Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3814/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk, Cavabdeh2 İddiaçı, Yurdum" Mənzil Tikinti Kooperativinə və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddiası ilə bağlı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, Cavabdeh2 X6, Cavabdeh1 MTK-ya və Bank "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və sair” barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-235/2022 nömrəli mülki iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. X16 ilə Cavabdeh1 MMC arasında bağlanmış 31 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə, 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzil X2.
2. Cavabdeh2 (bundan sonra-cavabdeh) ilə Cavabdeh 1 MMC arasında bağlanmış 21 iyun 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış binasındakı ümumi sahəsi 160 kv metrdən ibarət olan binanın 1-ci alaqapısında olmaqla, 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzil Cavabdeh2 satılmışdır.
3. MS seriyalı 000062 №-li mənzil sertifikatının notarial qaydada təsdiq olunmuş surətinə əsasən emitent Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllədə yerləşən yaşayış evindəki ümumi sahəsi 160 kv metrdən ibarət olan, binanın 1-ci alaqapı, 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzilə xüsusi mülkiyyət hüququnu 31 oktyabr 20 07-ci il tarixdən gec olmayaraq sertifikat sahibi X13 adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Həmin mənzil sertfikatı 04 sentyabr 2007ci ildə ödənilmiş, mənzil sertifikatı 28 iyul 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, 04 sentyabr 2007-ci ildə isə mənzil sertifikatının sahibinə verilmişdir.
4. Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllədə yerləşən yaşayış evindəki ümumi sahəsi 160 kv metrdən ibarət olan, binanın 1-ci alaqapı, 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzil sertifikatında aparılmış və notarial qaydada təsdiq edilmiş indossamentdən görünür ki, X17 həmin mənzil sertifikatı üzrə öz tələblərini X7 ötürmüşdür.
5. Azərbaycan Respublikası Mərkəzi Bankının 05 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ödənilmə tarixi xx.xx.2007-ci il olan mənzil sertifikatları emitent Cavabdeh1 MMC tərəfindən ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı və xx.xx.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Bank "xxxx" ASC ipoteka qoyan İddiaçı və borcalan X16 arasında bağlanmış DENG-00002-00/21A nömrəli 26 fevral 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 26 fevral 2021-ci il tarixli DEN-00002-00/21A nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan borc alana illik 22 faiz ödəmək şərti ilə 36 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit vermişdir. İddiaçı məxsus olan ünvan 1, mənzil 2 (yeni qaydalarla: AZ 1033.,ünvan 6 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 21 iyun 2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, bu yaxınlarda ona məlum olmuşdur ki, mübahisəli mənzil cavabdeh MTK tərəfindən 21 iyun 2010-cu il tarixli müqavilə ilə X1, halbuki ev əslində həmin vaxt onun mülkiyyətində olmuş və yuxarıda qeyd olunan Bank "xxxx" ASC ilə bağladığı ipoteka müqaviləsinə əsasən X8 bankdan aldığı 200000 manat kreditin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilən 04 sentyabr 2007-ci il tarixli 000062 saylı mənzil sertifikatında da mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci Alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilin mülkiyyətçisinin həmi n vaxt X16 olduğu göstərilmişdir. Həmçinin göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən də görünür ki, onunla "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli girov müqaviləsi ləğv edilmişdir. Faktiki olaraq Cavabdeh1 MMC ona məxsus mənzili girovla yüklü edildiyi halda, digər Cavabdeh2 satmışdır. Cavabdehlər arasında bağlanmış xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqısı ilə bağlı müqavilədə mənzilin əvvəllər onun mülkiyyətində olub-olmaması və ya onunla Cavabdeh1 MMC arasında bağlanmış 2005-ci il tarixli müqavilənin ləğv edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Əgər tərəflər arasında sözügedən mənzilin 2010-cu ildə alqı-satqısı olsa idi, o zaman həmin vaxt o evin satılmasına icazə verməli idi, onun isə belə bir icazəs i olmamış, faktiki o, mülkiyyətçi olduğu halda mənzil başqa şəxsə satılmışdır.
10. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələblərinin rədd olunması, Cavabdeh1 MTK tərəfindən X4 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışın və MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli 21 saylı iclasın protokolundan çıxarışın etibarsız hesab edilməsi, həmçinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli ********** saylı reyestridən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1 934-cü məhəllədə yerləşən ümumi sahəsi 160 kv metrdən ibarət olan 14 saylı mənzil onun tərəfindən MMC-dən satın alınmışdır. Ondan öncə həmin mənzil X8 adına Cavabdeh1 MTK-da qeydiyyatdan keçirilmişdir. Daha sonra X16 və həyat yoldaşı X21 tərəfindən mənzildən və paydan imtinaya dair notarial qaydada təsdiqlənmiş ərizələr yazılmışdır. Həmin paydan imtina ərizələrinə əsasən mübahisəli mənzil onun adına rəsmiləşdirilmişdir. Qeyd edilən hallar onun tərəfindən X12 qarşı mənzildən çıxarılma ilə bağlı iddia tələbinə əsasən baxılmış iş üzrə məhkəmə qətnamələrində öz əksini tapmışdır. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil onun sahibliyində və istifadəsindədir, ona məxsusdur. Ona görə də X16 və onun ailə üzvləri həmin mənzili boşatmalıdırlar. Eləcə də, Cavabdeh1 MMC t ərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına və 27 may 2019-cu il tarixli arayışlara görə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən, ümumi sahəsi 160 kv metrdən ibarət olan 14 saylı mənzil ona məxsusdur və onun adına qeydə alınmışdır. Məhkəmə mübahisəsi zamanı hazırki iş üzrə ilkin iddiaçı X9 özünün qohumu X16 və Cavabdeh1 MTK ilə cinayət əlaqəsinə girmiş, qanunsuz olaraq öz adına Cavabdeh1 MTK-dan xx.xx.2020-ci il tarixli maliyyə arayışı və xx.xx.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış almışdır. Həmin sənədlərə əsasən ünvan 2 ünvanda yerləşən 2 saylı mənzil X4 adına rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydiyyata alınmışdır.
12. Cavabdeh qarşılıqlı iddia üzrə iddia t ələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bank "xxxx" ASC cavabdeh kimi cəlb edilməklə Cavabdeh1 MTK tərəfindən X4 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının, xx.xx.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,ünvan 6 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş və onun adına qeydə alınmış xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, həmin çıxarışa əsasən İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-də qeydə alınmış ipoteka qeydinin ləğv olunması barədə qətna mə çıxarılmasını, mülkiyyət hüquqlarının pozulmasına əsas olmuş və qanuna zidd əməllərə yol vermiş şəxslərin dairəsi müəyyən edilərək həmin şəxslərin cinayət təqibinin həyata keçirilməsi üçün xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.
13. Bank "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş, daha sonra qarşılıqlı iddia tələbinə əlavə və dəqiqləşdirilməsinə dair ərizəyə əsasən cavabdeh kimi tanınmışdır.
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 təqdim etdiyi sübutlarla kifayətlənərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilk iddianın əsassız olduğundan rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia üzrə cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, mübahisəli mənzil ipoteka ilə yüklü edilərkən əmlaka dair İddiaçı hüquqları dövlət qeydiyyatından keçmiş və mənzilə dair dövlət reyestrindən çıxarışı olmuşdur. Həmin vaxtı bu əmlakla bağlı məhkəmə mübahisəsinin olmasından bank xəbərsiz olmuşdur. İpotekanın qoyulmasına bank vicdanlıdir, ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair tələb əsassızdır. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)2006/2021 il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə ara yışının və xx.xx.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,ünvan 6 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv olunması, İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,ünvan 6 xx.xx.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsi əsasında yaranmış ipotekaya xitam verilməsi və ipoteka qeydiyyatının ləğv edilməsi qət olunmuşdur.
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir k i, birinci tərəf Cavabdeh1 MTK və ikinci tərəf X16 arasında 31 oktyabr 2005-ci il tarixli ilkin müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürmüşlər. Lakin iş materiallarından da göründüyü kimi qeyd edilən ilkin alqı-satqı müqaviləsinin əsli ilk iddiaçıdan tələb edilsə də, həmin sənəd məhkəməyə təqdim edilməmiş, ilkin iddia üzrə iddiaçının nümayəndəsi təqdim etdiyi sübutlarla kifayətlənməyi məhkəmədən xahmş etmişdir. Həmçinin hazirki iş üzrə ilk İddiaçı və Cavabdeh1 MTK arasında mənzilə dair alqı-satqı müqaviləsi mövcud deyildir. 19. 07 mart 2020-ci il tarixli maliyyə arayışı və protokoldan çıxarışdan, o cümlədən ipoteka müqaviləsindən əvvəl Bakı şəhəri N ərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X10 və X14 Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və Ə.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli binanın, ümumi sahəsi 160 kv metrdən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-707/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin 2(102)-3718/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
20. Azərbaycan Respublikası Mərkəzi Bankının 05 aprel 2021-ci il t arixli məktubunda qeyd edilənlərə görə ödənilmə tarixi xx.xx.2007-ci il olan mənzil sertifikatları emitent Cavabdeh1 MTK tərəfindən Qiymətlə Kağızlar üzrə Dövlət Komitəsi (ləğv edilmiş) tərəfindən xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Bununla belə ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı və xx.xx.2020-ci il tarixli 21 saylı MTK-nın əsassız olaraq verdiyi protokoldan çıxarış əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Verilmiş bu şıxarış əsasında Bank "xxxx" ASC ipoteka qoyan İddiaçı və borcalan X16 arasında bağlanmış DENG-00002- 00/21A nömrəli 26 fevral 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən 26 fevral 2021-ci il tarixli DEN-00002-00/21A nömrəli kredit mü qaviləsi üzrə öhdəliklərin təminatı kimi ünvan 1, mənzil 2 (yeni qaydalarla: AZ 1033.,ünvan 6 bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
21. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki iş üzrə üstün hüquqi qüvvəyə malikdir. Göstərilən qətnamə ilə Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və Ə.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv metrdən ibarət olan yaşayış evinin 14 saylı mənzilin X16 və X22 tərəfindən boşaldılaraq Cavabdeh2 verilməsi, bununla da mənzilin Cavabdeh2 məzxsus olması müəyyən edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi Cavabdeh1 MMC və X16 arasında 31 oktyabr 2005-ci il tarixli ilkin müqavilə bağlanması barədə kserosurət sənəd ilkin şərtlər barədədir, iddiaçı tələbinin əsasını təşkil edən bu sənədin əslini və həmin mənzilə dair əsas müqavilənin bağlanması barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir.
22. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının, xx.xx.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv ediməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 MTK-nin 46/32 nömrəli 27 may 2019-cu il tarixli arayışında ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın 14 saylı mənzili (haz ırki ünvan: ünvan 5şən çoxmərtəbəli çoxmənzilli yaşayış binası, giriş 15, mərtəbə 8, mənzil 1) mövcud olan müqavilə və maliyyə arayışı sənədlərinə əsasən Cavabdeh2 məxsus olduğu göstərilmişdir. Cavabdeh1 MTK tərəfindən verilən 07 mart 2020-ci il tarixli maliyyə arayışında İddiaçı həmin mənzilin tam dəyərini ödədiyi göstərilmiş, eyni zamanda Cavabdeh1 MTK-nın üzvlərinin Ümumi yığıncağının 07 mart 2020-ci il tarixli 21 iclasında İddiaçı MTK-ya üzv qəbul olunması, mənzilin onun tam mülkiyyətinə verilməsi qeyd edilmişdir. Cavabdeh1 MTK və İddiaçı arasında mənzilin alqı-satqısına dair hər hansı müqavilə bağlanmamışdır. Yəni Cavabdeh1 MTK tərəfindən Solmaz Şahmərdanovaya xx.xx.2020-ci il tarixli maliyyə arayışının verilməsinin hər hansı hüquqi əsası olmamışdır. Cavabdeh1 MTK tərəfindən adına ver ilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı və xx.xx.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışa əsasən İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən mənzilə dair Çıxarış əldə etmişdir.
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Bununla belə qarşılıqlı iddia üzrə hüquqların dövlət qeydiyyatı haqqında 619704 nömrəli çıxarışın verilməsinə əsas olan Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı və xx.xx.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış sonradan verildiyindən və qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair hüquqları müvafiq qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında tanındığından hazırki mübahisədə hüquqi cəhətdən hər hansı nəticə doğurmaması kimi qiymətləndirilməli dir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğvi üçün əsasdır.
24. Məhkəmə qarşılıqlı iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, İddiaçı ipotekaya qoyduğu mənzilə dair mülkiyyət hüququnun məhkəmədə mübahisələndirildiyini bildiyi dövrdə, hüquqi əsası olmayan xx.xx.2020-ci il tarixli maliyyə arayışı və xx.xx.2020ci il tarixli 21 saylı protokoldan çıxarışa əsasən mənzilə dair dövlət qeydiyyatından çıxarış əldə etmiş və özünü mülkiyyətçi kimi təqdim edərək Bank ”BTB” ASC ilə ipoteka müqaviləsi bağlamışdır. İddiaçı 26 fevral 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən mənzilin mülkiyyə tçisi kimi qiymətləndirilə bilməzdi, onun mənzilə mülkiyyət hüququ mübahisəli idi, bu səbəbdən də qeyd edilən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
25. Qarşılıqlı iddia tələbində ipoteka qeydinin ləğv edilməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbinə mübahisənin xarakterini tənzimləyən ipotekaya dair qanunvericilikdə xüsusi normaların tələbləri baxımından hüquqi qiymət verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının xüsusi qərardadın çıxarılması ilə bağlı hissəsində ərizəsinə iddia tələbi kimi deyil, prosessual vəsatət kimi qiymətləndirilməklə hüquqi qiymət verilməlidir. Hazırki işdə xüsusi qərardad qəbul edilməsi üçün əsaslar mübahisəli olduğundan müəyyən edilməmişdir. İlkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
26. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2, 148.2, 139-1.1.6, 337.1, 337.2, 337.3, 337.4, 339.4, 354.1,354.2, 404.2, 598.1, 646.1 və 646.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti ilk iddia ərizəsinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, sözügedən mənzil İddiaçı mülkiyyətində olmuşdur. Lakin məhkəmə cavabdehlər arasında bağlanmış saxta müqaviləyə əsaslanıb ona məxsus xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması haqqında qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə gəlmiş olduğu nəticəni əsaslandırmaq üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsaslanmış və həmin qərarın bu iş üçün preyudisial əhəmiyyət kəsb etməsini göstərmişdir. Lakin bu tamamilə yanlış yanaşmadır, ona görə ki, həmin qətnamə ilə X11 və ailə üzvlərinin mənzildən çıxarılması ilə əlaqədardır, Cavabdeh2 həmin mənzilə dair mülkiyyət hüququ verilməmişdir. Mənzil İddiaçı məxsusdur və həmin qətnamənin ona hər hansı aidiyyəti yoxdur, bu iş üçün preyudisial xarakter daşıya bilməz. Məhkəmənin bu qətnamə ilə gəlmiş olduğu ən böyük səhv ondan ibarətdir ki, Cavabdeh2 Allhaverdi qızına saxta verilmiş müqavilə əsasında qanunla nəzərdə tutulmuş qaydada ilkin iddiaçının əldə etdiyi çıxarışı ləğv etmişdir. M üqavilənin olması hələ Cavabdeh2 tam mülkiyyətçi hüququ vermir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-559/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixli alqı-satqı müqavilənin etibarsız hesab olunması, qarşılıqlı iddia tələbinin təmin rədd e dilməsi qət olunmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə ünvan 1, mənzil 2 (yeni qaydalarla: AZ 1033.,ünvan 6 ünvanda yerləşən mübahisəli mənzil Cavabdeh1 MMC tərəfindən inşa edilmiş, 31 oktyabr 2005-ci il tarixdə hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 ilkin müqavilə əsasında həmin mənzilin alqı-satqısına dair gələcəkdə sonuncu ilə əsas müqavilə bağlanacağı barədə öhdəlik götürmüş, 04 sentyabr 2007-ci il tarixdə bu mənzillə bağlı Cavabdeh1 MMC tərəfindən buraxılmış MS seriyalı 000062 №-li adlı mənzil sertifikatı X12 verilmişdir. xx.xx.2009-cu il tarixdə həmin mənzil sertifikatı üzrə tələblər İddiaçı keçmişdir. Bundan sonra mənzil 19 noyabr 2009-cu ildə İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq "xxxx" ASC qarşısında yüklü edilmişdir. 25 iyun 2010-cu il tarixdə mübahisəli mənzilin 48000 manata satılması öhdəliyinə dair Cavabdeh1 MMC ilə cavabbeh Cavabdeh2 arasında ilkin müqavilə bağlanmışdır. 23 aprel 2018-ci il tarixdə X16 və X23 notarial qaydada təsdiqlənmiş ərizə verərək mübahisəli mənzildən və paydan imtina etdiklərini bildirmişlər. Cavabdeh1 MTK-nın ümumi yığıncağının 07 mart 2020-ci il tarixli 21 saylı qərarı ilə İddiaçı MTK-ya üzv qəbul edilmiş və mübahisəli mənzil həmin tarixdə onun mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən sənədlər əsasında mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və bununla bağlı ona reyestrdən Cıxarış verilmişdir. Həmin mənzil İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
31. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzildə hal-hazıradək iş üzrə üçüncü şəxs olan X16 ailəsi ilə birlikdə yaşayır, Cavabdeh2 iddiası üzrə qəbul edilmiş Nərimanov rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə X16 və onun həyat yoldaşı X15 həmin mənzildən çıxarılması, mənzilin X16 və X23 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən verilmiş apellyasiya və kassasia şikayətləri təmin edilməmişdir.
32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzillə bağlı Cavabdeh1 MMC ilə X16 arasında 31 oktyabr 2005-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilədən mənzilin dəyərinin Famil Orucov tərəfindən MMC-yə ödənilməsi tam aydın olmasa da, son radan Cavabdeh1 MMC tərəfindən emissiya edilmiş qiymətli kağız olan MS seriyalı 000062 №-li mənzil sertifikatından görünür ki, həmin sertifikata görə məbləğ tam ödənilmiş, məhz buna görə MMC həmin mənzilin qeyd şərtsiz olaraq mənzil sertifikatının sahibinin adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi öhdəliyini üzərinə götürmüşdür. Göründüyü kimi, Famil Orucov həmin mənzillə bağlı razılaşdırılmış pul məbləğini tam ödəmiş və mənzil sertifikatından irəli gələn hüquqlar əldə etmişdir.
33. Birinci instansiya məhkəməsi isə Mərkəzi Bank tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın məzmununu düzgün şərh etməyərək belə qənaətə gəlmişdir ki, iddiaçının sahibliyində olmuş mənzil sertifikatı ləğv edilmişdir. Halbuki, həmin arayışdakı «ləğv edilmiş» ifadəsi mənzil sertifikatına deyil, həmin sertifikatı dövlət qeydiyyatına almış Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə aid olmuşdur.
34. Bundan sonra Famil Orucov mənzil sertifikatı üzrə həmin mənzilə dair hüquqları xx.xx.2009-cu il tarixdə indossament yolu ilə hazırkı iş üzrə ilk iddiaçı olan İddiaçı ötürmüşdür. Nəticədə mənzil sertifikatı üzrə mübahisəli mənzilə dair bütün hüquqlar İddiaçı keçmiş, X16 isə həmin mənzil sertifikatı əsasında mübahisəli mənzil üzərində mövcud olmuş hüquqlarını itirmişdir.
35. Göstərilənlərə əsasən belə qanətə gəlmək olur ki, Cavabdeh1 MMC mübahisəli mənzilə dair digər Cavabdeh2 ilə 25 iyun 2010-cu il tarixli ilkin müqavilə bağlayan zaman bu mənzil üzərində sərəncam verilməsi ilə bağlı hər hansı hüquqa malik olmamış, həmçinin belə əqdi bağlamaq üçün mülkiyyətçi tərəfindən ona səlahiyyət veri lməmişdir. Deməli, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixdə bağlanmış ilkin müqavilə əhəmiyyətsiz əqd olmuşdur.
36. Bu nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, həmin müqavilə bağlanan zaman mübahisəli mənzillə bağlı hüquqlar Cavabdeh1 MMC-nin özü tərəfindən emissiya edilmiş mənzil sertifikatı əsasında İddiaçı məxsus olmuşdur. Bu hüquqların real olmasını İddiaçı tərəfindən həmin mənzil sertifikatını xx.xx.2009-cu il tarixdə "xxxx" ASC qarşısında girov qoyması, xx.xx.2019-cu ildə isə onun iddiası əsasında çıxarılmış məhkəmə qətnaməsi ilə həmin girov müqaviləsinin və girov qeydiyyatının ləğv edilməsi, bütün bu müddət ərzində həmin mənzildə İddiaçı bacısının öz ailəsi ilə birlikdə yaşaması kimi hallar bir daha təsdiq edir.
37. Beləliklə müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli ilkin müqavilə əsasında həmin mənzilə dair hər hansı hüquqlar əldə etməmişdir. Nəticədə ilk iddia üzrə iddiaçının hüquqları pozulmuş, ona məxsus olan mənzilin qanunsuz olaraq alqı-satqısı həyata keçirilmişdir və həmin mənzil hüquqların dövlət qeydiyyatı haqqında 619704 nömrəli Çıxarışa əsasən İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş olsa da, hazırda iddiaçı öz əmlakına müstəqil şəkildə sərəncam verə, mülkiyyət hüquqlarını həyata keçirə bilmir.
38. Qarşılıqlı iddiaçının istinad etdiyi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bağlı məhkəmə kollegiyası qey d edir ki, həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir.
39. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiyanın mövcud olması üçün summar qaydada tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar (1- ci hal) məhkəmə qətnaməsində əks olunmalı (2ci hal), araşdırılmalı (3-cü hal) və qiymətləndiriməlidir (4-cü hal). Bu halların birinin olmaması preyudisiyanı istisna edir.
41. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin həmin qətnaməsi ilə hazırkı iş üzrə mübahisənin tərəfi olmayan X16 və X15 Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və Ə.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşə n çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.mdən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilinin X16 və X23 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir.
42. Göründüyü kimi, həmin qətnamə eyni tərəflər arasında olan mübahisə ilə bağlı olmamışdır, habelə həmin qətnamədə hazırkı mübahisənin predmetini təşkil edən hallarla bağlı preyudisial əhəmiyyət daşıyan hər hansı halın mövcud olması müəyyən edilmir.
43. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzillə bağlı hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyin dən, onun qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının və həmin tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Şahməmmədova Solmaz Özbəy qızı ilə «Bank BTB» xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsini məhkəmə qaydasında tələb etməyə subyektiv hüququ olmamışdır.
44. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 139-1.1.6, 148.2, 157.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 340.2, 390.1, 651, 654.1 və 993.1-ci maddələri, həmin Məcəllənin mənzillə bağlı hazırkı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş 99 3.4, 1078.1.1, və 1078-1.2-ci maddələri, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı, MPM-in 77.1, 88, 382, 384.0.2, 384.0.3, 385.1.1, 385.1.4 və 392-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yekun qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı adına olan sənədlər Famil Orucov tərəfindən saxtalaşdırılmışdır, İddiaçı mübahisəli mənzilə hər hansı hüquq əldə etmək niyyəti olmamış, indi də yoxdur, çünki o, həqiqi mülkiyyətçi deyildir. Cavabdeh2 Famil Orucovu və onun ailəsini məhkəmə qaydasında mübahisəli mənzildən çıxarmışdır. Famil Orucov da öz növbəsində öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq və dövlətin adından çıxan qətnaməni icra etməməklə qanunsuz əməllərini pərdələmək üçün mənzili öz qohumu olan İddiaçı adına indossament yolu ilə köhnə tarixə qeydiyyatdan keçirmişdir. Bununla da iddiaçının cavabdehə qarşı əsassız iddia qaldırılmasına şərait yaratmışdır. İddiaçının əsassız olaraq qeyd etdiyi kimi 2007-ci ildə həmin mənzilə mülkiyyət hüququ mövcud idisə niyə görə 12 il ərzində mülkiyyət hüququ nun həyata keçirməmişdir? Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-3069/2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmin qətnamədə ilkin iddia üzrə cavabdehin mübahisə mənzildə mülkiyyət hüququ təsbit olunmuşdur, ona görə də həmin halın təkrar sübut olunmasına ehtiyac yoxdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya məhkəməsində və Ali Məhkəmədə keçirilən proseslər zamanı İddiaçı məhkəmədən xəbəri olmasına baxmayaraq niyə maraqlarına toxunduğuna görə qeyd olunan qətnaməni mübahisələnirm əmişdir? Səbəbi odur ki, mənzil həqiqətdə iddiaçının mənzili olmamışdır. Formal olaraq onun adına rəsmiləşdirilmişdir. 27 may 2019-cu il tarixli Cavabdeh1 MMC tərəfindən verilmiş arayışa əsasən qeyd olunan mənzil 2019-cu il tarixində Cavabdeh2 məxsusdur və ondan əvvəl də Orucov Familə məxsus olub. Lakin məhkəmə qeyd olunan fakta qərəzli yanaşaraq, düzgün hüquqi qiymət verməyərək doğru nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı cavabdeh Bank "xxxx" ASC-nın etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
48. Digər işdə iştirak edən şəxslərin kassasiya şikayətinə etirazları daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
50. Maddə 139-1.1.3. Mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
51. Maddə 139-1.1.6. Mmənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
52. Maddə
140. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
53. Maddə 148.2. Daşınmaz əmlakın dövlət rey estrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
54. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
56. Maddə 337.2. Mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mənsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər.
57. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyət siz əqdin etibarsızlığı nətiçələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu cür nətiçələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır.
58. Maddə Həmin 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
59. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
60. Maddə
651. Tələblərin və digər hüquqların alğısatqısına əşyaların alğısat qısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
61. Maddə 654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır.
62. Maddə 993.1. Qiymətli kağıza mülkiyyət hüququ qiymətli kağıza sahiblik hüququnun verilməsi yolu ilə verilir. (08 dekabr 2018-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada).
63. Maddə 993.4. Qiymətli kağız başqasına verildikdə və bu Məcəllənin 993-cü maddəsində nəzərdə tutulmuş digər şərtlər yerinə yetirildikdə qiymətli kağıza bütün hüquqlar əldə edənə keçir, bu şərtlə ki, həmin qiymətli kağızı başqasına vermək hüququ mövcud olsun. (08 dekabr 2 018-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada).
64. Maddə 1078-1.1. Mənzil sertifikatları fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir. (23 dekabr 2003-cü il tarixə kimi qüvvədə olmuş redaksiyada).
65. Maddə 1078-1.2. Mənzil sertifikatı adlı və ya adsız qiymətli kağız ola bilər. Mənzil sertifikatlarının buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. (23 dekabr 2003-cü il tarixə kimi qüvvədə olmuş redaksiyada).
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
76. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli mənzillə bağlı Cavabdeh1 MMC ilə X16 arasında 31 oktyabr 2005-ci il tarixdə ilkin müqavilə bağlanması, mənzilin dəyərinin Famil Orucov tərəfindən MMC-yə ödənilməsi, Cavabdeh1 MMC tərəfindən emissiya edilmiş qiymətli kağız olan MS seriyalı 000062 №-li mənzil sertifikatının qeyd-şərtsiz olaraq Famil Oruco va verilməsi, Famil Orucovun isə mənzil sertifikatı üzrə həmin mənzilə dair hüquqları xx.xx.2009-cu il tarixdə indossament yolu ilə hazırkı iş üzrə ilk iddiaçı olan İddiaçı ötürməsi, İddiaçı tərəfindən mənzil sertifikatı xx.xx.2009-cu il tarixdə "xxxx" ASC qarşısında girov qoyulması, xx.xx.2019-cu ildə isə onun iddiası əsasında çıxarılmış məhkəmə qətnaməsi ilə həmin girov müqaviləsinin və girov qeydiyyatının ləğv edilməsi, bütün bu müddət ərzində həmin mənzildə İddiaçı bacısının öz ailəsi ilə birlikdə yaşaması kimi hallar əsasında apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında mübahisəli mənzillə əlaqədar xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman MMC-nin həmin mənzil üzərində sərənc am vermək hüququ movcud olmamışdı və MMC-nin həmin müqavilə üzrə tərəf kimi iştirakı istisna olunurdu. Belə olan halda cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh2 ilk iddiaya etirazı və qarşılıqlı iddianın əsası kimi istinad etdiyi, onunla MMC arasında bağlanmış müqavilə bağlandığı andan etibarsız olmuşdur. Məhkəmə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasında düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənni həlli zamanı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
77. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəl ir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-235/2022 nömrəli mülki iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir