Məhkəmə qərarları › İş №2(102)-3808/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3808/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3808/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyanın QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyanın hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa və X10 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1, onun və digər cavabdeh cavabdeh5 qızının vəkili Vəkil iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və cavabdeh5 qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyanın 2(103)-2470/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Məzahir Sadıqov) xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 027R********** saylı kredit razılaşması üzrə 23216,84 ABŞ dolları məbləğində əsas borc, 4658,85 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28375,69 AbŞ dolları məbləğində borc, 027R********** saylı kredit razılaşması üzrə 20871,46 ABŞ dolları məbləğində əsas borc, 4017,76 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25389,22 ABŞ dolları məbləğində borc, ümumilikdə cəmi 53764,91 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumu nun və 20,0 manat xidmət haqqının əvəzi Cavabdeh1, Cavabdeh3, cavabdeh5 qızı və Cavabdeh4 müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın cavabdeh5 qızına məxsus olan və banka ipoteka qoyulmuş inə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq əldə edilən vəsait hesabına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda cavabdeh5 qızına verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra cavabdeh5 qızı, Cavabdeh2, Cavabdeh3, X11, X14 və X2 yaşadıqları i boşaldaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkə mə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh3, cavabdeh5 qızı və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyanın (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iləhər iki apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “cavabdehlərdən əsas və faiz borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” hissələrində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, cavabdeh5 qızından, Cavabdeh4, Cavabdeh2, X1, X4 və X6 müştərək qaydada tutulmalı olan borcun məbləği xx xxxxxx 2014-cü il tarixli 027R* ********* saylı kredit razılaşması üzrə cəmi 33527,39 ABŞ dolları məbləğində, o cümlədən əsas borc 22751,00 ABŞ dolları, faiz borcu 10776,39 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə cəmi 30160,49 ABŞ dolları məbləğində, o cümlədən əsas borc 20712,25 ABŞ dolları, faiz borcu 9448,24 ABŞ dolları məbləğində müəyyən edilmiş və həmin borc məbləğlərinin qətnamənin icra ounduğu gün Azərbaycan manatına olan məzənnə ilə tutulması ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat müəyyən edilməsi qət olunmuşdur. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, cavabdeh5 qızı, Cavabdeh4, Cavabdeh2, X8, X12 və X9 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetin ə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 27L000002400 saylı kredit xətt müqaviləsinə əsasən 120 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli 27L000002400S saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği artırılaraq, 300000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay mü ddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxx 2015-ci il tarixli 027R**********S saylı, xx xxx 2015-ci tarixli 027R**********SA saylı, xx xxxx 2015-ci il tarixli 027R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6712,03 ABŞ dolları ödəmiş, onun 23287,97 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qa ytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxx 2017-ci il tarixə 419 gün üçün hesablanmış faiz borcu 6140,26 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx xxxx 2017-ci il tarixə 419 gün üçün hesablanmış cərimə 11.705,32 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Ca vabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxx 2015-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9062,3 ABŞ dolları ödəmiş, onun 20937,7 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bən dinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxx 2017-ci il tarixə 438 gün üçün hesablanmış faiz borcu 5349,58 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx xxxx 2017-ci il tarixə 438 gün üçün hesablanmış cərimə 11111,81 ABŞ dolları təşkil edir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, cavabdeh5 qızı və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən cavabdeh5 qızı ilə bank arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi əsasında mənziliddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1068 nömrəli reyestr kitabının 96341 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla, mənzilCavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Nizami rayon MKTB 50 saylı MKİS-nin xx xxxxxx 2014-cü il tarixli 1273 saylı forma 2 arayışına əsasən mənzildə qeyydiyyatda olan cavabdehlər Cavabdeh2, Cavabdeh3, X12, X15 və X8 həmin mənzil “xxxx” QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan ipotek a verənə xx xxxxxx 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx xxxxxx 2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx xxxx 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin İdarədə qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X13 və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 23287,97 ABŞ dolları məbləğində kredit borcu, 6140,84 ABŞ dolları məbləğində faiz borcu və 11705,32 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 41133,55 ABŞ dolları məbləğində borcun, 02 7R********** saylı kredit razılaşması üzrə 20937,7 ABŞ dolları məbləğində kredit borcu, 5349,58 ABŞ dolları məbləğində faiz borcu və 11111,81 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 37399,09 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 78532,64 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 78532,64 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövl ət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, X13 və Cavabdeh4 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh5 qızı, Cavabdeh2, Cavabdeh3, X12, X15 və X3 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Mülki işə məhkəmədə baxılarkən, iddiaçı “xxxx” QCS tərəfindən Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə əlavə verilərək, cavabdehlərdən müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrin ə, 027R********** saylı kredit razılaşması üzrə 23287,97 ABŞ dolları məbləğində kredit borcu, 11180,16 ABŞ dolları məbləğində faiz borcu və 18378 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 52846,13 ABŞ dolları məbləğində borcun, 027R********** saylı kredit razılaşması üzrə 20937,7 ABŞ dolları məbləğində kredit borcu, 9709,86 ABŞ dolları məbləğində faiz borcu və 16631 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 67278,56 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 120124,69 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin mənzilə yönəldilməsi, həmin mənzili n açıq hərracdan satılması və ümumilikdə cəmi 78532,64 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QCS-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, X13 və Cavabdeh4 ümumi qaydada tutulması, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 3 otaqlı 62 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh5 qızı, Cavabdeh2, Cavabdeh3, X12, X15 və X3 həmin mənzildə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişd ir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və cavabdeh5 qızı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyanın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə daxil olan iş üzrə ekspertiza rəyinin sürətini nə cavabdehlərə, nədə ki nümayəndə və vəkilə göndərməmişdir. Bundan əlavə xx xxxxxxx 2019-cu il tarixə təyin etdiyi məhkəmə prosesi barədə cavabdehləri, o cümlədən nümayəndəni, yəni 2 cavabdehin nümayəndəsini və vəkilini məlumatlandırmamış, məhkəmə bildirişi göndərməmişdir. Qətnamədə məhkəmənin müəyyən etdiyi borc məbləği və ipoteka predme ti olan mənzilin ilkin satış dəyəri düzgün müəyyən edilməmişdir. Borc məbləği yüksək, mənzilin dəyəri isə aşağı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, kredit götürərkən məzənnə 0,78 ABŞ dolları həcmində olmuşdur, hazırda isə 2 dəfədən də artıq təşkil edir. İddiaçı tərəfindən şişirdilmiş borc məbləğini, (əsas borc və faiz borcu) tutmaqla 2-ci devalvasiyadan sonra iqtisadi vəziyyəti nəzərə almadan, onların ailəsinin vəziyyətini kəskin şəkildə ağırlaşdırmışdır. Cavabdehlərin yaşadığı 3 otaqlı mənzilin dəyəri ilə bağlı müəyyən edilən qiymət real bazar qiymətindən uzaqdır. Çünki göstərilən mənzil 3 otaqlı olmaqla 1-ci mərtəbədə yerləşir, qiymətləndirmə aparılarkən mənzilin yerləşdiyi ərazi, rayon və kommersiya cazibadarlığı nəzərə alınmamışdır. Mənzilin rea l bazar dəyəri 120000 140000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC Konsaltinq və qiymətləndirmə şirkətinin arayışına əsasən ünvan 1 ünvanında və yaxın ətrafında yerləşən 3 otaqlı əla təmirli mənzillərin 2019-cu il fevral ayına olan bazar dəyəri texniki və digər göstəricilərindən asılı olaraq 120000 -128000 manat arasında dəyişir. Aydın deyil nə üçün onların təqdim etdikləri qiymətləndiricinin arayışını məhkəmə sübut kimi qəbul etməmiş və mənzilin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-nin rəyinə istinad edərək mənzilin ilkin satış qiymətini 90000 manat qiymətləndirmişdir. Bizim təqdim etdiyimiz arayışı da qiymətləndirmə hüququ olan “xxxx” MMC Konsalting və qiymətləndirmə şirkəti vermişdir.Bir qiymətləndirmə şirkətinin digər qiymətləndirmə şirkəti üz əində heç bir üstünlük hüququ yoxdur. Onda nə səbəbə görə mənzilin ilkin satış qiymətini real göstərən “xxxx” MMC Konsalting və qiymətləndirmə şirkətinin arayışında göstərilən qiymət əsas götürülməmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilən ekspertiza rəylərindəki kəskin fərqi araşdırmamış, nə üçün sonuncu rəyin göstəricilərini əsas götürməsini də əsaslandırmamışdır. Tərəflərin izahatları: Cavabdeh1, onun və digər cavabdeh cavabdeh5 qızının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə koll egiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi apelyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Qətnamə cavabdehlər Cavabdeh1 və cavabdeh5 qızının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyanın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 27L000002400 nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 27L000002400S saylı sazişdən görünür ki, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği artırılaraq, 300000 ABŞ dolları müəyyən edilmişdir. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki, o, bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları pul “xxxx” QSC tərəfindən həmin tarixdə saat 12:40-da Cavabdeh1 hesabına köçürülmüşdür. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki, o, bankdan 24 müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, kredit müqaviləsi üzrə 30000 ABŞ dolları pul “xxxx” QSC tərəfindən həmin tarixdə saat 3:28-də Cavabdeh1 hesabına köçürülmüşdür. “xxxx” QCS ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 27S000004229 nömrəli, X13 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 027S**********01 nömrəli və Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 27S000004228 nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər 27L000002400 saylı kredit xətti müqaviləsindən və onunla bağlı digər müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliy yət daşımağı öz öhdəsinə götürmüşlər. Eyni zamanda “xxxx” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 27S000004229SA saylı sazişdən görünür ki, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi, kredit xəttinin məbləğinin artırılaraq 300000 ABŞ dolları müəyyən edilməsi zaminlə razılaşdırılmışdır. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il, xx xxxxx 2015-ci il, xx xxx 2015-ci il və xx xxxx 2015-ci il tarixli sazişlərdən görünür ki, tərəflər arasındakı kredit müqavilələri üzrə ödəniş planlarına dəyişiklik və əlavələr edilmiş, cavabdehin xarici valyutada verilmiş kredit üzrə ödənişləri xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməli olduğu razılaşdırılmışdır. “xxxx” QSC ilə cavabdeh5 qızı (ipoteka qoyan) və Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus mənzilini həmin tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyatda olan mənzili xx xxxxxx 2014-cü il tarixli 27L000002400 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı olaraq xx xxxxxx 2014-cü il tarixdə “xxxx” QSC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh2, Cavabdeh3, X12, X15 və X3 notariat qaydada təsdiq edilmiş 20 noyabr və xx xxxxxx 2014- cü il tarixli ərizələrinin surətindən görünür ki, qeydiyyatda olduqları Bakı şəhəri, R.Rüstəmov küçəsindəki 22 nömrəli evin 62 nömrəli mənzilinin “xxxx” QSC və onun istənilən filialında kredit təminatı üçün ipoteka (girov) qoyulmasına razılıq vermişlər, ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. “xxxx” QSC tərəfindən cavabdehlərə ünvanlanmış xx xxxx 2015-ci il, xx xxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, onlar, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı və borcun ipoteka predmetinə yönəldiləcəyi ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar. “xxxx” QSC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli ərizəsindən və həmin İdarənin xx xxxx 2017-ci il tarixli məktubundan görünür ki, X7 məxsus mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. “İddiaçı” QSC-nin xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 027R********** saylı xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə xx xxxx 2017-ci il tarixinə əsas məbləğ üzrə borcu 20937,7 ABŞ dolları, faiz üzrə borcu 5349,58 ABŞ dolları, cərimə borcu 11111,81 ABŞ dolları, cəmi borcu isə 37399,09 ABŞ dolları təşkil edir. “İddiaçı” QSC-nin xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 027R********** saylı xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə xx xxxx 2017-ci il tarixinə əsas məbləğ üzrə borcu 23287,97 ABŞ dolla rı, faiz üzrə borcu 6140,26 ABŞ dolları, cərimə borcu 11705,32 ABŞ dolları, cəmi borcu isə 41133,55 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən “Qiymətləndirmə və Audit MMC” tərəfindən ipoteka predmeti olan mənzilinin qiymətləndirilməsi aparılmış və xx xxxxxx 2017-ci il tarixli 30 nömrəli qiymətləndirmə hesabatı verilmişdir. Həmin hesabata əsasən mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 85000 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmənin digər qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli 8641 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşmas ı və həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2015-ci il tarixli, xx xxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli sazişlərdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 “xxxx” QSC-nə olan borcu xx xxxxxx 2016-cı il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixinə) əsas borc üzrə 23216,84 ABŞ dolları, faiz borcu üzrə 4658,85 ABŞ dolları təşkil edir. Hesabdan çıxarış məlumatları, xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması və həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2015-ci il tarixli sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 “xxxx” QSC-yə olan borcu xx xxxxxx 2016-cı il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixinə) əsas borc üzrə 20871,46 ABŞ dolları, faiz borcu üzrə 4017,76 ABŞ dolları təşkil edir. “İddiaçı” QSC-nin xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 027R********** saylı kredit razılaşması üzrə 23287,97 ABŞ dolları, faiz üzrə borcu 11180,16 ABŞ dolları, cərimə borcu 18378 ABŞ dolları, cəmi borcu 52846,13 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 20.937,7 ABŞ dolları, faiz üzrə borcu 9709,86 ABŞ dolları, cərimə borcu 16631 ABŞ dolları, cəmi borcu 67278,56 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 120124,69 ABŞ dolları borcu vardır. İş üzrə müəyyən olunur ki, cavabdehlər tərəfindən Banka olan borc ödənilmədiyinə görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instan siya məhkəməsi mülki qanunvericiliyin müvafiq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Lakin məhkəmə kredit münasibətləri üzrə yaranmış əsas və faiz borcu məbləğinə, həmçinin ipoteka poredmetinin ilkin satış qiymətinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib, ekspert qarşısında müvafiq su allar qoyularkən bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması və həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2015-ci il tarixli, xx xxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli sazişlərdə qeyd olunan şərtlər, habelə həmin tərəflər arasında bağlanmış 027R********** saylı kredit razılaşması və həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2015-ci il tarixli sazişlərdə qeyd olunan şərtlər tam nəzərə alınmamışdır. Hər iki saziş üzrə cavabdehin borcu xx xxxxxx 2016-cı il tarixinə hesablanmışdır. Halbuki 027R********** saylı kredit razılaşmasına dəyişiklik edilərək həmin sazişin müddəti xx xxxx 2018-ci il tarixədək, eləcə də, 027R********** saylı kredit razılaşmasının m üddəti xx xxxxxx 2018-ci il tarixədək uzadılmışdır. Mövcud vəziyyətdə isə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı hazırki işə apellyasiya qaydasında baxılarkən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə iş materiallarında olan maliyyə arayışı, cari hesabdan çıxarış məlumatları və “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması və həmin razılaşmanın əsasında imzalanmış sazişlərin qeyd dilən şərtləri üzrə cavabdehin xx.xx.2018-ci il tarixə banka olan borcu cəmi borcu 33527,39 ABŞ dolları məbləğində, o cümlədən əsas borc 22751,00 ABŞ dolları, faiz borcu 10776,39 AB Ş dolları, xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı, cari hesabdan çıxarış məlumatları və “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması və həmin razılaşmanın əsasında imzalanmış sazişlərin qeyd edilən şərtləri üzrə cavabdehin xx.xx.2018ci il tarixə banka olan borcu cəmi borcu 30160,49 ABŞ dolları məbləğində, o cümlədən əsas borc 20712,25 ABŞ dolları, faiz borcu 9448,24 ABŞ dolları manat təşkil edir. Həmçinin apellyasiya baxışı zamanı cavabdehlər tərəfindən ipoteka predmeti satış qiyməti mübahisələndirildiyindən həmin əmlakın qiymətinin müəyyən edilməsi “xxxx” MMC-yə həvalə olunmuş və sonuncunun G-03/19-097 sa ylı xx xxxx 02019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdi ki, ünvan mənzilin ilkin satış qiyməti 90000 manat, “xxxx” MMC-nin xidmət haqqı isə 300 manat təşkil edir. “İpoteka haqqında” Qanuna əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Apelyasiya instansiyası məhkəməsi işin hallarını, iş materiallarında olan rəylərin məlumatlarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən əsas və faiz borcunun məbləği dəyişdirilərək, ekspert rəyində qeyd olunan həcmdə, eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, “xxxx” MMC tərəfindən verilmiş rəydə qeyd olunduğu kimi 90000 manat dəyərində müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegi yası aşağıdakılara görə əsassız hesab edir. Belə ki, cavabdehlər kassasiya şikayətində ekspert rəylərinin onlara və vəkilə (eyni zamanda nümayəndəyə) göndərilməməsini qeyd etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 134-cü maddəsində rəsmi qaydada verilən məhkəmə sənədləri göstərilmişdir. Həmin normada iş üzrə sübutların tərəflərə göndərilməsi nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllə iş üzrə sübutların məhkəmə iclasında tədqiq edilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, rəylər məhkəməyə daxil olandan sonra məhkəmə cavabdehlərin məhkəməyə məlum olan ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlərin ünvanlarının fərqli olması, lakin məhkəmə tərəfindən eyni ünvana bildiriş göndərilmə si ilə bağlı məhkəmə kollegiyasl qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabndehlərdən Cavabdeh1 və cavabdeh5 qızı kassasiya şikayəti vermişdir. Ona görə cavabdehlərin təmsil olunması səlahiyyətinin həmin cavabdehlərə verilməsi də işdən müəyyən edilmir. Ona görə də, digər cavabdehlərin ünvanına məhkəmə bildirişinin göndərilməməsi barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Cavabdeh1 ünvanının Naxçıvan MR, ünvan 4riş göndərməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsi tərəfindən bir neçə dəfə cavabdehin qeyd edilən ünvanına məhkəmə bildirişləri göndərilmiş, lakin məhkəmə bildirişləri üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qayıtmışdır. Ona görə də, apelyasiya instansiyası məhkəməsinin yenidən həmin ünvana məhkəmə sənədlərinin (bildiriş və qətnamə) göndərilməməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi hər hansı bir prossessual pozuntuya yol verməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətində cavabdehlərin (iş üzrə bütün cavabdehlər) vahid ünvan kimi ünvan

5. Ona görə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə sənədləri də həmin ünvana göndərilmişdir. Həm məhkəmə bildirişlərinin, həm də məhkəmənin qəbul etdiyi qətnamənin həmin ünvandan qəbul edilməsi barədə xəbərnamə iş materiallarına əlavə edilmişdir. Qeyd edilənlərə əsasən kassasiya şikayətinin cavabdehlərin rəsmi qaydada məlumatlandırılmaması barədə şikayətlərinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin digər dəlillərini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qənaətə gələrkən ekspert rəylərini sübut kimi qəbul etmişdir. İş üzrə həmin rəylərin mötəbərliliyinə şübhə doğuracaq hər hansı hal müəyyən edilməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyanın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və cavabdeh5 qızının kasasiya şikayəti təmin edilmədə n, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyanın 2(103)-2470/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar