Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3820/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Maraqlı şəxsnə qarşı iş üzrə QƏRARİ Kateqoriya: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, şəxsin ölmüş elan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1191/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi xx.xx.1970-ci ildə X14 ilə rəsmi nikah əsasında ailə qurmuşdur.
2. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Quba rayonunun Çiçi kəndində 1900-cü ildə doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum qaynatası X5 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşının atası mərhum X4 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evini adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, mərhum qayınatasının ölməsi haqqında ölüm şəhadətnaməsi alınmamışdır. Adına işlənmiş xx.xx.1973-cü il tarixli, 2 LK N2 584632 saylı qısa müddətli pasportdan görünür ki, X9 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. X9 xx.xx.1983-cü ildə Xaçmaz şəhərində vəfat etmiş və Qaraqurtlu kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt qayınatasının adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi və Xaçmaz rayonunun Qaraqurtlu kənd qəbirstanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz rayon 1 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli rəsmi aktla, habelə qəbir daşındakı yazılarda göstərilən fotoşəkillə təsdiq olunur. Qayınatas ının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli,18-1-43/2-3618/2023 saylı arayışı ilə təsdiq olunur. Ölüm şəhadətnaməsinin alınmaması Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 382 saylı məktubu ilə təsdiqlənir. Həmin məktubda göstərilir ki, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə Maraqlı şəxsndə X5 ölümünün qeydə alınıb alınmaması yoxlanılmış, X9 barəsində ümumrespublika elektron məlumatları yoxlanılmış, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum X1 barəsində ölüm faktının müəyyən edilməsi yuxarıda göstərildiyi kimi vərəsəlik məsələlərin həlli üçün əhəmiyyət kəsb edir.
5. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, uşaq vaxtından ərizəçi ilə qonşudur. Onun əri Qafar olmuşdur. Ərizəçinin qayınatası Nuhi, qayınanası Həcər olmuşdur. Onların hamısı ölmüşlər. Qafarın kiçik qardaşı olmuş, o da Qafardan əvvəl vəfat etmişdir. Ərizəçinin qayınatası Nuhi çoxdan ölmüşdür, dəqiq vəfat etdiyi tarixi bilmir, ondan sonra arvadı Həcər ölmüşdür. Ərizəçinin qayınatası Nuhinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. Notarial qaydada verdiyi ərizədə ərizəçinin qayınatası Nuhinin ölüm tarixini ərizəçinin dediyinə əsasən qeyd etmişdir. Nuhinin atasının adının necə olduğunu dəqiq bilmir.
6. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Onun əri Qafar olmuşdur. Ərizəçinin qayınatası Nuhi, qayınanası Həcər olmuşdur. Onların hamısı ölmüşlər. Qafarın kiçik qardaşı olmuş, o da Qafardan əvvəl vəfat etmişdir. Ərizəçinin qayınatası Nuhi çoxdan ölmüşdür, dəqiq vəfat etdiyi tarixi bilmir, ondan sonra arvadı Həcər ölmüşdür. Ərizəçinin qayınatası Nuhinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. Notarial qaydada verdiyi ərizədə ərizəçinin qayınatası Nuhinin ölüm tarixini ərizəçinin dediyinə əsasən qeyd etmişdir. Nuhinin atasının adının necə olduğunu dəqiq bilmir.
7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-728/2024 nömrəli qətnaməsi ilə (hakim-Sərxan Səmədzadə) ərizə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdə ərizəçinin qayınatasının adında və ata adında uyğunsuzluq vardır. Bəzi sənədlərdə onun ad, soyad, ata adı X9, bəzi sənədlərdə isə X2 qeyd olunub. Belə olduğu halda şəxsin ölmüş hesab olunması məsələsi məhkəmə tərəfindən müəyyən edilə bilməz.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1, 193.2, 194-cü, Mülki Prosessual Məcəllənin 307.2.8, 308, 309-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Ərizəçi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı ərizə 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum X1 xx.xx.1983cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədədir. Xaçmaz rayon İK-nin Xaçmaz rayon X18 tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İİ-LK № 584632 saylı qısa müddətli pasportdan görünür ki, X9 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. Ərinin ölüm haqqında şəhadətnaməsində soyadının Şixiyev, adının Qafar, ata adının isə Nuhi olduğu aydın şəkildə göstərilmişdir. Evlənmə haqqında şəhadətnamədə də həyat yoldaşının soyadının Şixiyev, adının Qafar, ata adının Nuhi olduğu qeyd olunur. Həyat yoldaşının doğum haqqında şəhadətnaməsi rus dilində tərtib edildiyinə görə atasının adı Noqi kimi qeyd edilmişdir. Qaynatasının atasının adının Məmmədrəsul kimi qeyd edilməsi onun ölüm faktının müəyyən edilməməsinə səbəb ola bilməz. Çünki adına verilmiş qısa müddətli pasportda atasının adı Məhəmməd olaraq göstərilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1191/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətn aməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sənədlərə əsasən xx.xx.1983-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi tələb olunan X5 ata adlarında ciddi fərqlənmə vardır. Belə olan halda qeyd olunan şəxslərin qohumluq əlaqəsi, o cümlədən X5 ərizəçinin qaynatası olması həmin sənədlərlə müəyyən olunmur. Həmçinin qeyd edilən faktların müəyyən edilməsi hazırkı məhkəmə baxışının predmeti deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək qətnam ənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edilmişdir.
14. Kassasiya şikayəti Notariat haqqında Azərbaycan Respublikasının qanunun 59cu, Mülki Prosessual Məcəllənin 307.1, 307.2, 307.2.8-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
16. Maddə
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
17. Maddə 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixl i 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə ”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
18. Maddə 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
19. Maddə 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.
20. Maddə 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 27. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
28. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
29. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Konstitusiyanın 26-cı maddəsinə və 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasi tələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
37. Məhkəmələrdə müraciətlərə (ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
38. Həmin Məcəllənin 4.1-ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxs lər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icr aatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur.
40. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilmə sinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri).
41. Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir.
42. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər.
43. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə).
44. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir.
45. Baxılan işdən aydın olur ki, ərizəçinin xahişi mərhum qayınatasının ölüm faktının müəyyən edilməsi ilə bağlıdır.
46. Ərizədən görünür ki, vəfat etmiş şəxsdən miras əmlak qalmış, miras onun (ərizəçinin) həyat yoldaşı tərəfindən faktiki olaraq qəbul olunmuş, lakin həyat yoldaşı sağlığında mirasın rəsmi qəbulu ilə bağlı hərəktləri yerinə yetirməmiş, onun tərəfindən mirasın rəsmləşdirilməsinin həyata keçirilməsi zamanı miras qoyanın, yəni qayınatasının ölüm haqqında şəhadətnaməsinin alınmaması ona məlum olmuşdur. Ona görə miras qalmış əmlakın rəsmləşdirilməsi baxımndan hazırkı faktın müəyyən edilməsini əhəmiyyətli hesab edir.
47. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr qeyd etmişlər ki, mərhuma məxsus olan hüquqmüəyyənedici sənədlərdə onun adı və atasının adında uyğunsuzluq olduğu üçün həmin faktın (ölüm faktının) başlanmış icraat daxilində həll edilməsi mümkünsüzdür.
48. Məhkəmə kollegiyası məhkəmələrin həmin mövqeyi ilə razılaşmır və ilk olaraq qeyd edir ki, vəfat etmiş şəxsə şəxsiyyətini təqsiq edən pasport verilmiş və həmin sənəddə onun adının (ad, soyad və ata adının)– X12ması qeyd edilmişdir.
49. Həmin sənədlə uy ğunsuzluq təşkil edən sənəd isə ərizəçinin həyat yoldaşının, yəni vəfat etmiş və ölüm faktının müəyyən olunması xahiş olunan şəxsin oğlunun doğum haqqında şəhadətnaməsində olan ata qrafasında şəxsin adının X3 qeyd edilmişdir.
50. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədə ərizəçinin həyat yoldaşının adı – X8 qeyd edilmişdir.
51. Qeyd edilməlidir ki, sənədlər arasında uyğunsuzluğun olması aşkardır, lakin işdə olan digər sübutların (yazılı sübutlar və şahid ifadələrinin) qarşılıqlı yoxlanmasından sonra, məhkəmə ərizəçi ilə Mülki Prosessual Məcəlləninin 167-ci maddəsində nəzərdə tutulanlarla bağlı müvafiq müzakirələr aparmalı, ərizəçiyə əlavə sübutların təqdim olunması ilə bağlı hüququnun olması izah olunmalı idi. Lakin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən son radan uyğunsuzluq olaraq qəbul etdiyi hallarla bağlı ərizəçi ilə heç bir müzakirə aparmamış və ona əlavə sübutlar təqdim etmək üçün imkan yaratmamışdır. Uyğunsuzluq təşkil edən sənədi verən orqandan müvafiq arxiv arayışının alınması təmin olunmadığından sənədlər arasında uyğunsuzluğun həqiqətən mövcud olması və ya qeydin texniki səhv olaraq aparılması aydınlaşdırılmamış qalmışdır. Həmin qətnaməni qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsi isə göstərilən halların mövcudluğuna, yəni zəruri araşdırmanın aparılmamasına diqqət yetirməmişdir.
52. Nəzərə alınmalıdır ki, məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir, işin baxılma qaydası iddia icraatı qaydasında aparılmalı olmasına baxmayaraq tələb hər hansı qarşı tərəf yönəlməyib, hüquq barədə mübahisə yoxdur (baxılan iş üzrə hüqu q barədə mübahisənin olması da mümkünsüzdür, çünki bu faktın müəyyən olunması vərəsəliyə çağrılmalı olan şəxslərin hər hansı birinin hüququnu məhdudlaşdırmır, əksinə onlara münasibətdə də mirasın qəbul edilməsi ilə bağlı maneə aradan qalxmış olur), göstərilən (bu qərarın 47-ci bəndində göstərilənlər üzrə) qaydada ərizəçiyə hazırlıq iclasında yardım göstərilməsi çəkişmənin pozulmasına səbəb olmur.
53. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı m üzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır.
54. Nəzərə alınmalıdır ki, hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri).
55. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əks ini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı).
56. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi sənədlər arasında uyğunsuzluq olmasına əsaslanaraq işin bütün halları aydınlaşdırmadan, ərizəçinin təqdim etdiyi bütün sübutlara hüquqi qiymət vermədən, heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranmasını nəzərə almayaraq əsassız nəticəyə gəlmişdir.
57. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən f ormalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlar).
58. Odur ki, məhkəmə kollegiyası belə qətnamə gəlir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün həmin geri qaytarılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub mə hkəmə kollegiyası q ə r a r a aldı: Kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1191/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.