Məhkəmə qərarları › İş №2(102)-3818/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3818/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3818/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı alimentin ödınilməsi və xərclərin bölünməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3143/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh ilə İddi açı xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur.

3. Tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulmuşdur, uşaq iddiaçının yanında qalır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yanında yaşayan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 193 manat, 2023-cü ilin yanvar ayının 1-dən etibarən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması, uşağın 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması, uşağın doğulmasına, müalicəsinə, geyiminə, yaş amasına çəkdiyi xərclərin yarısını təşkil edən 25.337 manat məbləğdə pulun cavabdehdən onun xeyrinə tutulması və ödənilmiş 267 manat məbləğdə dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-112/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismən təmin edilərək, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2022-ci il tarixdən (Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2266/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 manat, xx.xx. 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin və XXXnın 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutulub, iddiaçıya verilməsi, XXXnın doğumuna kimi çəkilmiş 638 manat xərcin yarısı olan 319 manat vəsaitin və məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və 167 manat dövlət rüsumunun ona aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimеntin tutulmаsı hissəsində qətnаmənin dərhаl icrа еdilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cav abdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaqqanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində iştirak etmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış X1 üçün hər ay 193 manat, 2023-cü ilin yanvar ayının 1-dən etibarən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması, onun yanında yaşayan xx.xx.2021ci il təvəllüdlü X6 adlı uşaqlarının 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqlarının doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısının- cəmi 25337 manat məbləğində pulun Cavabdeh on un xeyrinə alınaraq verilməsi və ödənilmiş 267 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi ilə kirayə götürən İddiaçı kirayə verən X4 ünvan 1 ünvanına görə 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüş və kirayə müqaviləsi xx.xx.2027-ci il tarixədək bağlanılmışdır. İş mateiralların əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz ilə 35 manat, xx.xx.2021-ci il tarixlli qəbz ilə 60 manat, xx.xx.2021-ci il tarixli qəbz ilə 60 manat, xx.xx.2021-ci il tarixli qəbzlər ilə 8 manat, manat, 26 manat, 96 manat, Oksigen klinik xəstəxanasının xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli ödəniş vərəqələri ü zrə 50 manat, 168 manat, 115 manat olmaqla, ümumilikdə 638 manat vəsaitin İddiaçı tərəfindən ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə qərardadı ilə təyin edilmiş "xxxx" MMC- nin xx.xx.2022-ci il tarixli rəyi ilə uşaq üçün vanna, uşaq üçün yemək masası, yerimə arabası, musiqili yelləncək, uşaq çarpayısının oyuncağı, uşaq arabası, uşaq üçün avtokreslo, mebel dəsti, uşaq üçün blender, oyuncaqlar, at oyuncaq, “Lima və “Alisa” uşaq çarpayıları olan əşyaların illik aşınma faizi 10-12%, həmin məişət əşyaların hazırki bazar qiyməti (uşaq paltarlarının qiyməti istisna olmaqla) 34416 manat təşkil etdiyi müəyyən olunmuşdur.... Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən iddia tələbini, uşağın və iddiaçının mənafelərini, uşağın minimum dolanacaq xərclərindən az olmayan madd i təminat almaq hüququnun təminatını, 2022-ci ildə və 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün cavabdehdən xx.xx.2022-ci il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir.... Məhkəmə qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X6 üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən də ödədiyi 2000 manat kirayə haqqının yarısı, yəni 1.000 manat tutularaq onun xeyrinə verilməsi” hissəsi ilə bağ lı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məcəlləsinin 84-cü maddəsində hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən aliment tələb edə bilər. Hansı ki, məhkəmə tərəfindən cavabdehdən X2 üç yaşına çatanadək xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Digər tərəfdən iddiaçının öz seçimi kirayə mənzil kirayələməsi və ona görə ödəniş etdiyi kirayə haqqının yarısını cavabdehdən tələb etməsi ilə bağlı xərcin ər-arvad arasında bölünməli olması ailə qanunvericiliyində nəzərdə tutulmamışdır.... Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqlarının doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdi yi xərclərin yarısının- cəmi 25.337 manat məbləğində pulun Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, uşağın müalicə xərcləri istisna olmaqla, digər uşağın geyiminə, oyuncaqlarına, paltarına görə çəkilmiş xərclər uşağın maddi təminat hüququnun təminatını yaxşılaşdırmağa xidmət etdiyindən və bu hüquq cavabdehdən yaşayış minimumundan az olmayan aliment tutulmaqla təmin edildiyindən, iddiaçı tərəfindən həmin xərclər çəkilərkən cavabdehdən uşağın saxlanılması üçün daha öncə məhkəmə qaydasında aliment tələbi olmadığından iddia tələbi qeyd olunan xərclərə münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin uşağın doğumuna kimi çəkilmiş xərclərə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş kağızları ilə iddiaçı tərəfindən 639 manat xərc çəkdiyi müəyyən edilmiş və bu fakt iddiaçı tərəfindən sübuta yetirilmişdir. Hansı ki, uşağın müalicəsi üçün əlavə xərc tələb edilən uşaq ananın himayəsində olmaqla uşağın müalicəsi ilə bağlı qalan bütün qayğılar da iddiaçının üzərinə düşmüşdür. Buna görə də 638 manat xərcin yarısı olan 319 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfin məhkəməyə “Whatsap” yazışmasında qeyd edilən 1500 manat klinika ödənişinə münasibətdə qeyd edir ki, həmin yazışma sırf klinika xərcləri üçün 1500 manat ödənilməsini sübuta yetirmir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(103)-3143/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Babayev və G.Axundova) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirimədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası yoxlanılan hissədə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq ilkin olaraq qeyd edir ki, ailə qanunvericiliyinə əsasən - ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə isə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməs ini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (bax: 24 və 25-ci bəndlər). Göründüyü kimi, qanunverici hər bir halda deyil, yalnız buna zəruri vəsaitə malik olan ərin arvada maddi cəhətdən kömək etmək vəzifəsini müəyyən etmişdir. İddiaçı qeyd edilən hissədə cavabdehdən hər ay 300 manat pul tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərək, pul vəsaitinin məbləğini 50 manat müəyyən etmişdir. İddiaçı isə apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən daha artıq məbləğin təyin olunması istiqamətində məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, apellyasiya şikayətinin dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır. İddiaçı cavabdehdən ödədiyi 2000 manat kirayə haqqının yarısını təşkil edən 1000 manat tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının öz seçimi mənzil kirayə götürməsi və kirayə haqqının yarısını cavabdehdən tələb etməsi ilə bağlı xərcin bölünməli olması ailə qanunvericiliyində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi iddianı yoxlanılan digər hissələrdə də rədd edərkən göstərmişdir ki, uşağın müalicə xərcləri istisna olmaqla, uşağın geyiminə, oyuncaqlarına, paltarına və s. bu kimi çəkilmiş xərclər uşağın saxlanılması ilə bağlı təminata xidmət etdiyindən və bu hüquq cavabdehdən yaşayış minimumundan az olmayan aliment tutulmaqla təmin edildiyindən, iddia tələbi qeyd olunan xərclərə münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiy ası bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının tələb etdiyi həmin xərclərin əlavə xərc kimi cavabdehdən tələb olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin tərkibinə həmçinin uşağın yeməyi və s. analoji xərclərin qarşılanması daxildir. Birinci instansiya məhkəməsi uşağın doğumuna kimi çəkilmiş xərclərə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş sənədlərinə ilə iddiaçı tərəfindən 639 manat xərcin çəkildiyi müəyyən edilmişdir. ondar artıq məbləğdə isə iddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi “Whatsap” yazışmasında qeyd edilən 1500 manat klinika ödənişinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, h əmin yazışma sırf klinika xərcləri üçün 1500 manat ödənilməsini sübuta yetirmir. İddiaçı həmçinin Ailə Məcəlləsinin 81-ci maddəsinə əsaslanaraq cavabdehin əlavə xərclərlə iştiraka cəlb olunmalı olmasını iddia etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişs ə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Bununla yanaşı, qeyd edilməlidir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar uşaqlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Həmçinin qeyd edilməlidir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğ u əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlillərinə görə, ödənilmiş dövlət rüsumunun böyük hissəsinin iddiaçıya aid edilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Apellyasiya instansiyası tərəfindən müəyyən olunmuş işin halları nı və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmamışdır. Məhkəmə sübutları tam araşdırmamış, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib- edilməməsinin səbəblərini göstərməmişdir. Məhkəmə cavabdehin hazırda xarici ölkədə ali təhsil alması barədə və həmin səbəbdən maddi imkanının kifayət olmaması barədə gəldiyi nəticə əsassızdır, məhkəmə həmin faktı araşdırmamış, cavabdehin AFR-da ali təhsil alması barədə hər hansı səlahiyyətli orqan tərəfindən təsdiq olunmayan sənədə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTB İQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir; Maddə

34. Nikah hüququ İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir; İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məh kəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 15. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu: Maddə

5. Ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil ol maq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. 16. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 18, 1-ci bənd. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq h üquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; Maddə

5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; Maddə

13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə

19. Val ideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir; Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir; Maddə 3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyin ə zidd həyata keçirilə bilməz. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı; Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun ola raq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; Maddə 81.2. Validey nlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlill iyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 19. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir), 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğdə müəyyən edilmişdir. 20. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən (xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir), 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğdə müəyyən edilmişdir.

21. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəx slərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərar: “Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diq qətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.” “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar: “Yaşayış minimu mu haqqında” Qanunun Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakıları qeyd edir.... Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkə mə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.”

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir; Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ail ə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Bənd 8.5. Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etmə lidir (MPM-in 77.3 maddəsi). KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, cavabdeh iddianın təmin olunan hissəsi ilə razılaşaraq, ondan şikayət vermədiyi üşün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız iddia rədd olunan hissədə və ka ssasiya şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. İlk olaraq, cəmiyyətin əsas özəyi olan ailə, xüsusən də uşaqlar dövlət tərəfindən müdafiə edilir və dəstəklənir. Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları milli qanunvericiliklə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də təsbit olunmuşdur. “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Mülki və siyası hüquqlar haqqında” Beynəlxalq Pakt, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Pakt, “Uşaq hüquqları haqqında” Konvensiya, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağ lı müddəaları nəzərdə tutmaqla yanaşı, həmin hüquqların müdafiəsi ilə bağlı dövlətin pozitiv öhdəliklərini də müəyyənləşdirmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Azərbaycan Respublikasının Konstitusiyasında da cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması təsbit edilmişdir.

30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mən əviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.20 12-ci il tarixli Qərar).

31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

32. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir.

33. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

34. Həmçinin, eyni qanunvericilikdə məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: 1) aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; 2) sabit pul məbləğində.

35. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment ve rməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

36. Alimentin sabit məbləğdə tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Başqa sözlə, alime ntin sabit pul məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll edilə bilməz.

37. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin ödənilmiş dövlət rüsumunun böyük hissəsinin iddiaçıya aid edilməsinin işin faktiki hallarına uyğun olmaması barədə dəlili əsassızdır. Belə ki, iddianın xərclərin bölünməsi tələbinin əksər hissəsi rədd edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin həmin məbləğə mütənasib olaraq iddiaçıya aid edilməsi qanuni olmuşdur.

38. Şikayətin məhkəmənin sübutları tam araşdırmamasına dair dəlili isə işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.

39. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3143/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar