr, yaşayış sahəsi 144,1 kv.metr, yardımçı sahəsi 115,4 kv.metrdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka dövlət qeydiyyatına alınmışdır və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 yanvar 2017-ci il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir.

37. MMC-nin 43364-5 və 43 364-6 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 23 yanvar 2017-ci il tarixində bank ilə İpoteka qoyan arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İpoteka qoyana məxsus olan 0,11301 ha torpaq sahəsində ümumi sahəsi 68 kv.metr, yaşayış sahəsi 39,9 kv.metrdən ibarət Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka dövlət qeydiyyatına alınaraq buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 yanvar 2017-ci il tarixli RX seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir.

38. MMC-nin 43364-5 və 43364-6 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliyinin icrası nın təmin edilməsi məqsədilə 23 yanvar 2017-ci il tarixində bank ilə İpoteka qoyan arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İpoteka qoyana məxsus olan 0,17608 ha torpaq sahəsində ümumi sahəsi 891,4 kv.metr, əsas sahəsi 859,5 kv.metr, köməkçi sahəsi 31,9 kv.metrdən ibarət ünvan 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka dövlət qeydiyyatına alınaraq buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 yanvar 2017-ci il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir.

39. Bununla yanaşı, MMC-nin 43364-5 və 43364-6 nömrəli kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin Zaminlə Bank arasında 24 yanvar 2017-ci il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə Zamin MMC-yə zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür.

40. Həmçinin birinci isntansiya məhkəməsi müəyyən etmişdir ki, MMC Bankla bağladığı kredit müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. MMC öhdəliyi lazımınca icra etmədiyi üçün zamin borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, Zamin və MMC onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu Banka ödəməlidirlər.

41. Birinci instansiya məhkəməsi Bankın iddia tələbinin kredit müqaviləsi üzrə əsas məbləğinin tam tutulması qənaətinə gəlmiş, lakin hesablanmış faiz məbləği ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-cu il tarixli 9/825 nömrəli nömrəli ekspert rəyini əsas götürərək hesab etmişdir ki, müvafiq ekspert rəyi ilə qeyd edilən kredit müqavilələrinin sonuna, xx.xx.2017-ci il tarixli 01 saylı saziş üzrə xx.xx.2018-ci il tarixə 93.416,67 manat, xx.xx.2017-ci il tarixli kredit sazışi üzrə xx.xx.2020-ci il tarixə 242,788.34 manat və 27 iyul 2017-ci il tarixli 02 saylı s azış üzrə xx.xx.2018- ci il tarixə 6.113,89 manat, cəmi 342,318,9 manat hesablanmış faiz borcu Bankın xeyrinə tutulmalıdır.

42. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə hesablanmış 732.179,36 manat məbləğində cərimə borcunun tutulması tələbi hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği borc məbləğinə mütənasib olmadığından 2.000 manat məbləğində cərimə borcu cavabdehlərdən Bankın xeyrinə tutulmalıdır.

43. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində də təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik MMC tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş ümumi sahəsi 259,5 kv. metr, yaşayış sahəsi 144,1 kv.metr, yardımçı sahəsi 115,4 kv.metrdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilə və ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır.

44. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətini "xxxx" X1 Cəmiyyətinin 2021-ci il tarixli 2045, 2044, 2043 nömrəli ekspert rəylərində göstərilən likvid dəyəri ilə müəyyən edilməli olması qənaətinə gəlmişdir.

45. Birinci instansiy a məhkəməsi MMC-nin Banka qarşı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsinə əsaslar müəyyən edilməmişdir. Borc öhdəliyinin mövcud olması və həmin mövcudluq məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) xitam verilməsi üçün heç bir hüquqi əsas yoxdur.

46. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.4, 319.1, 319.4, 385.1, 427.3, 432.4, 442, 443.1, 448.1, 460.1-460.3, 462.1, 467, 471, 472.1, 472.2, 477.0.1, 477.0.4, 528-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3.3, 59.1, 59.3, 59.4-cü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8-ci, Mülki Prosessual Məcə llənin 14.2, 88, 107, 115.0.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

47. MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv, Bankın iddia tələbinin rədd, MMC-nin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Apellyasiya şikayətinin dəlilləri: - bank iddia edir ki, MMC-yə 2012-2016-ci illər ərzində müxtəlif məbləğli kreditlər vermişdir. 2017-ci ilin yanvar ayında tərəflər növbəti kredit sazişlərini bağlayıblar. Sazişlərin 2-ci bəndinə əsasən həmin kreditlərin təyinatı əvvəlki müqavilələr üzrə qalıq borcların ödənilməsidir (Bank bunu “restrukturizasiya” adlandırır, halbuki, müqavilələrdə bu söz işlədilmir). Lakin sözügedən sazişlərdə qalıq borcların məbləği təsbit edilməyib. Bank əvvəlki kredit müqavilələri üzrə deyil, məhz 2017-ci ilin yanvar ayında bağladığı sazişlər üzrə pul tələbi ilə çıxış edir. Lakin həmin sazişlərdə əvvəlki kredit müqavilələri üzrə qalıq borcların məbləği göstərilmədiyi üçün Bank ilk növbədə həmin qalıq borcları sübut etməlidir. Kredit məbləğinin MMC-yə verilməsini Bank sübut etməmişdir; - konkret olaraq MMC-nin bank hesabından kassa məxaric sənədləri təqdim edilməyib. İş üzrə keçirilmiş bütün məhkəmə-mühasibat ekspertizaları da yalnız Bankın təqdim etdiyi maliyyə arayışlarına və MMC-nin bank hesabından çıxarışlara əsaslanır. Halbuki, həmin sənədlərin tərtibi və təsdiqində yalnız Bank iştirak edir. Deməli, Bank ona sərf edən istədiyi məlumatı ora yaza bilər; - müştəri tərəfindən bank hesabındakı vəsaitdən istifadənin 3 sübut u ola bilər: 1) müştərinin imzası olan kassa məxaric sənədi (pulu nağd götürübsə); 2) müştərinin imzası olan ödəniş sənədi (başqa hesaba köçürmə edibsə); 3) elektron ödənişin (məsələn, bank kartı vasitəsilə) həyata keçirildiyinə dair müvafiq sübut. Bunlardan heç biri işdə yoxdur. Qətnamənin özündə də vurğulanır ki, Azərbaycan Respublikası Auditorlar Palatası (həm də bu Palatanın ekspert kimi cəlb edilməsini məhz Bank xahiş etmişdi) öz rəyində göstərir: “kreditin ayrılması haqqında sənədlər və mədaxil qəbzləri auditaraşdırılmasına olunmadığından həmin məbləğin düzgünlüyünü təsdiq etmək mümkün olmadı. Xüsusi qeyd: “YapıKredit Bank Azərbaycan QSC ilə Cavabdeh1MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış kredit müqavilələrinə öhdəliyi tərəflər əsasən borc – arasında bağlanmış müqavilənin, öhdəliklərinin icrasına dair görülmüş işlərin (xidmətlərin) dəyərləri "xxxx" QSC tərəfindən təqdim edilən bank hesab çıxarışlarına və kredit xətti çıxarışlarına, maliyyə arayışlarına əsasən araşdırılması aparıldı”. Yəni əsas ekspert kreditin verildiyini belə şübhə altına almış, lakin məhkəmə fərqli nəticəyə gəlmişdir; - beləliklə, birinci instansiya məhkəməsi, o cümlədən keçirilmiş məhkəməmühasibat ekspertizaları əsas məsələni – MMC-nin Bankdan nə qədər kredit götürməsini müəyyən etməmişlər. Faktiki olaraq Bank MMC-dən mövcud olmayan borcu tələb edir. İlk növbədə borcun yaranma əsası (pul verilibmi? hansı sənəd əsasında və nə qədər verilib?) müəyyən edilməli, sonra isə ekspertiza həyata keçirilməli idi (keçirilməlidir); - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.201 8-ci il tarixli, 2(102)-5034/2018 nömrəli qərarına əsasən MMC-nin Banka olan əvvəlki borcunun bu cür rəsmiləşməsi kredit müqaviləsinin mahiyyətinə uyğun deyil.

49. Zamin (İpoteka qoyan) də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, zaminlik müqavilələrinə xitam verilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

50. Zaminın (İpoteka qoyanın) apellyasiya şikayətinin dəlilləri: - kredit münasibətləri kredit xəttinin açılması barədə müqavilələrdən irəli gəlir. Kredit xətti müqavilələri əsasında 24 yanvar 2017-ci il tarixli və 27 iyul 2017-ci il tarixli 3 ədəd kredit sazişləri (“Kredit sazişləri”) bağlanmışdır. Bank özü də etiraf edir ki, kreditlər guya məhz Kredit sazişləri əsasında verilmişdir. Borcalanın kredit öhdəliyin in icrasının təminatı qismində guya ki, Zaminin 24 yanvar 2017-ci il tarixdə Bankla bağladığı zaminlik müqavilələri (“Zaminlik müqavilələri”) üzrə zaminliyi, habelə 19 yanvar 2017-ci il və 23 yanvar 2017-ci il tarixli 3 ipoteka müqaviləsi (“İpoteka müqavilələri”) üzrə ipoteka təşkil edir; - Zaminlik müqavilələrinin (1-2-ci bəndlər) və İpoteka müqavilələrinin (4-cü bənd) mətnindən görünür ki, onlara nisbətdə əsas (təmin edilən) öhdəlik üzrə əqd qismində Kredit sazişləri deyil, Kredit xətti müqavilələri çıxış edir. Kredit xətti müqavilələrində isə kreditin faiz dərəcəsi və digər mühüm şərtlər təsbit edilməyib. Belə ki, Kredit xətti müqavilələrinin 1.3-cü bəndində birbaşa qeyd olunub ki, “Kredit xətti üzrə hissə-hissə verilən hər hansı kreditin(lərin) müddəti, məbləği, məqsədi, onun illik fai z dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişi(ləri) ilə müəyyən edilir.”: - kredit sazişləri bağlanarkən isə Zaminin razılığı (o cümlədən faiz dərəcəsi və digər şərtlər üzrə) alınmamışdır. Birinci instansiya məhkəməsi bu məsələni (təminat müqavilələri üzrə əsas öhdəlik müqavilələrinin natamamlığı, Zaminin Kredit sazişləri üzrə razılığının olmaması və s.) araşdırmamış və ona qiymət verməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu məsələ üzrə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini bilməmiş deyil; - Zaminin MMC-nin iştirakçısı və qanuni təmsilçisi (icra orqanı) olaraq Kredit sazişlərindən məlumatlılığı ilə məsələnin mahiyyəti dəyişmir. Konstitusiya Məhkəməsi Plenumunun m əlum mövqeyində bu cür istisna mövcud deyil. Ola da bilməzdi. Zaminin MMC-nin iştirakçısı və qanuni təmsilçisi (icra orqanı) olması Borcalanın öhdəliklərinə görə məsuliyyət daşıması demək deyil. Məlumatlı olmaq isə razılıq vermək anlamına gəlmir. Qanuna uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi də ondan ibarətdir ki, zamin və ipoteka qoyan məhz razılıq verməlidir; - Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında müəyyən edilmiş hüquqi mövqe ondan ibarətdir ki, kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində həmin şərtlər göstərilmədikdə və ya dəyişdirildikdə bununla bağlı zaminin razılığı alınmalıdır. Zaminin vəziyyətinin pisləşməsinə səbəb olan hallarla bağlı onu n razılığının alınmaması məsuliyyətinin artması kimi qiymətləndirilir və belə hallarda zaminlik müqaviləsinə xitam verilməlidir; - Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cümaddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına əsasən işin hallarına uyğun olaraq sözügedən hüquq normasını tətbiq edərək birinci instansiya məhkəməsi ipoteka müqavilələrini bağlanmamış hesab etməli idi. Bu yanaşma Ali Məhkəmənin çoxsaylı aktlarında öz əksini tapmışdır.

51. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2346/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Vahid Sadıqov)

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, işdən görünür ki, məhkəmə işin tam və hərtərəfli araşdırılması üçün kredit müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı ekspert rəyləri almış, habelə ipoteka predmetini təşkil edən daşınmaz əmlaklarının ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyləri alınmış, həmçinin, Bank tərəfindən tələb olunan cərimə məbləği borc məbləğinə mütənasib olmadığından əhəmiyyətli dərəcədə azaldılmışdır.

53. Apellyasiya instansiyası məhkəməsi MMC-nin apellyasiya şikayətinin Bank tərəfindən MMC-yə kredit məbləğlərinin verilməməsi, iş üzrə keçirilmiş bütün məhkəməmühasibat ekspertizalarının da yalnız Bankın təqdim etdiyi maliyyə arayışlarına və MMCnin bank hesabından çıxarışlara əsaslanaraq həyata keçirilməsi, həmin sənədlərin tərtibi və təsdiqində yalnız Bank iştirak etdiyindən Bankın istədiyi məlumatı ora yaza bilmək imkanının olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bankla MMC arasında bağlanmış kredit sazişlərində tərəflər kreditin təyinatı və məqsədi ilə bağlı belə razılığa gəlmişlər ki, kredit məbləğləri əvvəlki sazişlər üzrə qalıq borcun ödənilməsi üçün istifadə ediləcəkdir. İşdə olan MMC tərəfindən Banka ünvanlanmış ərizələrdə də bankda olan MMC-nin hesabına mədaxil edilmiş kredit vəsaitlərinin əvvəlki kredit sazişləri üzrə qalıq borcların (məbləğləri göstərilməklə) tamamilə bağlanılması üçün Bankın xeyrinə silinməsi xahiş edilmişdir.

54. Bundan əlavə, işdən görünür ki, MMC-ni birinci instansiya məhkəməsində hüquqşünas (vəkil) təmsil etmiş və MMC-nin əvvəlki və sonuncu kredit sazişləri üzrə ödənişlərini təsdiq edən maliyyə sənədlərini eksper tiza zamanı ekspertlər tərəfindən tədqiq edilməsi üçün məhkəməyə təqdim etmək imkanı olmuşdur. Məlum olduğu kimi, hüquqi şəxslər tərəfindən bu cür ödənişlər nağdsız qaydada həyata keçirilir və ödənişi təsdiq edən sənədlər MMC-nin mühasibatlığında da saxlanılır. Həmçinin, MPM-in 99.3-cü maddəsinə əsasən MMC-nin nümayəndəsinin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirak etmək hüququndan istifadə etmək imkanı olmuşdur.

55. Apellyasiya instansiyası məhkəməsi Zaminin (İpoteka qoyanın) apellyasiya şikayətinin kredit xətti müqavilələrində kreditin faiz dərəcəsi və digər mühüm şərtlər təsbit edilməməsi, kredit sazişləri bağlanarkən Zamin və İpoteka qoyan kimi onun razılığının (o cümlədən faiz dərəcəsi və digər şərtlər üzrə) alınmaması barədə dəlillərini əsasız sayaraq göstərib ki, Zamin və İpoteka qoyan kimi Cavabdeh2 həm borcalan MMC-nin yeganə təsisçisi, həm qanuni təmsilçisi, həm zamin, həm də ki, ipoteka qoyan şəxsdir. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi kimi kredit sazişlərini imzalayarkən kreditin faiz dərəcəsi və digər mühüm şərtləri barədə məlumatlı olmuşdur.

56. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Zamin və İpoteka qoyan kimi Cavabdeh2 kreditin faiz dərəcəsi və digər mühüm şərtləri barədə məlumatlı olaraq zaminlik və ipoteka müqavilələri imzalamaqla, həmin şərtlərlə bağlı öz razılığını ifadə etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

57. Zamin (İpoteka qoyan) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və zaminlik müqavilələrinə xi tam verilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

58. Zaminin (İpoteka qoyanın) kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 43.1, 49.2, 52.2, 87.1, 324.1, 359.1, 359.3, 477.0.1-ci və “İpoteka haqqında” Qanunun 10.5-ci maddələrinin yanlış tətbiq edilməsinə istinad olunmuşdur.

59. MMC də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, bankın iddiasının rədd, MMC-nin iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

60. MMC-nin də kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 425-ci, habelə 560.1, 560.2, 560.3, 739.1, MPM-in 8.1 və 77.1-ci maddələrini düzgün tətbiq etməməsinə istinad olunmuşdur. Belə ki, bank heç pul vəsaitini MMC-yə verdiyinə dair sübut təqdim etməmişdir. Lakin qətnamədə bu məsələ sanki sübut olunmuş kimi təqdim olunur. Apellyasiya instansiyası məhkəməsi bərabərlik prinsipi pozmuşdur. Bank borclulara qarşı fərqli münasibət göstərmişdir. Nəticədə məhkəmə təcrübəsinin vahidliyi də pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin əsassız olmasını götərmiş, bu səbəbdən onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz m ənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bil ər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlərgöstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və y a müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Maddə 46 0.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya his sə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştira kçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər; Maddə 34.1.1 və 34.1.2. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müdd ətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

63. Zamin (ipoteka qoyan) kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini zaminlik müqaviləsinin ləğv ol unması, ipotekaya xitam verilməsi barədə iddianın təmin edilməməsi hissəsində, MMC-isə tam mübahisələndirib. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

64. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

67. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

68. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

69. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla MMC arasında kredit, Zamin və İpoteka qoyan arasında zaminlik və ipoteka müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə MMC-yə kredit verilib, MMC kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

70. İşdən görünür ki, mühasibatlıq ekspertizası keçirilmiş, faiz bor cu həmin rəyə, cərimə məbləği isə Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılmışdır.

71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hər iki iddia tələbləri və apellyasiya şikayətləri üzrə hazırki qərarın 52-56-cı bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar, o cümlədən mühasibatlıq ekspertizasının rəyi prosessual qaydalara uyğun qiymətləndirilib.

72. Bu baxımdan hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.

73. Məhkəmə kollegiyası Cavabdeh2 kredit xətti müqavil əsinə zamin durması və əmlakını həmin xətt müqaviləsi üzrə ipotekaya qoyması, kredit sazişlərinin şərtlərindən isə məlumatlı olmaması, bu səbəbdən zaminliyə xitam verilməsi və ipotekanın bağlanmamış hesab edilməli olması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır.

74. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bankın MMC ilə bağladığı kredit xətti müqavilələrini və həmin müqavilələr çərçivəsində bağlanmış kredit sazişlərini MMC-nin qanuni təmsilçisi kimi Cavabdeh2 özü imzalamışdır. Belə olan halda, Cavabdeh2 kredit xətti müqaviləsi çərçivəsində bağlanmış kredit sazişlərindən zamin və ipoteka qoyan olaraq məlumatlı olmaması barədə dəlilləri əsassızdır.

75. Cavabdeh2 həmin dəlilin təsdiqi üçün Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq Qərarlarına istinad etməsi də v əziyyəti dəyişmir. Belə ki, həqiqətən də Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq Qərarlarında hüquqi mövqe ondan ibarətdir ki, kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində həmin şərtlər göstərilmədikdə və ya dəyişdirildikdə bununla bağlı zaminin razılığı alınmalıdır. Zaminin vəziyyətinin pisləşməsinə səbəb olan hallarla bağlı onun razılığının alınmaması məsuliyyətinin artması kimi qiymətləndirilir və belə hallarda zaminlik müqaviləsinə xitam verilməlidir.

76. Lakin nəzərə almaq lazımdır ki, həmin Qərarlarda hazırki işin hallarına aid hər hansı xüsusat yoxdur. Qeyd edilən Qərarlarda kredit xətti müqaviləsinin zaminlər tərəfindən imzalandığı, kredit sazişlərinin isə borc alan qi smində kənar şəxslərin bağladığı hallarla əlaqədar hüquqi mövqe sərgilənib. Hazırki işdə Zamin və borc alan formal baxımdan ayrı-ayrı şəxslər olsa da (Zamin – fiziki şəxs Cavabdeh2, Borc alan isə MMC), qeyd edildiyi kimi zaminlik müqaviləsini də, MMC-nin adından kredit xətti müqaviləsi və kredit sazişlərin də həm zamin, həm də MMC-nin qanuni təmsilçisi kimi eyni şəxs – Cavabdeh2 imzalayıb. Belə olan halda, Cavabdeh2 kreditin bütün şərtlərini özündə əks etdirən və bu şərtləri görərək kredit sazişlərini imzalaması onun zamin kimi həmin sazişlərə razılığı kimi qəbul edilməlidir.

77. Həmçinin vahid məhkəmə təcrübəsi kimi kassasiya şikayətinə əlavə edilən Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1229/20 saylı, 21 fevral 2020-ci il tarixli qərarı da Cavabdeh2 həmin dəlillərinin əsalı olması nəticəsinə gəlməyə imkan vermir. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1229 saylı, 21 fevral 2020-ci il tarixli qərarında mübahisəyə zaminlik müqaviləsinin hüquqi şəxsin təsisçiləri tərəfindən imzalanması baxımından qiymət verilib. Hazırki işdə Cavabdeh2 kredit sazişlərini MMC-nin adından təmsilçi kimi imzalayıb.

78. Kassasiya şikayətində Cavabdeh2 özünün də məhkəmələr tərəfindən pozulması kimi qeyd etdiyi Mülki Məcəllənin 49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bu baxımdan, təsisçi hüquqi şəxsi təmsil etmədiyi üçün onun hüquqi şəxsin adından bağlanılan hər hansı əqddən xəbəri olması istisna edilmirsə, təmsilçinin belə bir əqddən xəbərsiz olması istisna edilir.

79. Cavabdeh2 kassasiya şikayətində Mülki Məcəllənin 43.1, 52.2 və 87.1-ci maddələrinin pozulması dəlillərinə gəldikdə, qeyd edilən normalar MMC-lər və MMC-lərdə təsisçilərin onun öhdəlikləri üzrə məsuliyyət daşımaması halları ilə bağlıdır ki, hazırki işdə də Cavabdeh2 məsuliyyəti təsisçi kimi yox, zaminlik müqaviləsi üzrə öhdəlik münasibətlərinə əsasən müəyyən edilib.

80. MMC-nin kassasiya şikayətinin dəlilləri də əsassızdır. Yuxarıda qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları baxımından həmin dəlillərin əsassız olmasını göstərib və məhkəmə kollegiyası bununla razılaşır.

81. MMC-nin şikayətinin dəlili kimi oxşar iş üzrə vahid məhkəmə təcrübəsi nümunəsi olaraq kimi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5034/2018 saylı, 23 iyul 2018-ci il tarixli qərarına istinad etməsini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, istinad edilən qərarda kredit müqaviləsi üzrə verilmiş pulun əvvəlki kredit müqaviləsi üzrə borca silinməsi kredit müqaviləsinin şərtlərindən irəli gəlməmişdir. Hazırki işdə isə verilən pulun əvvəlki kredit müqavilələr üzrə borca silinməsi kredit müqavilələrinin şərti kimi müəyyən edilib. Üstəlik o da müəyyən edilib ki, MMC Banka ünvanlanmış ərizələrdə bankda olan MMC-nin hesabına mədaxil edilmiş kredit vəsaitlərinin əvvəlki kredit sazişləri üzrə qalıq borcların (məbləğləri göstərilməklə) tamamilə bağlanılması üçün Bankın xeyrinə silinməsini xahiş edib.

82. Həmçinin MMC-nin iddiası mahiyyət etibarilə Bankın iddiasının tam və ya qismən təmin edilməsini aradan qaldırmağa yönəldiyi üçün və Bankın iddiası yuxarıda göst ərilənlərə əsasən təmin edildiyi üçün MMC-nin iddiasının rədd edilməsi hissəsində gəlinən nəticə də qanuni və əsaslı olmuşdur.

83. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2346/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar