Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-381/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-381/22 (Açar sözlər: əmlakın geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, icarə haqqının tutulması, sübut etmə yükü) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “icarə haqqının, maddi zər ərin tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4285/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 09.07.2019-cu il tarixdə Cavabdeh ilə icarə müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 55.5 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus 30 kv.m huissəsini İddiaçı icarəyə verib.
2. İcarəd haqqı 600 manat, icarə müddəti 01.08.2019-cu il tarixdən 01.08.2020-ci il tarixədək müəyyən olunub. 3. 01 avqust 2020-ci il tarixdə icarə müqaviləsinin müddəti bitib, Cav abdeh icarə müqaviləsinin müddətini artırmaqdan imtina edib.
4. Mübahisə bununla ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus əmlakların, 6630 manat miqdarında maddi, 6000 manat mənəvi ziyanın, çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanından məhrum olduğuna görə 01.08.2019-cu il tarixdən əmlakın ona təhvil verildiyi tarixədək olan müddət ərzində hər günə 150-200 manat miqdarında hesablanmaqla maddi ziyanın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı icarəyə götürdüyü sahəyə 170 manata reklam qoydurub. Hər biri 400 manat dəyərində 2 böyük, 300 manat dəyərində balaca təndir qoydurmuş, 50 man ata tərəzi almış, 250 manata böyük tüstü bacası, hər biri 200 manata 3 balaca tüstü bacası qoydurmuş, 300 manat dəyərində 2 ədəd ventilyator, 150 manata təndir tava, 200 manata təndir setka, 100 manata təndir farsunkası, 300 manata təndir qazı, 50 manata təndir qapağı, 40 manata təndirdən çörək çıxaran, 150 manata vanna qab-qacağı, 70 manata qaz nasosu, 100 manata işıqlar alıb qoydurmuş, 3000 manata materialları və usta pulu ilə birlikdə qril bişirmək üçün yer tikdirmişdir.
7. Qril aparatından başqa, yuxarıda sadalanan əmlakların dəyəri 6630 manat təşkil edir. 01 avqust 2020-ci il tarixdə icarə müqaviləsinin müddəti bitəndən sonra cavabdeh həmin icarə müqaviləsinin müddətini artırmaqdan imtina edib. İddiaçı həmin 30 kv.m. sahəyə qoyduğu və aldığı yuxarıda sadaladığı əmlakları oradan götürm ək istədikdə, cavabdeh bundan imtina etmiş, iddiaçıya əmlaklarını götürməyə qoymamış və gələcəkdə də qaytarmayacağını bildirmişdir.
8. İddiaçı bundan sonra öyrənmişdir ki, cavabdeh onun 3000 manata tikdirdiyi qril bişirmək üçün aparatı söküb naməlum istiqamətə aparmışdır. Cavabdehin bu hərəkətindən iddiaçı dərin sarsıntı keçirmiş və xəstələnmişdir. Buna görə də iddiaçıya 6000 manat miqdarında mənəvi ziyan dəymişdir.
9. Bundan əlavə, cavabdeh çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanlarından məhrum etdiyinə görə iddiaçıya hər günə 150-200 manat hesabı ilə əmlakın ona təhvil verilən tarixə kimi hesablanmaqla əlavə maddi ziyan da vurub.
10. Cavabdeh da qarşılıqlı iddia verərək, 7200 manat məbləğində ödənilməyən icarə haqqının, icarə obyektini əvvəlki vəziyyətinə qaytarmamasına görə 3148 (üç min yüz qırx səkkiz) manat maddi ziyanın, işıqdan istifadəyə görə 192 manat, qazdan istifadəyə görə 1465 manat olmaqla, ümumilikdə kommunal ödənişlərə görə 1657 manatın, kanalizasiya xəttinə axıdılan suya görə 432 manatın İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh İddiaçı ilə 09 iyul 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m olan fərdi yaşayış evinin 30 kv.metr hissəsini İddiaçı icarəyə vermişdir. Cavabdeh 600 manat icarə haqqı ödəməli idi. Lakin müqavilənin qüvvəyə mindiyi 01.08.2019-cu il tarixdən bu günədək cavabdeh icarə haqqı ödəməmişdir.
12. İddiaçı icarə müqaviləsinin qüvvədə ol duğu 1 illik müddət ərzində ödənişlər etmədiyinə görə borcu 7.200 manat olmuşdur.
13. İcarə müqaviləsinin 9.10-cu bəndinə əsasən icarəyə verilmiş əmlakda hər hansı bir tikili və s. formada dəyişikliklər edilmişdirsə, həmin tikililərin öz vəsaiti hesabına sökülməsini və icarəyə verilməmişdən əvvəlki vəziyyətdə icarəyə verənə qaytarılmasını İddiaçı üzərinə götürmüşdür. Buna baxmayaraq, İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir.
14. İcarəyə verilən əmlak əvvəlcə ofis olmuşdur. Orada İddiaçı tərəfindən dəyişikliklər aparılmış, təndir, qril aparatı və s.qoyulmuşdur. Müqavilənin bitdiyi zaman isə icarəyə verilmiş əmlakı icarədən əvvəlki vəziyyətinə qaytarılmamışdır. Beləliklə, İddiaçı müqavilə tələbləri üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir.
15. Hazırda İddiaçı tərəfind ən icarəyə verilmiş əmlak üzərində dəyişikliklər edilməsinə və onun əvvəlki vəziyyətinə qaytarılmamasına görə iddiaçıya vurulmuş maddi ziyan 3.148 manat məbləğindədir.
16. Bundan başqa, İddiaçı icarə müddəti ərzində kommunal ödənişləri də həyata keçirməmişdir. Sözügedən müqavilənin 9.9-cu maddəsinə əsasən kommunal ödənişlər icarəçi tərəfindən ödənilməlidir. Lakin İddiaçı əvəzinə kommunal xərcləri iddiaçı ödəmişdir. Elektrik enerjisindən istifadəyə görə borc 192 manat; qazdan istifadəyə görə borc 1465 manat məbləğindədir. Kanalizasiya xəttinə axıdılan suya görə də iddiaçıya 432 manat ziyan dəymişdir.
17. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə istinad edilib.
18. İddiaçı qarşılıqlı iddiaya etiraz verib. Etirazın dəlilləri: - icarəyəverən a ylıq icarə haqqının heç bir gün də ləngiməsinə imkan verməmişdir. Hətta 1-2 gün gecikmə olduqda qazı və suyu kəsmişdir. Bundan başqa, əgər aylıq icarə haqqı ödənilməmişdirsə, nəyə görə müqavilənin şərtlərinə uyğun olaraq müqaviləni ləğv etməyib. Beləliklə, məntiqi nəticə belədir ki, Əmrəliyev aylıq icarə haqqını ayda 600 manat olmaqla hər ay alıb; - obyektin əvvəlki vəziyyətinə qaytarılmasına görə tələb edilən 3148 manatı maddi ziyan kimi qəbul etmək olmaz. Çünki həmin hərəkətlər tərəflərin qarşılıqlı razılığına əsasən icarəyə verilmiş otaqda çörək bişirmək üçün zəruri şəraitin yaradılması ilə əlaqədar edilən dəyişikliklər olunmuşdur; - bərpa işini İddiaçı həyata keçirməli idi. Bərpa işi aparılması müqavilədə nəzərdə tutulmağına baxmayaraq, vaxtında buna imkan verilməmiş və bu günə qədər d ə davam edir. İşıq və qaz enerjisinə gəldikdə isə, icarə müddətində obyektdə cəmi 402 manatlıq enerji sərfiyyatı olunmuşdur. Həmin pulu M.Əmrəliyev ödəmişdir. İddiaçı da öz növbəsində işıq pulunun ödənilməsi üçün ona istədiyi müvafiq məbləğdə nəğd pul vermişdir; - nəzərə alınmalıdır ki, işıq sayğacı birdir. Orada enerjidən iddiaçının atası M.Əmrəliyev sutka ərzində tokar dəzgahlarını işlətmiş, su quyusunun motorunu işə salmış, çay qaynatmış, otaqları işıqlandırmışdır; - Cavabdeh qazdan istifadə ilə bağlı müqavilə bağlandığı tarixdə, yəni 2019-cu ilin iyul ayına 193 manat borcu olmuşdur. İcarə müddətində istifadə etdiyi qazın dəyəri 917 manat olmuşdur. Bu pulun 193 manatı Mübarizin borcudur, hansı ki, həmin borcu İddiaçı gündəlik ödəmiş, ödənilən puldan 193 manat borc silinmişdir. Qazdan is tifadəyə görə vurulmuş 1465 manat borcun necə və haradan əmələ gəlməsi məlum deyil.
19. Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbini qismən qəbul etmiş, və bildirmişdir ki, müdafiə etdiyi şəxsə, yəni icarəverənə məxsus obyektdə İddiaçı məxsus sadəcə qril aparatı və iki böyük təndir vardır. İddiaçı həmin əşyalarını cavabdehə vurduğu ziyanı ödədikdən sonra götürə bilər.
20. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2503/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh qril aparatı və iki böyük təndirin alınaraq İddiaçı təhvil verilməsi, ilk iddia tələbinin qalan hissədə, qarşılıqlı iddia tələbinin tam rədd edilməsi qət edilmişdir. (hakim Ramilə Xəzri)
21. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəy yən edib ki, İddiaçı 09 iyul 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55.5 kv.m. olan fərdi yaşayış evinin 30 kv.m. hissəsini 01.08.2019-cu il tarixdən 01.08.2020-ci il tarixədək icarəyə götürmüş, sonuncu tarixdə müqavilə müddəti bitmiş və yenilənməmişdir.
22. Birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı ona məxsus müxtəlif adda əmlakın cavabdehə məxsus obyektdə olduğunu irəli sürsə də, iddia tələbi yalnız qril aparatı və iki böyük təndirə aid hissədə cavabdeh tərəfindən etiraf edilmiş, iddiaçı qalan əşyaların həqiqətən də onun tərəfindən alınaraq sözügedən ünvanda yerləşdirilməsi və hazırda orada mövcud olması barədə öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də ilk iddia tələbi qril aparatı və iki böyük təndirə aid hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir.
23. Birinci instansiya məhkəməsi həmçinin İddiaçı çörək bişirmək üçün avadanlıqlardan məhrum olduğu dövrdə əldə edə biləcəyi qazancın əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə tələbini də qeyd olunan avadanlığın mövcudluğu və iddiaçıya məxsusluğu sübuta yetirilmədiyi üçün təmin etməyib.
24. Birinci instansiya məhkəməsi İddiaçı ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edib ki, iddiaçı cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi halları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin his sədə öz təsdiqini tapmamışdır.
25. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə icarə haqqının tutulması tələbi ilə bağlı göstərib ki, tərəflər arasında bağlanmış 09 iyul 2019-cu il tarixli İcarə müqaviləsinin 10.1-ci maddəsinə əsasən, icarə haqqı növbəti ay üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.
26. Birinci instansiya məhkəməsi işin məhkəmə iclasında araşdırılan hallarını, tərəflər arasında icarə müqaviləsinin qüvvədə olduğu dövr ərzində icarə haqqına dair hər hansı mübahisənin olmamasını, bir il ərzində müqavilənin ləğv olunmamasını, hazırda Cavabdeh ona qarşı verilmiş iddiaya baxıldığı dövrdə qarşılıqlı iddia ilə müraciət edərək icarə haqqını tələb etməsini və digər halları nəzərə alaraq, cavabdeh İddiaçı hər ay icarə haqqının ödənilməsinə dair etirazının əsaslı olduğu qənaətinə gəlib və hesab edib ki, bir il ərzində ödənilməmiş 7200 manat pulun cavabdehdən tutulmasına dair hissədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
27. Qarşılıqlı iddianın əmlakın əvvəlki vəziyyətinə qaytarılması üçün sərf edilmiş 3148 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, icarə müqaviləsinin müddəti bitdiyi vaxt icarəyəverən müqaviləni yeniləməkdən imtina edərək, qısa müddət ərzində həmin obyekti başqa şəxsə icarəyə vermiş, hazırki iş üzrə cavabdeh olan icarəçidən əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etməmiş, hazırda iddia ilə müraciət edərək öz təşəbbüsü ilə edilmiş təmir xərclərinin icarəçidən tutulmasını xahiş etmişd ir. Tərəflər arasında bağlanmış 09 iyul 2019-cu il tarixli İcarə müqaviləsinin 9.10-cu bəndinə görə isə 01.08.2019-cu il tarixdən 01.08.2020-ci il tarixədək icarəçi tərəfindən ünvan 3 ünvanında yerləşən 30 kv.m. üzərində inşa ediləcək hər hansı bir tikili və s. dəyişikliklər icarə müddəti bitdikdən sonra həmin inşa edilmiş tikililər icarəçi tərəfindən öz vəsaiti hesabına sökülərək və hazırki vəziyyətdə icarə verənə təhvil veriləcək.
28. Birinci instansiya məhkəməsi qeyd olunan hallara qiymət verərək hesab edib ki, icarəyə verənin əmlakı əvvəlki vəziyyətinə qaytarmağı icarəçidən tələb etmək hüququ olsa da, o, öz təşəbbüsü ilə edilmiş təmir xərclərinin tutulmasını tələb edə bilməz, eyni zamanda Cavabdeh əmlakın vəziyyətində hansı dəyişikliklərin baş verməsi, həmin dəyişikliyin məhz icarə m üqaviləsinin qüvvədə olduğu dövrdə yaranması, tələb olunan məbləğin hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri məhkəmə iclasında izah edə bilməmişdir.
29. Qarşılıqlı iddia tələbi üzrə kommunal (qaz, işıq və kanalizasiya) xərclərlə bağlı saldolar təqdim edilsə də, birinci instansiya məhkəməsi bu sənədləri əsaslı və mötəbər sübutlar kimi qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, icarə müqaviləsi dövründə mübahisəli ünvana dair yazılmış kommunal borclar ödənilmiş, lakin həmin borclar ümumi hesaba ödənildiyindən, ödənişin kim tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Buna görə də İddiaçı kommunal xərclərin müştərək qaydada ödənilməsinə dair etirazı əsaslı olduğu üçün qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilə bilməz.
30. Birinci instansiya məh kəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayətinin dəlilləri: - icarəyə götürdüyü qeyri-yaşayış sahəsində qalan əşyalarının Cavabdeh olması, Cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulması barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq onun iddiasını qismən təmin etmişdir.
33. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını x ahiş etmişdir.
34. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, formal mülahizələr əsasında qətnamə qəbul etmişdir.
35. Apellyasiya baxışında Cavabdeh nümayəndəsi İddiaçı apellyasiya şikayətinə etirazında göstərib ki, icarə müqaviləsinin müddəti başa çatandan sonra İddiaçı daşına bilən hər bir əşyasını aparmışdır. Hazırda orada İddiaçı məxsus yalnız təndir və biri balaca, biri böyük olmaqla iki ədəd tüstü bacası qalmışdır.
36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4285/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı ş əhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(003)-2503/2020 saylı qətnaməsi ilk iddianın təmin olunmayan hissəsində qismən ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh bir ədəd böyük, bir ədəd kiçik tüstü bacasının alınaraq İddiaçı verilməsi, ilk iddianın mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov)
37. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, ilk İddiaçı apellyasiya şikayətinin dəlillərini qismən, yəni iki ədəd tüstü bacasının qarşı tərəfdə olmasına dair hissədə sübut edə bilmişdir. Belə ki, Cavabdeh nümayəndəsi izahatında İddiaçı məxsus təndir və iki ədəd tüstü bacasının on larda olduğunu, qalan daşına bilən bütün əşyaların İddiaçı tərəfindən aparıldığını bildirmişdir. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh qalması təsdiq olunan qril aparatı, iki ədəd böyük təndir və apellyasiya qaydasında işə baxılarkən Cavabdeh qalması təsdiq olunan iki ədəd tüstü bacasından başqa qalan əşyaların cavabdeh tərəfdə qalmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Cavabdeh həqiqətən qarşılıqlı iddia ərizəsində İddiaçı tərəfindən icarəyə götürülmüş obyektə təndir, qril aparatı və s. qoyulduğunu etiraf etsə də, məhkəmə iclaslarında iştirak edən onun nümayəndəsi icarəverənə məxsus obyektdə İddiaçı məxsus sadəcə qril aparatı və iki ədəd böyük təndirin qalmasını bildirmiş, qalan əşyalar ın isə Cavabdeh qalmasını etiraf etməmişdir. Bundan əlavə, İddiaçı çörək bişirmək üçün avadanlıqlardan məhrum olduğuna görə hər gün 150-200 manat məbləğində gəlirdən məhrum olması və mənəvi zərərə məruz qalması barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iki ədəd tüstü bacasının Cavabdeh alınıb İddiaçı qaytarılması hissəsi istisna olmaqla, qalan hissələrdə iddianı təmin etməməkdə haqlı olmuşdur.
39. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, Cavabdeh İddiaçı icarə haqqını ödəməməsi, elektrik enerjisi, təbii qaz və kanalizasiya xidmətlərindən istifadəyə görə borclu qalması, icarə obyektini əvvəlki vəziyyətinə qaytarmamaqla ona maddi ziyan vurması barədə birinci ins tansiya məhkəməsinə əsaslı sübut təqdim etmədiyinə görə məhkəmə düzgün olaraq qarşılıqlı iddianı təmin etməmişdir. İş materiallarına əsasən İddiaçı məxsus bir ədəd qril aparatı və iki ədəd böyük təndirin Cavabdeh olmasını birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi də etiraf etmiş, buna görə də məhkəmə həmin hissədə ilk iddianı haqlı olaraq təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə ətraflı araşdırma aparmaması, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmaması, maddi hüquq normalarını düzgün tətbiq etməməsi barədə Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsassızdır. a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı (Vəkil) kassasiya şikayəti, sonradan isə şikayətə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia nın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayətinin dəlilləri: - həm birinci, həm də apellyasiya instansiyaları məhkəməsinin qətnamələrində Mülki Məcəllənin 157.2-ci maddəsinə düzgün istinad edilsə də, əldən çıxmış faydanın ödənilməsi tələbi əsaslı olmasına baxmayaraq həmin hissədə iddianı təmin etməmklə səhvə yolvermişlər; - siyahıda göstərdiyi əşyaların İddiaçı məxsus olmasını Cavabdeh şəxsən yazdığı iddia ərizəsində etiraf etmişdir; - təqdim edilmiş fotoşəkillərdən görünür ki, 2 yox, 4 tüstü bacası olub, apellyasiya məhkəməsi yalnız 2 tüstü bacasının cavabdehdən alınmasını qət edib. Həm də nəzərə alınmalıdır ki, tüstü bacası iş prosesu zamanı otaqda əmələ gələn tüstünü kəmnara çıxarmaq üçün tavanda açılan ətrafı nazik metal lövhədən çətir forması nda hazırlanmış fiqurdur. Tüstü bacası daşınar əmlak deyil. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
42. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyasının qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməni həmin hissədə yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli he sab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İddia tələbi əmlakların qaytarılması və dəymiş zərərin ödənilməsi barədə olub.
48. İşdən görünür ki, iddia tələbi sübut edilən hissədə təmin, sübut edilməyən hissəd ə isə rədd edilib.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iş materialarından görünür ki, iddiaçı tələbinin təmin edilməyən hissəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətinə aid deyil və iddiaçı t ərəfindən təqdim edilən sübut bazası apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 80 və 88-ci maddələrinin tələbi baxımından düzgün qiymətləndirilib.
51. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institutun xüsusi əhəmiyyəti vardır. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həm də işdəki sübutlar biri-birini tamamlamalı, onlar mötəbər və ziddiyyətsiz olmalıdırlar. Məhz belə sübutlar iddianın təmin edilməsi üçün əsas götürülə bilər.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4285/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 28.02.2022-ci il iş № 3/k-884/2022 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı X1 əlavə kassasiya şikayətinin veri lməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Əminə Abbasova) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3862/2021 nömrəli 07 aprel 2020-ci il tarixli qərdadı ilə iddia tələbinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-34/2018 saylı iş üzrə 16 yanvar 2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3158/2017 saylı mülki iş üzrə 21 iyun tarixli qanunsuz qərarının ləğv edilməsi, üç daşınmaz əmlak üzrə bütün qanunsuz qərarların, 2-1260/06 saylı mülki iş üzrə Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsi hissəsinə işə məhkə mədə baxılmalı olmaması əsası ilə xitam verilimişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Şərafət Məmmədova) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3862/2021 nömrəli 07 aprel 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Şərafət Məmmədova) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi A.Ə.Abbasov, E.T.Vəliyeva və E.Y.Şamayev iş № 2-(102)-5391 /2020) iddiaçı X1 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 2(103)-3862/2021 nömrəli 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X3 ərizə verərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının yuxarıda göstərilən qərarından əlavə kassasiya şikayəti vermək üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, vəkillə müqavilə bağlamağa maddi imkanı yoxdur. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habe lə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Qeyd olunan Məcəllənin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Məhkəmə kollegiyası iddiaçı X1 maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, məhkəmə müdafiəsi hüququnu təmin etmək üçün ona dövlət hesabına vəkil təyin edilməli və qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı X1 dövlət hesabına vəkil təyin edilsin. İddiaçı X1 dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin və qərardadın surəti icra edilməsi üçün Vəkillər Kollegiyasına göndərilsin. 28.02.2022-ci il iş № 3/k-884/2022 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Bakı şəhəri,Ceyhun Hacıbəyli küçəsi 100 Surəti: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 61 mənzil 39 X3 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli 3/k-884/22 saylı qərardadı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq 28.02.2022-ci il iş № 3/k-884/2022 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Bakı şəhəri,Ceyhun Hacıbəyli küçəsi 100 Surəti: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 61 mənzil 39 X3 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli 3/k-884/22 saylı qərardadı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq