Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3803/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya onun dəyəri olan 18.219 manat məbləğində pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3293/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında bax araq Müəyyən etdi: Xocalı Rayon Məhkəməsinin 2(070)-144/2017 saylı, 09 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim V.İ.Məlikov) iddia tələbi təmin edilərək, Cavabdeh mebel yataq dəsti 2.500 manat, lüstr 100 manat, pərdə 120 manat, xalça 02(iki) ədəd 160 manat, yorğan döşək dəsti gəlincik 250 manat, 4 mövsümi pasdel dəsti 200 manat, ağ rəngli italyan dəsti pakrıval 270 manat, özdilək pastel sətin 02(iki) ədəd-260 manat, hobbi pastel sətin 01(bir) ədəd 140 manat, özdilək dəsmal (karobka) 02(iki) ədəd 20 manat, masindor dəsmal dəsti (karobka) 60 manat, tək dəsmal əl-üz 06 (altı) ədəd 54 manat, tək can dəsmalı 06 (altı) ədəd 120 manat, yastıq qaz tükü 02 (iki) ədəd 100 manat, yastıq sindifon 02 (iki) ədəd 25 manat, hamam dəsmal dəsti 70 manat, taxt döşəyi 270 manat olan cehiz ə şyaları, sep klonla birlikdə 20 qram çəkidə 1300 manat, üzük 06 ədəd, hər biri 03 qram çəkidə, cəmi 18 qram çəkidə 990 manat, üzük, sırğa dəsti 20 qram çəkidə 1300 manat, sırğa 4 qram çəkidə 260 manat, sep 30 qram çəkidə1950 manat, sep kordinal 50 qram çəkidə 2500 manat, qolbaq kordinal 30 qram çəkidə 1500 manat, nişan üzüyü 10 qram çəkidə 1100 manat, sırğa üzük dəsti 20 qram çəkidə 1000 manat, qızıl saat 20 qram çəkidə 1000 manat, sep klonla birlikdə 12 qram çəkidə 600 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3293/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ş.M.Əliyeva), Cavabdeh tərəfindən veril miş apelyasiya şikayəti qismən təmin edilərək, Xocalı Rayon Məhkəməsinin 2(070)-144/2017 saylı mülki iş üzrə 09 iyun 2017-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş, dəyəri 1300 manat olan 20 qramlıq boyunbağı (klonla birlikdə), ümumi qiyməti 990 manat olan 6 ədəd üzük, qiyməti 260 manat olan 4 qramlıq sırğa, qiyməti 1950 manat olan 30 qramlıq boyunbağı (qətnamədə sırqa kimi göstərilmişdir), qiyməti 1000 manat çəkisi 20 qram olan sırğa üzük dəsti, qiyməti 600 manat olan 12 qramlıq boyunbağı (klonla birlikdə) və ya onların dəyərinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmiş, qətnamə iddianın təmin edilmiş digər hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin hall arı: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mebel yataq dəsti 2500 manat, lüstr 100 manat, pərdə120 manat, xalça 02(iki) ədəd 160 manat, yorğan döşək dəsti gəlincik 250 manat, 4 mövsümi pastel dəsti 200 manat, ağ rəngli italyan dəsti pakrıval 270 manat, özdilək pastel sətin 02(iki) ədəd-260 manat, hobbi pastel sətin 01(bir) ədəd 140 manat, özdilək dəsmal (karobka) 02(iki) ədəd 20 manat, masindor dəsmal dəsti (karobka) 60 manat, tək dəsmal əl-üz 06 (altı) ədəd 54 manat, tək can dəsmalı 06 (altı) ədəd 120 manat, yastıq qaz tükü 02 (iki) ədəd 100 manat, yastıq sindifon 02 (iki) ədəd 25 manat, hamam dəsmal dəsti 70 manat, taxt döşəyi 270 manat olan cehiz əşyaları, sep klonla birlikdə, 20 qram çəkidə1300 manat, üzük 06 ədəd, hər biri 3 qram çəkidə, cəmi 18 qram çəkidə 990 manat, üzük, sırğa dəsti 20 qram çəkidə 1300 manat, sırğa 4 qram çəkidə 260 manat, sep 30 qram çəkidə1950 manat, sep kordinal 50 qram çəkidə 2500 manat, qolbaq kordinal 30 qram çəkidə 1500 manat, nişan üzüyü 10 qram çəkidə 1100 manat, sırğa üzük dəsti 20 qram çəkidə 1000 manat, qızıl saat 20 qram çəkidə 1000 manat,sep klonla birlikdə 12 qram çəkidə 600 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdeh X1 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnamə sinin qismən ləğv edilib işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Sultanov Cavid Rizvan oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə birtərəfli, qeyriobyektiv yanaşmış, ədalət mühakiməsinin prinsiplərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasınd a İddiaçı və Cavabdeh nümayəndəsi X3 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsini n tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apel yasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ətraflı araşdırma aparmadan, yalnız iddiaçının izahatını və iddiaçının qohumlarının ifadələrini əsas götürməklə iddianı təmin etmiş, cavabdeh tərəfin izahatını işdə olan sübutlarla əlaqəli surətdə qiymətləndirməyərək, onlara düzgün hüquqi qiymət verməmiş, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən, ancaq cavabdeh tərəfin mübahisələndirdiyi qızıl-zinət əşyalarının mövcudluğunun araşdırılmasını və bundan sonra isə həmin əşyaların iddiaçı tərəfindən aparılıb-aparılmamasına və ya cavabdeh tərəfdə qalması məsələsinə aydınlıq gətirməyi zəruri hesab etmişdir. İş materiallarınd an görünür ki, Cavabdeh nümayəndəsi X3 ərizədə göstərilən qızıl-zinət əşyalarından iddia ərizəsində dəyəri 1300 manat göstərilən çəkisi 20 qram olan bir üzük sırğa dəstinin, dəyəri 1100 manat gəstərilən 10 qramlıq nişan üzüyünün, dəyəri 1300 manat göstərilən boyunbağının (klonla birlikdə) onlar tərəfindən iddiaçıya hədiyyə edildiyini bildirmişdir. Həmin qızıl əşyaların dəyərini dəqiq bilmədiyini, ona görə də onların qiymətini mübahisələndirmədiyini qeyd etmişdir. Bundan əlavə, dəyəri 2500 manat göstərilən «kordinal» boyunbağının və dəyəri 1500 manat göstərilən qolbağının iddiaçıya anası tərəfindən hədiyyə olunduğunu bildirmişdir. Həmin əşyalar da satılmış və iddiaçının təhsil haqqı üçün 1300 manat pul ödənilmişdir. Qalan qızıl əşyaları ümumiyyətlə mövcud olmamışdır. İddiaçı onların evindən gedərkən özünə məxsus olan qalan qızıl əşyalarını özü ilə aparmışdır. Göründüyü kimi, cavabdehin anası iddiaçıya onun (iddiaçının) iddia etdiyi sayda qızılzinət əşyalarının hədiyyə edilmədiyini bildirmişdir. İddiaçının iddia ərizəsindən də müəyyən olunur ki, iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının ona hədiyyə edildiyini iddia etsə də, konkret olaraq hansı əşyanın kim tərəfindən nə vaxt hədiyyə edildiyini açıqlamamışdır. Müəyyən edilmişdir ki, cavabdeh tərəfin etiraf etmədiyi qızıl-zinət əşyalarının hamısı ona qohumları tərəfindən hədiyyə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, belə qənaətə gələrkən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının xeyrinə ifadə vermiş şahidlərin hamısı onun qohumlarıdır. Belə ki, qətnamədən müəyyən olunmuşdur ki, i ddiaçı özü məhkəmədə iştirak etməmiş, onu məhkəmədə nümayəndə kimi atası təmsil etmişdir. Məhkəmədə ifadə vermiş şahidlər-Zemfira Abışova iddiaçının anası, Çimnaz Babayeva iddiaçının bibisi, Failə Babayeva digər qohumu, Rüxsarə Qasımova iddiaçının xalası, Səidə Qasımova iddiaçının dayısı arvadı, Xalidə Qarayeva iddiaçının anasının xalası, Validə Qasımova iddiaçının nənəsi və Səbinə Quliyeva isə iddiaçının dayısı arvadıdır. İş materiallarından görünür ki, qətnamənin 4-cü səhifəsinin 5-ci abzasında qeyd edilmişdir ki, işdə olan fotoşəkillərdən görünür ki, iddiaçının iddia tələbində tələb etdiyi qızılzinət əşyaları fotoşəkillərdə öz əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər 10 ədəd olmaqla mülki işin 13-22 vərəqələrində tikilmişdir. Həmin fotoşəkillərin 15, 17 və 18-ci vərəqələrində tikilmiş fotoşəkillərdə iddiaçının özünün surəti əks olunmadığından həmin fotoşəkillərin həqiqətən də iddiaçıya aid olması müəyyən edilmir. Qalan fotoşəkillərin heç birində cavabdeh tərəfin etiraf etdiyi qızıl əşyalardan savayı hər hansı bir başqa qızıl əşyanın iddiaçının üzərində olması müəyyən olunmur. Apelyasiya instansiyası məhkəməsi həmin fotoşəkilləri cavabdeh tərəfin etiraf etmədiyi qızıl əşyaların iddiaçıya hədiyyə olunduğunu təsdiq edən sübut növü kimi qəbul etməmiş və həmin qızıl-zinət əşyalarının da iddiaçıya hədiyyə olunduğu barədə ifadə veriş şahidlərin ifadələrini də irəli sürülən iddianın tamamilə təmin edilməsinə əsas verən mötəbər sübutlar kimi qəbul etməmişdir. Ca vabdeh tərəf birinci instansiya məhkəməsində izahat verərkən dəyəri 1000 manat olan qızıl saatın da iddiaçıya hədiyyə olunduğunu bildirdiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin qızıl əşyanın da iddiaçıya hədiyyə olunması öz təsdiqini tapır. Bundan əlavə, cavabdeh tərəf iddiaçıya hədiyyə olunan qızıl-zinət əşyalarının iddiaçının özü ilə apardığını bildirsə də, məhkəmə cavabdeh tərəfin izahatının bu hissəsinə tənqidi yanaşaraq, ona irəli sürülən iddianın qızıl zinət tələbi hissəsinin tamamilə rədd edilməsinə əsas verən sübut növü kimi qəbul etməmişdir. Birgə yaşayış dövründə hansısa qızıl əşyalar satılaraq 1300 manat məbləğində pul iddiaçının təhsil haqqı üçün ödənildiyindən apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia dəyəri 1300 manat göstəri lən 20 qramlıq boyunbağı (kulonla birlikdə) tələbi hissədə də əsassız sayılmalı və təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh nümayəndəsi X2 izahatını həm də işdə ona görə mötəbər sübut növü kimi qəbul etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Zəminə Səfərova səmimi olmuş, iddiaçının onların evində olan bütün əşyalarının evdə olduğunu etiraf etmişdir. Baxmayaraq ki, iddiaçı iddia ərizəsində həmin əşyaların cavabdeh tərəfindən başqa mənzilə daşındığını iddia etmişdir. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən cavabdeh tərəfin izahatını məcmu halında qiymətləndirərək belə qənaətə gəlmişdir ki, irəli sürülən iddianı bütövlükdə təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən qətnamə iddianın təmin e dilmiş hissəsində qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia dəyəri 1300 manat göstərilən 20 qramlıq boyunbağı (klonla birlikdə), ümumi dəyəri 990 manat olan 6 ədəd üzüklər, dəyri 260 manat olan 4 qramlıq sırqa, dəyəri 1950 manat olan 30 qramlıq boyunbağı, dəyəri 1000 manat çəkisi 20 qram olan sırqa üzük dəsti, dəyəri 600 manat olan 12 qramlıq boyunbağı tələbi hissədə əsassız olduğundan təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi cehiz əşyaları hissəsində cavabdeh tərəfindən mübahisə olunmadığından həmin əşyalarının onlarda qaldığını və hazırda iddiaçı tərəfindən aparıldığını etiraf etdiyindən həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, həmin hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işə birtərəfli, qeyri-obyektiv yanaşıldığını, ədalət mühakiməsinin prinsiplərinin pozulduğunu, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibə tləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3293/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3803/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3803/2020
02.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver