Məhkəmə qərarları › İş №2(102)-3802/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3802/2021

17.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3802/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(104)646/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh2 ilə evlənmişdir və onların toyundan sonra iddiaçıya atası tərəfindən hədiyyə kimi 1 baş yanı balalı inək verilmişdir. Tərəflərin ailə münasibətləri pozulduqdan iddiaçı ayrılıb atasının evinə gəlmişdir, lakin cavabdehlər iddiaçıya məxsus 1 baş yanı balalı inəyi ona qaytarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 1 baş yanıbalalı inək və ya heyvanın alınması mümkün olmadıqda onun pul ilə dəyəri olan 1900 manat pulun, eləcə də onun payına düşən 340 manat yemək xərc i müavinəti olmaqla, cəmi 2240 manat pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, inəyin verməsindən təxminən bir həftə sonra, 2015-ci ilin may ayında ər evindən çıxıb atasının evinə gəlmişdir. Bundan sonra cavabdehlər demişlər ki, inək yoncaya düşüb ölüb. Hazırda cavabdehlərdən atasının ona hədiyyə etdiyi 1 baş yanı balalı inəyin verilməsini tələb edir.

4. Cavabdeh3 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, həqiətən də iddiaçıya 2005-ci ilin may ayında atası tərəfindən bir baş yanı balalı inək verilmişdir. Bundan təxminən 10 gün sonra inək ölmüşdür. İnək ölən vaxt iddiaçı atasının evinə qayıtmışdı. Həkim gəlib inəyə baxmış, lakin inəyin ölmə səbəbini müəyyən edə bilməmişdir. İcra nüma yəndəliyi tərəfindən bu barədə akt tərtib olunmuşdur. İnəyin balasını 250 manata satmış, əldə olunan vəsaiti iddiaçıya dərman alınmasına veriblər. 340 manat yemək xərcinə nəvələrinə paltar alınmışdır.

5. Digər Cavabdeh2 bildirmişdir ki, iddiaçıya 2005-ci ilin may ayında atası tərəfindən bir baş yanı balalı inək verilmişdir. Bundan təxminən 10 gün sonra inək ölmüşdür. İnəyin balasını satıb ailənin ehtiyaclarına xərcləmişlər. İddiaçıya məxsus 340 manat pul da onlar tərəfindən istifadə olunmuşdur və bu məbləği iddiaçıya qaytarmağa razıdır. İki heyvanın (ana inək və balası) birlikdə qiyməti 1000 (bir min) manatdır.

6. Kəlbəcər Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(040)-338/2020 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cav abdeh3 birgə qaydada 1340 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada məhkəmə xərci olaraq 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya bir baş yanı buzovlu inəyin (bir baş inək və bir baş buzov) atası Elçin cəfərov tərəfindən hədiyyə edilməsi öz təsdiqini tapmışdır. Cavabdehlər bunu etiraf edir, Cavabdeh1 isə iki heyvanın (ana inək və balası) birlikdə qiymətinin 1000 (bir min) manat olmasını bildirmişdir. Lakin inəyin ölümü ilə bağlı cavabdehlər tərəfindən sübut təqdim edilməmişdir. Cavabdehlər 340 manat “yemək xərci” müavinətin onlarda olmasını qəbul etdilər. Eyni z amanda Cavabdeh1 həmin pulu qaytarmağı öz öhdəsinə götürdüyünü yazılı izahatında bildirmişdir. İddia tələbi qalan hissədə - 1 baş yanı buzovlu inək üçün 900 (doqquz yüz) manat pul əvəzi hissəsində əsassız olduğundan, yəni heç bir sübutla təsdiq olunmadığından, həmin hissədə rədd edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 225-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(040)-338/2020 saylı qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin apelyasiya şikayəti həddində tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2 021-ci il tarixli, 2(104)- 646/2021 saylı qətnaməsi ilə (hakimlər N.N.Quliyev (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və Ə.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(040)-338/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehlərdən 1 ədəd yanı balalı inəyin dəyəri kimi 1000 manat pulun alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1 ədəd yerli cins yanı balalı inəyin, bu mümkün olmadıqda dəyəri kimi 1900 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 1 baş yerli cins yanı balalı inəyin cavabdehlərdən alınmasını təmin etməkdə haqlı olsa da, heyvanları n dəyərini düzgün müəyyən etməmişdir. Belə ki, Göygöl rayonu Mal-Qara Bazarı tərəfindən verilmiş arayışla 1 baş yerli cins yanı balalı inəyin dəyərinin 1900 manat olduğu müəyyən edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddianın predmeti olan bir baş yan ı balalı inəyin tələf olmasını göstərmişlər. Eyni zamanda bununla əlaqədar yerli icra nümayəndəliyi tərəfindən müvafiq aktın da tərtib edildiyini göstərmişdir. Həmin aktın iddiaçı ilə onlar arasında olan başqa bir məhkəmə mübahisəsinin materiallarında olduğunu məhkəmənin nəzərinə çatdırmış, lakin məhkəmə həmin aktı o biri işin sənədlərindən götürərək hal-hazırki mülki işin sənədlərinə əlavə etməmişdir. Heç bir ali təhsilləri yoxdur. Təbii ki, iddianın məhkəmə baxışı zamanı hüquq və vəzifələrinin mahiyyətindən də anlayışları yoxdur. Ona görə də digər işdəki sənədlərin tərəflərindən vəsatət verməklə, halhazırki mülki işin sənədlərinə əlavə etmək hüquqlarının olduğundan bu günlərdə xəbər tutmuşlar. Lakin məhkəmə öz prosessual imkanlarından və səlahiyyətlərindən istifadə edərək bunu etməli old uğu halda, etməmişdir. İnəyin tələf olması barədə akt Azərbaycan Respublikası Ali Məhkəməsində bu günlərdə yekunlaşmış, 847/2021 saylı mülki işin sənədlərindədir. Məhkəmə tərəfindən yalnız Göygöl rayonu mal-qara bazarının verdiyi arayışa istinad edərək, mübahisə predmeti olan inəyin dəyərinin müəyyən edilməsi də tamamilə əsassız və qanunsuzdur. Məhkəmə heyvanların dəyərinin müəyyən etmək üçün ekspertiza təyin etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415. 3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkillə təmsil olunmadığına görə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

135. Əşya hüququnun obyektləri 135.1. B u Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.3. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə

666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədi yyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.

24. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

25. İş mate riallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, müəyyən etmişdir ki, iddiaçıya nikah münasibətlərində olan dövrdə atası tərəfindən bir baş yanı balalı inək hədiyyə edilmişdir. Cavabdehlər tərəfindən də bu fakt mübahisələndirilmir. İddiaçı ailə münaqişəsi zəminində cavabdehlərə məxsus evdən çıxan zaman mübahisə predmeti olan bir baş yanı balalı inək cavabdehlərin təsərrüfatında qalmışdır.

26. Göründüyü kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olması onun tərəfindən Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə uyğun olaraq subuta yetirilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan bir baş yanı balalı inəyin cavabdehlərdən alınaraq iddiaçıya verilməli olması qan unamüvafiqdir. Cavabdehlərin dəlil kimi göstərdiyi mübahisə predmeti olan inəyin ölmüş olması (yəni naturada mövcud olmaması) iddianın təmin edilməməsini şərtləndirən amil deyildir. Bu yanaşma Mülki Prosessual Məcəllənin 222-ci maddəsindən qaynaqlanır.

28. Mülki Prosessual Məcəllənin 222-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

29. İddia tələbindən görünür ki, iddiaçı tərəfindən bir baş yanı balalı inəyin naturada alınması mümkün olmadıqda dəyəri nin alınıb verilməsi də xahiş edilmişdir. Cavabdehlər kassasiya şikayətində inəyin dəyərini mübahisələndirsə də, məhkəmə kollegiyası onların bu dəlilinə tənqidi yanaşır.

30. İnəyin ölməsi barədə icra nümayəndəsi tərəfindən akt tərtib olunması, bu aktın başqa mülki iş materiallarında olması və məhkəmənin həmin aktı əldə edib işə əlavə etməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyasl qeyd edir ki, bu dəlil əsassızdır. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqd a o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Azərbaycan Respublikası MPM-nin 77.1, 78.1, 78.2-ci maddələri).

31. Göründüyü kimi sübutu əldə etmək üçün məhkəməyə vəsatət o halda mümkündür ki, sübut işdə iştirak edən edən və iştirak etməyən şəxslərdə və ya orqanlarda olsun və tərəfin bu sübutları müstəqil əldə etmək imkanı olmasın. Kassatorların bəhs etdiyi şəraitdə bu şərtlər yoxdur. Cavabdehlərin dediyi kimi onların tərəfindən sözügedən akt həqiqətən də iştirak etdikləri başqa mülki iş materiallarına əlavə olunmuşdursa, bu halda onların Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsinə əsasən həmin sənədin sürətini çıxarmaq hüququ vardır. Lakin cavabdehlərin bu prosessual hüquqdan istifadə etməklə, sənədlərin surətini çıxarmaq üçün işin icraatda olduğu məhk əməyə müraciət etməsi müəyyən olunmur.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə predmeti olan bir baş yanı balalı inəyin dəyərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Göygöl rayonu Mal-Qara Bazarına sorğu verilmiş və verilmiş arayış ilə müəyyən edilmişdir ki, 1 ədəd yerli cins inəyin təxmini diri çəkisi 250-300 kiloqram, qiyməti 1500-1600 manat, 1 ədəd yerli cins inəyin balasının təxmini diri çəkisi 40-50 kiloqram, qiyməti 250-300 manat təşkil edir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və göstərir ki, cavabdehlərin ekspertiza keçirilməsi barədə dəlili əsassızdır. Çünki hazırki mübahisə üzrə hər hansı xüsusi bilik tələb edən sualların izah edilməsinə zərurət yoxdur. MPM-nin məhkəmənin ekspertiza rəyin etməsindən bəhs edən 97.1-ci maddəsində göstərilmişdir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(104)646/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar