Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3823/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, Azərbaycan Respublikası Respublika X18 Mərkəzi “Külək» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, Azərbaycan Respublikası Respublika X18 Mə rkəzi “Külək» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10227/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli yaşayış sahəsi - ünvan və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evi X8 xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuşdur.
2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 QSC-nin cavabdenlər İd diaçı, X5, X6 və X9 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı, X1, X2 və X7 müştərək qaydada əsas borc üzrə 42587.37 ABŞ dolları, faiz borcu üzrə 13820.09 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 57407.46 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə həmçinin 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması ilə bağlı ödənilmiş 10 manat və 20 manat xidmət haqqı olmaqla, cəmi 60 manat məbləğində pulun iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X3 mülkiyyətində olan ünvan və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, h əmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlər İddiaçı, X1, X2 və X7 müştərək qaydada iddiaçı Cavabdeh1 QSCnin xeyrinə tutulması, ünvannin ilkin satış qiymətinin 91000 manat məbləğində müəyyən edilməsi fərdi yaşayış evi satıldıqdan bir ay sonra X3 evdən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və evdən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə sözügedən qətnamə qismən, iddianın cavabdehlər X6, X10 və X9 qarşı zamin kimi təmin olunan və ipoteka p redmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilmiş və zaminlərə aid hissədə iddia təmin edilməmiş, ipoteka predmeti olan ünvannin ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3835/2020 saylı qərarına əsasən apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə aktı icraya yönəldilmişdir. Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli yaşayış sahəsinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə prot okolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, icra şöbəsi cavabdeh hərrac xidməti ilə birlikdə qanunvericiliyin tələblərini pozaraq, məlumatı olmadan pandemiya şəraitində, Nazirlər Kabinetinin qərarlarının əleyhinə olmaqla hərrac təşkil etmiş, mənzili tələbkara təklif etmişdir. Halbuki, əvvəlki iki hərracı keçirdikdən sonra hər iki bildirişi bir konvertə yerləşdirib geri tarixlə onlara xüsusi çatdırılma vasitəsi ilə göndərilmiş, sonuncu hərracın isə kəskin karantin vaxtı, harada, hansı şəraitdə keçirilməsi məlum deyil. Belə ki, həmin tarixdə Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin hərracın keçirilməsi mümkün deyildir. Bundan sonra cavabdehə teleqram vuraraq, hərracın nəticəsinin ləğv edilməsini tələb etsə də, tələb yerinə yetirilməmişdir. Həmçinin keçirilmiş hərrac protokollarının ona təqdim edilməsini tələb etsə də, protokollar təqdim edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda sözügedən hərrac barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8-ci maddələrinin mənasından da göründüyü kimi ipotekaya o vaxt xitam verilə bilərdi ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Göründüyü kimi, hərrac keçirilərkən hərracın keçirılməsi qaydaları pozulmuşdur.
8. İddiaçı tələbinin qanuni əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8-ci maddələrinə istinad etmişd ir.
9. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X11 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə dair keçirilmiş hərrac tam qanunidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilmişdir. Hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmişdir.
10. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən; 11. "xxxx" MMC tərəfindən tələbkar və borclulara hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli bildiriş göndərilərək 01 dekabr 2020-ci il saat 11:0017:00-dək (növbəlilik əsasında) hərracın keçirilməsi bildirilmişdir. İddiaçı mübahisəli ünvana və X6 ünvan 1na göndərilən sözügedən bildiriş lər xx.xx.2020-ci il tarixdə Z.Əzizovaya təqdim edilmiş və sonuncu tərəfindən bu barədə qaimələr imzalamışdır. 12. "xxxx" MMC tərəfindən tələbkar və borclulara 02 dekabr 2020-ci il tarixli, 02 nömrəli bildiriş göndərilərək 14 dekabr 2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) hərracın keçirilməsi bildirilmişdir. İddiaçı mübahisəli ünvana və X6 ünvan 2 ünvanına göndərilən sözügedən bildirişlər xx.xx.2020-ci il tarixdə Z.Əzizovaya təqdim edilmiş və sonuncu tərəfindən bu barədə qaimələr imzalanmışdır.
13. Mübahisəli mənzilə dair hərracın keçirilməsi barədə elan “Birja” qəzetinin 04 noyabr 2020-ci il tarixli, 01-07 dekabr 2020-ci il tarixli və 16 dekabr 2020-ci il tarixli buraxılışlarında dərc edilmişdir. 14. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli təklif göndərilərək mübahisə li yaşayış sahəsi ipoteka saxlayana 63750 manata təklif edilmiş, sözügedən təklif xx.xx.2020-ci il tarixdə İddiaçı mübahisəli ünvan üzrə, X4 ünvan 3 ünvanı üzrə göndərilərək təqdim edilmiş, müvafiq qaimələr imzalanmışdır.
15. Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 26 iyul 2021-ci il tarixli, 2(005)-1855/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh "Accessbank” QSC iddianı qəbul etmir, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını bildirir.
17. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlmişdir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar “Birja Yenilikləri” Qəzetinin 2020-ci ilə aid olan 222, 225 nömrəli buraxılışlarında dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Qanunun” 41.2, 41.3, 41.5, 42.1, 42.3, 46.1-ci, Mülki Prosessual Məcəllənin 14, 77.1, 88-ci maddələri “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır və qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) 2(103)-10227/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Cavabdeh3 qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, hərrac iştirakçıları məlumatlandırılmışlar.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 416, “İpoteka haqqın da” Qanunun 41.2, 42.1, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 44-cü maddələrinə, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı(Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində sadalanan tələblərin heç biri həyata keçirilməmişdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipotekasaxlayana və ipotekaqoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Lakin göründüyü kimi, iddiaçı bu hüquqdan məhrum edilmişdir.
27. Mübahisəli hərracın keçirilməsi üzrə təqdim edilmiş sənədlərdən də göründüyü kimi qeyd edilən hüquq normaları pozulmuş, müddətlərə əməl edilməmişdir. İddiaçıya göndərilmiş bildirişin 3-ü bir konvertə yerləşdirilərək, hərrac keçirildikdən sonra təqdim edilmişdir. Eyni zamanda sonuncu hərracın keçirildiyi vaxt xx.xx.2021- ci il tarixdə (Pandemiya qadağalarına görə bütün məhkəmə və toplaşma qadağan olunmuş vaxtda) iddiaçı həmin ünvanda olmuş, lakin həmin ünvanda heç bir hərrac keçirilməmişdir. Bununla əlaqədar iddiaçı həmin tarixdə hərrac keçirən şirkətə teleqram da ünvanlamışdır.
28. Məhkəmə təqdim edilmiş sübutları (konvertləri ilə birlikdə təqdim edilmiş bildirişləri və poçt teleqramı) qiymətləndirməmişdir. Məhkəmə mübahisəni iddia tələbini rədd etməklə həll etmişdir. Bu qənaətə gələrkən nəyə istinad etdiyini əsaslandırmamış və təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Çünki iddiaçının istinad etdiyi hallar işdəki digər sübutlarla öz təsdiqini tapmışdır.
29. Kassat or şikayətində Mülki Məcəllənin 416.1, 416.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.4-43.8, 44, MPM-nin 77.1, 88.1-ci maddələrinin tələblərinin pozulmasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarının düzgün tətbiq edilməməsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
32. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
33. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun:
34. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipote ka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
35. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 3 0 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
36. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndiri lməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
37. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
38. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir:
39. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hə rrac keçirilir.
40. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
41. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
42. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tut ulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
43. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
44. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respubli kasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
55. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
56. İddia tələbi hərracın etibarsızlığı barədədir və iddiaçı tələbinin əsası kimi hərracın qanunverciliyə uyğun qaydada keçirilməməsinə (ona bildirişin hərracın keçirilməsindən sonra göndərilməsinə, hərrac barədə məlumatının olmamasına) istinad edib.
57. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, habelə hərrac barədə KİV-də elan verilməsi, hərracla bağlı bildiriş gön dərilməsi təsdiq edilmişdir.
58. Bununla yanaşı qeyd edilməlidir ki, F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2- ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
59. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. İşin müəyyən edilmiş hallarına görə ipotekaqoyan, ipoteka saxlayana bildiriş göndərilib.
60. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10227/2021 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.