Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3834/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia qaldıraraq (sonradan iddia tələbi dəqiqlə şdirilmişdir), Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 17.967,77 manat məbləğində əsas kredit borcu, 7413,60 manat faiz borcu, 23.504,74 manat məbləğində penya, 30 manat dövlət rüsumunun, cəmi 48.916,11 manat borcun, Cavabdeh3 məxsus olan x saylı mənzilinə tutma yönəldilməsi, mənzilin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh3 məxsus olan xsaylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi r. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16912,64 (on altı min doqquz yüz on iki manat 64 qəpik) manat məbləğində əsas borc, 230 (iki yüz otuz) manat məbləğində penya, cəmi 17142,64 (on yeddi min yüz qırx iki manat 64 qəpik) manat kredit borcunun, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələb xsaylı mənzilinə yönəldilməsi, xsaylı mənzilinin ilkin satış qiymətinin 90000 (doxsan min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 17142,64 (on yeddi min yüz qırx iki manat altmış dörd qəpik) manat məbl əğində kredit borcunun və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, xsaylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 72,5 (yetmiş iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq qalan 72,5 (yetmiş iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə İd diaçı Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsinin əsas borcun məbləği və faiz borcunun təmin edilməməsi hissəsində dəyişdirilməsi, əsas borcun məbləğinin 17967.77 (on yeddi min doqquz yüz altmış yeddi manat, yetmiş yeddi qəpik), faiz borcu məbləğinin 3.316,00 (üç min üç yüz on altı) manat, əsas, faiz borcunun və cərimənin cəmi isə 21513,77 (iyirmi bir min beş yüz on üç manat, yetmiş yeddi qəpik) manat müəyyən edilməsi, qətnamənin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz ) manatın 100 (yüz) manatı iddiaçıdan, 100 (yüz) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə çıxarılan zaman xx.xx.2019-cu il tarixli ekspert rəyi əsas götürülmüşdür. xx.xx.2018-ci il tarixli ekspert rəyində faiz borcu 207.69 manat təşkil etməsinə baxmayaraq məhkəmə həmin ziddiyyəti aradan qaldırmadan şəxsi mülahizəsi əsasında 3.316 manat faiz borcu ödəməli olduğuna dair qətnamə çıxarmışdır. Halbuki, araşdırma aparılan zaman tərəfindən vəsatət verilərək təkrar məhkəmə-mühasibatlıq ekspertizanın təyin edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməyərək maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili İlqar Rüstəmov kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh6 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən izahatları dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 27251 saylı, xx.xx.2018-ci il t arixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 32793,21 manat və faiz borcu isə 207,69 manat məbləğində təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2018-ci ildən sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh1 krediti üzrə 1400 manat məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla borc qalığının hesablanması xx.xx.2018-ci il tarixədək hesablandığından sonradan ödənilən 1400 manat məbləğində kredit ödənişi hazırkı rəydə nəzərə alınmamışdır. Apelyasiya baxışında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 15708 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2015-ci il tarixli, xsaylı kre dit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; xx.xx.2018-ci il tarixə əsas borc üzrə 32.319,71 manat, faiz borcu üzrə 3.316,0 manat, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 32.319,71 manat, faiz borcu üzrə 4.933,07 manat, müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas borcunun məbləği, həmçinin faiz borcunun tam rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, əsas borcu 16912,64 manat, cəriməni isə azaldaraq 230 manat müəyyən etmiş, cəmi 17142,64 manatın tutulmasını qət etmişdir. Göründüyü kimi, faiz borcunun tam rədd edilməsi hissəsində məhkəmənin mövqeyi anlaşılan olmamışdır. Qətnaməni cavabdeh tərəf mübahisələndirməmişdir. Ona görə də qətnamə iddiaçının ş ikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. İddiaçı isə qətnaməni yalnız əsas borcun məbləği və faiz borcunun təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Apelyasiya məhkəməsi tərəfindən keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixə, yəni müqavilə müddətinə faiz borcu 3.316,0 manat, dəqiqləşdirilmiş tələb üzrə, yəni xx.xx.2019-cu il tarixə isə əsas borcun 32.319,71 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizadan fərqli olaraq, apelyasiya baxışında əlavə məhkəmə mühasibatlıq ekspertizası iddiaçının xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş dəqiqləşdirilmiş tələb üzrə keçirilmiş və rəy alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, apelyasiya baxışı zamanı da tələb edilən borcunn düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Apelyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Apelyasiya instansiyası məhkəməs i həmçinin qeyd etmişdir ki, iddiaçı əsas borc kimi 17967.77 manat tələb etdiyindən bu hissədə ekspertiza rəyi ilə müəyyən edilən deyil, tələb edilən məbləğ, faiz borcunun məbləği hissəsində isə ekspertiza rəyində müəyyən edilmiş məbləğ nəzərə alınmalıdır. Çünki, ekspertin rəyi mötəbər hesab edilsə belə, məhkəmənin iddia tələbindən kənara çıxa bilməz. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3834/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3834/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver