Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3800/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh xxxoğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 xxx, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun vərəsələrdən tutulması, vərəsələrin kreditor qarşısında məsuliyyəti, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlu hakimlərdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh xxxoğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 xxx, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1429/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxxoğlu ilə X2 arasında olan nikah 12 oktyabr 2017-ci il tarixdə ləğv edilmişdir. 2. "xxxx" ASC ilə xxxoğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən, borcalana illik 24 faizlə 36 ay müddətinə 300 manat kredit verilmişdir. 3. "xxxx" ASC ilə xxxoğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borcalana illik 20 faizlə 59 ay müddətinə 23500 manat kredit verilmişdir. 4. xxxoğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. 5. xxxoğlunun ailə üzvləri Cavabdeh2, Cavabdeh1 xxx, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, xxx qızıdır..
6. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü ildə vəfat etmiş xxxoğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/5 hissədə pay almaqla 3/5 hissədə pay açıq saxlanılmışdır.
7. Cavabdeh2 və Cavabdeh1 xxxnın Bakı şəhəri 8 saylı Notariat Ofisinə vermiş olduqları **********605 nömrəli ərizədə qeyd edilmişdir ki, oğlu xxxoğlunun qanunvericiliklə hər hansı banka və ya fiziki şəxsə borcu olduğ u təqdirdə vərəsə olaraq ödəməyi öz öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, xxxoğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Qudrət oğlu və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada Bankın xeyrinə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcun, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat olmaqla, cəmi 272.72 manat borcun, ümumil ikdə 22297.71 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixində 6-2-22/2-41703/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı tərəfindən ünvanlanmış vəsatət əsasında məhkəmə tərəfindən ünvan 2 ünvanlanmış və sorğu əsasında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da xxxoğlunun vərəsələri olduğu müəyyən edilmişdir. Əldə edilən vərəsəlik işinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 hərəsi 1/5 hissədə miras payı qəbul etmişdir. Vərəsəlik işi məlumatlarına əsasən 3/5 hissədə miras payı Cavabdeh3 Qudrət oğlu, Cavabdeh4 və Cavabdeh5 qəbul etmişdir, Cavabdeh5 Qudrət oğlunun qanuni nümayəndəsi qismində Qanuni nümayəndə çıxış edir. Vərəsəlik işi materiallarında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 miras əmlakdan imtina etməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir.
10. Birinci instansiya məhkəməsində Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, mərhumun ailə üzvləri ilə münasibətləri yoxdur, həmçinin mərhumun kredit götürməsindən məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xxx hər biri ayrı-ayrılıqda bildirmişlər ki, Qüdrət Həşimov İsfəndiyar oğlu onların övladıdır. Övladları vəfat etdikdən s onra notarius tərəfindən vərəsəlik işi açılmış və onlar vərəsə olaraq qanun üzrə vərəsə olaraq tanınmışlar. Mərhum oğlunun bir kredit müqaviləsi üzrə borcunun olduğunu bilirdilər.
12. Şirvan Şəhər Məhkəməsinin 2(032)-348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Mustafayev)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X3 İsfəndiyar oğlu arasında BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli Tam Kart və BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq Bank tərəfindən xxxoğluna kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən xxxoğlunun BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 m anat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcu, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat borcu qalmışdır. xxxoğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən vərəslik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərhumun vərəsələri olaraq Cavabdeh2 və Cavabdeh1 hər birinə 1/5 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin “Elektron notariat” X1 vasitəsilə mərhum xxxoğlunun ailə üzvləri Cavabdeh2, Cavabdeh1 xxx, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, xxx qızı olduğu müəyyən edilmişdir.
14. Birinci instansiya məhkəməsi ilkin olaraq X3 İsfəndiyar oğlu arasında bağlanmış olan kredit müqavilələri üzrə münasibətlərə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının kredit müqavilələri üzrə pul tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarına görə müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə X5 İsfəndiyar oğluna borc (kredit) verməyi, xxxoğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə bank tərəfindən üzərinə götürülmüş olan öhdəliklər icra edilsə də, xxxoğlu tərəfindən müqavilə üzrə üzərinə götürülmüş olan öhdəlikləri tam olaraq icra edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin kredit müqaviləsi üzrə pulun tutulması hissəsinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir.
16. Birinci instansiya məhkəməsi mülki qanunvericiliyin öhdəlik və vərəsəlik normalarına istinadən gösrəmişdir ki, həmin normaların tələblərindən göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınm ış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
17. İşin faktiki hallarına əsasən mərhum xxxoğlunun vərəsələrinin dairəsi notarius tərəfindən müəyyən edilmiş və vərəsələr Cavabdeh2 və Cavabdeh1 hər biri 1/5 payçı olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras əmlak 3/5 hissədə açıq saxlanılmışdır.
18. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhrum xxxoğlu ilə bank arasında bağlanmış kredit müqavilələri üzrə borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
19. İddia tələbinin digər cavabdehlər olan Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanuni nümayəndəsi xxx qızından kredit müqavilələri üzrə borcun tutulması hissəsinə münasibətdə də biri nci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə də əsaslıdır.
20. Belə ki, işin faktiki hallarında əsasən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum xxxoğlunun övladlarıdır. Qeyd edilən şəxslərin mərhum xxxoğlundan miras qalmış əmlakdan imtinası halı isə müəyyən edilməmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyət i ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.”
22. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... Beləliklə, mirasın formal və qeyri -formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” “... Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmal ı və həll edilməlidir.”
23. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (qanuni nümayəndəsi xxx qızı) qarşı da təmin edilməlidir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.12, 448.2, 1151, 1159.1.1, 1256, 1306-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, məhkəmə, miras əmlak kütləsini, yəni cavabdehlərin hansı miras əmlakdan pay alacaqlarını müəyyən etmədən öz mülahizəsinə əsasən iddiaçının tələbini təmin etmiş, miras kütləsinə daxil olan əmlakın xxxoğlunun bank qarşısında icra edilməmiş öhdəliyinin icra edilməsi üçün yetərli olub-olmamasını araşdırmamışdır.
27. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1429/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əs ədov, Pərviz Əhmədov)
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə öhdəliyini yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan Bank Mülki Məcəllənin 1304, 1146, 1255-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir.
29. Bundan əlavə, cavabdehlərin qanuni nümayəndəsi apellyasiya şikayətinin dəlillərində məhkəmənin miras əmlak kütləsini, yəni cavabdehlərin hansı miras əmlakdan pay alacaqlarını müəyyən etmədən öz mülahizəsinə əsasən iddiaçının tələbini təmin etməsini, miras kütləsinə daxil olan əmlakın xxxoğlunun bank qarşısında icra edilməmiş öhdəliyinin icra edilməsi üç ün yetərli olub-olmamasını araşdırmadığını bildirsə də, qeyd edilməlidir ki, miras əmlak cavabdehlər tərəfindən qəbul edildiyindən onun kütləsini, kreditorun tələbinin icrası üçün miras əmlakın həddinin sübut edilməsi öhdəliyi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi onu qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı apellyasiya icraatı zamanı hər hansı bir sübut da təqdim etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizələr hesab edilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2, 1151, 1306, 1307, 1146, 1162, 1243.3 və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətyinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə mü əyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əv əz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1306.1. Vərəsələr mira s qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qər arının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417. 1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi nin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirilib. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxşını predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh5 (qanuni nümayəndəsi xxx qızı) apellyasiya şikayəti üzrə olub. Bu baxımdan qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
40. İddia tələbi cavabdehlərdən, o cümlədən Cavabdeh5 vərəsə olaraq kredit müqaviləsi üzrə mirasqoyanın borcunun tutulması barədədir.
41. İşin mübahisəsiz halı kimi də müəyyən edilib ki, Cavabdeh5 kredit müqaviləsi ü zrə mirasqoyan xxxoğlunun vərəsəsidir. Həmin vərəsənin payı açıq saxlanıb və paydan imtina edilməyib.
42. Nəzərə alınsa ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar, belə olan halda, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də əsaslı olmuşdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qan uni və əsaslı qətnamə qəbul etmişdir.
44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olub və qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi onlara qiymət verib.
45. Bununla belə, məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, borclunun öldüyü məqamda Mülki Məcəllənin qüvvədə 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırda həmin norma Mülki Məcəllənin 1306.5-ci maddəsi kimi bir qədər fərqli məzmunda müəyyən edilib: “Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qar şısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.”
46. Qeyd edilən norma(lar)ın məzmunundan da göründüyü kimi, vərəsələr o halda miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar ki, miras notarius tərəfindən siyahıya alınsın. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
47. İşdən görünür ki, miras notarius tərəfindən siyahıya alınmayıb. Belə olan halda da, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdeh qeyd edilən halı sübut edə bilməmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1429/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.