Məhkəmə qərarları › İş №2(102)-3814/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3814/2023

09.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3814/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras paydan və eyni zamanda paylı mülkiyyətdən imtina barədə ərizələrin etibarsızlığı, birgə nikah dövründə əldə edilmiş əmlakın bütövlükdə miras kütləsinə daxil edilərək irs alınması, vərəsəlik haqqında şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X24 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etib arsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1036/2023 nömrəli, 2023-cü il 19 iyun tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 1972-ci il 2 iyul tarixində X16 ilə rəsmi nikah bağlayıb.

2. Mübahisə predmeti Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov (indiki Əlihüseyn Əsgərov) küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evidir (faktiki olaraq 2 tikilidən ibarətdir – ümumi sahəsi 218,48 kv.m olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahəsi olan 2 mərtəbəli evlər) və həyət yanı torpaq sahəsidir. Sözügedən ev 2013-cü il 9 iyul tarixində X8 adına xüsusi mülkiyyəti hüququ əsasında qeydiyyatdan keçmişdir.

3. X16 (bundan sonra – miras qoyan) 2020-ci il 14 dekabr tarixində ölmüşdür. Ondan bir neçə daşınmaz əmlak, o cümlədən, hazırki iş üzrə mübahisə predmeti olan ev miras qalmışdır.

4. Miras qoyanın özündən sonra 6 vərəsəsi qalmışdır: iddiaçı və onun övladları – Cavabdeh1, Cavabdeh2, X10, X17 və X18.

5. İddiaçı tərəfindən imzalanan 3 mart 2021-ci il tarixdə notarial qaydada tərtib edilmiş ərizədə göstərilib ki, mərhum ərinin ölümündən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli evlər və həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və etmir. Mirasın ona çatası hissəsindən oğlu X19 xeyrinə imtina edir. Ərizədə “Xalıqov” sözü sonradan düzəliş edilərək əl yazısı yolu ilə icra edilmişdir.

6. İddiaçı tərəfindən 15 mart 2021-ci il tarixdə notarial qaydada imzalanan ərizədə göstərilib ki, o, mərhum əri X8 ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış yuxarıda göstərilən evlər və həyətyanı torpaq sahəsindən ona düşən ½ hissə əmlakdan imtina edir.

7. X1 və X10 26 fevral 2021-ci il tarixdə notarial qaydada ərizə verərək, mübahisəli miras əmlakdan onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etmədiklərini bildirmiş və mirasın onlara çatan hissəsindən imtina etmişlər.

8. X3 3 mart 2021-ci il tarixdə notarial qaydada ərizə verərək sözügedən miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payını qəbul etmədiyini və mirasın ona çatası hissəsidən qardaşı X19 xeyrinə imtina etdiyini göstərmişdir. Ərizədə “Xalıqov” sözü sonradan düzəliş edilərək əl yazısı yolu ilə icra edilmişdir.

9. Mübahisəli miras əmlaka dair 16 mart 2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə görə Cavabdeh1 mübahisəli miras əmlakdan 2/3 hissədə pay ayrılmış, Cavabdeh2 miras əmlakdan düşən 1/3 hissə açıq saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə şəhadətnaməyə “24 nömrəli yaşayış evindən və 0,0644 ha torpaq sahəsindən ibarətdir” düzəlişi edilmişdir.

10. Vərəslər arasında yaranmış mübahisə üzrə əvvəllər iddiaçı Cavabdeh1 cavabdehlər X11, X6, X12 və Cavabdeh2 qarşı miras payla rının bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə X10 və X2 Zaur Şirinbala oğluna qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə həmçinin İddiaçı X6, X12 və Cavabdeh1 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, mərhum əri Ş.Xalıqovdan miras qalmış bir neçə daşınmaz əmlaklarda, o cümlədən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissə payının tanınması və həmin hissələrin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sözügedən iş üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)4377/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 cavabdehlər X11, X6, X12 və Cavabdeh2 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, mərhum X7 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh1 payının 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə hər birində Cavabdeh1 payının 1/5 hissədə müəyyən edilməsi, hər iki qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh1 iddiası və İddiaçı iddiası qismən təmin edilmiş, mərhum X7 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh1 payı 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh1 payı 1/10 hissədə müəyyən edilmiş, X4, X9 qarşılıqlı iddia tələbi təmin edilməmiş, mərhum X7 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payı 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə hər birində İddiaçı payı 1/2 hissədə müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

13. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)5157/2022 nömrəli, 2022-ci il 11 oktyabr tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli miras əmlakın 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron Rayonu 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. X10, X17, X18, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Abşeron Rayon Ərazi İdarəsi və Abşeron Rayonu 2 saylı Notariat Ofisi iddia ərizəsi üzrə üçüncü şəxs qismində göstərilmişlər.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evini iddiaçı mərhum X13 ilə birgə nikah dövründə əldə etmişdir və həmin əmlak onların ümumi birgə mülkiyyətlərində olmuşdur. Abşeron Rayon Məhkəməsində miras əmlakın bölünməsi barədə mülki işə baxılarkən məlum olmuşdur ki, iddiaçının oğlu Cavabdeh1 həmin fərdi yaşayış evinə dair Abşeron 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnaməyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsi onun adına qeydə alınmış, 1/3 hissəsi açıq saxlanıl mışdır.

17. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, ərinin ölümündən 6 ay keçməmiş iddiaçı birgə nikah dövründə əldə etdikləri əmlaklara dair sərəncam vermişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindəki çıxarış ləğv edilməlidir. Çünki iddiaçı mübahisəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə paydan imtina etməmişdir. O, heç vaxt notariat kontoruna getməmiş və həmin məzmunlu ərizələr yazmamışdır. Həmin fərdi yaşayış evinin yarısı iddiaçını mərhum ərinə məxsus olmuşdur. İddiaçının razılığı olmadan və ya qanun üzrə vərəsələr dairəsi müəyyən edilmədən iddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində sərəncam verə bilməzdi. Qanunvericiliyin həmin tələbləri müqaviləni təsdiqləmiş notarius tərəfindən pozulmuş dur.

18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 144.1, 213.1, 213.2, 225.1, 324.1, 337.1, 337.2, 337.4, 384.0.4 və 394-cü maddələrinə istinad etmişdir.

19. Birinci instansiya məhkəməsində iddiaçının vəkili-nümayəndəsi əlavə olaraq göstərmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin ona düşən 1/2 hissəsini Cavabdeh1 notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə bilərdi, aralarında belə bir müqavilə bağlanmamışdır. İddiaçı ərizə ilə miras əmlakdan ona çatası hissədən imtina edə bilərdi. Notariat icraatından görünür ki, iddiaçı, mübahisəli evlərdən və həyətyani torpaq sahəsindən ona düşən 1/2 hissə paydan imtina etmişdir. Ərizəsində payından kimi xeyrinə imtina etməyi qeyd edilməmişdir. Həmin payın hansı əsasla Cavabdeh1 adına qeydiyyata alınması əsassızdır. Miras əm lakdan iddiaçıya çatası paydan Cavabdeh1 xeyrinə imtina etməsi barədə ərizə də əsassızdır. Ərizədəki imza iddiaçıya məxsus deyildir. Ərizədə ’’Xalıqov” sözü pozularaq əl ilə yazılmışdır. Qeyd edilən ünvanda iki yaşayış evi vardır, həmin fakt ərizələrdə də qeyd olunmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinə aid hissədə verilmişdir. Həmin ünvanda yerləşən 2 mərtəbəli ümumi sahəsi 146,2 kv.m olan evə dair şəhadətnamə verilməmişdir.

20. Birinci instansya məhkəməsində Cavabdeh1 vəkili-nümayəndəsi iddiaya yazılı etiraz etmişdir. Etirazın dəlilləri: - Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcllənin 14.2-ci və 80-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından aydın olur ki, cavabdehlərin atası X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin əmlak birgə nikah dövründə əldə olunduğundan, 1/2 hissəsi ümumi birgə mülkiyyət kimi hazırki iş üzrə iddiaçıya məxsus olmuşdur; - İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək həyat yoldaşı Şirinbala Xalıqovdan miras qalmış mübahisəli əmlakdan ona qanun üzrə vərəsə kimi çatacaq paydan oğlu X14 xeyrinə imtina etmiş, ona notarius tərəfindən Mülki Məcəllənin 1256, 1268 və 1269-cu maddələrinin tələbləri izah olunmuşdur; - bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış mübahisəli əmlakın 1/2 hissəsindən (əmlak payından) imtina etmişdir; - eyni zamanda X8 digər vərəsələri X18, X20 və X10 da Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək həmin əmlakdan onlara qanun üzrə vərəsə kimi çatacaq paylardan imtina etmi şlər. Qeyd edilən əqdlər 2021-ci ilin mart ayında icra olunmuşdur. Bu zaman əqdləri imza edən şəxslərə heç bir təyziq olmamış, onlar sərbəst surətdə iradə ifadələrini bildirmişlər; - Mülki Məcəllənin 1261 və 1262-ci maddələrinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. - göründüyü kimi, iddiaçı və hazırki iş üzrə üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ ilə onlara çatacaq paydan imtina etməsi tam qanunidir, eyni zamanda həmin imtinanın geri götürülməsi Mülki Məcəllənin 1268.1-ci maddəsinə görə qadağandır. - Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - həmin Məcəllənin 215.6-cı madəsinə g örə paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Mülki Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payl arın əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər; - iş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış mübahisəli əmlakın 1/2 hissəsindən (əmlak payından) imtina etmiş, öz payına münasibətdə sərəncam vermiş və heç kəsin (digər payçının) mənafeyinə toxunmamışdır. Odur ki, Abşeron 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eibarsızlığı üçün heç bir əsas olmamışdır; - iddiaçı tərəf iddiasının əsası kimi Mülki Məcəllənin 337-ci maddəsinə (əqdin etibarsızlığı) istinad etmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsini də qeyd edərək mülkiyyət lə bağlı mübahisələrə iddia müddətinin tətbiq edilməməsini göstərmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; - Mülki Məcəllənin 354-cü maddəsində qeyd edilən müddətlər iddia müddəti deyildir, kəsici müddətdir, həmin müddətin ötürülməsi ilə bağlı məhkəməyə ərizə vermək tələb olunmur, məhkəmə özü bu müddətin ötürülməsini aşkar edərək müvafiq prosessual hərəkətlər etməlidir. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi də mövcuddur; - hazırki halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

21. Birinci instansiya məhkəməsində Cavabdeh2 bildirmişdir ki, bölünən 2 evin də sənədləri yoxdur. Evlərin necə qeydiyyatdan keçərək bölünməsi ona məlum deyildir. O, qardaşı Cavabdeh1 ilə danışmır və əlaqələri yoxdur. Odur ki, vərəsələrə eyni payda əmlakın bölünməsini məhkəmədən xahiş edir.

22. Abşeron Rayon Məhkəməsinin 2023-cü il 24 yanvar tarixli, 2(012)-290/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Elman Məmmədov)

23. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, İddiaçı həyat yoldaşı X16 xx.xx.2020-ci il tarixdə v əfat etmişdir. Mərhumdan ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin əmlak iddiaçı ilə birgə nikah dövründə əldə olunduğundan, 1/2 hissəsi ümumi birgə mülkiyyət kimi hazırki iş üzrə iddiaçıya məxsus olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək həyat yoldaşı Şirinbala Xalıqovdan miras qalmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evindən ona qanun üzrə vərəsə kimi çatacaq paydan oğlu X14 xeyrinə imtina etmişdir. Bundan sonra İddiaçı xx.xx. 2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin 1/2 hissəsindən (əmlak payından) imtina etmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində və məhkəmədə verdiyi ilkin izahatında iddiaçı Abşeron 2 saylı Notariat ofisinə getmədiyini, paydan imtina barədə ərizələrin ona məxsus olmadığını bildirsə də, məhkəmə tərəfindən notariat işində olan sənədlərin əsli notariusdan götürülərək, məhkəmədə tədqiq olunan zaman İddiaçı Abşeron 2 saylı Notariat ofisinə getdiyini, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il ərizələ rin onun tərəfindən könüllü olaraq imzalandığını bildirmişdir.

25. Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına əsasən hesab etmişdir ki, adı çəkilən əqdlər 2021-ci ilin mart ayında Abşeron 2 saylı Notariat ofisinə icra olunarkən həmin əqdləri imza edən şəxslərə heç bir təyziq olmamış, onlar sərbəst surətdə iradə ifadələrini bildirmiş, həmin əqdlərin könüllü icra olunmaması ilə bağlı məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilməmiş, iddiaçı və hazırki iş üzrə üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ ilə onlara çatacaq paydan imtina etməsi tam qanuni olmuş, eyni zamanda həmin imtinanın geri götürülməsi qanunda nəzərdə tutulmamışdır.

26. Birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciə t edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən (əmlak payından) imtina etmiş, öz payına münasibətdə sərəncam vermiş və heç kəsin (digər payçının) mənafeyinə toxunmamışdır.

27. Birinci instansiya məhkəməsi göstərilən hallar baxımından hesab edib ki, Abşeron 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edil məsi üçün əsaslar müəyyən edilmir.

28. Həmçinin, birinci instansiya məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354-cü maddəsi də iddianın rədd edilməsinə əsas verir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırki halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir.

29. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsaslanmaqla mülkiyyətlə bağlı mübahisələrə iddia müddətinin tətbiq edilməməsi barədə dəlillərini də yuxarıda göstəilən kəsici müddət baxımından əsa slı saymamışdır.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 215.6, 221, 347.1, 354, 1261, 1262, 1268.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli və “Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

31. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayətinin dəlilləri: - hazırkı iddia tələbi mülkiyyətçi kimi pozulmuş hüquqlarının aradan qaldırılması barədədir, bu tələblərə iddia müddəti şamil olunmur. Digər tərəfdən, iddia müddətini ötürməm işdir. İddiaçının həmin pozuntudan Cavabdeh1 iddiası üzrə mülki işə baxılarkən məlumatlı olmuş və iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir; - iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilməmişdir; - mübahisəli tikililərdən biri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır; - birgə mülkiyyətdə olan həmin evlərdə paylar müəyyən edilməmişdir. İddiaçının ümumi əmlak üzərində sərəncam vermək hüququ yoxdur. İddiaçı mübahisəli fərdi yaşayış evinin ona düşən ½ hissəsini Cavabdeh1 notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə bilərdi, onlar arasında belə bir müqavilə bağlanmamışdır; - İddiaçı mərhum ərindən miras qalmış əmlaka qanun üzrə birinci dərəcəli vərəsələr qəbul etmədən və miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alm adan sərəncam verilə bilməzdi. İddiaçı öz payını notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirə bilərdi; - mübahisəli yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmamışdır. Notariat icraatından görünür ki, iddiaçı evlərdən və həyətyani torpaq sahəsindən ona düşən ½ hissə paydan imtina etmişdir. Ərizəsində payından kimi xeyrinə imtina etməyi qeyd edilməmişdir. Həmin payın hansı əsasla Cavabdeh1 adına qeydiyyata alınması bəlli deyildir. İşə baxan məhkəmə qeyd olunan hallara əsaslı hüquqi qiymət verməmiş, heç bir əsas olmadan iddia müddətinin ötməsi səbəbi ilə iddianı rədd etmişdir.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1036/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnam ə qəbul edilərək iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov (indiki Əlihüseyn Əsgərov) küçəsində 0,0644 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Lalə Rəhimli)

34. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərib ki, iddia tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla, iddiaçı hazırda xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir, tələbinin əsasını isə miras əmlakın ərinin ayrıca əmlakı deyil, onunla birgə nikah dövründə əldə edilmiş əmlak olması təşkil edir.

35. İddiaçının irəli sürdüyü arqumentlərə görə, miras əmlakın predmeti olan fərdi yaşayış evi onların birgə nikah dövründə əldə edildiyindən, onun həmin əmlaka ½ hissədə mülkiyyət hüququ mövcud olmuş və ərinin (miras qoyanın) miras payı əmlakın qalan ½ hissə ilə məhdudlaşmışdır. Başqa sözlə, mübahisəli əmlaka dair cavabdehlərin payı yalnız atalarından miras qalmış hissədən müəyyənləşdirilməlidir. Bu səbəbdən, xx.xx.2 021-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərəflərin əmlakla bağlı həqiqi hüquqi vəziyyətini əks etdirməmişdir, Şirinbala Xalıqovun vərəsələri fərdi yaşayış evindən yalnız miras kütləsindən irs almalı olduqları halda, əmlak tam olaraq miras əmlak kütləsinə daxil edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi bildirib ki, hazırki mübahisənin obyektiv, tam və hərtərəfli həlli üçün ilk olaraq aşağıda sadalanan halların aydınlaşdırılmasına zərurət var: iddiaç İddiaçı ilə miras qoyan Şirinbala Xalıqov birgə nikahda olumuşdurmu; mübahisəli əmlak birgə nikah dövrünə təsadüf edirmi; sözügedən əmlaka dair tərəflərin birgə əmlak rejimi yaranmışdırmı;

37. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halları kimi müəyyən etmişdir ki, İddiaçı i lə Şirinbala Xalıqov 02 iyul 1972-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan beş övladı (Zülfiyyə, Zaur, Sevinc, Əminə və Seymur adlı övladları) dünyaya gəlmişdir. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mübahisəsi gedən əmlak 09 iyul 2013-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evi ilə bağlı bu nəticəyə gələrkən, həmin evin birgə nikah dövründə əldə olunmasına, iddiaçının da həmin əmlak üzərində mülkiyyət hüququnun olmasını tam araşdırmamış, nəticədə evin ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olub-olmamasına düzgün qiymət verməmişdir. Halbuki təqdim olunmuş sübutlar belə qənaətə gəlməyə əsas verir ki, mübahisəli əmlak iddiaçı ilə onun mərhum ərinin birgə nikah dövründə əldə olunmuş və iddiaçının həmin əmlaka birgə nikah rejimi yaranmışdır. Lakin iddiaçının əri Şirinbala Xalıqov öldükdən sonra ondan miras qalmış əmlaklar, o cümlədən hazırki mübahisəli əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət olunmuş və iddiaçı ərindən miras qalmış əmlakdan oğlu Zaur Xalıqovun xeyrinə imtina etmişdir. İddiaçı ərindən miras qalmış əmlakdan imtina etməklə yanaşı, həm də özünə düşən ½ hissə əmlakdan da imtina etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi həmin ərizənin məzmunu ilə bağlı göstərib ki, həmin vaxt notarius tərəfindən hətta Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən 1256,1268 və 1269-cu maddələri nə istinad olunmuşdur. Halbuki həmin normalar yalnız miras əmlakdan imtinanın hüquqi əsaslarını müəyyən edir. Mülkiyyətdən imtina olunmasına bu normalar tətbiq oluna bilməz.

40. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan mübahisəli əmlakdan ona düşən ½ hissə paydan imtina edilməsi barədə iddiaçının ərizəsinə münasibətdə bildirib ki, mülkiyyətdən bu formada (ərizə verməklə) imtina olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmlakın digər şəxsin adına keçməsi yalnız özgəninkişləşdirilmə barədə əqd əsasında mümkündür. Lakin göründüyü kimi notarius qeyd olunan ərizəyə istinad edərək iddiaçının ½ hissə payını da miras əmlak kütləsinə daxil etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki “Notariat haqqında” Qanunun 62-ci maddəsinə əsasən (ər-arva ddan biri öldükdə şəhadətnamənin verilməsi) ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.

41. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, nə qədər ki, qanunvericilikdə qeyd olunan ərizə şəklində əmlakın digər şəxsin adına keçməsi, o cümlədən miras kütləsinə daxil edilməsi nəzərdə tutulmamışdır, bu halda həmin əri zənin mübahisələndirilib-mübahisələndirilməməsindən aslı olmayaraq, ərizə özlüyündə əhəmiyyətsizdir.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, istinad olunan ərizə də Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla təsdiq olunduğundan özlüyündə etibarsızdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.

43. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, tərəflər arasında oxşar mülki mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsində qeyd olunan göstəriş əsasında iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə ilə iddianın rədd olunmasına səbəb vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməməsi olmuşdur. Hər iki iş üzrə tərəflər eyni olsa da, iddianın predmet və əsasları dəyişmişdir. Başqa sözlə iddiaçı hazırkı tələbində vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilmə klə, mülkiyyətinin müdafiəsini tələb etmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi bir məsələni də göstərib ki, İddiaçı mübahisələndirilən əmlakın ½ hissəsinə mülkiyyət hüququ yarandığından iddia tələbi yalnız həmin hissədə əsaslıdır. Çünki qanunvericiliyin tələbinə əsasən mirasdan imtinanın geri götürülməsi yol verilməz olduğundan bu tələb mülkiyyətdən imtinaya aid edilməməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qismən ləğvi gələcək icra mərhələsində problemlərə, dövlətin adından çıxarılmış qətnamənin uzun müddət icra olunmamasına yol açdığından, hər iki sənəd tam ləğv edilməli, gələcəkdə vərəsələrin dairəsi nəzərə alınmaqla Şirinbala Xalıqovdan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilərkən iddiaçının ½ hissəyə dair əmlakda mülkiyyət payının olması nəzərə alınmalıdır.

46. Cavabdeh tərəfin nümayəndəsinin müddətin keçməsi dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, hazırki iddianın bir hissəsi vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinə yönəlsə də, tələb əslində mülkiyyətin müdafiəsinə yönəlmişdir. Mülkiyyətin müdafiəsinə gəldikdə, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6, 152, 157.2, 157.4, 213.1, 2 13.2, 215.1, 215.6, 225.1, 223.2, 337.3, 384.0.4, 1133.1, 1133.2, 1159.1.1, 1243, 1245, 1252, 1255-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 34.2.3-cü, “Notariat haqqında” Qanunun 62-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən miras payının qəbul u ilə bağlı notariat hərəkətlərini qanuni hesab etsə də, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakdakı payından imtinanı və ona müvafiq notariat hərəkətini qanunsuz (etibarsız) hərəkət kimi qiymətləndirmişdir. İddiaçı mübahisəli yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsindən (ümumi birgə mülkiyyətdəki əmlak payından) imtina etmiş, bu imtina notarial qaydada təsdiq edilmişdir ki, iddiaçı öz payına münasibətdə sərəncam vermiş və bu iradə ifadəsi heç kəsin (digər payçının) mənafeyinə toxunmamışdır. Başqa sözlə, iddiaçının öz əmlak payından notarial qaydada imtina ərizəsi bir mənalı olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəldilmiş təktərəfli əqddir, sərbəst iradə ifadəsidir; - iddiaçının iddia etdiyi əmlak ümumi birgə mülkiyyət olduğundan, yəni paylar müəyyə n edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi yalnız miras qoyan çıxış edir. Birgə mülkiyyətdə olan (payları müəyyən edilməyən) əmlakın özgəninkiləşdirilməsi isə məhkəmə kollegiyasının iddia etdiyi kimi heç də yalnız “özgəninkiləşdirmə barədə əqd” əsasında deyil, eyni zamanda notariusda aydın ifadə edilmiş iradə ifadəsi, yəni ərizə əsasında da mümkündür. Bu hal onunla təsdiq oluna bilər ki, mülkiyyət hüququndan imtinanın (və ya payda imtina) notarial qaydada ərizə verməklə mümkünlüyü Mülki Məcəllənin 204-cü maddəsinə təsbit edilib, ikincisi, belə bir imtina formasının qanunsuzluğu (qadağan edilməsi) barədə mülki qanunvericilikdə birbaşa qeyd yoxdur (qadağan edilməmiş istənilən mülki əqd etibarlıdır), üçüncüsü, hətta birgə mülkiyyətdəki əmlak (payları müəyyən edilməm iş) hər hansı bir müqavilə əsasında (alğısatqı, bağışlama və sair) özgəninkiləşdirləndə belə, bu zaman adına mülkiyyət hüququ qeydə alınımş şəxs satcı qismində çıxış edir, müqavilə tərəfi olur, digər pay sahibi isə, hansı ki, adına mülkiyyət hüququ reyestrdə qeydə alınmayıb, notarial ərizə verməklə (yəni, alıcı ilə ayrıca müqavilə bağlamaq zərurəti olmadan) öz payından (mülkiyyət hüququndan) imtina edə bilər və bu, həm mülki təcrübədə, həm də adətlərdə tənzimlənir; - Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əhəmiyyətsiz əqd qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlərdir. Hazırki halda iddiaçının mübahisələndirdiyi əqd heç bir halda əhəmiyyətsiz əqd kimi qiymətləndirilə bilməz. Bu əqdə mü bahisə edilən əqd kimi yanaşılmalı və həqiqətən də iddia olunduğu kimi (iddiaçı həmin ərizəni gah onun tərəfindən imzalanmadığını, gah, ümimiyyətlə, notariusa getmədiyini, gah da aldadıldığını iddia edir) Mülki Məcəllənin XİV fəslindəki etibarsızlıq üçün müəyyən edilmiş halların olub-olmaması araşdırılmalıdır; - hazırki mülki iş üçün preyudisial əhəmiyyət daşıyan Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5157/2022 saylı Qərarında müəyyən edilmişdir ki,.... mübahisəli əmlaklar kassatorun mərhumla birgə nikah dövründə əldə edilmiş əmlaklar olsa da, qarşılıqlı iddiaçı həmin əmlaklara münasibətdə özünün notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə həmin əmlaklardan imtina etdiyindən və bu imtinaları məhkəmə qaydasında mübahisələndirmədiyindən onun iddiası əsas sızdır və təmin edilməməlidir. Göründüyü kimi, Azərbaycan RespublikasıAli Məhkəməsi iddiaçının ümumi birgə mülkiyyətdə olan ½ hissə paydan imtina edilməsi barədə ərizəsinə əhəmiyyətsiz əqd kimi deyil, mübahisə edilən əqd kimi yanaşmışdır; - hazırki halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hazırki halda iddiaçı mülkiyyətçi deyildir, mülkiyyətçi cavabdehlərdir (mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına rəsmiləşdirlmiş və çıxarış verilmişdir), belə olan halda mülkiyyətçi olmayan iddiaçının tələbi hansı hüquq məntiqlə “mülkiyyətin müdafiəsinə yönəlmişdir”, bu, məlum deyildir. Hazırki iddia tələbi s ırf cavabdehlərin mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş əqdin etibarsılığına yönəlib. Buna görə də əslində, məhkəmə kollegiyası tərəfindən kəsici müddətlərin keçib-keçməməsinə hüquqi qiymət verilməli idi; - məhkəmə kollegiyasının iddiaçının imtina etdiyi ½ hissəni ümumi birgə mülkiyyətdəki payı miras əmlak kütləsinə daxil etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsinə dair notariusun hərəkətlərinə irad bildirməsi, bunu qanunsuz hesab etməsi cavabdehin əmlak hüquqlarından məhrum edilməsi ilə nəticələnə bilməz. Əvvəla, qeyd edilən notariat hərəkəti texniki məsələdir, onsuz da qanunvericilik iddiaçıya (birgə mülkiyyətçiyə) öz əmlak payından notarial qaydada verilmiş ərizə əsasında imtina etməyi qadağan etmir, ikincisi, qeyd edilən ərizə (həm mülkiyyətdəki pay dan imtina barədə, həm də miras əmlakdakı paydan imtina barədə) iddiaçının sərbəst iradə ifadəsi olmuşdur (baxmayaraq ki, iddiaçı sonradan digər vərəsələrin təzyiqi ilə fikrindən daşınmışdır), yəni, istənilən halda iddiaçının məqsədi (iradə ifadəsi) əri ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bütün şəkildə vərəsələrə (müvafiq halda oğlanlarına) keçməsi olmuşdur, üçüncüsü, hər bir halda əmlak (həm miras hissəsi, həm də digər hissəsi) bir tam şəklində reyestrdə qeydə alınmalı, vəfat etmiş şəxsin adından çıxmalı idi ki, notarius bunu əlavə rəsmiləşdirmə qaydasında deyil, prosessual qənaətlə etmişdir; - digər təfədən fərz edilsə ki, iddiaçının birgə mülkiyyətdəki paydan imtina barədə ərizəsinin rəsmiləşdirilməsi notariat orqanı tərəfindən yanlış aparılmışdır, bu halda belə qanun üzrə vər əsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarın bütünlükdə ləğv edilməsi qanunsuzdur, bu yenidən əlavə məhkəmə mübahisələrinin yaranması ilə nəticələnəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağ ı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu g ündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyə t üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətin in sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyy ət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

62. Ər-arvaddan biri öldükdə şəhadətnamənin verilməsi Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlid ir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qis mən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

52. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

55. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlakdan ona düşən ½ hissə paydan imtina etməsi barədə iddiaçının ərizəsinə münasibətdə bildirib ki, mülkiyyətdən bu formada (ərizə verməklə) imtina olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmlakın digər şəxsin adına keçməsi yalnız özgəninkişləşdirilmə barədə əqd əsasında mümkündür. Lakin göründüyü kimi notarius qeyd olunan ərizəyə istinad edərək iddiaçının ½ hissə payını da mir as əmlak kütləsinə daxil etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

56. Apellyasiya instansiyası bu nəticəyə gələrkən həmçinin tərəflər arasında oxşar mülki mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsində qeyd olunan göstəriş əsasında iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsini qeyd etmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi iddiaçının Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsində qeyd olunan göstəriş əsasında iddiaçının indiki tələblə məhkəməyə müraciət etməsini göstərsə də, həmin qətnamənin 12 səhifəsinin (İİ cild, i.v.24) birinci abzasında iddiaçının müba hisələndirməli olduğu əmlaklar sırasında hazırki iddiada göstərilən mübahisəli əmlakın adı yoxdur. Buna görə də iddiaçının indiki tələblə məhkəməyə müraciət etməsinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2022-ci il tarixli qətnaməsindən irəli gəlməsi barədə apellyasiya instansiyası məhkəməsinin istnad etdiyi dəlil əsassızdır.

58. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı mübahisəli əmlakda onun ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsini xahiş etmiş və tələbinin əsası kimi də onun ½ hissədə öz mülkiyyət hüququndan imtinasının hər hansı hüquqi nəticəsinin olmamasına, daşınmaz əmlakdakı payın yalnız notarial qaydada bağlanmış m üqavilə ilə özgəninkiləşdirilməsinin mümkünlüyünə istinad etmişdir.

59. Göründüyü kimi, iddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsini xahiş etməklə, faktiki olaraq mübahisəli əmlakın cavabdehlərin adına aparılmış qeydiyyatını əvvəlki işdə mübahisələndirmişdir. İndiki iddiasında isə iddiaçı mübahisəli əmlaka dair cavabdehlərin adına verilmiş şəhadətnamə və çıxarışı mübahisələndirməklə yenə də təkrar olaraq eyni faktiki əsasa (½ hissədə öz mülkiyyət hüququndan imtinasının hər hansı hüquqi nəticəsinin olmaması, daşınmaz əmlakdakı payın yalnız notarial qaydada bağlanmış müqavilə ilə özgəninkiləşdirilməsinin mümkünlüyü) istinad etmişdir.

60. Başqa sözlə, iddiaçının həm əvvəlki, həm də indiki işdə arzu etdiyi nəticə mübahisəli əmlakda ½ hi ssədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsidir. Bu da hər iki halda cavabdehlərin adına aparılmış qeydiyyatın düzgün olubolmamasının müəyyən edilməsindən asılıdır.

61. Mülki Məcəllənin 141.1-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

62. Mülki Məcəllənin qeyd edilən normasının tələbləri baxımından daşınmaz əmlakın dövlət reyestrind ə qeyddə düzəlişin aparılmasını xahiş edən şəxsin tələbi ilə məhkəmə həmin qeydin əsasında duran hüquqi səbəbləri (hazırki halda iddiaçının ½ hissədə payından imtina barədə ərizəsinin qanuniliyi) araşdırmaqla, qeydin düz və ya səhv olmasını müəyyən etməli idi.

63. İşdən görünür ki, əvvəlki iş üzrə İddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsi barədə iddiası rədd edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən İddiaçı mübahisəli əmlakla bağlı iddiasının hansı əsasla rədd edilməsi görünməsə də, nəticə ondan ibarətdir ki, iddia rədd edilib və cavabdehlərin adına aparılmış qeydə düzəliş edilməyib. Belə olan halda, adı çəkilən mülki işə tam şəkildə baxış keçirilməklə, qəbul edilmiş məhkəmə aktlarının hazırki işə preyudisial əh əmiyəti və ya eyni tərəf, eyni əsas və eyni premet üzrə iddianın olubolmaması müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq hüquq münasibətlərinə qiymət verilməli idi.

64. Yəni, müyyən edilməli idi ki, əvvəlki iş üzrə İddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsi barədə iddiasına baxılarkən onun öz payına düşən əmlakdan imtina etməsi barədə ərizəsinin hüquqiliyinə qiymət verilib, ya yox. Əks halda, İddiaçı eyni xarakterli iddiasının həlli ilə bağlı iki müxtəlif məhkəmə aktının olması halı yarana bilər ki, bu da yolverilməzdir.

65. Qeyd edilməlidir ki, iddiaçının ½ hissədə payından imtina barədə ərizəsi əşya hüququ ilə bağlı birtərəfli əqddir. Həmin əqdin etibarsız olmasına istinad etməklə iddiaçının əmlakda ½ hissədə payının tanı nması və həmin hissənin onun mülkiyyətinə verilməsi barədə iddiası rədd edilib. Bu baxımdan, onun bu tələbinə baxılaraq qiymət verildiyi halda, əvvəlki işlə müqayisəli təhlil aparılmadığı üçün sonradan həmin əqdə əsaslanan iddiaya ayrıca baxılıb qiymət verilməsinin düzgün olub-olmamasını müəyyən etmək olmur.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli Qərardadının 56-cı bəndində də qeyd edilib ki, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

67. Məhkəmə kollegiyası onu da qeyd edir ki, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda, mahiyyət və məzmun etibarilə eyni predmet və eyni əsaslar üzrə fərqli formada eyni şəxslərə qarşı iddia qaldırılması istisna edilir. Başqa sözlə, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə iddia dedikdə, yalnız sözbəsöz eyni iddianın qaldırılması deyil, həm də mahiyyət və məz mun etibarilə eyni iddianın qaldırılması başa düşülür. Əks halda bu, eyni tələblə bağlı müxtəlif variasiyalarda sonsuz sayda iddiaların qaldırılmasına imkan yaradar ki, bu da hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin əhəmiyyətini heçə endirərdi.

68. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki işin hazırki işlə hər hansı əlaqəsinin olmadığı müəyyən edildiyi halda isə, iddiaçının mübahisəli əmlakda ½ hissədə payından imtina barədə ərizəsinin həmin hissənin bağışlamaya yönələn iradə ifadəsinin olubolmaması Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə uyğun olaraq təfsir olunmalıdır.

69. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə m üqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 404-cü maddəsi müqavilənin təfsiri ilə bağlı olsa da, iddiaçının mübahisəli əmlakda ½ hissədə payından imtina barədə iradəsini əks etdirən ərizəsi də bir tərəfli əqd olduğu və hüquqi nəticə yaratdığı üçün qeyd edilən normanın təsiri altına düşməklə təfsirə məruz qala bilər.

71. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən 3 mart 2021-ci il tarixdə notarial qaydada tərtib edilmiş ərizədə miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payından oğlu X19 xeyrinə imtina etmiş, bundan 12 gün sonra, 15 mart 2021-ci il tarixdə isə notarial qaydada ərizə verməklə ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri mübahisəli əmlakdan ona düşən ½ hissə əmlakdan imtina etmişdir.

72. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi e htimal olunur.

73. Qeyd edilənlərə əsasən, iddiaçının ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri mübahisəli əmlakdan ona düşən ½ hissə əmlakdan imtina barədə 15 mart 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə tərəflərin iradə ifadəsinin həqiqi mənasına, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri kontekstində bağışlama olub-olmasına, iddiaçının mirasdan imtina etdikdən 12 sonra verdiyi ərizənin hansı niyyətlə verilməsinə qiymət verilməlidir.

74. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın tam ləğv edilməsini qət etməklə d ə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən qanunvericiliyin tələbinə əsasən mirasdan imtinanın geri götürülməsinin yol verilməz olduğundan həmin tələbin əsassız olmasınə qeyd etmiş, digər tərəfdən də vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışı tam ləğv etməklə ziddəyyətli nəticəyə gəlmişdir. Halbuki ən azı bu halda, vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış qismən – mirasa aid hissə istisna olunmaqla – ləğv edilməli idi.

75. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qismən ləğvi edilməsinin gələcək icra mərhələsində problemlərə, dövlətin adından çıxarılmış qətnamənin uzun müddət icra olunmamasına yol açması ilə izah etməsini əsaslı saymır. Əksinə, vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın qanuni hesab edilən hissəsinin ləğv edilməsi gələcək icra mərhələsində problemlərə və əlavə məhkəmə mübahisələrinə yol açır.

76. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

77. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1036/2020 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar