Məhkəmə qərarları › İş №2(102)-3823/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3823/2025

12.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3823/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi, müqavilə müddəti, əmək müqaviləsinin müddətli bağlanmasının zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2025-ci il tarixli 2(103)-3503/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X6 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzinə baş aqronom vəzifəsinə işə qəbul edilmişdir. 2. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli, 467 n ömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, X6 və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “Agentlik”) yaradılmışdır.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli, 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2021-ci il 7 may tarixli, 132 nömrəli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və X11 laboratoriyaları Agentliyin tabeliyində olan LESM-ə birləşdirilmişdir.

4. Cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilmiş və həmin tarixdə də Agentliyin Laboratoriya, Ekspertiza və X3 X9 Analizləri şöbəsində baş aqranom vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə şöbənin müdiri vəzifəsinə keçirilmişdir.

5. Agentliyin xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1- 528/2024 saylı əmrinin ləğv edilməsi və onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yeri olan Agentliyin Laborotoriya, Ekspertiza və X2 X9 analizləri şöbəsinə müdir vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir, eyni zamanda da göründüyü kimi, iddiaçının işlədiyi iş daimi xarakterlidir və bu da qabaqcadan bəllidir. İddiaçı xx.xx.2018-ci il tarixdən Agentlikdə işə qəbul olunmuşdur və fasiləsiz olaraq 5 ildən artıq işləmişdir. Əmək Məcəlləsi imperativ olaraq göstərir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əsas kimi də müqavilənin müddətinin bitməsi göstərilmişdir.

8. Cavabdeh iddiaya etiraz təqdim etmişdir. Etirazda göstərilib ki, iddiaçı xx.xx.2018ci il tarixindən Agentlikdə yox, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X6 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzinə baş aqronom vəzifəsinə təyin edilmişdir. Agentlik “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqınd a” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli, 467 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X6 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli, 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının 1.10.3-cü yarımbəndindən aydın olur ki, Laboratoriya, Ekspertiza və X1 tabeliyindəki qurumdur. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrü fatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli, 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli, 132 nömrəli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və X11 laboratoriyaları cavabdehin tabeliyində olan LESM-ə birləşdirilmişdir. İddiaçı cavabdehin 2019-cu il 4 noyabr tarixli, 150k nömrəli əmri ilə Agentliyin LESM-in X7 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsindən keçirilməklə xx.xx.2019-cu il tarixindən həmin şöbənin m üdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X6 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzində baş aqronom vəzifəsində işləsə də, o, cavabdehin LESM-nin X7 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsinə keçirilməklə məhz xx.xx.2019-cu il tarixindən həmin şöbənin müdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. İddiaçı cavabdehin 2024-cü il 1 oktyabr tarixli, 3-22-1/3-1- 528/2024 nömrəli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək xx.xx.2024-cü il tarixdən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşıyırdı. Bununla yanaşı, şö bə müdiri vəzifəsi üzrə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmişdir. Tərəflərdən birinin müddətin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi barədə fikir ifadəsi, digər tərəfin razılıq bildirməsindən asılı olmayaraq, müddətli əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman cavabdeh tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 2024-cü il 24 sentyabr tarixli, 3-22-1/2-H-1- 823/2024 nömrəli bildiriş göndərilmiş və 2024-cü il 1 oktyabr tarixində əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə iddiaçı əmək münasibətlərinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır.

9. Məhkəmə baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, ilk dəfə 2018-ci ildə müqavilə ilə toxumçu aqronom kimi işə başlamışdır. Həmin vaxt 3 ay müddətinə müqavilə bağlanırdı. Sonra işlədiyi qurum Agentliyə birləşdirildi. Onun əmək müqaviləsi və peşəsi əslində müddətsiz idi. İşi mövsümi deyil, daimi olmuşdur. Laboratoriya işi olduğu üçün o, daimi işləmişdir. Yay mövsümündə sahələrə çıxıb qiymətləndirmə edir, qış mövsümündə isə anbarlardan toxum gətirilərək laboratoriyada yoxlanılır və sertifikat alınır. Müqavilələrin müddətini hər dəfə 3 ay uzadırdılar. Müddətli müqavilə bağlayıb-bağlamamasını onlardan soruşmurdular. İşçilər soruşanda bildirirdilər ki, onlarda qayda belədir.

10. Məhkəmə baxşında cavabdehin nümayəndəsi etirazda qeyd edilənlərə əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Regional Mərkəzdə əmək fəaliyyətinə başl amışdır. Əmək Məcəlləsinə əsasən müqavilə 3 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 3 aylıq bağlanmasından iddiaçı məlumatlı olmuşdur. Sonradan isə iddiaçı ilə bağlanmış müqaviləyə müddət bitdiyi üçün xitam verilmişdir. İddiaçı ilə müqaviləyə xitam verilərkən bütün qaydalara əməl edilmişdir. Həmçinin iddiaçının fəaliyyətində müəyyən qüsurları da olmuşdur. 2023-2024-cü illərdən başlayaraq, aprobasiya prosesi koordinatlar müəyyən edilməsi əsasında həyata keçirilir. Hər mövsüm üçün aprobasiya başlamazdan əvvəl siyahı müəyyən edilir və müvafiq qaydada təlimatlandırılır. Burada tapşırıqlara əməl edilməyib. 40 ha ərazinin 80-85% hissəsində aprobasiya prosesi düzgün aparılmamışdır və həmin hissədə əkin olmamışdır. Koordinatlar ilə bağlı nöqsanların aşkar edilməsi üzrə iddiaçı tərəfindən zə ruri məlumatlar gec verilmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)1073/2025 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1528/2024 saylı əmrin ləğv edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi və iddiaçının əvvəllər tutduğu - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X2 X9 analizləri şöbəsinə müdir vəzifəsinə bərpa edilməsi, cavabdehdən xx.xx.2024-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Nərgiz Tağıyeva)

12. Birinci instansi ya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X6 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzinə 3 ay müddətinə baş aqronom vəzifəsinə təyin olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2019-cu il tarixi əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi əsasında xitam verilmişdir, eyni tarixdən Agentliyin Laborotoriya, Ekspertiza və X2 X9 analizləri şöbəsinə baş aqronom, xx.xx.2019-cu il tarixdən isə şöbə müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2024-ci il tarixli əmrlə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı, qurumda 5 ildən artıq işlədi yinə və əmək funksiyasının müddətsiz xarakter daşıdığına, müddətin bitməsi səbəbindən onunla əmək müqaviləsinə xitam verilməsinin əsassız olmasına istinad edərək, əmrin ləğv edilməsi, işə bərpa edilməsi və müqavilənin müddətsiz bağlanmış hesab edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə əvvəlki qurumda müəyyən struktur dəyişikliklərinin baş verdiyinə, cavabdehin ilk dəfə işə götürülərkən başqa qurumun tərkibində olmasına, cavabdeh təşkilatda xx.xx.2019-cu il tarixdən işlədiyinə, 5 il tamamında müqaviləyə xitam verildiyinə, həmçinin əmək fəaliyyətində müəyyən qüsurların olduğuna əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd edib ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə bil əcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

14. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin müvafiq normalarına istinadən iddiaya hüquqi qiymət verərkən göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə ba şlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

15. Hazırki işin hallarına görə iddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X6 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzinə baş aqronom vəzifəsinə təyin olunmuşdur. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirl iyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X6 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin istinad etdiyi əsas məqam da iddiaçının 2018-ci ildən işlədiyi və 2019-cu ildə ləğv edilmiş X6 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin onlara aid olmamasıdır. X5 da göründüyü kimi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi məhz həmin qurumların əsasında yaradılmış, yəni Fərmanda adıçəkilən qurumların hüquqi varisi qismində çıxış etmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd edilənlər baxımından hesab etmişdir ki, iddiaçının əvvəlki qurumda xx.xx.2018-ci il tarixindən işlədiyi nəzərə alınarsa, 5 ildən çox fasiləsiz çalışdığı müəyyən edilir. Həmçinin iddiaçı ilə əvvəlki qurum arasında bağlanmış əmək müqaviləsinə məhz yeni yaradılan qurumun, yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2019-cu il tarixli əmri ilə öz xahişi əsasında xitam verilmiş, eyni tarixdə idiaçı yenidən X10 Şöbəsinə baş aqronom vəzifəsinə təyin edilmişdir.

18. Birinci instansiya məhkəməsi həmçinin onu da vurğulamışdır ki, göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olmasına baxmayaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Bu hal Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri ilə uzlaşmır.

19. Cavabdehin, tərəflərin könüllü razılığı ilə müddətli müqavilə bağlanması barədə etirazına münasibətdə birinci instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, q ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

20. Bu baxımdan, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İddiaçının 2018-ci ildən işlədiyi və əmək funksiyası müddətsiz xarakter daşıdığı, müddətli müqavilə bağlanması üçün hər hansı əsas olmadığı, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan iş üçün hər dəfə 3 ay müddətinə yeni əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür addım atması, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Hazırkı mülki iş materiallarından isə görünür ki, tərəflər arasında yaranan əmək münasibətləri xarakter etibarilə müəyyən müddətə əmək müqaviləsinin bağlanması üçün əsas ola biləcək formada olmamış dır. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin və göstərdiyi xidmətin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda, məhz onun tərəfindən əmək müqaviləsində müddətin müəyyən edilməsi, başqa sözlə müddətli əmək müqaviləsinin bağlanması, iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Qeyd olunduğu kimi, iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. Beləliklə, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Hazırkı işdə bu hal müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımışdır. Müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əsl niyyəti və iradəsini ehtiva etmir. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.

21. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işçi işə bərpa edilərkən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin müəyyən edilməsində məhkəmə, iddiaçının tələbindən asılı deyildir. Göstərilənlərə əsasən hazırkı iş üzrə əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin təl əblərinə zidd olduğundan əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa tələbinə dair iddia təmin edilməli, həmçinin iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 35-ci, Əmək Məcəlləsinin 45, 47, 68, 73, 74, 76 və 300-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasın a dair” xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsində əmək müqaviləsinin müddətinin 5 ildən artıq davam etməsi müəyyənləşdirilərkən işin daimi xarakterə malik olması ilə bağlı hər hansı bir tələb müəyyənləşdirilməmişdir. Belə ki, müddətli əmək müqaviləsi üzrə yerinə yetirilən işlər daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, müqavilənin 5 ildən artıq davam etməsi onun müddətsiz hesab edilməsi üçün əsasdır. İkincisi, sözügedən maddənin 5-ci hissəsində hər hansı əmək müqaviləsinin fasiləsiz olaraq davam etməsi halında müddətsiz hesab edilməsindən bəhs olunur. Lakin birinci instansiya məhkəməsi qətnamədə iddiaçı ilə 2018-ci il 16 noyabr tarixli əmək müqaviləsinə xitam verilməsini, onunla 2019-cu il 01 oktyabr tarixində yeni əmək müqaviləsinin bağlanmasını və həmin müqaviləyə xitam verilərkən 5 ildən artıq davam etməməsini görməzdən gələrək, 5 illik müddətin şəxsin müəssisədə işləməyə başladığı vaxtdan hesablanmalı olduğunu qeyd etmişdir. Halbuki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində işçi ilə işəgötürən arasında əmək münasibətlərinin deyil, konkret əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etməsindən bəhs olunur. Məhkəmə normanın tətbiqi zamanı qanunvericinin göstərişindən tamamilə fərqli mövqe t utmuş, eləcə də qətnamənin əsaslandırıcı hissəsində normanın hansı səbəbdən Məcəllədə qeyd edilən kimi deyil, fərqli formada tətbiq edilməsinə dair heç bir əsaslandırma gətirməmişdir. 2024- cü il 28 iyun tarixli dəyişikliklərə qədər əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılırdı. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə əsasən, müqavilə 2019-cu il 1 oktyabr tarixindən 2020-ci il 1 yanvar tarixinədək 3 (üç) ay müddətinə bağlanılmışdır. İddiaçı həmin müqaviləni imzalamaqla müqavilədə qeyd olunan məlumatlara öz razılığını rəsmi şəkildə bildirmişdir. Bundan əlavə, iş üzrə 2025-ci il 12 fevral və 10 mart tarixlərində keçirilmiş məhkəmə iclaslarında da iddiaçı əmək müqaviləsi bağlanılarkən müddətli olmasından xəbərdar olduğunu etiraf etmiş və müqavilənin hər dəfə 3 (üç) aylıq müddətə uzadıldığını bildirmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cari halda iddiaçının işə qəbul edildiyi tarixdən müqavilənin müddətli bağlanmasından xəbərdar olduğu halda, uzun müddət keçməsinə baxmayaraq, sözügedən məsələni mübahisələndirməməsi və ya bununla bağlı məhkəməyə müraciət etməməsi onunla müddətli əmək müqaviləsi bağlanarkən qarşılıqlı razılığın mövcudluğunu təsdiq edən digər bir faktdır. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi 2019-cu ildən 2024-cü ilədək olan dövrdə uzun müdd ət qüvvədə olmuş, hər dəfə müqavilə tərəflərinin əmək münasibətlərini davam etdirmə istəyinə uyğun olaraq, əvvəl müəyyən edilmiş müddətə (3 ay) uzadılmışdır. Lakin 2024-cü ildə əmək funksiyalarının icrası zamanı (toxumluq əkinlərin aprobasiyası) müvafiq tələblərə əməl etmədiyi, əvvəllər işlədiyi regional mərkəzin rəhbəri olmuş şəxsin toxumluq əkin sahəsinə baxış keçirilməsi zamanı təqdim etdiyi rəyin həqiqətə uyğun olmadığı və bununla da maraqların toqquşmasına yol verdiyi üçün iddiaçı ilə əmək müqaviləsinin növbəti dəfə uzadılmamasına qərar verilmişdir. Belə ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi cavabdehin istənilən vaxt rahatlıqla işdən çıxarma istəyi ilə deyil, iddiaçının əmək funksiyalarının icrasında kobud pozuntulara yol verməsi ilə bağlı olmuşdur. Bundan əlavə, iddiaçı ilə ə mək münasibətlərinin davam etdiyi dövrdə o, digər əməkdaşlarla heç bir ayrı seçkiliyə yol vermədən əmək qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş təminatlarla təmin edilmişdir. Lakin məhkəmə naməlum səbəbdən iddiaçının hansısa təminatlardan məhrum edilib-edilmədiyini müəyyənləşdirməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2025-ci il tarixli, 2(103)-3503/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Namiq Cəfərov)

26. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd edib ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yan ında X6 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzində baş aqronom vəzifəsində işləmişdir. Cavabdeh qurum Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, iddiaçının çalışdığı X6 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılmış və hüquqi nəticə etibarı ilə iddiaçının əvvəlki əmək müqavillənin tərəfi olan qurumun tənzimlədiyi sahə üzrə fəaliyyətin həyata keçirilməsi də onun səlahiyyətlərinə aid edilmişdir. Bununla belə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanı ilə səlahiyyətlər cavabdehə keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş və həmin tarixdə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı 3 ay müddətinə agentliyin Laboratoriya, Ekspertiza və X3 X9 Analizləri şöbəsində baş aqranom vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən həmin şöbənin müdiri vəzifəsinə keçirilmiş və hüquqi nəticə etibarı ilə yeni iş yeri üzrə də ilk təyin edildiyi vəzifəsində əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 9 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının əmək funksiyası isə öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin Əmək Məcəlləsinin 47-ci maddəsinin “a-ə” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni dey il, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

29. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi, müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları (tərə flərin əsl niyyəti və iradəsi, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmaması) araşdırılmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

30. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun aidiyyəti (xx.xx.2011-ci və xx.xx.2024-cü il tarixli) qərarlarında ifadə olunmuş belə bir hüquqi mövqe diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisad i baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, 2018-ci il tarixdən etibarən fasiləsiz olaraq bitki toxumlarının sertifikatlaşdırılması üzrə xidmətlərin göstərilməsi sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçının bu səlahiyyətlər cavabdehə keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifəsindən işdən azad edilməsi və həmin sahə üzrə fəaliyyət göstərməyə başlayan cavabdehin onunla eyni tarixdə və eyni vəzifəyə qəbul edilməsi ilə bağlı müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz, bu müqavilənin müddətli hesab olunması və iddiaçı ilə bağlanmış müqaviləyə müddətin bitməsi ilə xitam verilməsi üçün əsas yar atmır.

32. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlanması, əvvəlki əmək müqaviləsinin onlara heç bir aidiyyətinin olmaması, nəticədə iddiaçının fasiləsiz 5 il müddətində cavabdeh qurumda əmək fəaliyyəti ilə məşğul olmasından söhbət belə getməməsi, bununla yanaşı əvvəlki əmək müqaviləsinin də müddətli bağlanılması, əmək qanunvericiliyində də əmək müqaviləsinin müddətsiz bağlanılması dedikdə yəni 5 ildən artıq bağlanılmasının nəzərədə tutulması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçının əvvəlki iş yeri olmuş qurumun ləğv edilməsi və həmin ləğv edilmiş qurumun əsasında yaradılmışdır. Başqa sözlə, iddiaçının qurum ləğv edildikdən sonra işdən azad edilməsi və eyni tarixdə əvvəlki vəzifə ilə eyni (baş aqranom) vəzifəyə təyin edilməsi onu göstərir ki, iddiaçı əvvəlki qurumdakı əmək funksiyalarının icrası üzrə fəaliyyətinin davamı kimi yeni yaradılmış qurumda işə qəbul edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək funksiyalarının icrasında pozuntulara yol verməsi və yoxlama zamanı bu faktların aşkarlanaraq iddiaçı tərəfindən də qəbul edilməsi ilə bağlı dəlillərinə münasibətdə isə göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin hallara istinad edilmədən müddətin bitməsi əsası ilə xitam verildiyindən bu dəlillərə münasibət bildirilməsinə hər hansı hüquqi zərurət yoxdur

34. Apellyasiya instansiyası məhkəməsi məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesa b etmişdir ki, həmin hissədə məhkəmə iddiaçının tələbindən asılı deyil və birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuş və işin hallarına düzgün qiymət verərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 nömrəli əmrini ləğv etmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsini müddətsiz hesab etməklə, iddiaçını əvvəlki vəzifəsinə bərpa etmiş, həmçinin məcburi iş buraxma müddəti üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqı tutmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh (vəkil X8) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-3503/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı halda iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının işinin daimi xarakterə malik olması səbəbindən qanunsuz olması barədə qənaəti tamamilə yanlışdır. Bundan əlavə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının işinin daimi xarakterə malik olması səbəbindən qanunsuz olması və tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməməklə, onların qarşılıqlı razılığının olmaması barədə iddia, həqiqi olsa idi belə, müddətin ötməsi səbəbindən təmin edi lə bilməzdi. Belə ki, iddiaçının mövqeyinə görə onun hüququnun pozulmasını təşkil edən hərəkətlərin iddianın verilməsindən xeyli müddət əvvəl baş verməsi işin mübahisəsiz halıdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqa vilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45, 3-cü hissə. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsin də göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300, 1hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barəd ə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Ma ddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə üzrə düzgün nəticəyə gəlib, şikayətin dəlillərinə tam qiymət verib.

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2635-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin fak tiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

46. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

48. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallar ını müəyyən etmişdir.

49. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi xx.xx.2018-ci ildə bağlanmış, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxan məhkəmələrdə mübahisə olunmayıb.

50. Cavabdehin iddiaçı ilə əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli bağlaması, eləcə də, əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən müəyyən müddətə bağlanmasını zəruri edən digər əsasların olmasını apellyasiya instansiyası məhkəməsi iş materialları ilə müəyyən etməmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəl ləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən ara sında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

52. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

53. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin ol ub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

54. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

55. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış və gəldiyi nəticəni də buna uyğun əsaslandırmışdır.

56. Kassasiya şikayətinin digər dəlili də – iddia əsaslı olsa idi belə, iddia müddətinin ötməsi səbəbindən iddia təmin edilə bilməzdi – əsassızdır.

57. Belə ki, əvvəla, məhkəmə kollegiyası izah edir ki, iddia müddətinin ötməsi və bu müddətin tətbiqi cavabdehin tələbdən qorunması, onun hüquq müdafiə vasitəsidir. İşdən görünür ki, cavabdeh işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında belə bir təşəbbüslə çıxış etməyib. Yəni cavabdeh tərəfindən iddia müddətinin ötməsinə istinad edilməyib. İşə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyən və üstəlik, işin f aktiki hallarının (müddətin axımının başlaması, dayanması, kəsilməsi vaxtları, ötüb-ötməməsi və s.) araşdırılmasına yönələn dəlillər kassasiya instansiyası məhkəməsində irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Bundan əlavə, cavabdeh iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə də verməmişdir. Halbuki cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, iddiaya yazılı etiraz versə də, etirazında iddia müddətinin ötməsinə dair heç bir dəlil bildirməmiş və müddətin tətbiqini xahiş etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız m übahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, qanunvericilik iddia müddətinin tətbiqini məhkəmənin mülahizəsinə buraxmamış, bunun üçün mübahisə tərəfinin üzərinə məhkəmə qərarı çıxarılanadək yazılı ərizə vermək qaydasını müəyyən etmişdir. Bu da göstərir ki, iddia müddətinin ötməsi barədə cavabdehin dəlili, ümumiyyətlə, hər hansı əsasdan məhrumdur.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3503/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar