Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3801/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1021/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0,2714 ha olan torpaq sahəsi əldə etmiş, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Həmçinin qeyd olunan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 944484 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir.
3. Gəncə şəhəri, Atatürk prospektində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzili üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınaraq, MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilımişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,2714 hektar torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, qonşuluqda yaşayan cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 100 kv.metrdən artıq hissəsini zəbt etmiş və orada tikinti işləri aparmışdır. Dəfələrlə cavabdehdən torpaq sahəsinin boşaldılması və inşa etdiyi bir sıra tikintilərin sökülməsini tələb etsə də, cavabdeh və ailəsi müxtəlif bəhanələr gətirərək iddiaçıya məxsus olan torpaq sahəsini boşaltmamış, qanunsuz inşa etdiyi tikililəri sökməkdən imtina etmişdir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospektində istifadədə olan 0,0347 hektar torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Çoxmənzilli binaların da həyətyanı sahələri olduğuna və bina bir mərtəbəli olduğuna görə hər bir mənzil sahibi öz həyətyanı sahəsini icazə əsasında hasarlamış, özünə yaşamaq üçün zəruri şərait yaratmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi uşaq bağçasına aiddir. Onların həyətyanı sahəsi də uşaq bağçasının deyil, çoxmənzilli binanın həyətyanı sahəsi olmuşdur və həmin sahəni də onlar hasarlamamışlar. Qeyd olunan ərazini onlar 1984-cü ildə hazırki faktiki vəziyyətinə uyğun almışlar. Bəhs olunan torpaq sahəsində onlar tərəfindən yalnız təmir işləri aparılmış, hər hansı iş görülməmişdir. İddiaçının 2023-cü ildə qeydiyyata aldırdığı torpaq sahəsi 1984-cü ildən onların istifadəsində, 2008-ci ildən isə mülkiyyətindədir. Uşaq bağçasının da çoxmənzilli binanın yerinə və həyətyanı sahəsinə hər hansı bir aidiyyəti ola bilməz. Lakin iddiaçının çıxarışından görünür ki, uşaq bağçasının tikililəri olduğu halda, torpaq sahəsinin alğı-satqısı kimi rəsmiləşdirilmiş və həmin torpaq sahəsinin təyinatı da dəyişdirilərək yaşayış məntəqələrinin torpaqlarına çevrilmişdir. İş üzr ə məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razılaşmır.
7. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8741 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, **********26 reyestr nömrəli çıxarışa əsasən 0,2714 hektar torpaq sahəsindən 0,01325 hektar (132.5 kv.m) hissə İddiaçı faktiki olaraq istifadəsində deyildir. Cavabdeh **********68-05101-093001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kv.metr torpaq sahəsi vardır. İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınımış 0.2714 hektar torpaq sahəsi ilə, Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsini n 65,45 kv.metr hissəsi üst-üstə düşür. Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi sahədə əlavə, faktiki istifadəsində olan 77,6 kv.metr torpaq sahəsinin 67 kv.metr hissəsi, həmin 77,6 kv.metr torpaq sahəsi üzərində yerləşən 8 kv.metr sahədə olan hamam tikilisinin isə 5 kv.metr hissəsinin, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-93/2024 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan (xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində Cavabdeh tərəfindən tikilmiş, sahəsi 8 k v.metr olan, hamam tikilisinin 5 kv.metr hissəsinin sökülməsi, İddiaçı mülkiyyətində olan (xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində 67 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni ekspert rəyinə istinadla əsaslandırmış, həmçinin bildirmişdir ki, məhkəmə reyestrin məzmunun həqiqliyi və tamlığı prezumpsiyasını nəzərə alaraq hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində Cavabdeh tərəfindən tikilmiş sahəsi 8 kv.metr olan hamam tikilisinin 5 kv.metr hissəsinin sökülməsi, həmin torpaq sahəsinin şimal hissəsində 67 kv.metr hissəsinin Cavabdeh tərəfindən boşal dılması tələbinə dair hissədə iddia əsaslı olsa da, digər hissələrdə əsassızdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Torpaq Məcəlləsinin 48, 49, 50, 111-ci, Mülki Məcəlləsinin 152.1, 157.2-ci, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissələrində ləğv olunması və həmin hissələrdə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdehə məxsus mənzil çoxmənzilli binanın 8 mənzilindən biridir. Bina 1860-cı illərdə çar Rusiyası zamanında tikilmiş binadır. O zamanlar belə binaların həyət ində ümumi tualetləri olan bina olub. SSRİ illərində hər bir mənzil sahibi binanın həyətyanı sahəsində dövlət orqanlarının razılığı ilə özlərinə ayrıca olaraq hamam tualet tikdirərək özləri üçün şərait yaradıblar. Məlum məsələdir ki, çox mənzilli binaların həyətyanı sahələri olur. Hansı ki, həmin həyətyanı sahələr mənzillərdə yaşayanların istifadəsinə verilən sahələrdir. Hər bir mənzil sahibi də ümumi razılıq əsasında hər mənzilə mənzillərinin qarşısında ayrıca olaraq hamam və tualet tikilmişdir. Bu tikililər və tikililərin yerləşdiyi sahələr mənzil sahiblərinin istifadəsinə verilən və DƏDRX-də də qeydiyyat alınan sahələrdir. Bu səbəbdən xx.xx.2008-ci il tarixli **********805101-093001 reyestr nömrəli çıxarışdan göründüyü kimi Gəncə şəhəri, Atatürk prospektində istifadədə olan 0,0347 ha to rpaq sahəsində yerləşən 11 nömrəli 1 mərtəbəli binanın 2-ci girişində 91 kv.metr ümumi olmaqla 37 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına DƏDRX-də hüquqların dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan çıxarışdan göründüyü kimi ümumi sahəsi 91 kv.metr olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində, mənzilin yerləşdiyi 0,0347 ha torpaq sahəsi isə istifadəsində olmaqla hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-də qeydiyyata alınmışdır. Çoxmənzilli binaların sakinlərinin gəzintisi, gediş-gəlişi, yük aparıb gətirməsi, uşaqların oynaması və sakinlərə məxsus avtomobillərin dayanması üçün binanın yerləşdiyi torpaq sahəsindən əlavə həyətyanı sahəsi də olmalıdır. O həyətyanı sahə də sakinlərin istifadəsində olan torpaq sahəl əridir. Binanın mənzillərinin ayrıca hamam-tualeti olmadığına və ümumi olduğuna görə mənzillərin sahiblərinin qarşılıqlı razılıqları və dövlət orqanlarının da razılıqları ilə hər bir mənzil sahibləri öz mənzillərinin qarşısındakı həyətyanı sahəni hasarlayaraq hamam tualet və sairə yardımçı sahələr tikdirərək özlərinə zəruri şərait yaratmışlar. İddiaçının mülkiyyətində olan torpaq sahəsi 24 saylı uşaq bağçasının özəlləşdirilməsi nəticəsində əldə olunan torpaq sahəsidir. Cavabdehin (bizim) mənzildən Sidqi Ruhulla küçəsinədək Atatürk prospekti boyu 10 metr enində torpaq sahəsinin 24 saylı uşaq bağçasının həyətyanı torpaq sahəsinə hər hansı bir aidiyyəti olmamışdır.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1021/2024 saylı, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov sədrlik edən və məruzəçi, İ.Həsənov və Ş.Rzaquliyev) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəmi belə əsaslandırmışdır ki, müəyyən olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli elektron çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,2714 ha olan yaşayış məntəqələrinin torpağı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixli, 4Ə-269 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almış və xx.xx.2023-cü il tarixli 944484 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində ünvan 1 ünvanında yerləşən ********* *26 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli, **********8-**********1 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Atatürk prospektində istifadədə olan 0,0347 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh Gəncə şəhəri, Atatürk prospektində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzilini xx.xx.2008ci il tarixli, 4Ə-3-312 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında almışdır. İş üzrə ekspert rəyi ilə **********26 reyestr nömrəli çıxarışa əsasən 0,2714 hektar torpaq sahəsindən 0,01325 hektar (132.5 kv.m) hissənin İddiaçı faktiki olaraq istifadəsində olmadığı müəyyən edilmişdir. C avabdeh **********68-05101-093001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kv.metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.2714 hektar torpaq sahəsi ilə, Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinin 65,45 kv.metr hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi sahədə əlavə, faktiki istifadəsində olan 77,6 kv.metr torpaq sahəsinin 67 kv.metr hissəsi, həmin 77,6 kv.metr torpaq sahəsi üzərində yerləşən 8 kv.metr sahədə olan hamam tikilisinin isə 5 kv.metr hissəsinin, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyy ən edilmişdir.
15. İddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
16. Cavabdehin mənzildən Sidqi Ruhulla küçəsinədək Atatürk prospekti boyu 10 metr enində torpaq sahəsinin 24 saylı uşaq bağçasının həyətyanı torpaq sahəsinə hər hansı bir aidiyyətinin olmaması barədə dəlilləri əsaslı sayıla bilməz. Belə ki, işin yuxarıda qeyd edilmiş halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh **********68-05101-093001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kv.metr torpaq sahəsi olduğu müəyyən edilmiş və məhz faktiki istifadəsində olan 77,6 kv.metr torpaq sahəsinin 67 kv.metr hissəsi, həmin 77,6 kv.metr torpaq sahəsi üzərində yerləşən 8 kv.metr sahədə olan hamam tikilisinin isə 5 kv. metr hissəsinin, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
17. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 111-si, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, hamam və tualetin bir hissəsinin iddiaçıya aid sahə ilə üst-üstə düşdüyü və digər hissəsinin də düşmədiyi faktdır. Bunun səbəbi odur ki, cizgi planı tərtib olunanda onların sahə ilə üst-üstə salınması üçün bilərəkdən Atatürk prospekti tərəfdən cizgilər naturada olduğu kimi yox, bir neçə metr daxilə doğru çəkilərək iddiaçının torpaq sahəsi azaldılmışdır. Bu hal sübut olunan haldır, lakin etirazında, habelə apellyasiya şikayətində yazsalar da aydınlaşdırılmayıb. Apellyasiya məhkəməsi bu halı yerində aydınlaşdırmalı, yaxud yenidən ekspertiza təyin etməli və Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsini tətbiq edib qətnamənin ləğv olunmasına dair qətnamə çıxarmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazıl ı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam y oxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
27. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı v ə sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər
36. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
37. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həm in sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
38. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
40. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
41. Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
42. Maddə 111.1.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
43. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
44. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahi sələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və orada inşa edilmiş tikilinin sökülməsi barədədir.
56. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə idd iaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
57. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə alğı-satqı müqaviləsi əsasında keçmişdir və iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestgrində qeydiyyata alınmışdır.
58. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.
59. Göründüyü kimi alğı-satqı müqaviləsi torpaq sahəsi üzərində hüquq un yaranması üçün Mülki Məcəllənin 14.2.1-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır.
60. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir.
23. İşə baxmış məhkəmə bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində 67 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş, cavabdeh tərəfindən tikilmiş, sahəsi 8 kv.metr olan, hamam tikilisinin 5 kv.metr hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir.
24. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyi nə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ vardır. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi qənaət qanuni və əsasldır.
61. Ekspert rəyinin əsassız olması barədə kassatorun dəlilləri də qəbul oluna bilməz. Çünki cavabdeh bu barədə hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.
62. İddiaçının torpaq sahəsinə hüquqlarının qanunsuz olması barədə kassatorun dəlilləri də araşdırılmır. Çünki Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipi baxımından, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının qanuniliyi hazırkı icraatda mübahisələndirilə bilməz. Buna görə də, Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri əsasında həmin reyestr qeydiyyatının həqiqiliyi qəbul olunur.
63. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü digər dəlillər, mahiyyəti etibarilə iddia tələbinə qarşı etiraz dəlilləridir. Başqa sözlə, həmin dəlillər işin faktik halları ilə bağlıdır. Bu mahiyyətdə olan dəlillər isə kassasiya icraatının predmeti deyildir.
64. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını m üəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verild iyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1021/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.