Məhkəmə qərarları › İş №2(102)-3813/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3813/2019

31.05.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3813/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı 1 və vəkili 1 iştirakı ilə, İddiaçı 1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8589/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.A.Qasımov) 2(008)-409/2018 nömrəli, 13 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı 1 qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 814 saylı 0,10 ha sahədən ibarət bağ sahəsinə tərəf açmaqla cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh6, cavabdeh4 və cavabdeh5 tərəfindən özbaşına inşa edilmiş daş hasarın sökülməsi, bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısı bağlanmaqla torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlər tərəfindən zəbt olunmuş 103 m2 ibarət torpaq sahəsinin boşaldılması, cavabdehlərdən müştərək qaydada məhkəməmühəndis-texniki ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində eskpertiza xərcinin tututlaraq Dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Eyvaz ov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışinski) 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(008)-409/2018 saylı qətnaməsi qismən, yəni «bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısının bağlanması» hissədə ləğv edilməsi, həmin iddia tələbi təmin edilməməsi, qətnamədə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh6, cavabdeh4 və cavabdeh5 qarşı «qanuni istifadədə olan bağ torpaq sahəsində tikilmiş qanunsuz hasarın sökülməsi, həmin torpaq sahəsinə açılmış giriş çıxış qapısının bağlanması və torpağın əvvəlki vəziyyətinə qaytarılmaqla zəbt olunmuş sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Məmmədov Qəzənfər İbrahim oğlu onun doğma atasıdır və atası 17 mart 2013-cü ildə vəfat etmişdir. Atasının ölümündən sonra, yəni 12 oktyabr 2013-cü ildə vərəsə kimi tanınaraq miras əmlaka şəhadətnamə verilməsi üçün Bakı şəhər 27 saylı notariat kontorunun xüsusi notariusu X16 oğluna müraciət etmişdir. Həmin notarius 17 mart 2013-cü il tarixdə onun ərizəsi əsasında vərəsəlik işi açmış və vərəsələrin dairəsini müəyyən etmişdir. Digər vərəsələr miras paydan onun xeyrinə imtina etmişlər. Həmin notarius qanunvericiliyin tələbinə uyğun olaraq 22 oktyabr 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisinə onun adına at asından qalmış və miras əmlakın siyahısina daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 381b saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi barədə məktub göndərmişdir. Bundan başqa o, torpaq sahəsini plan və ölçüsü sənədlərinin alınamsı üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmişdir. Həmin Komitə sənədlərdə uyğunsuzluq olduğu üçün bundan imtina etmişdir. Bu səbədən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə onun iddiasını təmin etmiş və mübahisəli ərazidə yerləşən 382b saylı bağ sahəsinin 814 saylı olmasını müəyyən etmişdir. Bundan sonra ona torpaq sahəsinə dair plan və ölçü sənədləri verilmişdir. Qeyd edir ki, sözügedən torpaq sahəsi keçmiş Bağlar Təsərrüfatının İn kişafı və İstismarı Birliyi ilə mərhum atası Qəzənfər Məmmədov arasında 07 mart 19868-ci il tarixli, 15789 saylı icarə müqaviləsi bağlanmış və bu bağ torpaq sahəsi 1986-ci ildən hal-hazıra kimi onların ailəsinin istifadəsindədir. O, sənədləri toplayıb Reyestr Xidmətinə müraciət etsə də həmin orqan yolun onların bağ sahəsindən keçdiyini əsas gətirərək bundan imtina etmişdir. Onun bağ sahəsi 823 saylı bağ sahəsi ilə qonşudur və aralarında daş hasar mövcuddur. Sonradan bağın sahibi Kərimova Töhvə Məmmədbağır qızı bağının bir hissəsini bacısı cavabdeh1 bağışlamış və ona reyestr xidməti tərəfindən 01.06.2011-ci il tarixdə 823a nömrə adı altında 0,0965 ha torpaq sahəsinə dair MA seriyalı 022542 nömrəli çıxarış və AA 031546 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra cavabdehlər məhkəmədə iddia qaldıraraq guya onların