Məhkəmə qərarları › İş №2(102)-3805/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3805/2022

17.06.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3805/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “yaradılan maneələrin aradan qaldırılması, çoxmənzilli yaşayış binasında və onun balansında olan sahələrdə qanunsuz hərəkətələrin edilməsinin qadağan edilməsi, binanın birinci mərtəbəsində açılmış hamam tipli saunanın fəaliyyətinin dyandırılması, binanın elektrik naqillərinin mühafizə tavalarına edilmiş müdaxiləyə son qoyulması, elektrik naqillərinin sökülməsi, el ektrik tavalarının əvvəlki vəziyyətə qaytarılması, binanın balansında olan qeyri-yaşayış otağının sökülmüş hissəsinin bərpa edilməsi, həmin qeyri-yaşayış obyektinin əvvəlki vəziyyətə qaytarılması, qeyri-yaşayış obyektinə qaz çəkilişinin dayandırılması və gələcəkdə qaz xəttinin çəkilməsinin qadağan edilməsi, çoxmənzilli yaşayış binasının, qarajın tüstü və havalandırma şaxtalarının açılaraq əvvəlki vəziyyətdə bərpa edilməsi” iddiasına dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadından İddiaçı MMMC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim G.M.Abbasova) İddiaçı MMMC-nin Cavabdeh qarşı “yaradılan maneələrin aradan qa ldırılması, çoxmənzilli yaşayış binasında və onun balansında olan sahələrdə qanunsuz hərəkətələrin edilməsinin qadağan edilməsi, binanın birinci mərtəbəsində açılmış hamam tipli saunanın fəaliyyətinin dyandırılması, binanın elektrik naqillərinin mühafizə tavalarına edilmiş müdaxiləyə son qoyulması, elektrik naqillərinin sökülməsi, elektrik tavalarının əvvəlki vəziyyətə qaytarılması, binanın balansında olan qeyri-yaşayış otağının sökülmüş hissəsinin bərpa edilməsi, həmin qeyri-yaşayış obyektinin əvvəlki vəziyyətə qaytarılması, qeyri-yaşayış obyektinə qaz çəkilişinin dayandırılması və gələcəkdə qaz xəttinin çəkilməsinin qadağan edilməsi, çoxmənzilli yaşayış binasının, qarajın tüstü və havalandırma şaxtalarının açılaraq əvvəlki vəziyyətdə bərpa edilməsi” tələblərinə dair iddia ərizəsi geri qa ytarılıb. Həmçinin həmin qərardadla iddiaçıya izah edilib ki, Azərbaycan Respublikası MPMnin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin geri qaytarılması barədə nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı hüquqi şəxsdir, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, tərəflər arasında olan hazırki mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlib. İddia ərizəsi Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə məhkəmə aidiyyəti pozulmaqla verilib. Ona görə də iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsində nəzərdə tutulan hüququ izah edilməlidir. İddiaçı şikayət verərək iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edib. Şikayət belə əsaslandırılıb ki, tərəflərin VÖEN-nin olması iddia ərizəsinə kommersiya məhkəməsində baxılması üçün əsas ola bilməz. Belə ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı həm mübahisənin subyektiv tərkibi, həm də mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırki mübahisənin predmeti və hüquq münasibətinin xarakteri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil və əslində mübahisə mənzil mülkiyyətçilərinin yaşayış binasına münasibətdə iddia olunan pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar yaranıb. Belə olan halda hazırki iddiaya məhkəmə aidiyyəti üzr ə məhz ümumi məhkəmədə baxılmalıdır. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən saxlanılıb və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materillarını öyrənib hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı və qərardadın dəyişdirilmədən saxlanılması barədə həmin məhkəmənin 10 may 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, əvvəla, iddiaçının cavabdehə qarşı hazırki tələbləri “yaradılan maneələrin aradan qaldırılması, çoxmənzilli yaşayış binasında və onun balansında olan sahələrdə qanunsuz hərəkətələrin edilməsinin qadağan edilməsi, binanın birinci mərtəbəsində açılmış hamam tipli saunanın fəaliyyətinin dyandırılması, binanın elektrik naqillərinin mühafizə tavalarına edilmiş müdaxiləyə son qoyulması, elektrik naqillərinin sökülməsi, elektrik tavalarının əvvəlki vəziyyətə qaytarılması, binanın balansında olan qeyri-yaşayış otağının sökülmüş hissəsinin bərpa edilməsi, həmin qeyri-yaşayış obyektinin əvvəlki vəziyyətə qaytarılması, qeyri-yaşayış obyektinə qaz çəkilişinin dayandırılması və gələcəkdə qaz xəttinin çəkilməsinin qadağan edilməsi, çoxmənzilli yaşayış binasının, qarajın tüstü və havalandırma şaxtalarının açılaraq əvvəlki vəziyyətdə bərpa edilməsin”dən ibarətdir. Digər tərəfdən, iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şə xs olsa da, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə tərəflər arasındakı hazırki mübahisə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmayıb. Belə ki, tərəflər arasındakı hazırki mübahisə əslində mənzil mülkiyyətçilərinin sözügedən yaşayış binasına iddia olunan pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı yaranıb. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəm ə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icra atı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. Göründüyü kimi mübahisə o, vaxt kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilə bilər ki, həmin mübahisə hüquqi və ya fiziki şəxslərin bilavasitə sahibkarlıq fəaliyyətlərini həyata keçirmələri ilə bağlı yaranmış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib gö stərilib. Həmin Qərarın 11-ci bəndində qeyd edilib ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı old uqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Göründüyü kimi qanunverici, məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasındakı hazırki mübahisəli məsələ bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmadığı üçün işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxıla bilməz. Belə ki, həm mübahisənin predmeti, həm də hüquq münasibətinin xarakteri işə, məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasını şərtləndirmir. Çünki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Ona görə də iddiaçının hüquqi şəxs, cavabdehin isə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olması, hazırki məhkəmə aidiyyətinin dəyişdirilərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər işə ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddənin mənasına görə işə baxan məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri o, vaxt geri qaytarmağa borcludur ki, işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmasın. Hazırki halda işə Bakı şəhəri, Binəqədi rayon məhkəməsində baxılmasını istisna edən hallar yoxdur. Azərbaycan Respu blikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı və qərardadın dəyişdirilmədən saxlanılması barədə həmin məhkəmənin 10 may 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələr inin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı MMMC-nin şikayəti təmin edilsin, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı və qərardadın dəyişdirilmədən saxlanılması barədə həmin məhkəmənin 10 may 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar