Məhkəmə qərarları › İş №2(102)-3817/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3817/2025

27.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3817/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC (Vəkil2) tərəfindən veril miş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: Distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi. “SƏTƏM-sağlamlıq, əməyin təh lükəsizliyi və ətraf mühitin mühafizəsi” qaydalarına riayət etməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay 600 manat məbləğində əmək haqqı ödənilir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, 2008-ci ildən, Cavabdeh MMC-də işləyir, təxminən 5 il olar ki, tabeçiliyi satış meneceri vəzifəsində çalışan X3 nəzarətindədir. Onun satdığı malların müqabilində müştərilərdən aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına xərclədiyi barədə məlumatı olmuşdur. 30 sentyabr 2024-cü il tarixində X5 ona müştərilərdən aldığı pul vəsaitlərinin miqdarını, yəni 520.000 manat borclu olduğunu bildirmişdir. Rəşad Ələsgərovun borcu son 1 il olar ki, yaranıb. Satış menecerinin verdiyi sifarişləri onun göstərişi əsasında sənəd üzrə müştərilərə göndərirdi. Ona deyilmişdi ki, evi şirkət ə borcu olduğu üçün satıb. Rəşad Ələsgərovun bu qanunsuz hərəkəti barədə məlumatlı olsa da, rəhbərliyə məlumat verməmişdir. Səbəb o olmuşdur ki, Rəşad evini satıb borcunu bağlamağa söz vermişdi. Bəzi hallarda müştəriləri satışdan gətirilən pulları Rəşada və Orxana verə bilmirdilər. Belə ki, onlar həmin vaxtlar iş yerində olmurdular. Pulu o qəbul edir, sonra da Rəşada və Orxana verirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu. İzahatını özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir.

3. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrindən görünür ki, “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “e” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın iddiaçının barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışd ır ki, iddiaçı uzun müddətdir ki, “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışmışdır. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli, K-1914 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab edir. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtı vaxtında icra etmiş, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Cavabdeh təşkilatın iddiaçını ittiham etdiyi əməllər cinayət məsuliyyətinə səbəb ola bilən hallardır. Həmçinin Konstitusiyasının təqsirsizlik prezumpsiyasına əsasən barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimi təqsirli bilib ittiham etmək olmaz. Cavabdeh təşkilat isə bütün əmrlərdə iddiaçını açıq-aşkar cinayət əməlləri törətmiş şəxs kimi qələmə vermişdir. Belə ki, iddiaçı əmək müqaviləsi üzrə əmək funksiyalarını hər zaman lazımınca icra etmişdir. Əmək müqaviləsində iddiaçının əmək funksiyalarına aid edilən heç bir vəzifə üzrə səhvə yol verməmişdir. Həmçinin iddiaçının məsuliyyətində olanlarla bağlı işdən çıxarılan zaman təhvil-təslim aparılmış və heç bir nöqsan, əyri-əksiklik aşkar edilməmişdir. Cavabdeh təşkilat iddiaçını əmrdə də qeyd edildiyi kimi ona görə işdən çıxartmışdır ki, iddiaçı başqa bir əməkdaşın etdiyi qanunsuzluqları bilib onlara xəbər verməmişdir. Qeyd edilən məsələlər cinayət əməlləri hesab olunduğu üçün cavabdeh təşkilat həmçinin X6 da şikayət etmişdir. Bununla bağlı iddia çı həm Polis Orqanında, həm də Prokurorluq orqanlarında izahat vermişdir. Yəni iddiaçı cavabdeh təşkilata qarşı heç bir qanunsuzluq etməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Rəşad Ələsgərov ümumi müdir vəzifəsini icra edən Azər adlı şəxsə işdə olan mənimsəmə nöqsanı barədə məlumat verib. Daxili audit bu hadisədən sonra 2 oktyabr tarixində aparılıb. 4 oktyabr tarixində isə o, anbarı təhvil vermişdir. Anbardar kimi vəzifələrinə malların anbara daxil-xaric olması, onların sayılması daxildir. Malların qarşı tərəfə çatmasına o, cavabdeh deyildir. Bu, menecerin nəzarətindədir. Sayım nəticəsində təxmini 520.000-530.000 manat məbləğində kəsir müəyyən o lundu. O, da məsələ ilə bağlı izahat vermişdir. Kəsirlə bağlı məlumatı olmayıb. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, Rəşad Ələsgərovun tabeliyində işləmişdir. Onun qanunsuz əməlləri barədə məlumatı olmayıb. Daxili audit nəticəsində müəyyən olunub. Malların giriş-çıxışı zamanı qeydiyyatı o, aparmışdır. Rəşad Ələsgərovun izahatı barədə məlumatı yoxdur. Anbardar vəzifəsində işləməyi ilə bağlı qüsur müəyyən olunmayıb. İzahatı yazılı şəkildə alınıb və imzalayıb. Rəşad Ələsgərova şirkət 5.000 manat avans vermişdi. Lakin onun müştərilərdən aldığı pul vəsaitlərini, yəni 500.000 manatdan çox pulu şəxsi ehtiyaclarına xərclədiyi barədə 30 sentyabr 2024-cü il tarixdə məlumatı olmuşdur. Bəzi hallarda müştəriləri onlar iş yerində, yəni kassada olmayanda pulları müştərilərdən alıb özü O rxana və Rəşada verirdi. Lakin müştərilərlə birbaşa əlaqədə olmadığından əvvəllər Rəşadın arasıra kassadan pul götürdüyünü bilmirdi.

7. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, MMC-nin “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında 3 nəfər işçi işləyirdi. Həmin müəssisənin satış meneceri X5, müəssisənin anbarında anbardar vəzifəsində çalışan iddiaçı və müəssisənin kassa və logistika üzrə mütəxəssisi X4 olmuşdur. Aparılan audit zamanı 530.000 manat məbləğdə pulun X5 tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. X5 daxili araşdırma zamanı izahatında 2022-ci ildən başlayaraq mebel məhsullarını satışını həyata keçirən zaman müştərilərdən aldığı pullar şəxsi vəsaiti üçün xərclədiyini etiraf etmiş və izahatında adlarını qeyd etdiyi müştərilərdən 318.064 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini və bu əməldən digər iş yoldaşlarının da məlumatı olduğunu, lakin rəhbərliyə məlumat vermədiyini bildirmişdir. İddiaçı da verdiyi izahatın da Rəşad Ələsgərovun qanunsuz əməlini, yəni ona etibar edilmiş əmlakı qeyri-qanuni yolla mənimsəməsinə dair məlumatı olduğunu və rəhbərliyə bildirmədiyini etiraf etmişdir. Səbəb olaraq qeyd etmişdir ki, Rəşad taladığı əmlakı, yəni pulu müəyyən müddət ərzində qaytaracağını bildirmişdir. Müəssisənin kassa və logistika üzrə mütəxəssis X4 verdiyi izahatda Rəşad Ələsgərovin qanunsuz əməllərindən xəbərdar olmamış, lakin son zamanlar borcu olduğunu bilmişdir. Satılan malların pullarını müştərilərdən satış meneceri Rəşad və sürücülər Möhübbət Nurullayev və Budaqov İslam təhvil almışdır. Ona verilən pulların hamısı sistemə vurmuş, şirkətin maliyyə bölməsi ilə üzləşmə aparılarkən kassaya mədaxil olunan pullar, sürücülərin qeyd kitabçasında olan məlumatlara əsasən üzləşmə aparılmışdır. Sürücülər tərəfindən gətirilən pulların təhvil verildiyi kimi öz əksini tapmamışdır. Lakin özünün araşdırması nəticəsində müəyyən etmişdir ki, həmin pulların sistem üzərində başqa rəqəmlərlə qeyd edilmişdir. Məsələn, xx.xx.2024-cü il tarixində sürücü tərəfindən ona verilən 8.472 AZN məbləğ sistemə 15.000 AZN olaraq sistemə vurulmuşdur. Bunun səbəbi kimi menecerin gətirdiyi əlavə pullar olmuşdur. Bu pulları o almış, cəmləşdirərək bir yerdə vurmuşdur. Baş verən korrupsiya halı ilə bağlı cinayət işi də başlanmışdır. İddiaç ı qanunsuz əməllərdən xəbərdar olmuş, aidiyyəti üzrə rəhbərliyə, hüquq-mühafizə orqanlarına və digər orqanlara məlumat verməmişdir. Onun hərəkətsizliyi şirkətə birbaşa olmasa da dolayı yol ilə maddi zərər vermişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, onun hərəkətsizliyi, yəni satış meneceri Rəşad Ələsgərovun qanunsuz hərəkətlərindən xəbərdar olub rəhbərliyə məlumat verməməsi, qanunsuz əməlin törədilməsini qarşısı alınmaması əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməlidir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-2343/2025 nömrəli, 15 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultan ova-Məmmədova) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmiş və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının cavabdehin müəssisəsində çalışan digər işçinin törətdiyi qanunsuz əməlləri barədə cavabdehi məlumatlandırmaması göstərilmişdir. Bunun nəticəsində işəgötürənə külli miqdarda maddi ziyan dəymişdir. İşin hallarından görünür ki, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək kimi vəzifələrini layiqincə yerinə yetirməmiş, digər işçinin əmək funksiyal arını və əmək qanunvericiliyini pozduğunu bildiyi halda bu barədə işəgötürənə məlumat verməmişdir. İddiaçının yazılı izahatından və onun məhkəmə iclaslarında verdiyi ifadələrindən qeyd olunan faktlar təsdiqini tapmışdır.

10. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı izahatında bildirmişdir ki, malların girişçıxışı zamanı qeydiyyatı o, aparırdı. Bəzi hallarda müştəriləri onlar iş yerində, yəni kassada olmayanda pulları müştərilərdən alıb özü Orxana və Rəşada verirdi. Lakin müştərilərlə birbaşa əlaqədə olmadığından əvvəllər Rəşadın ara-sıra kassadan pul götürdüyünü bilmirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu.

11. Məhkəmə hesab etmişdir ki, işçinin hərəkətsizliyi, qanunsuz əməlin törədilməsinin qarşısının alınmaması nəticəsində işəgötürənə birbaşa olmasa da do layı yol ilə maddi zərər vermişdir. Qeyd olunan hallar iddiaçı tərəfindən əmək qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasını təsdiq edir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, işəgötürən tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmrin (sərəncamının, qərarının) məzmunda göstərilməli olan məlumatların hər birinə əməl edilmiş, həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır.

13. Məhkəmə daha sonra qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi “ç” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ə mək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan qanunvericilik normaları müqavilənin ləğv edilməsini işəgötürənin səlahiyyətinə buraxır. Ona görə də əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin normalarına əməl olunaraq verildiyindən və işçinin işdən çıxarılması barədə kifayət qədər əsas olduğundan iddia təmin edilə bilməz.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi, 68-ci maddəsinin 1-ci bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71ci maddəsinin 2-ci hissəsi və 3-cü bəndi, 72-ci maddəsinin “e” bəndi, 84-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinc i instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etdmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılımış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan yalnızca əmrdə işəgötürənin qeyd etdiyi formal mülahizələri sadalamaqla qərar qəbul etmişdir. Həmçinin məhkəmənin əmrin qanuniliyi ilə bağlı 1 abzaslıq “əsaslandırması” ümumiyyətlə başa düşülən deyil. Məhkəmənin iddiaçının xx.xx.2024-cü il tarixli izahatı əsasında iddianı rədd eləməsi qanunsuzdur. Belə ki, o, həmin izahatı psixoloji təzyiq altında yazmışdır. Əmrdə də qeyd olunduğu kimi həmin izahat ilə şirkətdə aparılan audit yoxlama rəyinin tarixi eynidir. Həmin rəyi də iddiaçıya sübut kimi göstərib bildirdilər ki, “izahatı biz necə deyirik elə yazmalısan, əks halda sən də cinayət məsuliyyətinə cəlb olunacaqsan.” Həmin izahat onun sözləri deyil. Çünki izahatda o, necə dəqiq olaraq 520.000 manat pulu qeyd edə bilərdi ki, Rəşadın şirkətdən mənimsədiyi pulların hesabını aparmırdı. Artıq araşdırma aparılmışdı və məbləğ məlum idi. Ona görə də ona da izahatı belə yazdırdılar. Məhkəmə isə iddiaçının məhkəmədə verdiyi sərbəst izahatını deyil, təzyiq altında yazdığı izahatı əldə rəhbər tutaraq iddiasını rədd eləmişdir. Maddənin (Əmək Məcəlləsinin 186.1-cı maddəsi) tələbindən də göründüyü kimi intizam məsuliyyətinə cəlb etmək üçün 3 əsas şərt mövcuddur: 1) vəzifələrini yerinə yetirmədikdə, 2) hüquqlarından sui-istifadə etdikdə və 3) əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə. İddiaçının barəsində verilmiş əmrdəki əsaslandırmada bu 3 şərtdən hansını məhkəmə təsbit edə bildi. Yəni iddiaçı hansı vəzifəsini icra etmədi və ya hansı hüququndan sui-istifadə etdi yaxud da əmək müqaviləsi üzrə hansı öhdəliyini pozdu? Əmək müqaviləsi üzrə iddiaçının hansısa cinayət barədə məlumat verməmə vəzifəsi yoxdur. Məhkəmə hesab etmişdir ki, əmr tam qanunidir və əmək qanunvericliyinin tələblərinə riayət edilməklə tərtib olunmuşdur. O zaman əmək qanunvericiliyi maddənin tələbindən də göründüyü kimi nə üçün burada inzibati tənbehin 1 ay ərzində verilməli olduğunu qeyd etmişdir. İddiaçının izahatı 30 sentyabr 2025-ci il tarixində alınsa da əmri 5 dekabr 2025-ci il tarixində verilmişdir. Bu maddə əmrin qanunsuz olduğunu tam əks etdirir. İşəgötürənin onu işdən çıxarmasına səbəb iddiaçının baş ver miş ağır cinayət barədə məlumat verməməyi olmuşdur. Bilindiyi kimi bu əməl özü də cinayət məsuliyyəti yaradır. Yəni iddiaçını bu əməldə ittiham etmək üçün onun barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmalıdır. Əks halda iddiaçı təqsirsizdir və bunu ən ali qanun aktı deyir. İddiaçının bu əsasla işdən çıxarılmağı və məhkəmənin buna qanuni deməsi sadəcə Konstitusiyanın normalarının pozulmasıdır. Məhkəmə tərəfindən ümumiyyətlə araşdırma aparılmadan və sorğular edilmədən yalnız cavabdehin nümayəndəsinin şifahi məlumatlarına əsasən qərar qəbul edilmişdir. Halbuki, məhkəmə ən azından bu faktla bağlı cinayət işi mövcuddursa materiallarını araşdıra bilərdi.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4349/2025 nömrəli, 2 ok tyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, iddia ərizəsinin verilməsi üçün 40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 50 manat məbləğində pulun cavabdehdən dövlət nəfinə tutulması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2ci hissəsindən göründüyü kimi intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının yol verdiyi iddia edilən pozuntu ilə əlaqədar izahatı xx.xx.2024-cü il tarixdə alınmışdır (i.v. 42). İddiaçının izahatında qeyd etdiyi hallarla əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr isə qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülərək xx.xx.2024-cü il tarixdə verilmişdir.

21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdehin nümayəndəsinin əmrin gec verilməsini audit rəyinin xx.xx.2024-cü il tarixdə hazır olması ilə izah etməsi hüquqi əsas kəsb etmir. Birincisi, audit rəyinin məhz qeyd edilən tarixdə tərtib olunduğunu təsdiq edən sübutlar iş materiallarında yoxdur. İkincisi və daha önəmlisi, əmrin məzmunundan aydın olur ki, işəgötürənin iddiaçıya qarşı intizam tənbehini tətbiq etməsinin əsasını onun məlumat verməməsi ilə bağlı izahatında qeyd etdiyi hallar təşkil etmişdir.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, təqdim olunmuş mater iallardan və mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi, cavabdeh müəssisə tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmr tərtib edilərkən əsas götürülmüş hallardan biri onun izahatında satış meneceri Rəşad Ələsgərovun qanunsuz əməllərindən xəbərdar olduğunu, lakin bu barədə rəhbərliyə məlumat vermədiyini etiraf etməsi olmuşdur. Eyni zamanda, Rəşad Ələsgərov da öz izahatında 2022-ci ildən etibarən müştərilərdən aldığı nağd vəsaitləri şəxsi məqsədləri üçün xərclədiyini, bu yolla ümumilikdə 318.064 manat məbləğində vəsaiti şəxsi ehtiyacları üçün xərclədiyini açıq şəkildə bildirmişdir. Bundan əlavə, əmrdə qeyd olunur ki, “Samadov Law and Audit” müstəqil auditorun rəyinə göstərilmişdir ki, hazırkı maliyyə hesabatları 30 sentyabr 2024-cü il tarixinə maliyyə vəziyyətini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından X1 Standartlarına (“MHBS”) uyğun olaraq düzgün əks etdirmir. Audit təqdim edilmiş sənədlər əsasında aparılmış, sənədlərdə xx.xx.2024xx.xx.2024-cü il dövrü üzrə nağd satışlar həyata keçirilmişdir.

23. Məhkəmə kollegiyası sonda qeyd etmişdir ki, əmrdə rəyin noyabr tarixli olması ilə bağlı qeyd yoxdur. Əmrdən 30 sentyabr 2024-cü il tarixinə maliyyə vəziyyətin yoxlanılması və bununla əlaqədar xx.xx.2024-cü il tarixdə iddiaçıdan izahat alınması müəyyən olunur. Əmrin verilməsinə əsas isə iddiaçının xx.xx.2024-cü il tarixdə verdiyi izahatında qeyd etdiyi hallar əsas götürülmüşdür. Deməli, intizam tədbiri olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 1 aylıq müddətə əməl edilmədə n verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan əmr artıq qanunsuzdur.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 11, 68, 70, 71, 76, 84, 297, 300, 186.1, 187.1, 188.1, 189.1, 190.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.2, 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdeh MMC (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı ilə bağlanmış əmə k müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmiş və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının cavabdehin müəssisəsində çalışan digər işçinin törətdiyi qanunsuz əməlləri barədə cavabdehi məlumatlandırmaması göstərilmişdir. Bunun nəticəsində işəgötürənə külli miqdarda maddi ziyan dəymişdir.

27. Məhkəmə kollegiyasının dəlillərini kifayət qədər əsassız hesab edirlər. Belə ki, şirkətdaxili araşdırma zamanı həmin müəssisənin anbarında anbardar vəzifəsində çalışan iddiaçı izahatında bildirmişdir ki, o, 2008-ci ildən şirkətdə müəyyən vəzifələr tutmuş və satış meneceri Rəşad Ələsgərovun tabeçiliyi altında fəaliyyət göstərmişdir. Belə ki, o, Rəşad Ələsgərovun göstərişi v ə sənəd əsasın malların müştəriyə çatmasını təmin etmişdir. Həmçinin qeyd etmişdir ki, Rəşad Ələsgərovun qanunsuz əməlini, yəni ona etibar edilmiş əmlakı qeyri-qanuni yolla mənimsəməsinə dair məlumatı olmuş və rəhbərliyə bildirməmişdir. Səbəb olaraq qeyd etmişdir ki, Rəşad taladığı əmlakı, yəni pulu müəyyən müddət ərzində qaytaracağını bildirmişdir. O, satış menecerinin dediyinə əsasən 520.000 manat pulun mənimsəməsi ilə bağlı məlumatı olmuşdur.

28. Bu hal onunla birgə hərəkət etmələrinə şübhə olan digər şəxslər X7 və X2 da vermiş olduğu izahatlarda təsdiqini tapmışdır. Bununla əlaqədar, tərəflərindən həmin şəxslər izahatlarının alınması üçün şirkətə dəvət edilmiş, müxtəlif bəhanələrlə yanmışlar. Sonda tərəflərindən izahat alınmış, audit rəyi alındıqdan sonra da Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Həmin müddət ərzində əmək müqaviləsinə xitam verə bilməmələrinin səbəbi qanuni qüvvəyə minmiş akt və ya yeyinti faktının təsdiq edən cinayət işinin başlanması haqqında qərarın olmamısıdır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci məddəsinin 3-cü bəndinə görə, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 4-cü bəndə görə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Göründüyü kimi həmin dövrdə tərəflərindən ilk öncə maliyyə fəaliyyətinin yoxlanması üçün audit rəyinin alınması gözlənilmiş, sonra isə bununla bağlı cinayət təqibi orqanına müraciət edilmişdir.

29. Məhkəmə tərəflərindən təqdim edilmiş sübutu düzgün qiymətləndirməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

30. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətləri ndə tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

31. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəz ərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

32. Maddə 11. (1-ci hissə). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.

33. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

34. Maddə 68 (2-ci hissəsinin “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müq aviləsinə xitam verilməsinin əsaslarından biridir.

35. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

36. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qan unla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

37. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

38. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafi zəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

39. Maddə 76 ( 1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

40. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

41. Maddə 79 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

42. Maddə 79 (3-cü hissə). Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilm əsinə yol verilmir.

43. Maddə 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

44. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.

45. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

46. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.

47. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəx s olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

49. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessu al hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələn dirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

64. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əsasən iddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, satış meneceri vəzifəsində çalışan X3 tabeliyində işləmişdir. Həmçinin müəssisəni n kassa və logistika üzrə mütəxəssisi X4 olmuşdur. Əmək müqaviləsinə əsasən iddiaçı - distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi və s. əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. İddiaçı Rəşad Ələsgərovun satdığı malların müqabilində müştərilərdən bir il ərzində aldığı 520.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərclədiyi barədə məlumatlı olmuşdur. Həmçinin bəzi hallarda müştərilər satışdan gətirilən pulları Rəşada və Orxana verə bilmədikdə, iddiaçı pulları qəbul edərək sonradan Rəşada və Orxana vermiş, Rəşada verilən pullar sistemə vurulmamış, Orxan isə pulları sistemə vurmuşdur. Lakin iddiaçı məlumatlı olduğu bu hallar badədə MMC-nin rə hbərliyinə məlumat verməmişdir. İddiaçı qeyd olunanlarla bağlı cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə izahat vermişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmri ilə “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “e” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir.

65. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının başqa bir əməkdaşın etdiyi qanunsuzluqları bilib onlara xəbər verməməsi səbəbindən işdən çıxarılmasını, qeyd edilən məsələlərin cinayət əməlləri hesab olunduğu üçün cavabdeh təşkilatın həmçinin X6 da şikayət etməsini, bununla bağlı iddiaçının həm Polis Orqanında, həm də Prokurorluq orqanlarında izahat verməsini, yəni iddiaçının cavabdeh təşkilata qarşı heç bir qanunsuzluq etməməsini qeyd edərək, işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

66. Cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı etiraz vermiş, iddiaçının hərəkətsizliyinin şirkətə birbaşa olmasa da dolayı yol ilə maddi zərər verməsini, həmçinin iddiaçının hərəkətsizliyinin, yəni satış meneceri Rəşad Ələsgərovun qanunsuz hərəkətlərindən xəbərdar olub rəhbərliyə məlumat verməməsi, qanunsuz əməlin törədilməsinin qarşısının alınmaması əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməli olmasını qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, həmin məhkəmənin qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının yol verdiyi iddia edilən pozuntu ilə əlaqədar izahatı xx.xx.2024-cü il tarixdə alınmış, iddiaçının izahatında qeyd etdiyi hallarla əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülərək xx.xx.2024-cü il tarixdə verilmişdir. Odur ki, intizam tədbiri olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 1 aylıq müddətə əməl edilmədən verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan əmr artıq qanunsuzdur.

68. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur (Əmək Məcəlləsinin 72-ci maddəsi “e” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70-ci maddəsinin “ç” bəndi).

69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

70. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prins iplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

71. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

72. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hiss əsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.

73. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

74. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

75. Həmin Məcəllənin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

76. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan normaları işin faktiki hallarına düzgün tətbiq etməmiş, iddiaçının törətdiyi pozuntunu cavabdehin aşkar edilməsi anı kimi iddiaçının MMC-yə izahat verdiyi xx.xx.2024-cü il tarixi əs as götürmüş, pozuntunun aşkar edilməsi anının müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, iddiaçının maddi-məsul şəxs olub-olmamasını, maddi-məsul şəxs olduğu halda işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin yoxlanılmasının nəticələrinin mövcud olub-olmamasını, həmin nəticələrin hansı tarixə aid olmasını araşdırmamış, audit rəyinin məhz qeyd edilən tarixdə tərtib olunduğunu təsdiq edən sübutların iş materiallarında olmamasını qeyd etməklə kifayətlənmiş, müəyyən edilmiş nəticəyə uyğun olaraq işin hallarına hüquqi qiymət verməmişdir.

77. Həmçinin iş materiallarında satış meneceri Rəşad Ələsgərovun barəsində cinayət işi başlanması qeyd olunsa da, həmin hal da pozuntunun aşkar edilməsi anının müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu halda, belə bir cinayət işinin başlan ıbbaşlanmaması, iddiaçının barəsində hər hansı qərarın (ittihamın verilməsi, yaxud cinayət işi başlanmasının rədd edilməsi haqqında) qəbul edilib-edilməməsi də araşdırılmamışdır. Belə ki, satış meneceri Rəşad Ələsgərovun müştərilərdən aldığı və mənimsədiyi qeyd olunan vəsaitin məbləğinin 520.000 manat olduğu qeyd edilmişdir.

78. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 177182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ b aşa düşülür. Cinayət məcəlləsində xüsusilə külli miqdarda ziyan vurmaqla mülkiyyət əleyhinə cinayətlərin törədilməsinə görə on ildən on dörd ilədək və daha artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə də cinayət məsuliyyəti yaradır.

79. Məhkəmə kollegiyası hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zaman ı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

80. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları)

81. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunm asına xidmət edir.

82. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

83. Qeyd olunan müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur.

84. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerin də işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.

85. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

86. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən ba xılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

87. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2025 nömrə li, 2 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar