Məhkəmə qərarları › İş №2(102)-3827/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3827/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3827/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc məbləğinin tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması, əqdin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2025-ci il tarixli, 2(103)4048/2025 nömrə li qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 07 oktyabr 2024-cü il tarixli, 4350 nömrəli nisyə alqı-satqı haqqında müqavilə ilə sifarişçi Cavabdeh satış obyektini sifariş verib icraçı İddiaçınə razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürmüşdür. 2. 03 noyabr 2024-cü il tarixli təhvil-təslim aktına görə, 07 oktyabr 2024-cü il tarixli, 4350 nömrəli müqaviləyə əsasən Cavabdeh ona çatdırılmalı olan adları qeyd olunmuş bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil almış və heç bir etirazı olmamışdır. Adları qeyd olunmuş bütün predmetlərin öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və onları arzu etdiyi keyfiyyətə sahib olmaqla, təhvil aldığına dair öz imzası ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 07 oktyabr 2024-cü tarixdə bağlanmış 4350 nömrəli "xxxx" üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən yaranmış qalıq borcun ödənilməsi məqsədi ilə 20.166 manatın, öhdəliyin yerinə yetirilməməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 192,57 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dö vlət rüsumunun əvəzi olaraq 152 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında 07 oktyabr 2024-cü il tarixli, 4350 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Spectra Dual” cihazı və qabaqcadan görünüşləri razılaşdırılmış hədiyyələr 03 noyabr 2024-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. 03 noyabr 2024-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bü tün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli “Müqavilə”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilmişdir. “Müqavilə”nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə ödəniş edilməli olmasına baxmayaraq hər hansı ödəniş öhdəliyi icra edilməmişdir. Belə ki, müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. 04 fevral 2025-ci il tarixdə 917 manat ödəniş icra edilməmişdir. Bir neçə dəfə cavabdehdən ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə ödəniş icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh tərəfindən ö dəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir.

5. İddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə onun arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli "xxxx" etibarsız hesab edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 4350 saylı, 07 oktyabr 2024-cü il tarixli “Nisyə alqı-satqı haqqında” müqavilə bağlanmış və iddiaçı tərəfindən qiyməti 27000 manat olan lazer aparatı nisyə alınmışdır. Müqavilə şərtlərinə əsasən tərəfindən ilkin ödəniş olaraq 5000 manat ödənilmişdir. Qalan məbləğ isə ayda 917 manat olmaqla, 25 ay ərzində ödənilməlidir. Lazer aparatını al arkən iddiaçıya bildirilmişdir ki, ona təlim keçdikdən sonra sertifikat veriləcək və o, sertifikatla lazer aparatını işlədərək biznes fəaliyyəti ilə məşğul ola biləcək. Qeyd edildiyi kimi ona təlim keçilmiş və sertifikat verilmişdir. Bu müddət ərzində o, gecikdirmədən 2 ayın ödənişini etmişdir. Lakin, lisenziya alınması üçün müraciət etdikdə ona bildirilmişdir ki, Səhiyyə Nazirliyinin qərarı ilə lazer aparatının istifadəsi yalnız tibbi təhsili olan şəxs tərəfindən mümkündür. Lazer aparatını alarkən İddiaçı MMC-nin əməkdaşları bu barədə ona heç bir məlumat verməmişlər. Bundan başqa, onun tibbi təhsili olmadığı halda ona sertifikat verilməsi və bununla lazer aparatını işlədə biləcəyi deyilsə də, MMC-nin əməkdaşlarının ona lazer aparatı satmaq niyyəti ilə onu aldatması olmuşdur. Çünki Səhiyyə Nazirliyinin bu barədə 2017-ci ildə qəbul olunmuş qərarı olmasına baxmayaraq, İddiaçı MMC-nin əməkdaşlarının bunu ondan gizlətməsinin və ona sertifikatla lazer aparatını işlədə biləcəyini deməməsinin başqa açıqlaması ola bilməz. Hazırda o, sözügedən lazer aparatını işlədə bilmədiyi üçün gəlir əldə edə bilmir və bu səbəbdən aylıq 917 manat ödəniş edilməsində çətinlik çəkir. Çünki lazer aparatını almaqda məqsəd gəlir əldə etmək və daha yaxşı yaşamaq olmuşdur. Hazırda isə aylıq əlavə 917 manat ödəniş etmək məcburiyyətində qalmışlar ki, bu da əksinə yaşayışının daha da pisləşməsinə səbəb olmuşdur. Lazer aparatı isə bir və ya iki dəfə istifadə olunmuş, heç bir qüsur və ziyan olmadan təzə vəziyyətdə qalmaqdadır. Tərəfindən dəfələrlə İddiaçı MMC-nin əməkdaşları ilə danışıqlar aparılmış, sonda rə smi məktub da göndərilmişdir. Lakin onlar tərəfindən işin həlli ilə bağlı heç bir addım atılmır. Bunun əksi olaraq hazırda İddiaçı MMC ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilmişdir ki, cavabdehin məsuliyyətsizliyi və onu aldatması səbəbi ilə bağlanmış müqavilə etibarsız hesab olunmalı və tərəflər öz əvvəlki vəziyyətinə qayıtmalıdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(006)2307/2025 nömrəli qətnaməsi ilə (hakim R.Xəlilov) ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, 07 oktyabr 2024-cü il tarixli, 4350 nömrəli nisyə alqı-satqı müqavil əsi üzrə 25 fevral 2025-ci il tarixə olan maliyyə arayışından belə məlum olmuşdur ki, Cavabdeh müqavilə üzrə 6834 manat ödəniş etdiyi, 20166 manat əsas, 192,57 manat cərimə borcu olmaqla cəmi 20358,57 manat borcu mövcuddur. İddiaçı tərəfindən borcalana nisyə mal satınalması müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilkin ödəniş kimi ümumilikdə 6834 manat ödəniş etmiş, qalan 20166 manat isə ödənilməmiş qalmışdır. Odur ki, ilkin iddia tələbi əsas borca münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir.