bağının giriş hissəsindən keçən yolu zəbt edərək hasara aldıqlarını bildirmişlər. Sabunçu Rayon Məhkəməsi tərəfindən 1968-ci ildən hal-hazıra kimi onların ailəsinin qanuni istifadəsində olan bağ torpaq sahəsinin ətrafında olan daş hasarın sökülməsi barədə 09.06.2014-cü il tarixdə 2(008)-4380/14 saylı qətnamə qəbul edilmiş və nəticədə onların hüquqları pozulmuşdur. Cavabdeh1 və digərlərinin mülkiyyətində olan 823a saylı bağ torpaq sahəsi 823 saylı bağ torpaq sahəsinin bir hissəsidir. Onlar həmin torpaq sahəsini adlarına rəsmləşdirdikdən sonra onlara aid 823a saylı bağ torpaq sahəsinin başqa yerdən giriş çıxışı olduğu halda onların qanuni istifadəsində olan torpaq sahəsinə tərəf giriş qapısı açmış və torpaq sahəsinin bir hissəsini daş hasa ra almaqla zəbt edərək ümumi yola çıxış yaratmışlar. Onlar bu barədə Sabunçu rayon prokurorluğuna və Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişlər. Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı Tahir Vəliyev tərəfindən müvafiq araşdırma aparılmış və cavabdeh1 əməlində cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərə əsasən, onun qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 814 saylı bağ sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş hasarın sökülməsi, bağ sahəsinin ərazisinə açılmış giriş-çıxış qapısının bağlanması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmaqla zəbt olunmuş sahənin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qər arları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı 1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8589/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı 1 və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş et di. Məhkəmə kollegiyası iclasında cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-8589/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunveric iliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mərhum Məmmədov Qəzənfər İbrahim oğlunun adına Sabunçu rayonu Vişnyovka bağ massivində 1200 kv.m sahədən ibarət, 814 saylı bağ evi tikintisi üçün topraq sahəsi ayrılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı atası mərhum Məmmədov Qəzənfər İbrahim oğlunun vərəsəsidir, digər vərəsələr X14 oğlu, X13 oğlu və X15 oğlu mübahisə predmeti olan əmlaka vərəsəlik hüquqlarından imtina etmişlər. İş materiallarında olan sübutlara əsasən Sabunçu rayonu Vişnyovka bağ massivində 0,12 ha sahədən ibarət, 823 b saylı bağ sahə si Cavabdeh1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir. İşdən görünür ki, mübahisəli bağ sahələri qonşudur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə dair 15 yanvar 2018-ci il tarixli, 26534 saylı ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində 924 kv.metr, Cavabdeh1 faktiki istifadəsində 928 kv.metr torpaq sahəsi vardır. Bağ sahələrinin yeləşdikləri ərazidə bir-birilərinin hüdudlarına müdaxilə olunmuşdur. İddiaçı kadastr nömrəsi **********5495, sahəsi 0.10 ha torpaq sahəsinin 103 kv.metri 5-6 mişar daşı hündürlükdə Cavabdeh1 (sahəsi 0.965 hektar, reyestr nömrəsi **********73 olan çıxarışla verilmiş) həyətyanı sahəsinin giriş qapısı tərəfindən hasarlanmışdır. Cavabdeh1 mülkiyyə tində oan torpaq sahəsinə giriş-çıxış qapısını İddiaçı qanuni istifadəsində olan 0,10 hektar bağ torpaq sahəsinə tərəf açmaqla 103 kv.m torpaq sahəsini hasara almışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı – «bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısının bağlanması» hissəsində təmin edərkən səhvə yol vermiş, tərəflər arasında əvvəllər yaranmış mübahisələr üzrə qanuni qüvvədə olan məhkəmə qərarlarının preyudisial əhəmiyyətini nəzərə almamışdır. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2014-cü il tarixli, 2(008)43080/14 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 cavabdeh Məmmədov Ceyhun Qəzənfər oğluna qarşı «qanunsuz inşa edilmiş hasarın sökülməsi» tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən 0,0965 ha 823 a saylı bağ sahəsinin giriş-çıxışını məhdudlaşdıran inşa edilmiş hasarın sökülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçılara məxsus mübahisəli bağ sahəsinin girişçıxışının qarşısında cavabdeh tərəfindən hasar inşa edilmiş, torpağa giriş-çıxış məhdudlaşdırılmışdır. İddiaçılara məxsus bağ sahəsinin ətrafı qonşu bağlardır. Qətnamədən göründüyü kimi, tərəflər arasında mübahisəli giriş-çıxış qapısı ilə bağlı yaranmış mübahisəyə hüquqi qiymət verilmişdir. Eyni zamanda, həmin məsələ işdə olan digər məhkəmə qərarı ilə də araşdırılmışdır. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qərarından və həmi n qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsainin 26 aprel 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı Məmmədov Ceyhun Qəzənfər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 (Vişnyovka 1) bağ massivində yerləşən 814 saylı 0,12 ha bağ sahəsini dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, Albalı-1 (Vişnyovka 1) massivində yerləşən 0,24 ha olan 823 saylı bağ sahəsi 20.11.1969-cu il, 21.05.1981-ci il tarixli müqavilələrə əsasən X11 qızının istifadəsində olmuş, onun 24 avqust 1989-cu il tarixli ərizəsinə əsasən həmin bağın 0,12 ha hissəsi 823a saylı bağ sahəsi kimi bacısı X7 qızının adına sənədləşdirilmiş, qalan 0,12 ha sahəsi olan 823 saylı bağ sahəsi isə X11 qızının adında qalmışdır. Hər iki bağ sahəsi özəlləşdirilmişdir. 823 saylı bağ sahəsinin bölünməmişdən əvvəlki cizgisinə əsasən bağın bir tərəfində 824 saylı, digər tərəfində 822 saylı bağ sahəsi, bir tərəfində yol, digər tərəfdən isə keçid nəzərdə tutulmuşdur. Yerli baxış zamanı 30 avqust 1989-cu il tarixdə tərtib edilmiş arxiv cizgisinə əsasən 823 saylı bağın uzunluğu boyunca nəzərdə tutulan keçidin hal-hazırda tərəflər arasında mübahisəli olan 823a saylı bağın da yolu olduğu müəyyən edilmişdir. 823a saylı bağ sahəsinə bu yoldan başqa hər hansı digər tərəfdə n avtomobil yolu mövcud deyildir. İddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi 814 saylı bağa dair 22 oktyabr 2014-cü il tarixli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilən torpaq sahəsinin bir hissəsi 823a saylı bağın yoluna düşdüyündən və həmin yol ümumi istifadədə olan torpaq sahəsi olduğundan onun iddiaçının mülkiyyətinə verilməsi qanunvericiliyin tələblərini pozmaqla, digər torpaq mülkiyyətçisinin hüquqlarını məhdudlaşdırır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qərarları ilə hazırki iş üzrə də mübahisə predmeti olan 823a saylı bağ sahəsinə açılmış giriş-çıxış qapısı ilə bağlı məsələ araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Həmin məhkəmə qərarları üzrə ümumiləşdirilmiş mövqe ondan ibarət olmuşdur ki, cavabdehlərin mülkiyyətində olan 823a saylı bağ sahəsinə yeganə giriş-çıxış yolunun iddiaçı tərəfindən hər hansı formada məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən göründüyü kimi, qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2018-ci il tarixli, 26534 saylı ekspert rəyinə əsasən iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsinin 103 kv.metr hissəsini 5-6 mişar daşı hündürlükdə həyətyanı sahəsinin giriş qapısı tərəfindən hasarlamaqda haqlı olmamış, nəticədə iddiaçının hüquqlarına əsassız müdaxilə baş vermişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq istifadəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdılar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq m ülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Göstərilən Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) toraq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Toraqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfındən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqd a hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kol legiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8589/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı 1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8589/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar