Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3817/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar "xxxx" MMC-nin və onun direktoru İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X7 ibarət tərkibdə iddiaçılar "xxxx" MMC və İddiaçı2 Cavabdeh qarşı əmlakın qaytarılması yaxud onun dəyərinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-365/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinə görə, İddiaçı2 və X8 MMC-nin təsisçiləridir. 2. "xxxx" MMC tərəfindən Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 420 nömrəli Sərəncamı əsasında anbar binası, ofis binası, yeməkxana binası, transformator binası, işçilər üçün sanitar qovşağı, təhlükəsizlik binası və depo inşa edilmişdir.
3. Torpaq sahəsində inşa olunmuş anbar binasında polisterolbeton istehsal edən istehsal xətti qurulmuş və polisterolbetonu istehsal edən avadanlıqlar orada yerləşdirilmiş və 4.600 kv.m. polisterolbeton istehsal olunmuşdur.
4. Cavabdeh Abşeron RİH-ə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirl iyinin Dövlət Ekspertiza İdarəsinə, "xxxx" MMC-yə, X4 və İddiaçı2 qarşı vurulan ziyanın əvəzinin ödənilməsi, mülkiyyətində olan torpaq sahəsinin sahibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(012)463/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,973 ha torpaq sahəsində MMC, V.Xələfov və İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehlər MMC-nin, V.Xələfov və İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin cavabd ehlər MMC-nin, V.Xələfov və İddiaçı2 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər MMC, V.Xələfov və İddiaçı2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cii ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-329/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı2 və V.Xələfovun apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində MMC, V.Xələfov və İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər MMC-nin, V.Xələfov və İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər MMC-nin, V.Xələfov və İddiaçı2 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər MMC, V.Xələfov və İddiaçı2 müştərək qaydada 500.000 manat tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə rədd olunması qət olunmuşdur.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4676/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı C avabdeh kassasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ona münasibətdə təmin olunmuş hissədə ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-407/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı2 münasibətdə təmin olunmuş hissələrdə ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmişdir.
8. Qeyd olunan mülki iş üzrə verilmiş icra sənədi üzrə cavabdehin mülkiyyətində olan torpaq sahəsində MMC və V.Xələfov tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və V.Xələfovun hesabına sökülərək, torp aq sahəsinin ilkin vəziyyətinə qaytarılması hissəsi istisna olmaqla, qalan hissədə icra olunmuşdur.
9. İcra sənədinin yuxarıda qeyd olunan hissəsinin icra olunmamasının səbəbi onunla bağlı olmuşdur ki, xx.xx.2019-cu il tarixdə tələbkar Cavabdeh Abşeron rayon İcra və probasiya söbəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsindəki 5,973 ha torpaq sahəsində "xxxx" MMC və V.Xələfov tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və V.Xələfovun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması hissəsində icraatın dayandırılmasını xahiş etmiş, ərizədə göstərmişdir ki, “Sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır. Həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamaq mümkündür. Bu səbəbdən h əmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icra icraatı dayandırılmalıdır”.
10. Abşeron rayon İcra və probasiya söbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədinin icrası dayandırılmışdır.
11. Abşeron Rayon Məhkəməsinin 2(012)-174/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli iddianın təmin tədbiri barədə qərardadı ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikililərin üzərinə həbs qoyulmuşdur. 12. xx.xx.2021-ci il tarixli akta görə, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclular V.Xələfov və "xxxx" MMC tərəfindən tələbkar Cavabdeh ödənilməli olan 500.000 manat məbləğdə pul vəsaiti 290.000 ABŞ dolları və 7.000 AZN olmaqla xx.xx.2021-ci il tarixdə borclu V.Xələfov şahidlərin iştirakı ilə Cavabdeh təqdim edilmişdir. Tələbkar Cavabdeh pulu qəbul etmiş, bildirmişdir ki, borclu şəxslərə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 nömrəli xx.xx.2019cu il tarixli icra sənədi üzrə heç bir iddiası, tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Eyni zamanda tələbkar icra icraatına xitam verlməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə müraciə t etməyi öz öhdəsinə götürmüşdür.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli 10/7503-9/8319 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində olan cədvəllərdə qeyd olunan material və avadanlıqların Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olduğu qeyd edilir. Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların dəyərinin ümümilikdə 591.776,0 manat olduğu müəyyən olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 754.213 manat məbləğdə olan əmlakın - avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1.400 manat), dizel generator Tİ 518DM5A 1 ədəd (dəyəri 37.500 manat), Forklift LiuGong CLG2035H 1 ədəd (dəyəri 20.000 manat), notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), Polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270.348 ABŞ dolları), Panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), qızdırıcı fen 2 ədəd (dəyəri 1.346,40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12.500 manat), elektron tərəzi 1 ədəd, 50 tonluq (dəyəri 2.650 manat), Mikser Detro 460/300 1 ədəd (dəyəri 3.000 manat), transformator 400 kvt 1 ədəd (dəyəri 7.500 manat), müxtəlif qəliblər aliminiumdan 1 dəst (dəyəri 14.267 manat), konteyner dəmirdən 1 ədəd (dəyəri 2.500 manat), elektron tərəzi 2 ədəd (dəyəri 6 manat), generator kiçik həcmli 10 kv-lıq 1 ədəd (dəyəri 342,50 manat), laqonda 1 ədəd (dəyəri 100 manat), laqonda 230 (e d) 1 ədəd (dəyəri 60 manat), laqonda BOSH 230 (ed) 1 ədəd (dəyəri 85 manat), laqonda 1 ədəd (dəyəri 75 manat), lom 3 ədəd (dəyəri 8 manat), möhür 1 ədəd (dəyəri 32 manat), nümunə qutusu balaca 15 ədəd (dəyəri 195 manat), nümunə qutusu böyük 15 ədəd (dəyəri 225 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), “Perforator BOSH 2” 10 ədəd (dəyəri 3220 manat), “Perforator BOSH 4” 1 ədəd (dəyəri 420 manat), pilvizator 1 ədəd (dəyəri 35 manat), plastik qayçısı 1 ədəd (dəyəri 4,50 manat), projektor HL-131 xor (ed) 2 ədəd (dəyəri 92 manat), generatorun işə salanı (puskatel) 1 ədəd (dəyəri 5 manat), qayçı ağac üçün 2 ədəd (dəyəri 20 manat), qaz balonu 1 ədəd (dəyəri 4 manat), qaz plitəsi stolüstü 1ədəd (dəyəri 28 manat), reduktor qaz üçün 1 ədəd (dəyəri 5 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), dəmir seyf 1 ədəd (dəyəri 150 manat), ştamp 1 ədəd (dəyəri 32 manat), stol 2 ədəd (dəyəri 44 manat), stul 4 ədəd (dəyəri 8 manat), su şlanqı 20 metr (dəyəri 33 manat), taxta kəsən avadanlıq BOSH 1 ədəd (dəyəri 120 manat), telfer (yükqaldırıcı) 2 ədəd (dəyəri 250 manat), tərəzi 0-0,5 kq-lıq 1 ədəd (dəyəri 15 manat), tərəzi 40 kq-lıq 1 ədəd (dəyəri 26 manat), 250 w civə buxarlı S3 arm. 18 ədəd (dəyəri 536,40 manat), 400w metal projektor 6 ədəd (dəyəri 221,22 manat), 400w metal SS2 armatur 24 ədəd (dəyəri 979,20 manat), 4x14w tavan üçün armatur (spot) 51 ədəd (dəyəri 1.679,94 manat), additive ZJ-C 16200 ədəd (dəyəri 8.262,50 manat), additive ZJ-F2 2700 ədəd (dəyəri 8.156,50 manat), müxtəlif meyvə və dekorativ ağaclar 466 ədəd (dəyəri 2.668 manat), alçıpan 3 ədəd (dəyəri 36 manat), alçıpan 1 00 ədəd (dəyəri 1.000 manat), alçıpan 153 ədəd (dəyəri 1.611 manat), alüminium qapı 3,88 kv.m. (dəyəri 319,90 manat), alüminium vitraj 30 kv.m. (dəyəri 2.190 manat), amerikanka 20 ədəd (dəyəri 66,70 manat), anker bolt 107 ədəd (dəyəri 75 manat), anker bolt 10-luq 10 ədəd (dəyəri 25 manat), anker bolt 12-lik 10 ədəd (dəyəri 30 manat), anker bolt 24-lük 10 ədəd (dəyəri 90 manat), antena kabeli Rusiya istehsalı 100 metr (dəyəri 40 manat), əqrəb 100 ədəd (dəyəri 15 manat), aralıq novça 4 ədəd (dəyəri 11,20), araba 16 ədəd (dəyəri 323 manat), armatur 12 mm-lik 8.530 kq (dəyəri 5.924,10 manat), armatur 14 mm-lik 1.170 kq (dəyəri 1.080 manat), armatur 16 mmlik 9.600 kq (dəyəri 8.840,30 manat), armatur 25 mm-lik 650 kq (dəyəri 600 manat), atsep 10 kub.m. (dəyəri 380 manat), atsep 100 kub.m. (dəyər i 2.100 manat), baçonka 25 litrlik 1 ədəd (dəyəri 4,8 manat), bak 11 ədəd (dəyəri 285 manat), bolt 40 ədəd (dəyəri 40 manat), bolt-qayka 33 ədəd (dəyəri 26,50 manat), bolt-qayka 101x24 q 200 ədəd (dəyəri 200 manat), səki daşı (bordyur) 478 metr (dəyəri 1.912 manat), səki daşı (bordyur) 33 metr (dəyəri 99 manat), səki daşı (bordyur) mərmərdən 12 metr (dəyəri 72 manat), boru f 20 90 metr (dəyəri 81 manat), plastik boru f 100 12 metr (dəyəri 30 manat), plastik boru f 150 6 metr (dəyəri 27 manat), plastik boru £32 200 metr (dəyəri 270 manat), plastik boru 18 mmlik 10 metr (dəyəri 160 manat), kabel üçün boru (yanmaz)f 25.100 metr (dəyəri 100 manat), çınqıl 25 kub.m. (dəyəri 235 manat), damcılı suvarma sistemi 3.219 metr (dəyəri 914,20 manat), dəmir darvazalar 5 ədəd (dəyəri 12.000 manat), dəmir truba 159 mm 18 metr (dəyəri 162 manat), dəmir truba 25 mm 120 metr (dəyəri 186 manat), dikt 566 ədəd (dəyəri 3.975 manat), dirsək 33 ədəd (dəyəri 42 manat), əks klapan f32 1 ədəd (dəyəri 3.80 manat), elektrik kabeli 981 metr (dəyəri 1.199,90 manat), EPS 4.300 kq (dəyəri 10.879 manat), dikt 0,5X30x150 50 ədəd (dəyəri 350 manat), kabel 1x1,5 6 bağlama (dəyəri 78 manat), kabel 1x6 4 bağlama (dəyəri 256 manat), kabel 1x2,5 13 bağlama (dəyəri 209 manat), kabel 1x4 13 bağlama (dəyəri 463 manat), kabel 1x2,5 6 bağlama (dəyəri 208 manat), kabel 3x2,5 22 metr (dəyəri 30,80 manat), kabel 3x4 30 metr (dəyəri 43,50 manat), kabel 4x2,5 100 m. (dəyəri 150 manat), kabel 4x3,5 40 metr (dəyəri 540 manat), kabel 4x4 44,20 m. (dəyəri 334,20 manat), kabel 4x6 100 metr (dəyəri 280 manat), kafel 167,9 kv.m. ( dəyəri 2343 manat), kağız rulon 2 bağlama (dəyəri 460 manat), konyok 96 ədəd (dəyəri 344,40 manat), kapron boru flOO 18 m. (dəyəri 36 manat), kapron boru £32 200m. (dəyəri 220 manat), karniz 4 m. (dəyəri 14 manat), karniz 18/20 180 m. (dəyəri 684 manat), karniz əyri 58 ədəd (dəyəri 220.40 manat), Kat5 internet kabeli Türkiyə istehsalı 1 bağlama (dəyəri 40 manat), katinka məftili 901 kq (dəyəri 812 manat), keçid (perixadnik) 11 ədəd (dəyəri 12 manat), kəndir 1 bağlama (dəyəri 20 manat), sintetik kəndir 130 metr (dəyəri 18 manat), kəndir 2 bağlama (dəyəri 24 manat), kislarod balonu 2 ədəd (dəyəri 140 manat), kislarod balonunun başlığı 3 ədəd (dəyəri 45 manat), kislarod balonunun reduktoru 1 ədəd (dəyəri 45 manat), elektrik qutusu klipsal 60 ədəd (dəyəri 15 manat), krant 7 ədəd (dəyəri 36,5 0 manat), lambir 25 ağ rəngdə 45 metr (dəyəri 144 manat), lambir kantı 30 metr (dəyəri 6 manat), elektrik lampası (müxtəlif) 51 ədəd (dəyəri 114 manat), lapotka 32 ədəd (dəyəri 137 manat), lopatkanın sapı 9 ədəd (dəyəri 11 manat), linenum 14 m. (dəyəri 50 manat), dəmir listi 45,9 kv.m. (dəyəri 1.541,40 manat), dəmir listi 15x6x20metr (dəyəri 1.150 manat), dəmir listi 1x2x4 4 ədəd (dəyəri 200 manat), dəmir listi 3x1x2 1 ədəd (dəyəri 27 manat), dəmir listi 5x1x2 65 ədəd (dəyəri 422,50 manat), dəmir listi 600x600 2.607 kq (dəyəri 2.991,50 manat), su mühərriki qol 1 ədəd (dəyəri 50 manat), metlax 77 kv.m. (dəyəri 985,60 manat), müxtəlif ölçülü metrə 6 ədəd (dəyəri 19,30 manat), mixser 1 ədəd (dəyəri 2 manat), mişar (sadə) 4 ədəd (dəyəri 15 manat), mişar BOSH 1 ədəd (dəyəri 9 manat), mişar daşı 99.893 ədəd (dəyəri 41.786,53 manat), 32/25 mufta 111 ədəd (dəyəri 43,70 manat), 25/32/40 mufta 110 ədəd (dəyəri 49 manat), nakaneçnik 10 ədəd (dəyəri 4 manat), nəfəslik 5 ədəd (dəyəri 125 manat), nov sadə 100 metr (dəyəri 160 manat), nov orijinal 238 m. (dəyəri 595 manat), nov qapağı sağ-sol 4 ədəd (dəyəri 2 manat), nov xamutu 363 ədəd (dəyəri 281,75 manat), dəmir panel 37 ədəd (dəyəri 4.198 manat), patron 2 ədəd (dəyəri 0,90 manat), penoplast 1x0,45x0,6 140 ədəd (dəyəri 448 manat), petlə 14 ədəd (dəyəri 49 manat), plastik dirsək 5 ədəd (dəyəri 7,50 manat), plastik nəfəslik 0,72 kv.m. (dəyəri 47 manat), plastik pəncərə 316 kv.m. (dəyəri 15.985 manat), plastik pəncərə şüşəsiz 63 kv.m. (dəyəri 2.205 manat), plastik qapı 1 ədəd (dəyəri 125 manat), elektrik qızdırıcısı 1 ədəd (dəyəri 7 manat ), su pompası 1 ədəd (dəyəri 150 manat), poplovok 40 mm 1 ədəd (dəyəri 28 manat), propka 3 ədəd (dəyəri 1,80 manat), profil 231 metr (dəyəri 701,60 manat), profil 100x50x3 108 metr (dəyəri 388,80 manat), profil 120x80 12 metr (dəyəri 109,20 manat), profil 20x40x2 627 metr (dəyəri 731,94 manat), profil 20x20 144 metr (dəyəri 125,28 manat), profil 20x40x3 24 metr (dəyəri 45,60 manat), profil 40x40 16 metr (dəyəri 44 manat), profil 40x40x4 48 metr (dəyəri 168 manat), profil 80x40 18 metr (dəyəri 72 manat), profil 40x60x3 1248 metr (dəyəri 4874,40 manat), profil 30 metr (dəyəri 84 manat), profil mastar 6 ədəd (dəyəri 45 manat), profnastil (70) 1.375 kv.m. (dəyəri 9214.48 manat), profnastil (dam örtüyü) 1.417 kv.m. (dəyəri 5.827,73 manat), projektor 2 ədəd (dəyəri 50 manat), projektor lampası 2 ədəd (dəyəri 6 manat), projektor 1.500 w 5 ədəd (dəyəri 150 manat), propka 5 ədəd (dəyəri 3,5 manat), qapı petləsi 5 ədəd (dəyəri 7 manat), qapı əlcəyi 2 ədəd (dəyəri 1 manat), qayka 4 ədəd (dəyəri 8 manat), qayka M42 64 ədəd (dəyəri 192 manat), qaykaşayba ilə birlikdə 140 ədəd (dəyəri 14 manat), qazan 74 ədəd (dəyəri 167 manat), polad rels 1 ton (dəyəri 3.171 manat), reyka 3x5x4 1.200 metr (dəyəri 480 manat), reyka 5x5x4 670 metr (dəyəri 402 manat), santexnika materialları (dəyəri 672 manat), şeben 150 kub.m. (dəyəri 1.220 manat), setka 79,5 kv.metr (dəyəri 404,50 manat), setka (alüminium) lx50 4 kv.m. (dəyəri 64 manat), setka 3-lük dəmir 80 metr (dəyəri 368 manat), setka 4-lük dəmir 10 metr (dəyəri 90 manat), setka kapron 2 metr (dəyəri 70 manat), kabel 350 metr (dəyəri 480 manat), stik er etiket 1 bağlama (dəyəri 200 manat), stiker plakat 2 ədəd (dəyəri 700 manat), striç plyonka 65,6 kv.m. (dəyəri 164 manat), su mühərriki 1 ədəd (dəyəri 42 manat), paket şüşə 126,9 kv.m. (dəyəri 3.407,70), paket şüşə 36 kv.m. (dəyəri 900 manat), qaynaqçı eynəyi 1 ədəd (dəyəri 3 manat), şiveller 12 metr (dəyəri 90 manat), şiveller 10-luq 2.484 metr (dəyəri 23.389,80 manat), şiveller 18-lik 12 metr (dəyəri 145,20 manat), şiveller 20-lik 58 metr (dəyəri 899 manat), şiveller 8-lik 42 metr (dəyəri 198,66 manat), TAD-17 (dəyəri 10 litrlik) 1 ədəd (dəyəri 25 manat), TAD-17 (1 litrlik) 2 ədəd (dəyəri 6 manat), böyük tal üçün qarmaq 1 ədəd (dəyəri 9 manat), tamet 50 kv.m. (dəyəri 450 manat), təhlükəsizlik kəməri 4 ədəd (dəyəri 80 manat), televizor kabeli 100 metr (dəyəri 13 manat), tikanlı məftil 10 bağlama (dəyəri 180 manat), elektrik üçlüyü 6 ədəd (dəyəri 20 manat), elektrik üçlüyü 32 mm-lik 10 ədəd (dəyəri 6,60 manat), telfer trosu 110 metr (dəyəri 38 manat), tros sıxan 2 ədəd (dəyəri 1 manat), dəmir boru 20-lik 210 metr (dəyəri 564 manat), dəmir boru 50-lik 13 metr 1 ədəd (dəyəri 68 manat), xamut 40 ədəd (dəyəri 40 manat), kabel ucluğu 2 ədəd (dəyəri 2 manat), dəmir uqolnik 137 metr (dəyəri 396,50 manat), dəmir uqolnik 25 mm-lik 50.527 m. (dəyəri 12.547 manat), uqolnik 32 mmlik 30 ədəd (dəyəri 9 manat), uqolnik 32x45 6 ədəd (dəyəri 1,80 manat), uqolnik 32x90 6 ədəd (dəyəri 2,80 manat), uqolnik mm çöl 1 ədəd (dəyəri 3 manat), uqolnik 50-lik 200 ədəd (dəyəri 390 manat), üst qapama 25 sm (konyok) 100 ədəd (dəyəri 135 manat), üst qapama 8 ədəd (dəyəri 22.40 manat), vintel (böyük) 2 ədəd (dəyəri 54 manat), vintel f20 1 ədəd (dəyəri 5 manat), vintel f25 3 ədəd (dəyəri 29,40 manat), vintel f32 13 ədəd (dəyəri 43 manat), vetravik 64 ədəd (dəyəri 140 manat), elektrik vilkası 5 ədəd (dəyəri 4 manat), vintil (kiçik) 2 ədəd (dəyəri 7,60 manat), elektrik açarı 3 ədəd (dəyəri 2,80 manat), xamut 30 ədəd (dəyəri 6 manat), zajim 10 ədəd (dəyəri 100 manat), qapı zamoku 7 ədəd (dəyəri 229 manat), zazemlennik 1x35 100 ədəd (dəyəri 350 manat), zəncir 136 m. (dəyəri 174 manat) və istehsal olunmuş 4.600 kv.m. polisterolbeton inşaat materialı 1 kv.m. x 12 manat (dəyəri 55.429 manat) qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.
15. İddianın əsaslarına görə, MMC 2009-cu ildən etibarən cavabdeh və onun həyat yoldaşı Hikmət Xəlilovun sifarişləri əsasında onların ailəsinə, dostlarına və yaxın insanlarına məxsus olan, Bakı və Abşeron rayonu ərazisində yerləşən müxtəlif yaşayış və qeyri-yaşayış sahələrini inşa və ya təmir edib, təhvil vermişdir. Cavabdehin MMC-yə növbəti və şifahi sifarişi onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikililərin tikilməsi olmuşdur. Qeyd olunan tikililərin tikilməsi və avadanlıqların quraşdırılması xərcləri isə MMC və onun təsisçilərinin şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Görülmüş işlərlə bağlı yaranmış 1.251.000 manat borc cavabdehin həyat yoldaşından tələb olunduqda, o borcu ödəməkdən yayınmaq üçün MMC-yə və onun təsisçilərinə qarşı iddi a ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2607/2021 nömrəli iş üzrə xx.xx.2021-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... mülki iş üzrə mübahisə predmeti olan əmlakların bir hissəsi barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və X3 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Göründüyü kimi tikililərin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətind ə olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də iddia tələbinin söküntü nəticəsində əldə olunacaq, tikinti materiallarının, eləcə də mal-məmulatların geri qaytarılmasına dair hissəsinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır. Həmçinin iddiaçılar iddia tələbini iddia predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməmələri ilə əsaslandırmalarına və həmin əmlakı əldə e tmələri üçün məhz icra üzrə icraatın dayandırılmasına dair icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa, iddiaçılar mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etmə li idi. Digər tərəfdən, işdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 10 noyabr 2009-cu il tarixli nizamnaməsindən görünür ki, İddiaçı2 həmin cəmiyyətin təsisçilərindən biridir və iddiaçıllar öz iddia tələblərində göstərilən əmlakın “SV- Qrup” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olduğunu bildirirlər. Belə olan halda isə İddiaçı2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin isə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.... Habelə, mülki iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsində məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının onun öhdəlikləri üzrə daşımadığından və cəmiyyətiin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayalar ın dəyəri həddində risk daşıdığından İddiaçı2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və rəhbəri olsa da, cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımadığı, İddiaçı2 fiziki şəxs kimi Cavabdeh ilə şifahi podrat müqaviləsi bağlaması, Cavabdeh zərər vurması və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən fiziki şəxs kimi istifadə etməsi də öz təsdiqini tapmamışdır.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı "xxxx" MMC ondan apellyasiya şikayəti vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və X.Mərdanova) 2(103)-1822/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya qeyd edir ki, mülki iş üzrə mübahisə predmeti olan əmlakların bir hissəsi barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və X3 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Göründüyü kimi tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öz lüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də iddia tələbinin söküntü nəticəsində əldə olunacaq, tikinti materiallarının, eləcə də malməmulatların geri qaytarılmasına dair hissəsinin təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində iddia predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməmələri ilə əsaslandırmalarına və həmin əmlakı əldə etmələri üçün məhz icra üzrə icraatın dayandırılm asına dair icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh kollegiya iclasında verdiyi izahat ında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli əmlakların iddiaçıya məxsus ərazidə olmasının aydınlaşdırılması məqsəliə yerli baxışın keçirilməli olmasını qeyd edir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh mübahisəli əmlakların onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyinə görə, hətta həmin əmlakların iddiaçıya məxsus ərazidə olub-olmasına dair yerli baxışın keçirilməsi əhəmiyyətsizdir. Çünki, əmlakların cavabdehə məxsus yerdə olması özlüyündə o əmlakların "xxxx" MMC-nin sahibliyindən qanunsuz olaraq çıxarılması faktını sübut etmir.... Digər tərəfdən, işdə olan "xxxx" MMC-nin 10 noyabr 2009-cu il tarixli nizamnaməsindən görünür ki, İddiaçı2 həmin cəmiyyət in təsisçilərindən biridir və iddiaçılar öz iddia tələblərində göstərilən əmlakın "xxxx" MMC- yə məxsus olduğunu bildirirlər. Belə olan halda isə İddiaçı2 "xxxx" MMC-yə, "xxxx" MMC-nin isə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.... Habelə, mülki iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsində məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının onun öhdəlikləri üzrə daşımadığından və cəmiyyətiin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıdığından İddiaçı2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və rəhbəri olsa da, cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımadığı, İddiaçı2 fiziki şəxs kimi Cavabdeh ilə şifahi podrat mü qaviləsi bağlaması, Cavabdeh zərər vurması və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən fiziki şəxs kimi istifadə etməsi də öz təsdiqini tapmamışdır.” c) Kassasiya instansiyası məhkəməsində icraat
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı "xxxx" MMC ondan kassasiya şikayəti vermişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3949/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (məruzəçi), A.Hüseynov və Ə.Nurməmmədov) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
23. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi nəinki tələbin qanuni əsasını tapmamış, müvafiq normaların dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, qətnamədə maddi hüquq normasına belə istinad etməmişdir. Hazırkı işdə iddiaçıların tələbindən və istinad etdiyi hallardan məlum olur ki, onlar çıxarıldıqları (Cavabdeh sahibliyinə və istifadəsinə verdikləri) Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsi üzərində inşa edilmiş tikili sökülmədiyi üçün (icra sənədinin bu hissədə icrasının dayandırılmasını cavabdeh tələb etmişdir) özlərinə məxsus olduğunu bildirdikləri əşyaların cavabdehin sahibliyində qaldılğını və ya onun əmlakına qarışmaqla (tərkib hissəsinə çevrilməklə) cavabdehin əsassız varlandığını iddia edirlər. Məlum olduğu kimi, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (§ 31-32). Mövcud vəziyyətdə hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.6, 157.7, 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib isə əmlaka zərər yetirmədən ondan ayrıl a bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (§ 33-39). Odur ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə, işin müəyyən edilən faktiki halları ilə həmin normaların dispozisiya şərtləri arasında uyğunluğun olub-olmamasına dair təhlil aparmalı, bu çərçivədə mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməli, tərəflərin dəlilləri təqdim olunmuş sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, onlara müvafiq hüquqi qiymət veril məlidir. Məlum olduğu kimi, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§45). Baxılan işdə isə apellyasiya məhkəməsi bu qaydada əməl etməmişdir. Belə ki, məhkəmə sözügedən tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsinin özlüyündə söküntü nəticəsində əldə olunacaq tikinti materialları ilə yanaşı digər malməmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəyini, hazırkı iddianın təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacağını bildirmişdir. Bununla belə, məhkəmə id diaçının hazırkı işdə tələb etdiyi avadanlıq və tikinti materialı olmayan əşyaların həmin icra sənədində əks olunduğunu, başqa sözlə, icra vərəqəsi verilən qətnamənin hazırkı işdə tələb edilən əşyaları tam şəkildə əhatə etdiyini əsaslandıra bilməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi vurğulamışdır ki, iddiaçı tikilidə onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini sübuta yetirməlidir. Buna baxmayaraq iddiaçı həmin əşyaların cavabdehdə olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Cavabdeh mülkiyyətində olan, Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsindəki tikilinin iddiaçılar tərəfindən inş a olunması, onlar çıxarılanadək tikiliyə (oradakı avadanlıq və digər əşyalarla birlikdə) məhz onların sahiblik etmələri, çıxarmadan sonra həmin əmlakdan məhrum olmaları barədə məlumatlar (məhkəmə aktları, ekspertiza rəyi və s.) işdə mövcuddur. Bundan əlavə, iş materiallarında olan (cild 1, səh.66-67), Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanladığı ərizədə qeyd olunmuşdur ki, “sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır. Həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamaq mümkündür. Bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icra icraatı dayandırılmalıdır”. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmə çəkişmə prinsipinə riayət e tməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma aparmamış, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir. Halbuki, prosessual qanunvericilyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir (§ 44-47). Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Bu qaydalara riayət edilməməsi İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 29-30).... Kollegiya onu da qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı tələbi rədd edilmişdir. Bu qərar onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi və rəhbəri olsa da cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımır, həmin fiziki şəxsin iddiaçı ilə şifahi podrat müqaviləsi bağlaması, ona zərər vurması və torpaq sahəsindən istifadə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Qeyd edilənlər nəzərə alınmaqla, iddiaçıların hər birinin hazırkı işdə irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməli, habelə bu qərarın 57-ci bəndində göstərilənlərə əməl olunmaqla mübahisənin həllinə dair əsaslandırılmış qətnamə qəbul edilməlidir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-365/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... hazırkı işdə iddiaçıların tələbindən və istinad etdiyi hallardan məlum olur ki, onlar çıxarıldıqları (Cavabdeh sahibliyinə və istifadəsinə verdikləri) Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsi üzərində inşa edilmiş tikili sökülmədiyi üçün (icra sənədinin bu hissədə icrasının dayandırılmasını cavabdeh tələb etmişdir) özlərinə məxsus olduğunu bildirdikləri əşyaların cavabdehin sahibliyində qaldılğını və ya onun əmlakına qarışmaqla (tərkib hissəsinə çevrilməklə) cavabdehin əsassız varlandığını iddia edirlər. Mövcud vəziyyətdə hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi M ülki Məcəllənin 157.2, 157.6, 157.7, 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib isə əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məlum olduğu kimi, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Baxılan işdə isə birinci məhkəməsi bu tələbə əməl etməmişdir. Belə ki, məhkəmə sözügedən tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsinin özlüyündə söküntü nəticəsində əldə olunacaq tikinti materialları ilə yanaşı digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəyini, hazırkı iddianın təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacağını bildirmişdir. Bununla belə, məhkəmə iddiaçının hazırkı işdə tələb etdiyi avadanlıq və tikinti materialı olmayan əşyaların həmin icra sənədində əks olunduğunu, başqa sözlə, icra vərəqəsi verilən qətnamənin hazırkı işdə tələb edilən əşyaları tam şəkildə əhatə etdiyini əsaslandıra bilməmişdir. Odur ki, yeni apellyasiya baxışı zamanı Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında məhkəmə-mühəndis-texniki və məhkəmə-mühasibatlıq Ekspertiza təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7503-9/8319 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində olan cədvəllərdə qeyd olunan material və avadanlıqların Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olduğu qeyd edilir. Abşeron rayonu Qobu qəsəbəsi 5, 973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların dəyəri ümümilikdə 591.776,0 manat olduğu müəyyən olunur. Bundan əlavə, iş materiallarında olan (cild 1, səh.66-67), Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanladığı ərizədə qeyd olunmuşdur ki, “sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır.Həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamaq mümkündür.Bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icra icraatı dayandırılmalıdır”.... Göründüyü kimi, tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Abşeron rayonu Qobu qəsəbəsi 5, 973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların dəyəri isə ümümilikdə 591.776,0 manat olduğu müəyyən olunur. Odur ki, Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların və ya onların dəyəri olaraq ümümilikdə 591.776,0 manatın cavabdehdən alınması hissəsində iddia tələbi təmin olunmamalıdır. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da əmlakın ona məxsus olubolmaması halına aydınlıq gətirə bilməmişdir.... Kollegiya onu da qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı tələbi rədd edilmişdir. Bu qərar onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi və rəhbəri olsa da cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyə t daşımır. Qeyd edilənlər nəzərə alınmaqla, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı2 hazırkı işdə irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı olduğu halda bunu etməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı "xxxx" MMC ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın qismən təmin olunaraq, cavabdehdən 591.776,0 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı cavabdehə məxsus torpaq sahəsində inşa etdikləri tikintidə istifadə olunmuş tikinti materiallarının və həmin tikilidə olan avadanlıqların sökülməsində maraqlı deyil, iddiaçı həmin tikilinin inşasında istifadə olunmuş tikinti materiallarına və avadanlıqlara çəkdiyi xərcin cavabdeh tərəfindən ona qaytarılasını arzulayır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində olan cədvəllərdə 31 adda avadanlıq və 112 adda inşaat materialı siyahısında qeyd edilən digər əmlaklar öz əksini tapmışdır, rəyin tədqiqat hissəsində olan cədvəllərdə sadalanan material və avadanlıqların Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olduğu qeyd edilir və Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların dəyəri ümümilikdə 591.776 manat olduğu müəyyən olunur. Həmin e kspertiza rəyinin tədqiqat hissəsində cədvəllərdə adları və sair göstərilmiş əmlaklar, iddiaçıların iddia ərizəsi əsasında cavabdehdən tələb etdiyi əmlaklardır. İş materiallarında olan icra səndi ilə müəyyən olunur ki, Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsi, tikililər və tikililərdə olan avadanlıqlarla birlikdə tələbkara, hazırkı iş üzrə cavabdehə təhvil verilmişdir. Həmin tikili və tikilidə olan avadanlıqlar cavabdehin təyin etdiyi mühafizəçilərin nəzarəti altındadır və iddiaçlar cavabdehin tapşırığı əsasında həmin əraziyə buraxlmır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 65-ci bəndinin sonuncu cümləsində göstərilir ki, “Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir.” Bu başqa cü r ola bilməzdi, ona görə ki, həmin torpaq sahəsində tikinti işləri aparılarkən və tikinti başa çatdıqdan sonra (polistrebeton istehsal olunarkən) hazırkı iş üzrə Cavabdeh tərəfindən həmin iddia tələbində adları sadalanan əmlaklar alınmamışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, iş materialına əlavə olunmuş (cild 1, səh.66- 67), Cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinin rəisinə ünvanladığı ərizədə qeyd olunmuşdur ki, “sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır. Həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamaq mümkündür. Bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icra icraatı dayandırılmalıdır” (qətnamənin 57-ci bəndi). Öz təşəbüsü ilə eksp ertiza keçirilməsi barədə qərar qəbul edən məhkəmə, ekspertiza rəyi verdikdən sonra həmin rəy ilə razılaşmır və ekspertiza rəyi ilə razılaşmamasının səbəbləri barədə qətnamədə əsaslandırma vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədə n xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 30. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərk ən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 31. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə y etirmək hüququnu məhdudlaşdırmır.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir; Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
33. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən m addi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya proses sual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
38. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlı qlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur.
32. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur.
39. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərənc am vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
40. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
41. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi ha l üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyriqanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən e dilə bilən əşya olmalıdır.
42. Bu kontekstdə apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki, “Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir.”
43. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həmin məhkəmənin öz qətnaməsində istinad etdiyi halları ilə təkzib olunur.
44. Birincisi, cavabdehin mülkiyyətində olan, Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsindəki tikilinin iddiaçılar tərəfindən inşa olunması, həmin ərazidən çıxarılanadək tikiliyə (oradakı avadanlıq və digər əşyalarla birlikdə) onların sahiblik etmələri, çıxarmadan sonra həmin əmlakdan məhrum olmaları qanuni qüvvəyə minmiş məhkəmə aktları, ekspertiza rəyi, cavabdehin ərizəsi və sonuncunun tərtibində iştirak etdiyi aktla təsdiq olunur.
45. İkincisi, Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsi, tikili (tikilidə olan avadanlıqlarla birlikdə) tələbkara, hazırkı iş üzrə cavabdehə təhvil verilmişdir. Həmin tikili və tikilidə ola n avadanlıqlar hazırda cavabdehin nəzarəti altındadır və iddiaçılar həmin əraziyə buraxlmır.
46. Üçüncüsü, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində "xxxx" MMC və V.Xələfov tərəfindən qanunsuz inşa edilmiş tikilinin həmin şəxslərin hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması hissəsi, məhz cavabdehin təşəbbüsü ilə (həmin hissədə icraatın dayandırılmasını ərizə ilə tələb etdiyi üçün) icra olunmamış qalmaqdadır.
47. Dördüncüsü, cavabdeh qeyd edilən xx.xx.2019-cu il tarixli ərizəsində göstərmişdir ki, sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır, həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlam aq mümkündür. Başqa sözlə, ərizə ilə cavabdeh qəbul etmişdir ki: 1. tikilidə olan əmlaklar cavabdehə məxsusdur; 2. həmin əmlakların hesabına onun 500.000 manat alacağını da bağlamaq mümkündür, yəni əmlakların dəyəri 500.000 manatdan da çoxdur.
48. Beşincisi, xx.xx.2021-ci il tarixli aktla təsdiq olunur ki, cavabdeh xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 nömrəli icra sənədi üzrə ona ödənilməli olan 500.000 manat məbləğdə pul vəsaitini aldıqdan sonra həmin icra sənədi üzrə heç bir iddiası və tələbinin qalmadığını və gələcəkdə də olmayacağını bildirmiş, hətta icra icraatına xitam verilməsinə dair ərizə ilə icra şöbəsinə müraciət etməyi öz öhdəsinə götürmüşdür, onun bu bəyanatının hazırkı mübahisəli əmlaklarla da bilavasitə bağlı olduğu hər hansı sual doğurmur.
49. Göründüyü kimi, apellyasiy a instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir.
50. Halbuki, prosessual qanunvericilyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.
51. Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır.
52. Məhkəmə kollegiy ası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və X5 haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X9rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005- ci il tarixli Qərar, §67).
53. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
54. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
55. İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda (§41-48) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
56. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
57. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-365/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.