Məhkəmə qərarları › İş №2(102)-3825/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3825/2022

06.06.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3825/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), X1 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(001)2912/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh1 oğlunun şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2021-ci il tarixli ilkin razılaşma müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməsi və ödənilməmiş 360.000 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, eyni zamanda ödənilmiş dövlət rüsumunun və vəkil xidmətinə görə ödənilmiş pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq aldıqları torpaq sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün paket sənədlərə aid qəbzlərin və ödəniş tapşırıqlarının onlara təqdim edilməsi və 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2912/2022 saylı, 28.04.2022-ci il tarixli qərardadına əsasən mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddianın subyekt tərkibinə görə iş üzrə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində vergi ödəyicisi (VÖEN: **********) olaraq qeydə alınmış, iş üzrə Cavabdeh2 da həmçinin (VöEN: **********) vergi ödəyicisi kimi qeydə alınmışdır. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə görə isə hazırkı iş üzrə İddiaçı "Liman FFD” MMC-ni təsis etmişdir. Həmin Cəmiyyətə yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə torpaq sahəsi ayrılmışdır. İddiaçı "Liman FFD” MMC-nin nizamnamə kapitalında olan təsis payının satılması məqsədilə cavabdehlərlə razılığa gəlmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddiaçının təsis payını alıb həmin sahədə yaşayış və qeyri-yaşayış binalarının tikintisini davam etdirmək barədə iddiaçı ilə razılaşmışlar. Məhkəmə göstərilənlərə əsasən belə hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmişdir Cavabdeh1 (Vəkil1) qərardaddan şikayət verib, Xətai Rayon Məhkəməsinin 2(011)2912/2022 saylı, 28.04.2022-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda tərəflər arasında mübahisə hər hansı sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, tərəflər in qarşılıqlı olaraq öz öhdəliklərini icra etməməsi ilə bağlı iddiaları, o cümlədən ilkin iddia üzrə iddiaçı tərəfindən torpaq sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün paket sənədlərə aid qəbzlərin və ödəniş tapşırıqlarının təqdim edilməsi ilə bağlıdır. Bu mahiyyətcə birmənalı şəkildə sahibkarlıq sahəsindən irəli gələn mübahisə deyil. Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2 -ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 30-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subye kti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.(bənd 12) Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməs indən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(bənd 13) Həmin Qərarın 20-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. İddia ərizəsi və işdə olan sənədlərdən görünür ki, hər iki tərəf vergi ödəyicisi kimi qeydiyyatdan keçən fərdi sahibkardırlar. H azırki mübahisə onların balıqçılıq ilə məşğul olaraq gəlir götürmək məqsədilə birgə fəaliyyətindən irəli gələn mübahisə olmaqla, bu fəaliyyət üzrə yaranmış pul və dəymiş ziyan tələbi, əmlakın qanunsuz sahiblikdən qaytarılması barədədir. İşdən görünür ki, hazırkı iş üzrə İddiaçı "Liman FFD” MMC-ni təsis etmişdir, həmçinin özü fərdi sahibkardır. Həmin Cəmiyyətə yüksəkmərtəbəli yaşayış və qeyriyaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə torpaq sahəsi ayrılmışdır. İddiaçı "Liman FFD” MMC-nin nizamnamə kapitalında olan təsis payının satılması məqsədilə cavabdehlərlə razılığa gəlmişdir. Cavabdehlərdən Cavabdeh2 da sahibkardır və o, Cavabdeh1 ilə birgə iddiaçının təsis payını alıb həmin sahədə yaşayış və qeyriyaşayış binalarının tikintisini davam etdirmək barədə iddiaçı ilə razı laşmışlar. Göründüyü kimi, mübahisə həm subyektiv tərkibinə, həm mübahisənin predmetinə, həm də hüquq münasibətlərinin xarakterinə görə iki fərdi sahibkarın gəlir götürmək məqsədilə bağladığı, "Liman FFD” MMC-nin təsis payının alqı-satqısı ilə bağlı bağladıqları müqavilə üzrə öhdəliklərin qarşılıqlı icrası ilə bağlı yaranmışdır. Cavabdehlərdən Cavabdeh1 cavabdeh olmasa da, həmin əqdin tərəfi kimi iştirak etmiş və "xxxx"MMC-nin yeni təsisçilərindən biridir. Azərbaycan Respublikası MPM-nin 30 cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd edilən Plenum qaəraraına əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsinin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.(bənd 17) Bu baxımdan məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərə flər arasındakı hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları d inlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirlmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarix li, 2(001)-2912/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar