Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3824/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsi), işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə (ƏM-in 70-ci maddəsinin b bəndi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “İri Şəhərlərin X6 Xidm əti” X4rşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4351/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-də işə qəbul edilmişdir. 2. "xxxx" ASC-nin Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlinə əsasən xx.xx.2024-cü ildən etibarən idarədə 1 idarə rəisi və 2 idarə rəisinin müavini vəzifəsini mövcud olmuşdur.
3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. 4. "xxxx" ASC-nin Aparatının tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüş nomenklatur işçilərinin siyahısına əsasən Anbar Təsərrüfatı idarəsi üzrə idarə rəisinin müavini İddiaçı tutduğu vəzifə ixtisara düşmüşdür.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq göndərilmiş, o, ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi, onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 6. “İri Şəhərlərin X6 Xidməti” PH Ş-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu ilə qoşmada adı göstərilən şəxslərin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.
7. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. 8. “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş PHŞ-nin Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlinə əsasən xx.xx.2024-cü il tarixdən eti barən Anbar Təsərrüfatı idarəsində 1 idarə rəisi və 1 idarə rəisinin müavini olmaqla cəmi 2 ştat mövcud olmuşdur. 9. 13.12.2024-cü il tarixli akta əsasən Anbar Təsərrüfatı İdarəsinin rəis müavini İddiaçı ştat vahidi ixtisara düşdüyünə görə ona “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin Binəqədi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin rəisi vəzifəsi üzrə iş təklif edilmişdir. İddiaçı təklif olunan vəzifələrdə işləməkdən və bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Aktı İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli, Hüquq şöbəsinin müdiri Leyla Məmmədova, İnsan resursları və kargüzarlıq şöbəsinin baş məsləhətçiləri Ayşən Əliyeva və Svetlana Şıxverdiyeva öz imzaları ilə təsdiq etmişlər.
10. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərləri n X6 Xidməti” PHŞ-nin xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 12 il 4 ay 2 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 30 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.
11. İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir və o, Azərb aycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə görə təyin edilən pensiya alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmrinin ləğv olunması, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdən 101-K nömrəli əmrə əsasən "xxxx" ASC-də Maddi-texniki təchizat şöbə sində mühəndis vəzifəsində işə başlamışdır. xx.xx.2017-ci il tarixdən isə Maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli 389-K nömrəli əmrlə Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşdüyü və 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Su Təsərrüfatı X2 Respublika komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubu ilə ştat ixtisarı ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti ic ra edən Tahir Xəlilovun xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmrinə əsasən Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsində çalışan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X6 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Beləliklə də işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarı ilə işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Yəni, iddiaçının tutduğu vəzifənin hansı zərurətdən irəli gələrək ixtisar edilməsi əmrdə əsaslandırılmamışdır ki, bu da iddiaçıya qarşı qərəzli mövqeyin olduğunu dolayısı ilə təsdiq edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin aparatının yeni ştat cədvəlində və cavabdeh təşkilatın yeni strukturunda Anbar Təsərrüfatı İdarəsi saxlanılmışdır. Əmrin əsaslandırılmaması həm də onunla sübut edilir ki, Agentliyin xx.xx.2024-cü il tarixli 002/1 nömrəli əmrində işçilərin ştat cədvəlinə uyğun yerləşdirilməsi göstə rişi verilmişdir. Ona görə də əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə ştat ixtisarının zəruriliyi əsaslandırmamışdır. "xxxx" ASC idarə heyəti sədrinin xx.xx.2024-cü il tarixində təsdiq etdiyi "xxxx" ASC-nin aparat işçiləri üçün 2024-cü il iş üçün ştat cədvəli ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X6 Xidməti” PHŞ-nin yeni ştat cədvəllərinin təhlili göstərir ki, "xxxx" ASC-nin strukturunda olan Anbar Təsərrüfatı İdarəsi yeni strukturda da olduğu kimi saxlanılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri Şəhərlərin X6 Xidməti” PHŞ-n yeni ştat cədvəlində yalnız aparatın yeni ştatları müəyyən edilmiş, Anbar Təsərrüfatı İdar əsinin ştatları barəsində heç bir məlumat verilmir. Cavabdeh müəssisədə faktiki olaraq Anbar Təsərrüfatı İdarəsinin rəis müavini (2 ştat vahidi) ştatı ləğv edilməmiş və həmin ştatlara başqa şəxslər təyin edilmişdir. Belə ki, hazırda həmin vəzifədə X3 çalışır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən dərhal sonra yeni müavinin təqdim edilməsi olmuşdur. İddiaçının müharibə iştirakçısı olması, himayəsində orqanizminin funksiyalarının 61-80 faiz itirmiş həyat yoldaşının olması nəzərə alınmamış və onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı Anbar Təsərrüfatı İdarəsinin rəis müavini olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Agentliyinin sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sə drinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin sədri Akif Məmmədovun xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. Həmkarlar İttifaqı Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubu Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaq ı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməmişdir. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. Xəbərdarlıq müddəti bitməsindən 4 aydan artıq vaxtın keçməsindən sonra (yəni xəbərdarlıq bildirişinin verilməsindən 4 ay sonra) 17.12.204-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Xəbərdarlıq müddəti ilə işdənçıxarma əmri arasında bu qədər uzun müddət fərqinin olması özlüyündə ştat ixtisarının qanunsuzluğundan və hüquqazidd şəkildə həyata keçirilməsindən xəbər verir. Həmçinin, 9 təqvim həftəsi bitdikdən sonra ştat ixtisarı əmrinin verilməməsi özlüyündə ştat ixtisarı prosesinin həyata keçirilmədiyini və öz əhəmiyyətini itirdiyini sübuta yetirir. Bu səbəbdən də yenidən ştat ixtisarı ilə bağlı tədbirlər keçirilməli olduğu halda bu tədbirlər yenidən həyata keçirilməmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin bütün tələblərinə riayət edildiyini bildirmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1737/2025 nömrəli iş üzrə 25 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin Anbar Təsərrüfatı idarəsinin rəisinin müavini vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Aytəkin Əsədzadə).
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir.
17. Mübahəsiləndirilən əmrdən görünmüşdür ki, işəgötürən tərəfindən hər hansı əsaslandırma aparılmamış, sadəcə ştat vahidinin ixtisara düş məyi göstərilməklə əmək müqaviləsi ləğv edilmişdir. Halbuki, ştat vahidinin ixtisara düşməyi ilə işçinin əmək fəaliyyətinin davam etdirməsinin qeyri-mümkünlüyü arasındakı səbəbli əlaqə şərh edilməli, işçinin işdə saxlanılması yönündə hansı tədbirlər görüldüyü göstərilməlidir.
18. Digər tərəfdən, cavabdeh tərəfindən ştatların ixtisarı əsası ilə iddiaçının əmək müqaviləsinin ləğv edilməsi zamanı görülən və görülməli olan tədbirlər arasındakı uyğunsuzluq iş materialları ilə öz təsdiqini tapır.
19. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin strukturu və ştat cədvəli təsdiq edilmiş, PHŞ-nin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyə n edilmişdir. Həmin əmr ilə təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində struktura daxil olan qurumların ştat cədvəllərinin hazırlanması, ştat cədvəllərinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərin Aparatın rəhbərinə təqdim edilməsi əmr edilmişdir.
20. Bundan sonra, əmrə uyğun olaraq Anbar Təsərrüfatı idarəsi üzrə hər hansı ixtisarın aparıldığı işdəki sənədlərdən müəyyən olunmamışdır.
21. İddiaçıya xx.xx.2024-cü il tarixdə, həmin tarixdən tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşdüyü barədə xəbərdarlıq olunması göndərilsə də, həmin tarixdə ştat vahidinin ixtisarı barədə əmr təqdim edilməmişdir.
22. Cavabdeh tərəfindən təqdim olunan “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun xx.xx.2024-cü il tarixl i əmri ilə təsdiq edilmiş PHŞ-nin Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlindən isə müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdən (ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verildikdən sonra) etibarən Anbar Təsərrüfatı idarəsində 1 idarə rəisi və 1 idarə rəisinin müavini olmaqla cəmi 2 ştat saxlanılmışdır.
23. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli əmr ilə artıq xx.xx.2024-cü il tarixdən etibarən idarədə 1 idarə rəisi və 1 idarə rəisinin müavini vəzifəsinin saxlanıldığı müəyyən olunur, idarə üzrə əvvəllər mövcud olmuş 2 idarə rəisinin müavini vəzifəsindən birinin dəqiq nə vaxt, hansı əmrlə ixtisara düşdüyü isə müəyyən deyil.
24. Bundan əlavə, sözügedən xx.xx.2024-cü il tarixli xəbərdarlıqla iddiaçıya əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi xəbərdarlıq edilmişdir. Lakin xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçının əmək müqaviləsi ləğv edilməmiş, daha sonra xx.xx.2024-cü il tarixdən idarədə cəmi 1 idarə rəisinin müavini ştatının saxlanıldığı əmrlə təsdiq edilsə də iddiaçının əmək müqaviləsi yenə də ləğv edilməmiş, bu barədə əmr xx.xx.2024-cü il tarixdə verilmişdir.
25. Buradan isə aydın olmuşdur ki, iddiaçının əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2024-cü il tarixdə iddiaçıya verilmiş 9 təqvim həftəsindən ibarət xəbərdarlıq müddətinin bitməsindən artıq 4 aya yaxın müddət keçmişdir. İddiaçı bu müddət ərzində işdə qalmış, xx.xx.2024-cü il tarixdən isə idarədə cəmi 1 idarə rəisinin müavini ştatı saxlanılsa da iddiaçı yenə rəis müavini olaraq işini davam etdirmişdir.
26. Belə olan halda idarə rəisinin müavini ştatını n ixtisar edildiyi əsası ilə sonradan iddiaçının əmək müqaviləsinin ləğv edilməsi anlaşılmazdır, bunun hansı zərurətdən irəli gəldiyi göstərilməmiş, cavabdeh tərəfindən hər hansı tutarlı dəlil irəli sürülməmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.
28. Hazırkı iş üzrə iddiaçı on ildən artıq müddət cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək “idarə rəisinin müavini” vəzi fəsində işləmiş, eyni zamanda müharibə iştirakçısı olmaqla “müharibə veteranı” statusuna malik şəxsdir. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir.
29. Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunmuşdur ki, iddiaçı bu dairədə olan şəxsdir.
30. İddiaçının müharibə iştirakçısı olması isə həm təqdim etdiyi vəsiqə, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə təyin olunan pensiya növünü alması ilə təsdiq olunmuşdur.
31. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir.
32. İş materiallarına Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir” məzmunlu, xx.xx.2024-cü il tarixli məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz.
33. Ona görə ki, ilk növbədə Həmkarlar ittifaqı tərəfindən “siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir” məzmunlu məktubunun hazırkı iş üzrə iddiaçıya aidiyyəti müəyyən edilmir.
34. Hazırkı iş üzrə cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixli ümumi məzmunlu məktub göndərilərək siyahıda adları qeyd olunan şəxslərin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmiş, komitə isə cəmi 2 gün sonra cavab məktubu tərtib edərək qaldırılan məsələyə etiraz etmədiklərini bildirmişdir.
35. Buradan isə aydın olmuşdur ki, məsələyə həddən artıq formal yanaşılmışdır. Nəinki əsaslandırılmış qərar qəbul edilməsi, ümumiyyətlə hər hansı iclas keçirilməsi, iddiaçının iştirakı təmin edilməklə fikrinin dinlənilməsi şübhə altındadır.
36. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir. Odur ki, “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmrin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələblər də təmin edilməlidir.
37. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 70, 71, 77, 78, 80 və 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia təl əbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X6 Xidməti” PHŞ yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/1 nömrəli əmri ilə “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən PHŞ-nin ştat vahidlərinin sayı 14000-dən 7700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. Qeyd olunan əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli ştat vahi dinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Daha sonra iddiaçının “Əmək müqaviləsinin” ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli müraciət ünvanlanmış və həmkarların xx.xx.2024-cü il tarixli 71 nömrəli cavabında “Əmək müqaviləsinin” ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya iş axtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmkarlar təşkilatının qərar deyil, məktub formasında etiraz etməməsinə dair qeyd edilmişdir ki, Həmkarlar təşkilatı müstəqil qurumdur və cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən həmin təşkilatın fəaliyyətinə müdaxilə edə bilməz.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4351/2025 nömrəli mülki iş üzrə 20 avqust 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Fuad Abdıyev).
41. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı on ildən artıq müddət cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək “idarə rəisinin müavini” vəzifəsində işləmiş, eyni zamanda müharibə iştirakçısı olmaqla “müharibə veteranı” statusuna malik şəxsdir. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir.
42. Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunmuşdur ki, iddiaçı bu dairədə olan şəxsdir. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəka rlıq səviyyələri eyni olduqda digərləri ilə yanaşı müharibə iştirakçılarına üstünlük verməlidir. İddiaçının müharibə iştirakçısı olması isə həm təqdim etdiyi vəsiqə, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə təyin olunan pensiya növünü alması ilə təsdiq olunmuşdur.
43. Apellyasiya şikayətinin “cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmkarlar Təşkilatının qərar deyil, məktub formasında etiraz etməməsinə dair qeyd edilmişdir ki, Həmkarlar Təşkilatı müstəqil qurumdur və cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən onun fəaliyyətinə müdaxilə edə bilməz” dəlilinə münasibətdə Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. İş materiallarına Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir” məzmunlu, xx.xx.2024-cü il tarixli məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Ona görə ki, ilk növbədə Həmkarlar İttifaqı tərəfindən “siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir” məzmunlu məktubunun hazırkı iş üzrə iddiaçıya aidiyyəti müəyyən edilməmişdir. Qanuna əsasən, Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı və ən əsası Həmkarlar İttifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixli ümumi məzmunlu məktub göndərilərək siyahıda adları qeyd olunan şəxslərin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmiş, komitə isə cəmi 2 gün sonra cavab məktubu tərtib edərək qaldırılan məsələyə etiraz etmədiklərini bildirmişdir.
44. Məhkəmə həmçinin qeyd etmişdir ki, Həmkarlar Təşkilatının müstəqil qurum olma sı cavabdehin bu təşkilatdan müvafiq qərarın təqdim edilməsini istəməsinin qarşısını almır. İşin hallarından isə görünmüşdür ki, cavabdeh PHŞ həmin qərarın verilməsini Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsindən tələb etməmişdir.
45. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının işləmiş olduğu Anbar Təsərrüfatı İdarəsi üzrə hər hansı ixtisarın aparıldığı işdəki sənədlərdən müəyyən olunmamışdır. Cavabdeh tərəf bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Belə olan halda iddiaçının işlədiyi idarə rəisinin müavini ştatının ixtisar edildiyi əsası ilə sonradan iddiaçının əmək müqaviləsinin ləğv edilməsi anlaşılmazdır, bunun hansı zərurətdən irəli gəldiyi göstərilməmiş, cavabdeh tərəfindən hər hansı tutarlı dəlil ortaya qoyulmamışdır.
46. Apellyasiya məhkəməsi mövqeyini Azərba ycan Respublikası Əmək Məcəlləsinin 71, 78 və 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
50. Maddə 16 (hissə İ). Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictima i-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
51. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
52. Maddə 71 (hissə İ). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə sə lahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
53. Maddə 71 (hissə İİİ). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
54. Maddə 77 (hissə İ). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
55. Maddə 77 (hissə İİ). Xəbərdarlıq müddəti ərzind ə hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
56. Maddə 77 (hissə İİİ). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
57. Maddə 78 (hissə İ). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyin ə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
58. Maddə 80 (hissə İ). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
59. Maddə 80 (hissə İİ). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əs aslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
60. Maddə 300 (hissə İ). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmə si barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.2. Qətna mə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
70. Cavabdeh “İri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxsin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
71. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və pros essual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “İri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4351/2025 nömrəli iş üzrə 20 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.