Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3809/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahiblik, sahibliyin müdafiəsi, əşya hüquqları, tələb hüquqları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-180/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsi (xx.xx.2019 - xx.xx.2059) 40 il müddətinə Göyçay rayon Mallı-Şıxlı Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2020-ci il olan çıxarışa əsasən, Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsi İddiaçı icarəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən icarəsində olan Göyçay rayon Mal lı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X4 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi Göyçay rayonu, Mallı-Şıxlı kəndində yaşayan Cavabdeh1 və X7 tərəfindən zəbt edilmiş və onlar tərəfindən qeyri-qanuni istifadə edilir. Bununla da iddiaçının həmin torpaq sahəsi üzərində mövcud olan icarə hüququ pozulmuşdur. İcarəsində olan torpaq sahəsinin Göyçay rayonu Mallı-Şıxlı kəndində yaşayan Cavabdeh1 və X7 tərəfindən zəbt edilməsi və onların həmin torpaq sahəsindən çıxarılmasına köməklik edilməsi barədə Göyçay rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin Göyçay rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
5. Cavabdehlər Cavabdeh1 və X7 iddia tələbini qəbul etməyərək göstərmişlər ki, həmin torpaq sahəsini uzun müddətdir istifadə edirlər.
6. Göyçay Rayonu Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X4 çıxarılması, qeyd edilən torpaq sahəsinin boşaldılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayon Mallı-Şıxlı kəndində y erləşən 2.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş və cavabdehlərin həmin torpaq sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X7 tərəfindən tutularaq istifadə edildiyi müəyyən edilmişdir.
8. Maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikdə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 152.1, 157.4, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir. Torpaq sahəsi yararlı hala gətirilmiş və baramaçılığın inkişaf ı məqsədi ilə 11 min gər tingi, 2 min gər ağacı əkilmişdir. Qeyd edilən hallar Göyçay rayon Mallı-Şıxlı bələdiyyəsinin məhkəməyə təqdim etdiyi məlumatla təsdiq olunur. O, mübahisəli torpaq sahəsindən istifadə etdiyi halda bələdiyyə onun torpaq sahəsini icarəyə götürməkdə üstünlük hüququnu pozmuşdur. Halbuki mülkiyyətçi olmasa da, onun hüquqları dövlət tərəfindən müdafiə edilir. Lakin məhkəmə onun hüquqlarını pozulmaqdan müdafiə etməmiş, onun hüququna deyil iddiaçının qanunsuz sənədlərinə üstünlük vermişdir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi iddiaçı deyil, bələdiyyədir. İddiaçı icarəçidir və o iddiaçının mülkiyyətinə qəsd etməmişdir. Həmin torpaq sahəsi 2005-ci ildən onun istifadəsində olduğu halda bələdiyyə qanunsuz olaraq iddiaçıya icarəyə vermişdir. Lakin onun istifadəçi kimi məl umatı olmadan mübahisəli torpaq sahəsi qanunsuz olaraq iddiaçıya icarəyə verilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan onun mübahisəli torpaq sahəsinə iddiaçının icarə hüququ yaranmazdan əvvəl onun istifadə hüququnun olması, torpaq sahəsini əldə etməkdə üstünlük hüququnun olması faktını aydınlaşdırmamışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-180/2023 nömrəli mülki iş üzrə 06 mart 2022-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və E.M.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslan dırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyindən, habelə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilmədiyindən, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 152.1,157.2, 157.4, 158.2, 158.4, 164.1, 164.2, 706.2, 706.3, Torpaq Məcəlləsinin 48.2, 51, 55, 82, 84, 111, “Torpaq İcarəsi haqqında” qanunun 1, 21, 22 və MPM-in 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin vergiləri Cavabdeh1 tərəfindən ödənilmiş, torpaq sahəsi yararlı hala gətirilmiş və baramaçılığın inkişafı məqsədi ilə 11 min gər tingi, 2 min gər ağacı əkilmişdir. Qeyd edilən hallar Göyçay rayon Mallı-Şıxlı bələdiyyəsinin məhkəməyə təqdim etdiyi məlumatla da təsdiq olunur. Mübahisəli torpaq sahəsindən cavabdehlərin istifadəsi ilə bağlı Mallı-Şıxlı bələdiyyəsi tərəfindən 14 il ərzində heç bir irad bildirilməm iş, əksinə torpağın vergi ödənişi qəbul edilmişdir. Lakin buna baxmayaraq bələdiyyə cavabdehlərin torpaq sahəsini icarəyə götürməkdə üstünlük hüquqlarını pozaraq iddiaçı ilə icarə müqaviləsi bağlamışdır. Halbuki mülkiyyətçi olmasa da, onun hüquqları dövlət tərəfindən müdafiə edilir. Lakin məhkəmə onun pozulan hüquqlarının müdafiəsinə yönələn bu hallara əhəmiyyət verməmiş, onun hüququna deyil iddiaçının sənədlərinə üstünlük vermişdir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi bələdiyyədir. Həmin torpaq sahəsi 2005-ci ildən Cavabdeh1 istifadəsində olduğu halda bələdiyyə qanunsuz olaraq iddiaçıya icarəyə vermişdir. Lakin onun istifadəçi kimi məlumatı olmadan mübahisəli torpaq sahəsi qanunsuz olaraq iddiaçıya icarəyə verilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan onun mübahis əli torpaq sahəsinə iddiaçının icarə hüququ yaranmazdan əvvəl onun istifadə hüququnun olması, torpaq sahəsini əldə etməkdə üstünlük hüququnun olması faktını aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
22. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
23. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
24. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
25. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
26. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
27. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
28. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib q əsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
35. Hazırkı işdə hər iki instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, 157.8 və 164.1-ci maddələrinə istinad etmişlər.
36. Kollegiya əvvəlcə MM-in 164.1-ci maddəsi ilə bağlı qeyd edir ki, bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmənin və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sah ibliyin müdafiəsinə dair qaydaları tənzimləyir (§ 25-27).
37. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 23). Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
38. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur (§ 24).
39. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəs ində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Başqa sözlə, əşyaya sahibliyi əldə etməmiş şəxs sahibliyinin pozulmasına istinad edə bilməz.
40. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, yəni həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişlər.
41. Məhkəmələr onu da nəzərə almamışlar ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir (§ 28).
42. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsinin mümkünlüyü məhkəmələr tərəfindən yuxarıda göstərilən şərtlər daxilində araşdırılmamış və əsaslandırılmamışdır.
43. Məhkəmələrin tətbiq etdikləri MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddialarını nəzərdə tutur (§ 18-19).
44. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır.
45. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürləri n hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.
46. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr bu qaydada hüquqi dəyərləndirmə aparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişlər. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır.
47. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiə sinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur (§ 20).
48. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (§ 21-22).
49. Kollegiya vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur.
50. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər.
51. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa h akimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.
52. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tə rəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.
53. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.
54. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.
55. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil.
56. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.
57. Hazırkı işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz.
58. İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzums uz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (X12 Europa 7 S.R.L. və X10rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X8 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).
59. Kollegiya onu da vurğulayır ki, torpaq sahəsinin icarə si müqaviləsindən irəli gələn, 11 aydan artıq müddətli icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin hüququn məhdud əşya hüququ sayılmasına əsas verə bilməz. Belə ki, qanunda nəzərdə tutulanlardan (girov, servitut, uzufrukt və s.) başqa məhdud əşya hüquqları təsis edilə bilməz (“numerus clausus” - məhdud say prinsipi). Nəzərə alınmalıdır ki, torpaq sahəsinə icarə hüququ dövlət reyestrində qeydiyyat anından deyil, icarə müqaviləsinin bağlandığı vaxtdan yaranır, reyestrdəki qeydiyyat isə vicdanlı üçüncü şəxsləri qorumaq üçün aparılmaqla açıqlayıcı funksiyanı yerinə yetirir.
60. Beləliklə, işin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Göyçay Rayon Mallı Şıxlı Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Yəni, iddiaçının torpaq sahəsin ə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. İcarəyə verən tərəfindən müqavilə öhdəliyinin icra edilməklə torpaq sahəsi iddiaçının sahibliyinə verilməsi isə işdən görünmür.
61. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Göyçay Rayon X6rşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır. Belə olan halda, iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması məhkəmələr tərəfindən göstərilməmişdir.
62. Yuxarıda qeyd edilənlər ona dəlalət edir ki, məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar (§ 29-30).
63. Ona görə də ape llyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-180/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.