Məhkəmə qərarları › İş №2(102)-3813/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3813/2024

13.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3813/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundanibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyul 2024-cü il tarixli, 2(103)4249/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı:

1. İddiaçı 29 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində iş zamanı ətirmə sexinin induksion poladəritmə sahəsinin ikinci sobasının yanında olan zaman işlək vəziyyətdə olan induksiya sobasının içərisinə həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmamaqla texnoloji prosesə uyğun olmayan predmetin atılması nəticəsində sobada baş vermiş partlayış nəticəsində özünün drəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan baş beyinin orta dərəcəli əzilməsi; baş beynin alın-təpə paylarının hemorrağik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları; sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) kimi xəsarətlər almasına səbəb ol muşdur.

2. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparılmasına dair 21 noyabr 2022-ci il tarixdə Tədqiqat Komissiyası təşkil edilmiş və Təhqiqat Komissiyasının 15 dekabr 2022-ci il tarixli İZ formalı Aktına əsasən Komissiya bədbəxt hadisənin baş verməsində onun ehtiyatsızlığını, cavabdehliyini, Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin növbə ustası X1 nəzarətsizliyini və hadisənin istehsalat xarakterli olmasını müəyyən etmişdir.

3. Həmin Aktda əmək qanunvericiliyinin pozuntusuna yol vermiş İddiaçı və X1 olduğu və bədbəxt hadisənin səbəbləri kimi aşağıdakılar göstərilmişdir: 1) Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş induksiya sobalarında poladəritmə prosesi Texnoloji təlimatın 4-cü bölümünün (əritmə prosesinin gedişi), 4.1. 3-cü bəndinin (arabacıqlardakı metal qırıntıları sobaya boşaldıldıqdan sonra poladəridən və poladəridən köməkçiləri təhlükəsizlik qaydalarına uyğun olaraq 5-10 dəqiqə ərzində sobanın yan divarından 4-5 metr məsafədə kənarda dayanmalıdırlır) tələblərinə riayət edilməməsi; 2) Cavabdeh QSCnin Polad əritmə sexinin induksion soba sahəsinin sahə ustası X2 arasında bağlanmış 380/2021 saylı əmək müqaviləsinə əlavə hesab edilən “Vəzifə təlimatı”nın daxili nizamintizam, etik davranış və təhlükəsizlik texnikası qaydalarına əməl etməyən işçilər barədə tədbir görməlidir və 2.5-ci bəndinin (işlək sobanın ətrafında poladəridən, poladəridən köməkçiləri və digər işçilərin dayanmamasına, sahənin ümumi təmiz saxlanmasına, işin sonunda işçilər tərəfindən iş sahəsinin təmizlənməsinə nəzarət etməlidir) tələblər inə riayət edilməməsi. 4. “İşə götürən” Cavabdeh QSC-nin direktoru X3 ilə “işçi” İddiaçı arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, 380/2021 saylı əmək müqaviləsinə əsasən, sonuncu “polad əridən” vəzifəsinə işə qəbul edimişdir.

5. Bakı şəhəri, Qaradağ rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 yanvar 2023-cü il tarixli qərarına görə, İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində iş zamanı ətirmə sexinin induksion poladəritmə sahəsinin ikinci sobasının yanında olan zaman işlək vəziyyətdə olan induksiya sobasının içərisinə həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmamaqla texnoloji prosesə uyğun olmayan predmetin atılması nəticəsində sobada baş vermiş partlayış nəticəsində özünün drəcələrinə görə həyat üçün təhlükəli olan sağlaml ığa ağır zərərvurmaya aid olan baş beyinin orta dərəcəli əzilməsi; baş beynin alın-təpə paylarının hemorrağik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları; sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) kimi xəsarətlər almasına səbəb olmuşdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Elmetal” zavodunda iş zamanı xəsarət alması hadisəsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi” qərara alınmışdır. 6. “Paşa Bank“ ASC-nin 001AZO**********3 saylı ölkəda xili qəbzinə əsasən, İddiaçı "xxxx" ASC tərəfindən 59367.89 manat məbləğində sığorta ödənişi verilmişdir. 7. 01 sentyabr 2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyası tərəfindən sonuncu müayinə zamanı verilmiş 01 sentyabr 2023-cü il tarixli arayışa əsasən, xx xxx 1973-cü il tarixdə doğulmuş İddiaçı “Q 11.1 Anoftalmın digər növü, OD - Posstravmatik Anoftalm. Ağırlaşma H 54.4 Monokulyar korluq” diaqnozu üzrə müddətsiz İİİ dərəcəli gözdən əlillik təyin olunmuşdur.

8. Cavabdeh QSC-nin 27 mart 2024-cü il tarixli arayışına görə, İddiaçı 29 oktyabr 2022ci il tarixdə xəsarət alması ilə nəticələnən istehsalat qəzasına qədər müəssisədə polad əridən köməkçisi peşəsində işləmiş və aylıq ümumi əmək haqqı 865 manat təşkil etmişdir.

9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müəayinə zamanı İddiaçı müddətsiz İİİ dərəcəli gözdən əlillik təyin edilmiş və həmin sənədin əmək zəmanəti hissəsində “Görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd öz əksini tapmışdır. Cavabdeh QSC fəaliyyət sahəsinə və iş yerlərinin attestasiya nəticələrinə görə böyük əksəriyyəti əmək şəraiti ağır və zərərli hesab edilən iş yerlərindən ibarətdir. Bu səbəbdən də işəgötürən, İddiaçı hazırkı sağlamlıq vəziyyətini nəzərə alaraq, ona bağban işi təklif etmiş və onun özünün razılığı ilə 01 mart 2024-cü il tarixindən o, bağban işinə keçirilmişdir. Əmək müqaviləsinə əsasən hazırda onun əmək haqqı 442 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (b undan sonra- iddiaçı) Cavabdeh QSC-nə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi 400.000 manat, o cümlədən 250.000 manat maddi təzminat, 150.000 manat mənəvi təzminat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 yanvar 2021-ci ildən cavabdehin Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Polad əritmə sexinin induksion soba sahəsində polad əridən köməkçisi olaraq işə qəbul olunmuşdur və həmin vaxtdan sözügedən zavodda işləyir. 29 oktyabr 2022-ci il tarixdə Zavodda iş vaxtı bədbəxt hadisə baş vermiş və nəticədə o, ağır xəsarətlər almışdır, bir gözü tamamilə sıradan çıxmış və sağlamlığı ağır zərərə uğramışdır. Hazır da o, əlildir, şikəst olmuşdur, işləmək qabiliyyəti yoxdur, bir gözü tam kor olmuşdur, bundan əlavə kəllə, üz, alın, əngi, baş beyin və digər nayihələrindən ciddi travmalar almışdır, başında bir neçə qəlpə qalıb, müstəqil şəkildə hərəkət etməyi, başqasının yardım və köməyi olmadan gündəlik həyat və fəaliyyətini davam etdirməyi qeyri-mümkün olmuşdur. Xəsarət alan zaman onun sol qolu da çıxmışdı (sonradan məlum oldu), yerində kristallaşma getmişdi, beli zədələnmişdi, qol, çiyin və bel nayihələrində şiddətli ağrılar olurdu, bu qəbildən olan bəzi ağrılar indi də davam edir. Sözügedən bədbəxt hadisə poladərtimə sobasında partlayış baş verməsi nəticəsində ortaya çıxmış, parlayışın təsiri ilə metal yadcisim sağ gözünə dəymiş, partlayış təzyiqi və yad cisimlər digər bədən nayihələrinin də çoxsay lı xəsarət almasına və zədədlənməsinə səbəb olmuşdur. Partlayışdan sonra o, aldığı xəsarətlərin təsirindən huşunu itirdiyindən ondan sonra baş verənləri xəstəxanada özünə gələndən sonra xatırlaya bilmədi. Komissiya cavabdehi bədbəxt hadisənin baş verməsində və onun həyat üçün təhlükəli xəsarətlər almağında qismən təqsirli hesab etmiş, onu da ehtiyatsızlıqda günahlandırmışdır. Lakin əslində araşdırma (təhqiqat) hərtərəfli və obyektiv aparılmamış, tələsik və səthi aparılmış, hər vəchlə cavabdehə bəraət qazandırılmağa çalışılmışdır. Lakin bu şəkildə araşdırma aparılsa belə, cavabdehin qismən də olsa təqsirli (texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmama) olduğunu qeyd etmək məcburiyyətində qalmışlar. Halbuki obyektiv, tam və hərtərəfli araşdırma aparılmış olsaydı daha çox mətləblər aydın olar, həqiqət tamamilə aşkara çıxmış olardı, eləcə də, cavabdehin əməlində cinayət tərkibi olması da aşkara çıxmış olardı. Araşdırma və təhqiqin qərəzsiz və obyektiv aparılmadığı elə ilk baxışdan aydın olur. Belə ki, aktların, rəy və qərarların heç birində hadisənin baş vermiş olduğu Sobanın texniki pasportu və istifadə təlimatından bəhs edilmir. Bu barədə sənəd və məlumatlar indiyə kimi ortaya çıxarılmamışdır. Cavabdeh bunları ortaya çıxarmaqdan imtina etmişdir. Halbuki sözügedən sənəd və məlumatlar iş üzrə olduqca əhəmiyyətlidir və ilk növbədə araşdırılmalı olan xüsusatlardır. Bununla yanaşı yad cismin sobaya atılan metalın içərisinə düşdüyü qeyd olunsa da, bunun məhz təhlükəszilik qaydalarına əməl olumadığı üçün düşdüyü (atıldığı) qeyd olunmur. Əməyin mühafizəsi və t əhlükəsizlik qaydalarına əməl olunsa idi metal yad cisimlərdən təmizlənmiş şəkildə sobaya qoyulmalı (atılmalı) idi. Əks təqdirdə partlayış və qəzaların baş verməsi qaçılmazdır. Bu kimi aşkar xüsusatlardan bədbəxt hadisə ilə bağlı aparılmış araşdrımanın nəticələrinin əks olunduğu sənədlərdə, rəy, akt və qərarlarda heç bir açıqlama verilməməsi təhqiqat və araşdırmanın obyektiv aparılmadığına dəlalət edir. Onun sağlamlığının pozulması, əlil olmağı, həyat üçün təhlükəli müxtəlif xəsarətlər almağı,bir gözünü tamamilə itirməyi, həyat və sağlamlığının təhlükə altına düşməsi bilavasitə işəgötürənin hərəkətləri (hərəkətsizliyi) ilə - zavodda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Məhz işəgötürən cavabdehin əməyin mühafizəsi və texniki təhlükəsizlik qayd alarına lazımi şəkildə əməl etməməsi səbəbindən bədbəxt hadisə baş vermişdir. Bununla da onun sağlamlığının pozulması ilə işəgötürən cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə öz təsdiqini tapmışdır. Baş vermiş bədbəxt hadisənin olduqca məhdud şəkildə bir təhqiqatı aparılsa da, yenə də, onun sağlamlığının pozulmuş olması, səhhətinə zərər vurulmuş olması ilə işəgötürən cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında birbaşa səbəbli əlaqə olduğu hər bi halda öz təsdiqini tapmışdır. Hesab edir ki, məhkəmədə həqiqətə tam nail olmaq üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ekspertiza təyin olunmalı və bədbəxt hadisə üzrə bu baxımdan hərtərəfli, tam və obyektiv ekspertiza aparılmalıdır. Səhhətinə vurulmuş xəsarət nəticəsində onun müalicəyə, müay inələrə, tibbi xidmətlərə, dava-dərman alınmasına, nəqliyyat vasitələrinə və digər əlaqədar məsrəflər üçün indiyə kimi külli miqdarda xərci çıxıb və eyni təyinatlı xərclər davam etməkdədir. Bundan əlavə ona hər hansı yerə, xəstəxanaya gedib gəlmək üçün başqasının köməyinə ehtiyacı var, özünün təkbaşına, başqasının köməyi olmadan hərəkət etməyi olduqca çətindir. Bu səbəbdən oğlu Rəşad uzun müddət işindən gücündən ayrılaraq onun yanında olmuş, onu müayinə və müalicə üçün tibb mərkəzlərinə aparıb gətirmiş, bütün bu vaxtlarda işləmədiyindən öz qazancından da məhrum olmuşdur. Beləliklə, oğlu Rəşad da ona kömək və qulluq etməsi səbəbindən xeyli qazanc və gəlirlərindən məhrum olmuş və bu hal zaman zaman indi də davam edir. Bununla da, ailəsi əlavə olaraq daha da maddi zərərə uğramış, ailənin zəru ri ehtiyaclarının qarşılanması qeyri-mümkün olmuşdur. Beləliklə həm o, həm də onun ailə üzvləri, övladları, ağır maddi çətinliklərə məruz qalmış, böyük maddi və mənəvi zərərə uğramışdır. Onun hazırda heç bir qazancı, gəliri, maaşı yoxdur, xəsarət alıb xəstəxanaya düşəndən sonra 6 ay müddətində ona maaş ödənilmiş, 6 ay sonra maaşı kəsilmişdir, pensiya da almır, 3-cü qrup əlil olmağı təsdiq olunsa da, hələ də pensiya kartı almamışdır, pensiyası ödənilmir, ödəniləcəyi bildirilir, lakin hazırda ona heç bir pensiya ödənişi həyata keçirilmir, ödəniləcək pensiya məbləğinin də az miqdar olduğu bildirilib. Sağlamlığına vurulmuş ağır xəsarət nəticəsində onun işləmək və qazanc əldə etmək imkanı yoxdur, gəliri yoxdur, üstəlik müayinə və müalicə xərcləri, dava-dərman məsrəfləri vardır, övladlarının d olanışıq xərcləri, 4 azyaşlı məktəbli uşaqların xərcləri vardır. Qeyd olunan xərcləri ödəmək onun imkanları xaricindədir. Əgər o, zavodda qəzaya uğramasaydı, ağır xəsarətlər almasaydı, kor olmasaydı, əlil və şikəst olmasaydı, o, ailəsinin dolanışığını təmin edə bilərdi, necə ki, edirdi. O, iş günləri zavodda işləyir, işdən sonra, eləcə də qeyri iş günləri, bayram günləri, məzuniyyət günlərində isə həyətyanı sahəsində, kənddə əkinbiçin ilə, heyandarlıqla, təsərrüfatla məşğul olurdu, yetişdirdiyi məhsulları sataraq əlavə qazanc əldə edir və ailəsinin maddi ehtiyaclarını ödəyirdi. Bu minvalla o həm zavodda işləyərərk aylıq sabit bir maaş almaqla, həm də həyətyanı sahədə fəaliyyət göstərməklə qeyri-sabit olsa da qazanc əldə edirdi və ailənin dolanışığını təmin edirdi, getdikcə güzəranları daha da yaxşılaşırdı. İndi o bütün bunlardan məhrum olmuşdur, nəinki ailəsinin güzəranını, heç özünün müalicə və müayinə xərclərini, davadərman xərclərini ödəyə bilmir, özünün adi yaşayış xərclərini ödəməkdə acizdir, onun qazanc və gəliri yoxdur. O özünü və övladlarını insan sağlamlığının və həyat fəaliyyətinin normal səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərlə təmin etmək imkanından məhrumdur, üstəlik sağlamlığının pozulması, aldığı ağır xəsarətlərlə bağlı xüsusi qulluq, müalicə, müayinə və əlavə tibbi xidmətlərə ehtiyacı vardır, müxtəlif tibbi xidmətlər üçün xeyli haqq ödəməlidir. O, həyat və fəaliyyət qabiliyətini böyük ölçüdə itirmişdir, ona İİİ qrup əlillik dərəcəsi verilib, o buna etiraz etmişdir, onun əlillik dərəcəsi əslində İ qrupa uyğun gəlir. O başqasının kö məyi və baxımı olmadan, dava-dərman olmadan öz həyat və fəaliyyətini davam etdirmək imkanına malik deyil. Cavabdeh əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməklə, yəni təhlükəsiz və sağlam əmək şəraiti yaratmamaqla, əməyin mühafizəsi qaydalarını pozmaqla onun sağlamlığının, səhhətinin pozulmasına, onun iş və fəaliyyət qabiliyyətinin son dərəcə məhdudlaşmasına (hazırda iş qabiliyyətini itirmişdir, həkimlər işləməyə icazə vermirlər) səbəb olmuşdur. Buna görə də, cavabdeh onun sağlamlığına vurulmuş zərəri üçün tam məsuliyyət daşımalıdır. O tez-tez stress keçirir, depressiaya düşür, sağlamlığı getdikcə daha da pozulur, həkimlər bu gedişlə psixi xəstəliklərə düçar olmaq ehtimalının olduqca yüksək olduğunu bildirərək, belə hallarda mütəmadi psixoloji müalicə məsləhət görüblər. Əks təqdird ə psixi pozuntuların ortaya çıxması və getdikcə kəskinləşməsinin qaçılmaz olduğunu bildirirlər. O özündən asılı olmadan evdə anidən əsəbləşir, stresss və narahatçılıq keçrir, birdən birə qabağında olan əşyaları sındırır, tullayır, eyni sözləri dəfələrlə təkrar təkrar söyləyir, əlaqəsiz söz və ifadələr işlədir. Bu minvalla onun həyatı həm özü üçün, həm də ailə üzvləri, yaxınları üçün dözülməz olmağa başlamışdır, psixoloji pozuntular meydana çıxmışdır. Onun sağlamlığı pozulmasa idi, əlil və şikəst olmasaydı, eyni və yaxud bənzər iş və vəzifədə, bu və ya digər işyerində işləyə biləcəkdi və aylıq orta əmək haqqının miqdarı 1000-1200 manat təşkil edəcəkdi. Səhhətinə vurulmuş zərərə görə o artıq işləyə bilməz, həyatı boyu davamlı müayinə və müalicə olunmalıdır, ayrıca mütəmadi psixoloji yardım a lmalıdır. Azərbaycan Respublikasında və qonşu ölkələrdə ortalama bir insan ömrü 75-80 yaş, pensiya yaşı 65-70 yaş olduğundan, belə nəticəyə gəlmək olar ki, o bundan sonra ən az 20 il işləyə bilərdi. 20 il aylıq orta əmək haqqı 1.00012.000 manat olaraq hesablasaq, aylıq 1.000 manat maaş hesablasaq ortaya minimum 240.000 manat vəsait çıxar. Bu minimum rəqəmdir, 20 il müddətində onun ayda 1.000 manat maaş aldığını hesab edir. Onun ailəsi var, 4 azyaşlı övladı var, tibbi sığorta, vergi, sosial müdafiə, tibbi xidmət, müalicə, müayinə, dərmanlar, psixoloji yardımı və sair xərclər əlavə xərclərdir. Bir uşağın aylıq minimum yaşayış xərcləri 220 manat olaraq hesablanır, bir il müddətində bu məbləğ 2.040 manat edər, 5 il müddətində 10.200 manat edər. Psixoloji yardım üçün tibbi xidmət 1 saat üçün (1 seans) minmum 50 manat təşkil edir. Həftədə bir neçə dəfə belə tibbi yardım almalı olduğundan, bu da təxminən həftəlik minimum 150 manat, aylıq 600 manat təşkil edər. Onun indi 50 yaşı var, 70 yaşadək yaşayacağı ehtimal edilsə, bundan sonra 20 il müddətində onun aylıq xərcləri, məsrəfləri necə ödəniləcək? Yaşayış minimumu və müalicə xərclərinin ödənilməsi zəruridir. Minimum olaraq hesablasaq bundan sonrakı 20 il müddətində aylıq 1.000 manat vəsaitə ehtiyacı nəzərə alınsa, bu, 240 000 manat edər. Bu onun əlil, şikəst kimi, müayinə və müalicəyə, eləcə də başqasının köməyinə ehtiyacı olan şəxsin xərcləridir, ondan başqa onun baxmalı olduğu 4 azyaşlı övladı vardır. Qeyd olunan aylıq qazancla - aylıq 1.000 manatla onun həm özünü, həm də ailəsinin dolanışığını təmin etməyi olduqca çətindir. Ö lkəmizdə yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilib. Sadəcə azyaşlı övladlarının aylıq yaşayış xərcləri minimum 1100 manat edir. O, cavabdehdən minimum xərclərdən da olduqca az miqdarda- 250.000 manat miqdarda birdəfəlik maddi təzminat məbləği, yaxud aylıq 1200- 1500 manat olmaqla, heç olmazsa, ən az hədd olmaqa aylıq yaşayış xərclərinin ödənilməsini tələb edir. Göründüyü kimi tələbi uğradığı zərərin müqabilində olduqca az bir məbləğdir. O çox böyük mənəvi zərərə də uğramışdır, mənəvi zərərə tək o deyil, ailə üzvləri də uğramışdır. Ailənin gözü önündə yaşayan ata, ailə başçısı əlil olmuş, şikəst, bir gözünü itirmiş, davamlı müayinə və müalicə olunan bir ailə başçısıdır. Bu ailəsinə, övladlarına da olduqca pis təsir edir. Onun sağlamlığına dəymiş ağır zərərə görə mənəvi zərər ə uğradığı heç bir şübhə doğura bilməz. Zavodda baş vermiş hadisə nəticəsində ona dəyən həyat üçün təhlükəli ağır bədən xəsarətləri nəticəsində o böyük sarsıntı keçirmişdir, iztirab, əzab və əziyyət çəkmişdir, depressiyaya düşmüşdür. Ortaya çıxan stress və depressiya davamlı xarakter almışdır və indi də davam etməkdədir. Odur ki, sağlamlığının pozulması nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə o tamamilə haqlıdır. Mənəvi zərərin əvəzini 150.000 manat olaraq qiymətləndirir. Ən az 150.000 manat mənəvi zərər tələb etməkdə o tamamilə haqlıdır. Bu miqdar əlbətdə ki, onun sağlamlığının, itirdiyi bir gözünün, əlilliyinin, müxtəlif bədən nahiyələrindən aldığı xəsarətlərin, həyatının və xoşbəxtliyinin dəyəri deyildir. İnsan həyatı və sağlamlığı qiymətsizdir, əvəzsizdir. Lakin mövcud qanunvericiliyimizə görə mənəvi zərərin əvəzi bir qayda olaraq pulla ödənilir. Odur ki, qarşı tərəfi, reallığı, ölkəmizdəki orta alıq əmək haqqı miqdarını, əhalinin aylıq qazanc və gəlirlərini, ortalama ərzaq və qida üçün çəkilən xərcləri nəzərə alaraq həddindən olduqca az olmaqla hesablama aparmışdır. Uğradığı böyük mənəvi zərərin əvəzi kimi minimum bir miqdarda məbləğin ödənilməsi insaf və vicdan çərçivəsində olmaqla yanaşı qanuni və əsaslı sayılmalıdır. O, sağ gözünü tam olaraq itirmişdir. Gözünün və görmə qabiliyyətinin bərpa olunmasını həkimlər mümkünsüz sayırlar. Plastik əməliyyat və protez qoyulması mümkün sayılır. Protez qoylması və plastik əməliyyat üçün xərclər 5800 manat təşkil edir (plastik əməliyyat – 5000 manat, əməliyyatdan sonra plastik gözün qoyulması 800 manat). İn diyə kimi o aşağıdakı xərcləri ödəməli olmuşdur və həmin xərclərin xeyli hissəsinin ödənilməsi hazırda da davam etməkdədir. Qeyd edir ki, bir çox dava-dərman xərclərinin ödənişi üçün zavod da köməklik etmişdir. Lakin aşağıdakı xərcləri tamamilə özü ödəməli olmuşdur: Gözə infeksiyaya qarşı olan damçı dərman hər ay 11 manat (6 ay zavod ödəmişdir, sonra ödəməyib). Protez qoyulana qədər 5 dəfə protezciyə getmişdir, ümumilikdə taksi pulu 125 manat. Sol qolun rentgeni +KT+MRT xərcləri+ 50 manat taksi pulu (xəsarət alan zaman onun sol qolu çıxmışdı, yerində kristallaşma getmişdi, beli zədələnmişdi, qol, çiyin və bel nayihələrində şiddətli ağrılar olurdu, bu qəbildən olan bəzi ağrılar indi də davam edir.). Sol qol üçün yazılan müalicə xərcləri 195 manat+60 manat (evə gəlib iynə və sistem vuran tib b bacısı üçün ödəniş). Bel üçün həkim qəbulu – 50 manat + MRT ödənişi+müalicə pulu 400 manat+90 manat (evə gəlib xidmət göstərən tibb bacısı üçün ödəniş). Sudurğa tutmamağı üşün yazılmış EPİNEXX dərman 75 manat (2 ay üçün alınıb). Gözün yoxlanılması üçün fərqli həkimlərin qəbulu – 140 manat (50+50+40) və taksi pulu – 75 manat. Sol qolunda meydana gələn kristallaşmanı əritmək və qolunu işlətməklə bağlı müalicə - masaj və terapevtlər üçün ödəniş – 400 manat. Başındakı qəlpələrə görə iki dəfə Sabunçu xəstəxanasında yatmışdır, taksi pulu, yemək və sair xərclər – 400 manat. 7 seans özəl psixoloq seansında olmuşdur – 350 manat. Oğlu Rəşad 29 oktyabr -10 fevral arası (100 gün) müddətdə ustalıq etdiyi işindən qalmışdır, günü minimum 50 manat hesablanmaqla 5000 manat qazanc və gəlirindən məhrum olm uşdur. Yuxarıda qeyd olunan xərcləri tərəflərindən bilavasitə ödənilmişdir, o və ya oğlu tərəfindən ödənilib. Yuxarıda qeyd etdiyi kimi, bunlardan başqa bu qəbildən olan dava-dərman xərclərinin bir hissəsi də zavod tərəfindən ödənilib (bunlardan əlavə). Onun davamlı olaraq müayinə və müalicəyə, eləcə də psixoloji yardıma ehtiyacı vardır, bununla yanaşı onun və ailəsinin dolanışığı da təmin olunmalıdır. Sağlamlığının pozulmasına görə ən az 250 000 (iki yüz əlli min) manat maddi zərərin əvəzi kimi tələb etməkdə tamamilə haqlıdır. Bu məbləğ isə olduqca az bir məbləğdir. Hazırda onun gəliri yoxdur, o, oğlunun və yaxın qohumlarının köməyilə yaşamaqdadır. Onun və ailəsinin bütün zəruri entiyaclarını, tibbi xidmət və sair entiyacları yalnız başqalarının yardımı ilə ödəyə bilir. Onun sağlamlığı pozulmasaydı, o özünün və ailəsinin bütün maddi ehtiyaclarını təmin edə bilərdi. Lakin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində o bütün bunlardan məhrum olmuşdur. Mən cavabdehin ucbatından vaxtında müayinə və müalicə də oluna bilmir, nəticədə də onun sağlamlığı get-gedə daha da pozulmaqdadır. Bütün bunlar təkzibedilməz faktlardır. 12. “Məhkəmə-Tibbi Ekspertiza və X4” Ppublik hüquqi şəxsin 12 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçının baş beyinin orta dərəcəli əzilməsi, baş beynin alıntəpə paylarının hemorragik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) olmuşdur. Qeyd olunan xəsarətlər pa rtlayış nəticəsində böyük fiziki qüvvəyə malik bərk küt əşya (əşyaların) təsirindən əmələ gələ bilərdi, törənmə müddəti 29 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İjddiaçının məhkəmə-tibbi müayinəsi zamanı “Psixi Sağlamlıq Mərkəzi”nə göndərilmiş və onun 02 fevral 2024-cü il tarixdə psixiatr tərəfindən müayinəsi zamanı ona “Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi F06.3” diaqnozu qoyulmuşdur. Bu xəstəliklərdən əziyyət çəkən xəstələr aidiyyatı üzrə poliklinikada qeydiyyata götürülməli və sahə üzrə psixiatrın mütəmadi nəzarətində olmaqla təyin edilmiş dərman preparatlarını qəbul etməlidirlər.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, e-2(009)-140/2024 saylı qətnaməsi ilə (hakim M.Bağırova) iddia qismən təmin edilmiş, cavabdehdən mənəvi zərərin əvəzi kimi 50.000 manat tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq komissiya tərəfindən hadisənin tədqiqatı aparılarkən istehsalat sexində polad əridən köməkçisi iddiaçının və növbə ustası X1 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməmələri və bunun nəticəsində iddiaçının ağır istehsalat xəsarəti alması öz təsdiqini tapmışdır. Belə bir vəziyyətdə cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Başqa sözlə bilavasitə əlaqənin olmaması cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin i stehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri təsdiq olunduğundan cavabdehin hazırki iddia üzrə məsuliyyətini istisna etmir. Buna baxmayaraq, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə ümumilikdə 250.000 manat tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də, maddi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir.

15. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətin i, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 50.000 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına, “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, habelə Əmək Məcəlləsinin 191.2, 195, 239.1-ci maddələrinə, Mül ki Məcəllənin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1099.1, 1108.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehdə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə giriş təlimatının keçirilməsinin qeydiyyat jurnalından görünür ki, digər işçilər kimi iddiaçı da təlimatlandırılmış, bunu imzası ilə təsdiq etmişdir. Cavabdehin polad əritmə sexi, ocaq sahəsi işçilərin iş yerində keçirilən təlimatın qeydiyyat jurnalından görünü r ki, cavabdeh 26 yanvar 2022-ci il, 27 aprel 2022-ci il və 01 avqust 2022-ci il tarixlərdə təkrar təlimatlandırılmış, bunu imzası ilə təsdiq etmişdir. Cavabdehin işçilərinə verilən FMV-nin qeydiyatının şəxsi vərəqi nömrə 1-dən görünür ki, induksion soba sahəsi polad əridən köməkçisi olan iddiaçı xüsusi geyim və ayaqqabı ilə təmin olunmuşdur. Cavabdehin induksion sobasahəsi “C” briqadası, işçilərin iş yerində keçirilən gündəlik təlimat jurnalından görünür ki, polad əridən köməkçisi olan iddiaçı 28 oktyabr 2022-ci il, 29 oktyabr 2022-ci il tarixlərdə təlimatlandırılmış və bunu imzası ilə təsdiq etmişdir. Qanunun tələblərinə görə iddiaçı iş yerində, iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə bağlı tələblərini cavabdehə qarşı deyil, qüvvədə olan qanunvericiliklə müəyyən e dilmiş hədlər daxilində sığorta olunduğu sığortaçıya, yəni "xxxx" ASC-yə qarşı və o halda yönəldə bilər ki, ona qanunvericiliklə verilməsi nəzərdə tutulmuş sığorta ödənişi verilməsin. İddiaçı tərəfindən sığorta ödənişinin alınması ilə bağlı sığortaçı şirkət olan "xxxx" ASC-nə müraciət edib-etməməsi, müraciət edibsə, bunun nə ilə nəticələnməsi ilə bağlı hər hansı məlumat məhkəməyə verilməmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxıldığı zaman 28 fevral 2022-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” üzrə iddiaçıya sığortaçı şirkət olan "xxxx" ASC tərəfindən 59.367,89 manat sığorta ödənişi edilmiş və bununla bağlı sənədlər mülki işə əlavə edilmişdir. Birinci instansiya məh kəməsi Əmək Məcəlləsinin 239-cu maddəsinə istinad edərkən həmin maddənin 1-ci hissəsinə istinad etmiş, 5-ci hissəsini isə qərəzli olaraq görməzdən gəlmişdir. Halbuki, mübahisənin həllinə tətbiq edilməli olan norma məhz Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci hissəsidir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyul 2024-cü il tarixi, 2(103)4249/2024 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin 2 may 2024-cü il tarixli, e-2(009)140/2024 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən mənəvi zərərin əvəzi kimi 5.000 manatın tutularaq iddiaçıya ödənilməsi və qalan hissəd ə iddianın rədd olunması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq qeyd etmişdir ki, cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Lakin bu hal cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri təsdiq olunmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik göstərilən ödənclərin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə aid olmadığını göstərmişdir. Hazırkı iş üzrə isə iddiaçı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçıya "xxxx" ASC tərəfindən 59.367,89 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı icbari sığorta olunan işçi olduğundan baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişi almışdır, onun baş vermiş hadisəyə görə yenidən dəymiş zərər tələb etməsi əsassızdır. Odur ki, maddi zərər hissəsində iddia tələbi rədd edilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının baş vermiş hadisə nəticəsində sarsıntılar, psixoloji stress və emosional gərginlik keçirməsi, şüurunda mənfi h alların yaranması, iztirablar yaşaması işin mübahisəsiz halıdır. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.

23. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, iddiaçının keçirtdiyi sarsıntı və iztirabın dərəcəsini, hadisə nəticəsində fiziki ağrılar keçirməsini, baş vermiş hadisənin mənəvi sarsıntı keçirməsinə, arzu olunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olmasını, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi 5.0 00 manat tutulması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1099.1, 1108.1. maddələrinə, Əmək Məcəlləsinin 191, 192.2, 194.1, 195, 239.1, 239.5-cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3 və 217.4-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

25. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, i ş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, cavabdehdən mənəvi zərərin əvəzi kimi 50.000 manatın tutularaq ona ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 239.5-ci maddəsində göstərilmişdir ki, “bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İddiaçı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nət icəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. İddiaçıya "xxxx" ASC tərəfindən 59.367,89 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı icbari sığorta olunan işçi olduğundan baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişi almışdır, onun baş vermiş hadisəyə görə yenidən dəymiş zərər tələb etməsi əsassızdır”. Apellyasiya instansiyası məhkəməsi nəzərdən qaçırmışıdr ki, həmin maddədə “bu maddə ilə nəzərdə tutulmuş ödənclər”dən söhbət gedir, hansı ki, həmin maddənin 3-cü bəndində qeyd olunub. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən e dilir. Sözügedən ödənclər isə bir qayda olaraq aylıq ödənc şəklində müəyyən olunur. Maddədə keçən “ödənclər” sözü iddiaçının mülki qanunvericiliyə və Əmək Məcələsinə əsasən tələb edə biləcəyi zərərlərin hamısını ehtiva etmir. Odur ki, qanunda bununla yanaşı (aylıq ödənclərlə yanaşı) zərərəçəkənin sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin ayrıca ödəniləcəyi qeyd olunmşdur. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanuna zidd və ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə apelyasiya şikayətinə etirazda göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirib hüququ qiymət verməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsasland ırmamışdır. Apellyasiya instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi cəmi 5000 manat tutmuşdur. Bu olduqca ədalətsiz və əsassız yanaşmadır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 50.000 manat məbləğinı nə əsasla təyin etdiyini apellyasiya instansiya məhkəməsi heç bir şəkildə əsaslandıra bilməmişdir. Halbuki analoji işlər üzrə məhkəmə təcrübəsində, o cümlədən apellyasiya instansiyası məhkəmələrində mənəvi zərərin əvəzi kimi 50.000 manatın tutulmasına dair çoxsaylı məhkəmə qərarları mövcuddur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi öz şəxsi mülahizəsi ilə gəldiyi qənaətini heç bir qanunla, heç bir normativ hüquqi aktla əsaslandırmamışdır. Mövcud qanunvericiliyə görə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hallar, bunun nəticəsin də zərərçəkmiş şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kasassiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), h abelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1099.1. Hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

33. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fıziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fıziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

34. Maddə

191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır.

35. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddi a etdikdə bunu sübut etməyə borcludurlar.

36. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

37. Maddə 195. c) bəndi. İşəgötürən əmək münasibətləri prosesində, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

38. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

39. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifa də etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 50.000 manat tutulmasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməyib. Apellyasiya instansiyası məhkəməsi isə sözügedən qətnaməni ləğv edib, iddianı qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 5.000 manat tutmasına baxmayaraq, cavabdeh qətn amə ilə razılaşaraq ondan kassasiya şikayəti verməyib. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçının kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız iddianın- mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

47. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərə görə müəyyən etdiyi 5.000 manat kompensasiya məbləği açıq-aşkar iddiaçının keçirdiyi sarsıntı və iztirablara adekvat deyil.

48. Əvvəla, yuxarıda sadalanan normaların mənasına görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən mü əyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (zərəri qəsdən və ya ehtiyatsızlıqdan törətməsi) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşəsi və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

49. Göründüyü kimi, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan hesab olunur. Qeyd olunan problemə ayrıayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn, Fransada və İtaliyada mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən olunur. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Almaniya məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edirlər və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində mənəvi zərərin məbləğinin məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə bağlı mütəmadi müzakirələr aparılır və həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə yer alır. Həmin normada mənəvi ziyanın məbləğinin müəyyən edilməsinin ümumi prnisipləri nəzərdə tutulur və orada qeyd edilir ki, məhkəmələr mənəvi zərərin məbləğini şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

50. Nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləği cavabdehin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən olunur. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüks ək məbləğdə zərər tələb oluna bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

51. Mənəvi təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varl anmaya gətirib çıxarmış olar.

52. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz.

53. Eyni zamanda, cavabdehin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin miqdarı məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.

54. Həmçinin cavabdehin təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir.

55. Qeyd olunmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

56. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, iddiaçıya dəymiş mənəvi zərərin miqdarının müəyyənləşdirilməsinə təsir edən yuxarıda şərh edilən halları işin faktiki halları ilə birlikdə müqayisəli şəkildə dəyərləndirməyib.

57. Belə ki, cavabdehin hərəkətləri və yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında bilavasitə səbəbli əlaqə olmasa da, vasitəli əl aqə olub. Bu hal isə cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri tam təsdiq olunub. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan kassasiya şikayəti verməməsi də qeyd olunan halı təsdiq edir, yəni cavabdehin iddiaçı qarşısında mənəvi məsuliyyət daşıması mülki iş makterialları ilə istisna olunmur.

58. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının baş vermiş hadisə nəticəsində sarsıntı, psixoloji stress və emosional gərginlik keçirməsi və şüurunda mənfi halların yaranması, onun iztirab keçirməsi işin mübahisəsiz hallarıdır.

59. Yaddan çıxarmaq olmaz ki, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztir ablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və sair digər hüquq pozulmalarda) ifadə oluna bilər. Bu səbəbdən də iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.

60. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin təqsirli olması ilə bağlı gəldiyi qənaət düzgün olub və cavabdeh iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılara görə dəymiş mənəvi zərəri ödəməyə borcludur.

61. Digər tərəfdən, iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisədən sonra ona “monokulyar korluq” diaqnozunun qoyulması və onun müddətsiz İİİ qrup gözdən əlil olması da işin mübahisə olunmayan hallarıdır və bütün bu hallar da iddianın mübahisələndirilən hissədə açıq-aşkar əsassız olmaması nəticəsinə gəlməyə əsas verir.

62. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının keçirtdiyi sarsıntı və iztirabın dərəcəsini, bədbəxt hadisə nəticəsində onun fiziki ağrılar çəkməsini, baş vermiş hadisənin onun mənəvi sarsıntı keçirməsinə səbəb olmasını və nəticədə onun arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsini və bu halların onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmasını düzgün müəyyən etmiş olsa da, ona dəymiş mənəvi zərərin məbləğini bütövlükdə 5.000 manat miqdarına müəyyən etməklə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozub və həmin məbləğin iddiaçının keçirdiyi və hazırda da davam edən sarsıntı və i ztibarlarına açıq-aşkar adekvat olmamasını, ağlabatan və ədalətli sayılmamasını nəzərə almayıb.

63. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçıya dəymiş mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkətlərinin və ya hərəkətsizliyinin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, ağırlığını, cavabdehin təqsirini, əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə qismən- cavabdehdən mənəvi zərərin əvəzi kimi 5.000 manatın tutulub iddiaçıya verilməsi hissəsində dəyişiklik edilməli, həmin məbləğ 15.000 manat məbləğində müəyyən edilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyul 2024-cü il tarixli, 2(103)-4249/2024 saylı qətnaməsinə qismən- Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi kimi 5.000 manatın tutularaq İddiaçı X verilməsi hissəsində dəyişiklik edilsin, həmin məbləğ 15.000 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar