Məhkəmə qərarları › İş №2(102)-380/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-380/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-380/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr, alimentin artırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4853/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər nikahda olmuş, birgə nikahlarından xx.xx.2011-ci təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2038/2023 nömrəli 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların anaları - İddiaçı yanında saxlanaraq onun himayəsinə verilməsi, onlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 6 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3551/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabde h apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə alimentin tutulmasının əvvəlinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və 17 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən olunmuş alimentin tutulması X3 atadan alınıb faktiki olaraq ananın himayəsinə verildiyi tarixdən hesablanması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

4. X7 LTD tərəfindən verilmiş 7 dekabr 2023-cü il tarixli HA066/2023 nömrəli məktubuna əsasən, Cavabdeh SOCAR tərəfindən yaradılmış X8 LTD MMC şirkətinə 1 sentyabr 2010-cu il tarixdə qəbul olunmuş və hal-hazırda anbardar-təchizatçı vəzifəsində çalışır. Onun əmək haqqı gəlir vergisindən əvvəl 3216.58 ABŞ dollarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011ci il təvəllüdlü X6,xx.xx.2014-cü il təvəllüdlü X12 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh qazancın (başqa gəlirlərin) yarısı qədərində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində aimentin tutulması qət edilmişdir. Hazırda alimentin artırılmasına ehtiyac var, çünki cavabdeh həddindən artıq stabil yüksək əmək haqqı alır və qazancın (başqa gəlirlərin) yarısı qədərində aliment tutulmalıdır. Belə ki, cavabdeh SOCAR tərəfindən yaradılmış X9 Ltd MMC şirkətində “anbardar təhcizatçı” vəzifəsində işləyir və 3.216,58 ABŞ dolları məbləğində maaş alır (5467 manat təşkil edir).

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3248/2024 nömrəli 27 may 2024cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin olunmuş, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən 17 mart 2011-ci il təvəllüdlü X3, 16 iyul 2014-cü il təvəllüdlü X5 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin qazancı ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etdiyi üçün, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia təmin edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3, 78.1, 78.2-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, q ətnamənin dəyişdirilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər uşaq üçün 220 manat aliment uşaqların hər bir tələbatının ödənilməsinə yetir. Uşaqlar orta məktəbdə təhsil alırlar və onlara sərf olunan məsrəflər artmamışdır. O, uşaqları ilə həmişə maraqlanmışdır. X3 qətnamə ilə ananın himayəsində qalması müəyyən edilsə də, onun yanında qalır və uşağın bütün qayğısını da o çəkir. Onun himayəsində yaşlı valideyni var, onun da bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Bundan başqa cavabdeh qeyd etmişdir ki, onun öhdəlik kimi kredit müqaviləsi də vardır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-4853/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, elektron Məhkəmə İnformasiya Sistemindən də müəyyən edilir ki, cavabdeh "X11 Limited" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işləyir və 5208,29 manat əmək haqqı alır. Cavabdehin daimi iş yeri və müntəzəm qazancı vardır.

14. Məhkəmə kollegiyası 220 manat alimentin bir uşağın saxlanması üçün yetərli olması, himayəsində yaşlı valideynin olması, kredit borcunun olması barədə cavabdehin dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

15. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, uşaqlardan birinin onun yanında olması barədə cavabdehin dəlili əsaslı deyil, çünki qüvvədə olan qətnamə ilə hər üç uşaq iddiaçının himayəsində saxlanılmışdır. Həmin vəziyyətin dəyişməsi üçün cavabdeh müstəqil iddia qaldıra bilər.

16. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, qüvvədə olan qətnamə ilə 17 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən olunmuş alimentin tutulmasının X3 atadan alınıb faktiki olaraq ananın himayəsinə verildiyi tarixdən hesablanması müəyyən edilmişdir.

17. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75, 76.1.3, 78.1, 112.1-ci maddələrə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları hər iki instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, iş tam, obyektiv araşdırı lmamışdır. Cavabdeh qeyd etmişdir ki, o, alimenti ödəməkdən boyun qaçırmır, bu günədək uşaqlarının tələbatını ödəmək üçün var gücü ilə çalışır. Lakin hazırkı təyin edilmiş alimentin miqdarı, onun əmək haqqının ½ hissəsinin İddiaçı ödənilməsi hədsiz dərəcədə çox olduğundan, onun yaşayışına mənfi təsir göstərəcək. Məhkəmə yekun akt qəbul etmədən öncə onun da maddi, sağlamlıq və digər vəziyyətini nəzərə almalı, yaşayışının təmin edilməsi standartlarını göz önündə tutmalı idi. Məhz buna görə də qeyd etmişdir ki, qət edilmiş aliment məbləği azaldılmalı, qətnamə ləğv edilməlidir. Bundan başqa cavabdeh qeyd etmişdir ki, iddiaçı onun maddi imkanlarını düzgün sübuta yetirə bilməmişdir. Bunu təsdiq edən sənədləri isə məhkəməyə təqdim etməmişdir. Məhz belə olan halda iddiaçının iddia tələbi rədd ed ilməlidir.

20. Kassator şikayətini Ailə Məcəlləsinin 76.2, 78.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etirazda qeyd edilmişdir ki, şikayətin dəlilləri əsassızdır. Uşaqlar hazırda “Oxbridge Academy” Ümumtəhsil müəssisəsində təhsil alırlar və iddiaçı tərəfindən 2023-2024-cü il üzrə 2 uşaq üçün 7970 ABŞ dolları təhsil haqqı ödənilmişdir. Cavabdehin öz valideyninin qayğısına qalması onu övladlarına aliment ödəmək öhdəliyindən azad etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

22. Maddə

75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fə slinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

23. Maddə 76.1.3. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulu r.

24. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

25. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onları n davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğində tutulmuş alimentin miqdarı müəyyənləşdirilərkən məhkəmə tərəfindən nəzərə alınmalı olan halları müəyyən etdiyindən, mübahisələndirilən qətnamə ilə aliment sabit pul məbləğində deyil, qazancın hissəsi kimi tutulduğundan bu norma hazırkı mübahisə üzrə tətbiq edilə bilməz.

33. Aliment qazancın bir hissəsi kimi müəyyən edildiyi halda Ailə Məcəlləsinin 76.2 -ci maddəsində müəyyən edilir ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin şikayətinin dəlilləri əsasında qeyd olunan normanın tələbinə uyğun olaraq onun maddi vəziyyəti, alimentin Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində nəzərdə tutulmuş hissədə daha az müəyyən edilməsi üçün diqqətəlayiq halların mövcud olub-olmadığı araşdırılmış, cavabdehin himayəsində yaşlı valideyninin və kredit borcunun olması iddianın rədd edilməsinə əsas olan hal kimi qiymətləndirilməmişdir.

35. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4853/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar