Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3828/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qobustan rayon X1 hüquqi şəxsə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:əmək haqqına əlavələrin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1040/2024 nömrəli iş üzrə 4 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh Qobustan Rayon Mərkəzi Xəsətəxanası X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X X7lə İddiaçı oğlu arasında bağlanmış əmək müqavilələrinə 07 yanvar 2020-ci il tarixli əlavəsinin 1-ci bəndində qeyd edilmişdir ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X2 Heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır.
2. İcbari Tibbi Sığorta üzrə X2 Heyətinin 21 yanvar2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Həmin Qaydanın 17.4-cü bəndində qeyd olunmuşdur ki, təcili və təxirə salınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun konpenentləri, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəsissələrin (şöbə və bölmələrin) işçilərinin ayl ıq vəzifə (tarif) maaşlarına əməyin ödənilmə dərəcələrinə uyğun olaraq vəzifə maaşı qədər əlavənin verilməsi müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə 01 mart 2020-ci ildən cəlb etmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. 4. “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərə əsasən, İddiaçı yeni növ koro navirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişdir.
5. Qobustan rayon X1 hüquqi şəxsin “Koronovirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etmişdir.
6. Qobustan rayon X1 hüquqi şəxsin koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrinə əsasən, koro novirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir.
7. Qobustan rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 3(026)-409/2022 saylı qərarına əsasən, Qobustan rayon X1 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 2.000 manat cərimə edilmişdir.
8. X3 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon mərkəzi xəstəxanası” X6 direktoru barəsində Azərbaycan Respublikası İnzibat i Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 26 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1.000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq 2022-ci ilin fevral ayınadək yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin yenidən hesablanması, ödənilməmiş 12.360,9 manat məbləğində əmək haqqının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin ödənilməyən hissəsinin tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı Qobustan rayon Mərkəzi Xəstəxanasında xadimə kimi fəaliyyət göstərir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Respublikamızda yayıldığı ilk günlərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuş və 2020-ci ilin iyul ayının 29-da Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətini həmin müəsissədə dava m etdirir. Lakin tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etməyinə və bu virusa yoluxmuş xəstələrlə əlaqədə olmağına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilmir. Halbuki TƏBİB-in əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon mərkəzi xəstəxanasına ezam olunmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilərdə daxil olmaqla) əmək haqlarına müddətli əlavəni alırlar. Baxmayaraq ki, digər tibb işçiləri kimi o gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi işlərini həyata keçirir və beləliklə koronav irus təhlükəsi ilə üzləşirdi. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün ona 01 mart 2020-ci il tarixdən cəlb etmənin bütün dövrü üçün əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir. İşin hallarında qeyd olunan aktlara əsasən nəzərdə tutulan əlavələr ona şamil edilir. Qeyd edilənlərə baxmayaraq dəfələrlə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7ə müraciət edərək əlavələrin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X6 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının Uçotu tabelin” də və “Növbətçilik cədvəli” də təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış ay lıq əmək haqqına əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməyinə baxmayaraq ona 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilmişdir. Bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan müddətli əlavələrin hesablanaraq ona ödənilməməsi ilə yanaşı aylıq əmək haqlarınıda Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının Uçotu tabeli”n də və “Növbətçilik cədvəli”-n də təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanılaraq ödənilmişdir. Qalıq məbləğdə yenidən hesablanıb tam ödənilməlidir. Qeyd edilən tələblə bağlı o və digər iş yoldaşları X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022- ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7ə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətimizi araşdıraraq həqiqətən ona və iş yoldaşlarına 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməsinə baxmayaraq ona 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X6 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7i “Göstəriş”ə əhəmiyyət verməyərək yuxarıda qeyd edilən “Göstəriş”i icra etməmişdir. X3 Xidməti tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X6 direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ****** * nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 26 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7i qeyd edilən göstərişi icra etmədiyinə görə X3 Xidməti tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 19 avqust 2022-ci il tarixli MN ******* nömrəli qərardadla baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Qobustan Rayon Məhkəməsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7i 2000 (ikimin) manat cərimə etmişdir. Yenidən yazılı və şifahi müraciətlərində n sonra “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7i 03 mart 2023-cü il tarixli, PHŞ-6-53/2-V-2-21-174/2023 saylı məktubla onlara cavab verərək qanunla nəzərdə tutulan, onlara ödənilməli olan əmək haqqına əlavələrin 5 misli məbləğinin ödənilmədiyini etiraf edərək vəsait ayrılması üçün TƏBİB-ə müraciət edildiyini bildirmişdir. Qeyd edilən cavab inandırıcı deyil, belə ki, iki il keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş məbləğin guya “büdcədə nəzərdə tutulmadığı üçün” “Qobustan rayon Mərkəzi Xəstəxanası” X6 hesabına köçürülməməsi kimi cavab həmin məbləğin ödənilməsindən yayınma kimi dəyərləndirir. Çünki Pandemiya başlayandan sonra ard-arda 3 il büdcə təsdiq edilmişdir.
11. Cavabdeh Qobustan rayon X1 Hüquqi Şəxsin nümayəndəsi izahatında göstərmişdir ki, qeyd edilənlərlə yanaşı, İddiaçı iddia m üddətini ötürməklə iddia qaldırmışdır. O iddia tələbində 2020-ci ilin mart ayından olan ödənişləri tələb edir. İddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar buMəcəllə ilə müəyyənləşdirilir. İddiaçı TƏBİB-ə müraciət etmiş, TƏBİB isə əlavələrin veriləcəyini bildir mişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/612 nömrəli, 29 fevral 2024-cü il tarixli mühasibatlıq ekspertizası rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cədvəl məlumatlarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədiyi aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla İddiaçı – 11927,14 manat ödənilməyən qalıq məbləğinin olduğu müəyyən edilir.
13. Qobustan Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2(026)-14/2024 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddianın qismən təmin edilməsi, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7i tərəfindən yeni növ koronavirus (COVİ D-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün (2020- ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) dövrü üçün- 11.927,24 manat, 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatın “Qobustan rayon Mərkəzi Xəstəxanası” X6dən alınıb İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir.
15. Məhkəmə ilk növbə də, ca vabdeh tərəfin iddia tələbinin, mart 2020-ci il tarixdən başlayaraq, İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əmək haqqının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddətinin tətbiq ediməsinə dair qeyd etmişdir ki, iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X6 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borcu etiraf etmiş, vəsait ayrılandan sonra ödəyəcəyini bildirmişdir. Eləcə də iddiaçılar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti nin araşdırmasından sonra onlar əmək haqlarına əlavənin verilməməsini dəqiq bilmişlər.
16. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon X1 hüququ şəxsi 03 mart 2023-cü il tarixli, PHŞ-6-53/2-v-2-21-174/2023 saylı məktubla “TƏBİB”-ə müraciət edildiyini bildirmiş, vəsait ayrıldıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. Həmçinin işçilərin Qobustan rayon X1 hüququ şəxsin direktoru tərəfindən koronavirusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər verilmişdir. Bundan başqa “Qobustan rayon X1 hüquqi şəxsin təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İşvaxtının uçotu tabeli”n də və “Növbətçilik cədvəli” n də təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əmək haqqına onların əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq iş vaxtına görə az ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən tələblə bağlı iddiaçılar X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7ə sorğular verilmiş, sənədlər, cədvəllərvə s. tələb edilmişdir. X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqə tən onlara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7ə 15 iyul 2022- ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X3 Xidmətinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəs inə əsasən müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7i göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən 1.000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan rayon məhkəməsi tərəfindən 2.000 manat inzibati cərimə edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İ şçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
18. Məhkəmə iddia tələbinin əmək haqqının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X2 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı əmək haqqı faktiki işlədiyi iş saatlarına uyğun olmalıdır. İddiaçı işəgötürənin müvafiq əmrləri ilə koronavirusla müba rizəyə cəlb edilmiş və iş vaxtının “uçotu tabeli və növbətçilik cədvəlləri” ilə təsdiq edildiyi kimi növbədə 12 saat işləmişdir.
19. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçı əmək haqqına əlavələrin və əmək haqqının yenidən hesablanması iddiaçının xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçinin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalıdır. İddiaçı mediasiya xidmətinə görə 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatı təsdiq edən sənədlər işdə mövcuddur. Lakin 100 manat məbləğində digər xərclərin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı mediasiya xidmətinə görə ödə diyi 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdehdən alınıb ona verilməli, 100 manat digər xərclər hissəsində isə təmin edilməməlidir.
20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 147.1, 147.4, 154.1, 156.1, 288, 296.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh işçilərin əmək haqqı ödənişlərini ödəməkdən heç bir zaman yayınmamışdır. Bu hal öz təsdiqini tapmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödənişlərin edilməsi rəsmiləşdirilmiş, böyük tibb bacısının və İnsan resursları müdirinin imzası ilə tabelə əsasən hesablanaraq icra edilmişdir. 2020-2021-ci il üçün əlavə vəsait ayrılmadığı üçün əlavə ödənişlər tamamlanmamışdır. Qobustan RMX dövlət adından yaradılan X5b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X7lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması lazımdır. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X6 dövlət sifarişi ilə n əzərdə tutula bilər. Bu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X7lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1- dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X7lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli, 112 saylı qərarı ilə müəyyən edilmiş əlavələrin ödənilməsinin öncədən sifariş verilməsi mümkün deyildir. Bu problemin həlli üçün müraciət edilm işdir. Həmçinin qanunverici işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 ay ərzində müddət müəyyən etmişdir. Buda hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdik də, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Lakin iddiaçılar iddia müddətini ötürməklə iddia qaldırmalarına baxmayaraq iddia tələbi təmin edilmişdir. Belə ki, onlar tərəfindən sübut kimi təqdim edilmiş sənədlər gözardına edilmiş, hüquqi qiymət verilməmişdir. Üçüncü şəxsin işlə bağlı mövqeyi bildirilən sənədlə nəzərə alınmamışdır. İddiaçıların tələb etdiyi ödənişlər müvafiq olaraq ayırılmalıdır ki, X7 tərəfindən ödənilməsi həyata keçirilsin. Buna dair əsa slı sübutlar tədqiq edilməmişdir.
23. İddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, o, yeni növ infeksiya ilə mübarizə tədbirlərinə cəlb edildiyi andan sonra aylıq əmək haqlarını əvvəlki aylardan bəzi hallarda çox, fərqli məbləğlərdə almışdır, adi aylardan az məbləğdə köçürülsə idi, əmək haqqının kəsildiyini bilib, tələb edərdi, artıq ödəniş məbləğini isə COVİD-ə görə ödənildiyini qəbul etmişdir və konkret hesablama qaydası barədə məlumatsız olmuşdur. Yalnız X3 Xidmətinə müraciətlərindən sonra əmək hüquqlarının pozulması barədə məlumatı olmuşdur. Qobustan Rayon mərkəzi Xəstəxanasına verilmiş “Göstərişə əsasən əmək haqlarının tam ödəniləcəyinə ümid etmişdir. Cavabdeh əlavələri ödəməkdən yayındığı üçün hüquqlarının pozulmasına əmin olmuş və məhkəməyə müraciət etmişdir. Buna görə də cavabdehin istinad etdiyi müddət ötürülməmişdir. X3 Xidmətinin “Göstərişi”nə əhəmiyyət verməyərək cavabdeh icra etməmişdir. X3 Xidmətinə müraciət etdikdən sonra hüuqlarının pozulduğunu bilmiş və məhkəməyə müraciət etmişdir. Cavabdeh işçilərin əmək haqllarını ödəməkdən heç zaman yayınmadığını bildirərək izahatlar vermiş və bununla da iddia tələbini qəbul etmişdir. Hər bir iddiaçı ilə əmək müqaviləsini işəgötürən kimi Qobustan Rayon Mərkəzi Xəstəxanası bağlamış və “Covid”lə mübarizə ilə bağlı iş vaxtının uçotu cədvəllərini və tabelləri Qobustan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş və təsdiq edilmişdir. Bu dövrə aid əmək haqqı əlavələrinin bir hissəsinin də ödənilməsini Qobustan Rayon Mərkəzi Xəstəxanası yata keçirmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(105)-1040/2024 nömrəli iş üzrə 4 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində pul vəsaitinin büdcədə nəzərdə tutulmadığı üçün ödənişlərin edilmədiyini bildirsə də, yuxarıda sadalanan işin halları ilə iddiaçıya əlavə ödənişlərin ödənilməsi sübut olunduğundan, həmçinin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7i tərəfindən iddiaçıya ünvanlanan rəsmi cavablarda borcu etiraf edərək vəsait ayrılandan sonra ödəyəcəyi ni bildirdiyindən qeyd edilən hesablanmış müddətli əlavədə göstərilən verilməli olan məbləğlə verilən məbləğ arasındakı fərqi ddiaçıya ödənilməlidir.
26. İddiaçı tərəfindən müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinə etirazın da, həmçinin nümayəndəsi məhkəmə proseslərində izahatında bildirmişdir ki, ona müəyyən məbləğdə koronavirusla bağlı cəlbetmə ilə əlaqədar edilmiş ödənişlər maaşından artıq olduğu üçün o, ona verilən ödənişlərlə verilməli olan ödənişlər arasında fərq olduğunu bilməmiş, yalnız X3 Xidmətinə müraciət etdikdən və onlar tərəfindən verilmiş rəsmi məktubdan sonra əlavələrin təyin olunandan azaldığını bilmişdir. Buna görə də yuxarıda qeyd olunan Əmək Məcəll əsinin 296.4-cü maddəsinə əsasən iddia tələbinin iddiaçının əmək haqqına əlavədən yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmədiyinə görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
27. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 147.1, 147.4, 154.1, 156.1, 288, 296.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun ol araq əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı məhkəməyə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 147.(1-ci hissə). Əmək normaları- hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir.
32. Maddə 147. (4-cü hissə). Hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericilikl ə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın.
33. Maddə 154. (1-ci hissə). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
34. Maddə 156. (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
35. Maddə 296. (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğun u aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdullarında yalnız mübahisəldəndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahi sələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndi rilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində pul vəsaitinin büdcədə nəzərdə tutulmadığı üçün ödənişlərin edilmədiyini bildirsə də, yuxarıda sadalanan işin halları ilə iddiaçıya əlavə ödənişlərin verilməsi sübut olunduğundan, həmçinin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış rəsmi cavablarda borcu etiraf edərək vəsait ayrıldıqdan sonra pul vəsaitini ödəyəcəyini bildirdiyindən, iddiaçıya verilməli olan məbləğlə verilən məbləğ arasındakı fərq ona ödənilməlidir.
46. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinə etiraz ərizəsində, həmçinin izahatında bildirmişdir ki, ona müəyyən məbləğdə koronavirusla bağlı edilmiş ödənişlər maaşından artıq olduğu üçün, ona verilən ödənişlərlə verilməli olan ödənişlər arasındakı fərqi müəyyən edə bilməmişdir, yalnız X3 Xidmətinə müraciət etdikdən və rəsmi cavab aldıqdan sonra əlavələrin ona təyin olunandan az ödənildiyini bilmişdir. Ona görə də Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, iddiaçının əmək haqqına əlavələrin yenidən hesablanıb ödənilməsi barədə tələbinə münasibətdə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmədiyi üçün cavabdehin bu barədə apellyasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Bu səbəbdən də cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən, kassasiya instans iyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyul 20 24-cü il tarixli, 2(105)-1040/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.