Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3816/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı və iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3161/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat
1. İlk iddiaçı "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2015-ci il tarixli 1131 nömrəli kredit müqaviləsinə əsasən 14.248,68 ABŞ dolları məbləğində əsas borcu, 3.490,20 ABŞ dolları məbləğində faiz borcu, 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “Mercedes Benz M1840LS” yük markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillərə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İkinci iddiaçı X3 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.09.2019-cu il tarixli, Y-232 və Y-233 saylı protokollar əsasında "xxxx" BOKT ASC-nin adına verilmiş mülkiyyət hüququnu müəyyən edən şəhadətnamələrin və "xxxx" BOKT ASC ilə X4 arası nda avtomobilin və yarımqoşqunun alğı-satqısına dair 28.09.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2827/2020 saylı, 06.10.2020-ci il tarixli qərardadı ilə hər iki iddia tələbi üzrə mülki işlər bir icraatda birləşdirilmişdir
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(005)1540/20 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbi təmin edilmiş, Cavabdeh 14248.68 ABŞ dolları məbləğində əsas borc, 3490.20 ABŞ dolları m əbləğində faiz borcu, 526.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına "xxxx" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbl əğin qalıq hissəsinin Cavabdeh qaytarılması qət edilmiş, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir.
5. İkinci iddiaçı X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsinin BOKT "xxxx" ASC-nin iddia tələbinin 18205,84 ABŞ dollarının manata olan məzənnəsi hissəsində dəyişdirilməklə həmin pulun 14266,84 ABŞ dollarının manata olan məzənnəsi məbləğində tutulması, eləcə də onun iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edil məsi və həmin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)3161/2021 nömrəli qərardadı (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsinin qismən - iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbinə dair hissədə ləğv edilməsi, mülki işin icraatına həmin hissədə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmı şdır.
7. Məhkəmənin eyni tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilmiş, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə d air iddiası baxılmamış saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi icraata xitam verilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh 30 avqust 2017-ci il tarixdə vəfat etmiş, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC isə ona qarşı hazırkı iddia ərizəsi ilə 24 aprel 2018-ci il tarixdə, yəni cavabdehin ölümündən təxminən səkkiz ay sonra məhkəməyə müraciət etmişdir. Ölmüş şəxsə qarşı iddia qaldırılması isə heç bir qanun normasında nəzərdə tutulmamışdır. Ona görə də işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı "xxxx" BOKT ASC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraata xitam verilməsi barədə 07 a prel 2021-ci il tarixli, 2(103)-3161/2021 nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh vəfat etməsi faktından iddiaçının məlumatlı olmadığından həmin iddia ilə məhkəməyə müraciət etmişdir. Təbiidir ki, iddiaçı BOKT da işin sürətli həllinə və borcun qaytarılmasına maraqlıdır. Digər tərəfdən daha vacib məqam ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)-3161/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadında Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə (iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir) istinad edərək iş üzrə icraata xitam vermişdir. MPM-nin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tə rəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yəni qeyd edilən iş üzrə Cavabdeh birinci dərəcəli varisi olan oğlu X3 barəsində mübahisə edilən hüquq münasibəti üzrə birinci dərəcəli varisdir. Beləliklə, qeyd edilən iş üzrə hüquq varisliyinə yol verildiyi halda apelyasiya instansiya məhkəməsi iş üzrə icraata xitam vermişdir. Bundan başqa, mübahisə olunan hüquq münasibəti üzrə tələb 02 aprel 2015-ci il tarixli 1131 nömrəli kredit müqaviləsinə əsasən 14.248,68 ABŞ dolları məbləğində əsas borcu, 3.490,20 ABŞ dolları məbləğində faiz borcu, 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, 99-ZB- 759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “Mercedes Benz M1840LS” yük markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillərə yönəldilməsidir. Göründüyü kimi, iddiaçının tələbi sadə şəkildə pul tələbi olmayıb, borcun BOKT-nin xeyrinə bank qarşında ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi yolu ilə tutulması tələbidir ki, belə halda hüquq varisliyinə belə ehtiyac qalmır. Yəni borcun birbaşa BOKT-nin xeyrinə bank qarşında ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi yolu ilə tutulması mümkündür. Əlavə olaraq qeyd edilməlidir ki, əgər məhkəmə hüquq münasibəti ü zrə hüquq varsiliyinin müəyyən olunmalı olunmasını hesab edirsə, bu zaman isə iş üzrə icraata xitam verməli deyil, iş üzrə icraat dayandırılmalı idi. b) Məhkəmə icraatı iştirakçılarının izahatlar
11. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
12. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
13. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 14.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 15.İş üzrə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
24. Fiziki şəxs anlayışı 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Maddə
25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tə rəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə
72. Qanuni nümayəndələr 72.3. Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir. Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Maddə
391. İcraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla qətnamənin ləğv edilməsi Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hüsab edir ki, apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanı n 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
19. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müra ciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
21. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
22. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər.
23. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 30.08.2017-ci il tarixdə vəfat etmiş, "xxxx" Bank Olmayan Kredit Təşkila tı ASC isə ona qarşı hazırkı iddia ərizəsi ilə 24.04.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə kollegiyası göstərir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
25. Mülki Məcəllənin 558, 1151 və 1153-cü maddələri nəzərə alınmaqla göstərilməlidir ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və ş əxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
26. Lakin Cavabdeh vəfat etməsinə baxmayaraq iddiaçı kreditor tərəfindən onun varislərinin müəyyən edilməsi yolunda addımlar atılmamış, birbaşa olaraq məhkəməyə müraciət etmişdir.
27. Məhkəmə kollegiyası göstərir ki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Cavabdeh ölməsi isə hazırki durumda işin məhkəmə qaydasında baxılmalı olmasını aradan qaldırır. Bu hal Azərbaycan Respublikası MPM-nin 26 1.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır.
28. Apellyasiya instansiyası məhkəməsi də işə məhz bu mövqedən yanaşmış və haqlı olaraq iş üzrə icraata xitam vermişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3161/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər İspəndiyar Şəfiyev Əhməd Əhmədov Vüqar Həsənov