9. Məhkəmə, cərimə borcuna münasibətdə qeyd etmişd ir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndinə əsasən “Sifarişçi” Müqavilə Əlavəsi ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda, “İcraçı” tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulunun (cərimə, penya) ümumi məbləği satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. İş materiallarından müəyyən edilmişdir ki, cavabdehin gecikmə günlərinin sayına uyğun olaraq ödənilməli olduğu cərimə məbləği 192,57 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin dövlət rüsumu hissəsinə münasibətdə isə qeyd etmişdir ki, ilkin iddia tələbi əsas və cərimə borcuna münasibətdə tam təmin edildiyindən ilkin iddia tələbinin qaldırılması üçün ödənilən 152 manat məbləğində dövlət rüsumu da cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir.

12. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 07 oktyabr 2024-cü il tarixli, 4350 saylı müqavilə üzrə lazer aparatını aldığı zaman cavabdehin əməkdaşları tərəfindən aldadıldığını iddia edərək bildirmişdir ki, lazer aparatının istifadəsinin yalnız tibbi təhsili olan şəxs tərəfindən istifadəsinin mümkün olduğu, lakin aparatı aldığı zaman cavabdehin əməkdaşları tərəfindən ona bu barədə məlumat verilməməsi və sadəcə sertifikat verilərək istifadə edə biləcəyi qeyd e dilsə də, aparatdan istifadə edə bilməmiş və nəticədə də cavabdehə olan borcunu ödəyə bilməmişdir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış 07 oktyabr 2024-cü il tarixli, 4350 saylı müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə müqavilənin etibarsızlığı tələb edilsə də, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, ilkin iddia tələbi üzrə də qeyd edildiyi kimi tərəflər arasında 07 oktyabr 2024-cü il tarixli, 4350 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə hər iki tərəfdən imza edilməklə təsdiqlənmiş və müqavilə üzrə tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İlkin iddia tələbi üzrə məhkəmə tərəfindən müəyyən edilm işdir ki, müqavilə üzrə İddiaçı MMC öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Bunu iş materiallarında olan 03 noyabr 2024-cü il tarixli təhvil-təslim aktı da təsdiq etmişdir ki, Cavabdeh ona çatdırılmalı olan adları qeyd olunmuş bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil almış və heç bir etirazı olmamışdır. Əksinə, ilkin iddia üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh müqavilənin şərtlərinə özü riayət etməmiş, ödənilməli olan borcu vaxtında ödəməmişdir.

14. Məhkəmə əlavə olaraq qarşılıqlı iddia tələbi üzrə iddiaçının lazer aparatını aldıqdan sonra onu işlədə bilməməsi dəlilinə münasibətdə onu qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müdd ət ərzində və ya müqavilə müddəti başa çatdıqdan sonra sifarişçinin, yəni Cavabdeh satış obyektindən qanunvericiliyin tələblərinə zidd istifadə nəticəsində yarana biləcək məsuliyyət, onun birbaşa və ya dolayı yolla fəaliyyəti nəticəsində yaşanan fəsadlar və problemlər, onun satış obyektinin istifadə olunduğu məkan üzrə uyğunsuzluqlar və qanunvericiliyin tələblərinin istənilən bir formada pozulması kimi hallara görə icraçı, yəni İddiaçı MMC məsuliyyət daşımır, bu kimi hallara görə birmənalı şəkildə Cavabdeh məsuliyyət daşıyır.

15. Odur ki, qeyd edilənlərə əsasən qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi kimi onun aparatı aldıqdan sonra qeyd etdiyi səbəblərə görə, hansı ki tibbi təhsilinin olmaması və s. fəaliyyət göstərə bilməməsi 07 oktyabr 2024-cü il tarixli, 4350 saylı nisyə alqı-sat qı müqaviləsinin etibarsızlığı üçün əsas sayıla bilməz.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 405.1, 567, 568.1, 568.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2025-ci il tarixli, 2(103)-4048/2025 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi il ə, hakimlər X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh, lazer aparatının satışı ilə məşğul olan MMC-nin əməkdaşlarının həmin aparatları alan şəxslərə lazer epilyasiyası xidmətinin göstərilməsi üçün xüsusi lisenziyanın tələb olunması ilə bağlı məlumat vermələrindən ibarət vəzifə daşımalarını bildirsə də, heç bir qanuna, normativ hüquqi akta və s. istinad etməmişdir.

20. Məhkəmə, aidiyyəti qanunlara, normativ hüquqi aktlara və qaydalara müraciət etsə də, lazer aparatının satışı ilə məşğul olan şəxslərin bu kimi vəzifə daşımaları barədə normaya rast gəlməmişdir.

21. Belə olan halda q əbul edilməlidir ki, qeyd edilən "xxxx" cavabdehin iddiaçı MMC-nin əməkdaşları tərəfindən aldadılması nəticəsində bağlanması barədə cavabdehin dəlili, başqa sözlə qarşılıqlı iddiası əsassızdır. Rayon məhkəməsi qarşılıqlı iddianı həmçinin bu əsasla, yəni qarşılıqlı iddianın sübuta yetməməsi əsası ilə təmin etməkdə haqlı olmuşdur.

22. Apellyasiya şikayətinin rayon məhkəməsinin bu nəticəsinə aid dəlili formal mülahizə xarakteri daşıyır.

23. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd edərkən rayon məhkəməsinin istinad etdiyi ikinci halın əsaslılığını müzakirə etməyi lüzum görməmişdir.

24. Apellyasiya kollegiyası müəyyən etmişdir ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış "xxxx" etibarsız deyil. Cavabdeh tərəfindən mübahisələndirilmir ki, o, onunla iddiaçı MMC arasında bağl anmış "xxxx" üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu səbəbdən onun MMC-yə yuxarıda qeyd edilən məbləğdə borcu yaranmışdır. Cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ödənilməmiş borcu iddiaçı MMC-yə ödəməlidir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddianın əsas borcun tutulması ilə bağlı hissəsi əsaslıdır. Rayon məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin 4.1.5.-ci bəndindən görünür ki, alıcı olan cavabdeh "xxxx" üzrə ödəni ş şərtlərini pozduqda, satıcı olan MMC-nin müddəti keçmiş məbləğin hər növbəti təqvim günü üçün 01% miqdarında cərimə hesablamaq hüququ var.

26. Məhkəmə maddi hüquq normalarının tələblərini və cavabdeh ilə iddiaçı MMC arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq hesab etmişdir ki, 192,57 manat məbləğində cərimənin (dəbbənin) məbləği kreditorun – iş üzrə iddiaçı MMC-nin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğun olmuşdur. Cərimənin tutulmaması və ya cərimənin məbləğinin azaldılması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

27. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2025-ci il tarixli, 2(103)-4048/2025 nömrəli qətna məsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 372.6, 384.0.2, 386, 390-cı maddələri pozulmuşdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, mahiyyətini tam dərk etməmiş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Lazer aparatını alarkən cavabdehə bildirilmişdir ki, ona təlim keçdikdən sonra sertifikat veriləcək və o, həmin sertifikatla lazer aparatını işlədərək biznes fəaliyyəti ilə məşğul ola biləcəkdir. Ona təlim keçilmiş və sertifikat verilmişdir. Bu müddət ərzində kassator gecikdirmədən 2 ayın ödənişini də etmişdir. Lakin, lisenziya alınması üçün müraciət etdikdə bildirilmişdir ki, Səhiyyə Nazirliyinin qərarı ilə lazer aparatının istifadəsi yalnız tibbi təhsili olan şəxs tərəfindən mümkündür. Lazer aparatını alarkən İddiaçı MMCnin əməkdaşları bu barədə kassatora heç bir məlumat verməmişlər. Bundan başqa, onun tibbi təhsilinin olmadığı halda, ona sertifikat verilməsi və bununla lazer aparatını işlədə biləcəyi deyilməsi də, iddiaçının əməkdaşlarının kassatora lazer aparatı satmaq niyyət ilə aldatmaları olmuşdur. Hazırda kassator lazer aparatını işlədə bilmədiyi üçün gəlir əldə edə bilmir və bu səbəbdən aylıq 917 manat ödənişin edilməsində çətinlik çəkir. Lazer aparatı bir və ya iki dəfə istifadə olunmuş, heç bir qüsur və ziyan olmadan təzə vəziyyətdə qalmaqdadır. Məhkəmə qeyd olunan halları düzgün qiymətləndirməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə müqavilənin 6.4-cü bəndinə istinad edərək İddiaçı MMC-nin yuxarıda qeyd olunan hal üçün məsuliyyət daşımadığı qənaətinə gəlmişdir.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC kassasiya şikayətinə yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Etiraz belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə imzalanan zaman cavabdehə təqdim olunmuş təlim iddiaçı MMC tərəfindən lazer cihazının istifadəsinin öyrənilməsi və püxtələşməsi məqsədli olmuşdur. Cavabdeh təlim ini başa vurmuş və ona sertifikat təqdim edilmişdir. Cavabdehin MMC tərəfindən ona təqdim edilmiş sertifikatı iddiaçının ona lisenziya kimi verdiyini söyləməsi əsassızdır. Eyni zamanda, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 1 nömrəli əlavədə nəzərdə tutulan özəl tibb fəaliyyəti lazer epilyasiya xidmətini özündə ehtiva etmir. Yəni, bu xidmət tibbi xidmət sayılmır. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi İddiaçı MMC-dən əldə etdiyi cihazın istifadəsi üçün lisenziyanın tələb olunması halları əsassızdır. Tərəflər arasında bağlanmış müqavilədə qanunvericiliyin tələblərinə zidd istifadə nəticəsində yarana biləcək hallara görə sifarişçinin məsuliyyət daşıması təsbit olunmuşdur. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunveric iliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Apellyasiya instansiyası məhkəməsinin qət naməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 38 5.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul ed ib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəm ə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslan dırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 21 7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən s axlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibar sızlığı üçün əsaslar müəyyən olunmur, müvafiq olaraq da cavabdeh iddiaçıya qarşı müqavilə üzrə öhdəliklərinə görə məsuliyyət daşıyır.

39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.

40. Kassator müqavilənin aldadılma nəticəsində bağlandığını, yəni iradə ifadəsinin qüsurlu olduğunu iddia edir.

41. Bununla bağlı qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

42. Lakin, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış müqavilədə cavabdehə hər hansı lisenziyanın verilməsi ilə bağlı şərt müəyyən olunmamışdır. Müqavil ə əşyanın nisyə alqı-satqısı barədə olmaqla, iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmuş, müqavilənin predmeti olan lazer aparatı cavabdehə təhvil verilmişdir.

43. Belə olan halda, müqavilənin bağlanması məqsədi ilə kassatorun iddiaçı tərəfindən aldadılması işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən olunmamışdır.

44. Bundan irəli gələrək, cavabdeh iddiaçı MMC ilə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməli və aldığı əşyanın ödənilməmiş dəyərini ödəməlidir.

45. İşin hallarının düzgün müəyyən edilməməsi, sübutların qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər ara sındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2025-ci il tarixli, 2(103)-4048/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar