Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3802/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)351/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-1737/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.T.Tağıyev) İddiaçı Cavabd eh qarşı “cehiz, məişət, qızıl-zinət əşyalarının qaytarılması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 1.380 manat dəyərində 583 əyyarlı, 25 qram çəkidə yoluçnu sep bilərzik dəsti, 830 manat dəyərində 583 əyyarlı, 15 qram çəkidə sep ortası (klon), 1.380 manat dəyərində 583 əyyarlı, 12 qram çəkidə brilyant qaşlı sırqa-üzük dəsti, 750 manat dəyərində 583 əyyarlı, 8 qram çəkidə brilyant qaşlı barmaqçıl, 600 manat dəyərində 583 əyyarlı, 6 qram çəkidə brilyant qaşlı 1 ədəd üzük, 1.100 manat dəyərində 583 əyyarlı, 20 qram çəkidə 5 ədəd üzük, 4.000manat dəyərində yataq və qonaq mebeli, 550manat dəyərində1ədəd stol və 6 ədəd stul, 500 manat dəyərində divan kreslo, 350 manat dəyərində taxt kravat, 150 manat dəyərində yazı stolu, 200 m anat dəyərində termo, 80 manat dəyərində 2 ədəd tumbuçka, 80 manat dəyərində 1ədəd sandıq, 400 manat dəyərində 2 ədəd gəvə, 90 manat dəyərində 1 ədəd tozsoran, 140 manat dəyərində 2 ədəd döşək, 100 manat dəyərində 1 ədəd qoşa döşək, 150 manat dəyərində 3 ədəd tək yorğan,70 manat dəyərində 1 ədəd qoşa yorğan, 180 manat dəyərində 6 ədəd yastıq, 60 manat dəyərində 2 ədəd balış, 30 manat dəyərində 2 ədəd mütəkkə, 20 manat dəyərində 1 ədəd döşəkçə, 30manat dəyərində 6 ədəd stulüstü döşəkçə, 40 manat dəyərində 1 ədəd örtük, 30 manat dəyərində 1 ədəd adyal, 200 manat dəyərində obednı servis, 140 manat dəyərində çaynı servis, 50 manat dəyərində krafinka dəsti, 60 manat dəyərində 12 ədəd bakal, 50 manat dəyərində 2 ədəd konfet qabı, 60 manat dəyərində 2 ədəd meyvə qabı, 180 manat dəyərində əldə işl ədilən qablar, 350 manat dəyərində paltar və ayaqqabı, 5 manat dəyərində çörək qabı, 30 manat dəyərində 2 ədəd qruşka, 6 manat dəyərində rozetkalar, 2 manat dəyərində qulplu süzgəc, 6 manat dəyərində 12 ədəd duz qabı, 6 manat dəyərində 2 ədəd salfetka qabı, 10 manat dəyərində qoz çəkən, 4 manat dəyərində troyka meyvə çəkən, 2 manat dəyərində qulplu kətə kəsən, 4 manat dəyərində abgərdən, 10 manat dəyərində 2 ədəd konfet qabı, 10 manat dəyərində 5 ədəd balaca qazan dəsti, 20 manat dəyərində karniz, 50 manat dəyərində 2 ədəd pərdə, 30 manat dəyərində 1 ədəd saat divar saatı, 60 manat dəyərində kreslo üstü, 300 manat dəyərində 3 ədədbalaca gəvə, 200 manat dəyərində sandıq içi, 70 manat dəyərində 2 ədəd naçnik, 15 manat dəyərində 2 ədəd vanna, setka, 20 manat dəyərində 4 ədəd padnos, 15 mana t dəyərində çıraq, 5 manat dəyərində 1 ədəd kapron vedrə, 5 manat dəyərində 1 ədəd termos, 6 manat dəyərində balaca yağ balonu, 12 manat dəyərində 12 dəst asılqan, 50 manat dəyərində şirəli qazan, çaydan dəsti, 30 manat dəyərində böyük qazan, aşsüzən, 8 manat dəyərində (plastmas) çörək qazanı, 4 manat dəyərində 1 ədəd aşsüzən, 150 manat dəyərində tozsoran, 20 manat dəyərində ütü, 40 manat dəyərində ütü stolu, 10 manat dəyərində qabyuyan setka, 200 manat dəyərində paltaryuyan maşın, 16 manat dəyərində aura qazan, 50 manat dəyərində elektrik ətçəkən maşın, 90 manat dəyərində sok maşını, 30 manat dəyərində 4 ədəd boşqab, 5 manat dəyərində banka bağlayan, 4 manat dəyərində 1 ədəd xiyar doğrayan, 9 manat dəyərində 2 ədəd vanna, 12 manat dəyərində 2 ədəd dəmir vedrə, 8 manat dəyərində 2 ədəd pla stmas ləyən, 10 manat dəyərində 1 ədəd böyük şirəli ləyən, 8 manat dəyərində 2 ədəd balaca şirəli ləyən, 5 manat dəyərində dördayaq, 4 manat dəyərində 1 ədəd dəmir ləyən, 4 manat dəyərində 1 ədəd aşsüzən, 10 manat dəyərində 5 mərtəbəli ayaqqabı yığılan dəst, 30 manatdəyərində 2 ədəd qapı pərdəsi, 90 manat dəyərində 3 ədəd xrustal güldan, 40 manat dəyərində 2 ədəd yaşıl rəngli güldan, 25 manat dəyərində (göy rəngli 5 ədədəli) 1 qrafin dəsti, 18 manat dəyərində (zərli qaşlı) 6 ədəd rumka, 30 manat dəyərində xrustal qrafin dəsti, 18 manat dəyərində 6 ədəd ağ rəngli uzun bagema rumkalar, 8 manat dəyərində 2 ədəd göy külqabı, 20 manat dəyərində hündür mürəbbə qabları, 5 manat dəyərində duzqabı, 6 manat dəyərində 7 ədəd tort qabı, 60 manat dəyərində çaynı servis dəsti, 10 manat dəyərində 2 ədəd alçaq qənddan, 10 manat dəyərində hündür qənddan, 10 manat dəyərində xrustal külqabı, 20 manat dəyərində 6 ədəd kruşka, 12 manat dəyərində 24 ədəd qaşıq dəsti, 18 manat dəyərində 36 ədəd bıçaq, 12 manat dəyərində 12 ədəd çəngəldəsti, 9 manat dəyərində böyük bıçaq dəsti, 2 manat dəyərində 1 ədəd qaşıq dəsti, 8 manat dəyərində 6 ədəd böyük bulud qaşığı, 10 manat dəyərində 5 ədəd çömçəqaşıq dəsti, 2 manat dəyərində davankeş, 5 manat dəyərində qozqıran, 35 manat dəyərində 1 ədəd 3 mərtəbəliqab, 40 manat dəyərində 1 ədəd (yanı balalı) böyük vaz, 4 manatdəyərində 1 ədəd ağ qrafin, 8 manat dəyərində 2 ədəd fiqur dəsti, 10 manat dəyərində 7 ədəd laləli tort qabı, 5 manat dəyərində şüşə çaynik, 25 manat dəyərində (belnder) düyü çəkən, 30 manat dəyərində 3 ədəd uzun vaz, 15 manat dəyərində 1 ədəd uz un göy rənglivaz, 6 manat dəyərində 1 ədəd qoz-fındıq vazı, 30 manat dəyərində 12 ədəd kasa, 10 manat dəyərində 1 ədəd mikser, 5 manat dəyərində 2 ədəd krem qabı, 5 manat dəyərində 2 ədəd balaca plastmas ləyən, 30 manat dəyərində 2 ədəd jaronnik, 20 manat dəyərində, 24 ədəd boşqab, 4 manat dəyərində 4 ədəd bulud, 2 manat dəyərində 1 ədəd ələk, 5manat dəyərində 1 ədəd əlcək,önlük dəsti, 10 manat dəyərində 6 ədəd stəkan, göy rəngli nəlbəki, 10 manat dəyərində 6 ədəd salyan stəkan, 5 manat dəyərində göy rəngli salyan nəlbəki, 16 manat dəyərində 16 ədəd stəkan, 15 manat dəyərində 3 ədəd qətdan, 15 manat dəyərində 3 ədəd pesok qabları, 24 manat dəyərində 8 ədəd yastıq üzlüyü, 15 manat dəyərində uşaq odeyalı, 180 manat dəyərində 1 ədəd gəlincik pokraval, 60 manat dəyərində (tiqır) türk odeyalı, 20 manat dəyərində qoşa çarpayı üzlüyü, 16 manat dəyərində yük odeyalı, 200 manat dəyərində tül pərdə, 20 manat dəyərində uzun karniz, 80 manat dəyərində l üstr, 118 manat dəyərində 1 ədəd jurnalnı, (5 ədəd süfrə) sandıq içi, 10 manat dəyərində 1 ədəd süfrə, 1ədəd (xəmir üçün) süfrə, 125 manat dəyərində 7 ədəd prostina dəsti, 2 dəst ipək yastıq üzlüyü, 35 manat dəyərində 15 ədəd əl üçün məhrəba, 16 manat dəyərində 16 ədəd çay məhrəbası, 5 manat dəyərində 16 cüt sap dəstləri, 3 manat dəyərində 1 cüt iynə dəstləri, 3 manat dəyərində göz muncuğu, 8 manat dəyərində nabor dəsti, 35 manat dəyərində qara rəngli künc üçün güldan, 40 manat dəyərində 4 ədəd can məhrəbası, 30 manat dəyərində qoşa çarpayı üçün yorqan üzlüyü dəsti, 25manat dəyərində (laləli) qırmızı rəngli yorğan dəsti, birgə nikah döv ründə əldə olunmuş Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən 1,71 ha torpaq sahəsinin yarı dəyəri 1.750 manat, “QAZ -3302” markalı, **-BK-*** qeydiyyat nömrə nişanlı avtomobilin yarı dəyəri olan 2.250 manat pulun tutulub iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)351/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, R.Z.Mamedov və İ.Ə.Şəfiyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi “QAZ-3302” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilin dəyərinə aid hissədə dəyişdirilərək, həmin avtomobilin dəyərinin 1.120 manat, onun yarı dəyərini n isə 560 manat məbləğində müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən 11 adda, dəyəri 7.380 manat olan qızıl-zinət əşyalarının, 154 adda, dəyəri 11.051 manat olan cehiz əşyalarının, dəyəri 3.500 manat olan Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən 1,71 ha torpaq sahəsinin, dəyəri 4.500 manat olan “Qaz-3302 markalı” ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin, yəni 4.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelya siya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili Elmir Cəfərov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci m addəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh vəkili Müşfiq Mehdiyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəli avtomobilin dəyərinə aid hissədə dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, mübahisəli qızı-zinət əşyalarının iddiaçıya hədiyyə şəklində verilməsinə, həmin qızıl-zinət əşyalarının iddiaçı evdən gedərkən cavabdehdə qalmasına, mübahisəli cehiz əşyalarının ona məxsus olan evdə olmasını cavabdehin özünün inkar etməməsinə, mübahisəli torpaq sahəsinin və avtomobilin tərəflərin birgə nikahları dövründə birgə qazancları hesabı na əldə olunmasına, avtomobilin dəyərinin düzgün müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 225.1-ci maddəsinin, Ailə Məcəlləsinin 32.1, 32.3-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm iş həqiqi hallarından görünür ki, tərəflər xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından xx xxxxxx 2008-ci il tarixdə Abbas, xx xxxx 2010-cu il tarixdə Səma, xx xxxxxxx 2014-cü il tarixdə Maya adlı üç uşaqları doğulub. Hazırda iddiaçı iddia edir ki, xeyli müddətdir ki, cavabdehlə ayrı yaşayırlar və ailədə yaranmış münaqişə nəticəsində evdən gedib və özü ilə heç bir əmlak aparmayıb. Hətta evdən gedərkən cavabdeh uşaqları da ona verməyib. Evdən gedərkən nikah dövründə ona hədiyyə şəklində verilmiş cəmi dəyəri 7.380 manat olan 11 adda qızıl-zinət əşyaları, cəmi dəyəri 11.051 manat olan 154 adda cehiz əşyaları cavabdehin yaşadığı evdə qalıb. Bundan başqa cavabdehlə birgə yaşadıqları dövrdə onun adına dəyəri 3.500 manat olan 1.71 ha torpaq sahəsi, e ləcə də dəyəri 4.500 manat olan “Qaz-3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil əldə olunub. Ona görə də sözügedən qızıl-zinət əşyalarını, cehiz əmlakını və ya onların dəyərini cavabdehin qanunsuz sahibliyindən geri tələb edir. Eyni zamanda sözügedən torpaq sahəsinin və avtomobilin dəyərinin ½ hissəsini, yəni həmin əmlakların cəmi dəyərinə görə cavabdehdən 4.000 manat pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi v ə ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, b ir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olunmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli qızıl-zinət əşyaları iddiaçıya nikah dövründə hədiyyə şəklində verildiyindən, cehiz əmlakları iddiaçıya nikaha daxil olanadək məxsus olduğundan və onun mülkiyyəti sayıldığından, mübahisəli 1,71 ha torpaq sahəsi və avtomobil isə birgə nikah dövründə əldə olunmaqla, tərəflə rin ümumi birgə mülkiyyəti sayıldığından, iddia tələblərini sadalanan əmlaklara münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Lakin apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli avtomobili tərəflərin ümumi birgə mülkiyyəti hesab etsə də, həmin avtomobilin dəyərini düzgün müəyyən etməyib. Ona görə də avtomobilin dəyəri apelyasiya icraatı mərhələsində yenidən qiymətləndirilərək 1.120 manat dəyərində, iddiaçıya çatan payın dəyəri isə 560 manat məbləğində müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda m üəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Belə ki, əvvəla, cavabdeh qətnamədən kasasiya şikayətini şikayət xatirinə verib və o, kasasiya şikayətində ümumiyyətlə qətnaməni mübahisəli torpaq sahəsinə və avtomobilə aid hissədə mübahisələndirməyib. Digər tərəfdən, cavabdeh kasasiya şikayətində mübahisəli qızıl-zinət və cehiz əşyalarının bəzilərinin mövcud olmadığını və cavabdehin evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə apardığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək ü çün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Əksinə, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli qızılzinət əşyalarının mövcudluğunu, sayını, çəkisini, qiymətini və sair əlamətlərini mübahisələndirməyib və iddiaçının evdən gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə apardığını qeyd etsə də, bu barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməyib. Eyni zamanda cavabdeh izahatında cehiz əmlaklarının onun yaşadığı evdə olduğunu və iddiaçının istənilən vaxt həmin əmlakları götürməsinə etiraz etmədiyini bildirib. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-35 1/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3802/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3802/2020
11.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver