Məhkəmə qərarları › İş №2(102)-3837/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3837/2022

14.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3837/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıxxxnın Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3837/22 (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması) Bakı şəhəri, 14 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçıxxxnın Cavabdeh qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsi və əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2 08/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs İmranova Rüsxanə Harun qızının kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X7 (bundan sonra “iddiaçı”) ilə X8 ilə iddiaçı xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra iddiaçıya “Xasməmmədova” soyadı verilmişdir.

2. X16 iki nəfər şahidin iştirakı ilə Zaqatala rayonu Əliabad bələdiyyəsində təsdiq edilmiş 10 yanvar 2003-cü il tarixli vəsiyyətnamə əsasında qəsəbə daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 0,40 ha pay torpaq sahəsini qəsəbə sakini iddiaçının əri X6 vəsiyyət etmişdir.

3. Vəsiyyət edən X16 08 sentyabr 2007-ci ildə, vəsiyyət edilən – iddiaçının əri X8 16 noy abr 2012-ci ildə vəfat edib.

4. İddiaçı həmin torpaq sahəsi ilə bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat kontoruna müraciət etmiş, lakin notarius ona cavabında mirasın qəbul edilməsi müddətini ötürdüyünü bildirmişdir.

5. Cavabdeh (bundan sonra “cavabdeh”) vəsiyyət edən Harun İmranovun oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum X16 tərəfindən mərhum həyat yoldaşı X6 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi və həmin əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi üzrə Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin atası mərhum X16 təxminən 1990-2000-ci illərdə məhkum olunmuşdur. Həmin dövrdə iddiaçının həyat yoldaşı X8 cavabdehin atasına pula ehtiyacı olduğu üçün 25000 ABŞ dolları məbləğində pul vermişdir.

9. İddiaçının əri M.Xasməmmədov Rusiya Federasiyasının Norilsk şəhərində şaxtada işlədiyindən onun maddi durumu yaxşı idi. X18 həbsdən çıxandan sonra borcu qaytara bilmədiyi üçün bunun əvəzində iddiaçının ərinə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən özünə məxsus yaşayış evini, həyətyanı ərazini və 40 ha pay torp aq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını ona versə də, iddiaçının əri onlara rəhm edib bununla razılaşmayıb, yalnız 40 ha pay torpaq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını götürmüş və 4 tərəfıni dəmir torla hasara almış, darvaza ilə üzbəüz bağlarının başlanğıcında dəmir qapı qoymuşdur. Hətta fındıq bağına gedən yolun açılması üçün darvazanı çıxardıb 6 metr içəri keçirməliydilər, lakin iddiaçının əri bağın mövsümdən-mövsümə bir neçə dəfə istifadə olunacağını deyib, onların ağır vəziyətini düşünərək artıq xərc çəkilməməsi üçün bu iş təxirə salmışdır.

10. X17 ailə üzvlərinin hər birinə ayrıcı pay torpağı verilmişdir. İddiaçının əri özünə düşən payı satmışdır.

11. Eyni zamanda Harun İmranov iddiaçının ərinə Zaqatala Rayon Əliabad kənd Bələdi yyəsində 10 yanvar 2003-cü il tarixdə vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə kənd bələdiyyəsində bələdiyyə sədri tərəfindən notariat qaydada təsdiq edilmişdir. Torpaq sahəsinin sənədi olmadığı üçün tərəflər alqı-satqı edə bilməmişlər.

12. Həmin dövrdən bu günə qədər qeyd edilən torpaq sahəsi iddiaçı və ailə üzvləri tərəfindən istifadə edilir. Torpaq sahəsinin onlara satılmasını təsdiq edən şahidlərin iştirakı ilə akt tərtib edilmişdir.

13. İddiaçı 2 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmiş, Notariat kontorundan ona mirasın qəbul edilməsi müddətinin ötürülməsi izah edilmişdir. Eyni zamanda X17 oğlu olan cavabdeh Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha pay torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edir.

14. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1926/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, mərhum X16 tərəfindən 10 yanvar 2003-cü il tarixdə mərhum əri X6 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla, qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçıxxx tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin əmlak üzərində İddiaçıxxxnın vərəsəlik hüququnun təmin edilməsi qət edilmişdir. (hakim Arif İsmayılov)

15. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, X16 iki nəfər şahidin iştirakı ilə Zaqatala rayonu Əliabad bələdiyyəsində təsdiq edilmiş 10 yanvar 2003-cü il tarixli vəsiyyətnamə əsasında qəsəbə daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini qəsəbə sakini X6 vəsiyyət etmişdir. X16 08 sentyabr 2007-ci ildə, iddiaçını əri 16 noyabr 2012-ci il tarixdə ölmüşdür. İddiaçı miras qoyan mərhum X3 arvadı olmaqla, miras qoyanın qanun üzrə birinci növbə vərəsəsidir. İddiaçı əri X6 10 yanvar 2003-cü ildə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağına və onun yerləşdiyi 40 ha pay torpaq sahəsinə mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdən sahiblik etməklə və həmin miras əmlakı idarə etməyə faktik başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə, mirası bütünlüklə qəbul etmişdir.

16. Birinci instansiya məhkəməsi işin qeyd edilən halına əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən həmin miras əmlakın qəbul edilmə müddəti ötürülməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mərhum X2 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağı və onun yerləşdiyi 40 ha pay torpaq sahəsi heç kimə vəsiyyət edilməmiş və mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdə sağ olan arvadı, qanun üzrə birinci növbə vərəsə kimi iddiaçı mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Qanun üzrə birinci növbə vərəsə olan iddiaçı ərindən miras qalmış torpaq sahəsinə vərəsəlik hüququnu başqa qaydada ala bilmir və belə vəziyyətdə qanun üzrə vərəsəlik hüququnun verilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Bu hüquq miras əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunur.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1134.1, 1145, 1151.1, 1159.1, 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 307.2.9 və 308-ci maddələri ilə əsaslandırmışdır.

19. Birinci instansiya məhkəməsi 11 dekabr 2017-ci il tarixli qərardadla qətnamədəki yanlışlığı düzəltmiş, torpaq sahəsinin “40 ha” əvəzinə “0,40 ha” kimi oxunması qərara alınmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Qətnamə ilə maraqlarına toxunulan şəxs İmranova Rüsxanə Harun qızı (bundan sonra “maraqlı şəxs”) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: qəbul edilmiş həmin qətnamə maraqlı şəxsin mülkiyyət və vərəsəlik hüquqlarını pozur. Məhkəm ə prosessual hüquq normalarını kobud pozaraq maraqlı şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair qətnamə qəbul edərkən onu iş üzrə prosessual şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi maraqlı şəxsin və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ əsasında dövlət tərəfindən verilmiş pay torpaq sahəsidir. X16 isə maraqlı şəxsin atasıdır. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir; iddiaçı iddia edir ki, guya həmin torpaq sahəsini maraqlı şəxsin atasına 25000 ABŞ dolları verərək almışlar. Lakin belə bir sübut məhkəməyə təqdim edilməyib; bundan başqa iddiaçı məhkəməyə 2017-ci il tarixli akt təqdim etmişdir. Həmin aktda qeyd olunur ki, guya X8 maraqlı şəxsin atası X11 40 sot fındıq bağını 2003cü ildə almışdır. Həmin aktda atasının imzası olmadığına görə bağın alqı-satqısı ilə bağlı ödənilən məbləğ qeyd olunmadığına görə həmin akt alqı-satqıya dair hüquqi sənəd hesab oluna bilməz; məhkəmə işə baxarkən Mülki Məcəllənin vərəsəlik hüququna dair müddəalarını tətbiq etmişdir. Maraqlı şəxsin atası vəfat edərkən mübahisəli torpaq sahəsi atasının mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdı; məhkəmə atasının Əliabad qəsəbəsində təsdiq etdirdiyi 2003-cü il tarixli vəsiyyətnaməyə istinad etmişdir. Həmin vəsiyyətnamə atası tərəfindən X6 vəsiyyət edilmişdir. Atası 2007-cı ildə, X8 isə 2012-ci ildə, yəni atasının vəfatından 5 il sonra vəfat etmişdir. X8 vəfat etməmişdən əvvəl atasının ona vəsiyyət etdiyi torpaq sahəsini rəsmiləşdirməmiş, vəsiyyət üzrə həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ əldə etməsini dövlət qeydiyyatına aldırmamışdır. Belə olduğu halda atasının vəsiyyətnaməsində qeyd etdiyi torpaq sahəsi Mütəllib Xasməmmədovdan miras qalmış əmlak hesab oluna bilməz.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-208/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(033)-1926/2017 saylı qətnaməsinin ləğv edilməsi və mərhum X16 tərəfindən mərhum həyat yoldaşı X6 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair hissəsi üzrə xitam verilməsi qərara alınmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz Mahmudov)

23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-208/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(033)-1926/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamənin qəbul edilərək, iddiaçının mərhum X16 tərəfindən iddiaçının mərhum həyat yoldaşı X6 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz Mahmudov)

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə digər maraq lı şəxsləri işə cəlb etməməklə prosessual hüquq normalarını kobud şəkildə pozduğu üçün qətnamə ləğv edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X1 Mütəllim Əhməd oğlu ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar. X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. xx.xx.2003-cü il tarixli vəsiyyətnaməyə əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsi X16 tərəfindən iddiaçının ərinə vəsiyyət edilmişdir. Həmin dövrdən indiyə qədər torpaq sahəsini iddiaçı və onun ailə üzvləri istifadə edirlər. Zaqatala rayonu Əliabad qəsəbə sakinləri tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli akta əsasən X8 mərhum X11 onun evinin yanından 40 sot fındıq bağını 2003-cü ildən almış, həmin ildən indiyə qədər fındıq bağından məhsulu mərhum X3 ailə üz vləri yığırlar

26. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, iddia tələbi iddiaçının mərhum X16 tərəfindən mərhum həyat yoldaşı X6 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi hissəsində təmin edilməlidir. Belə ki, X8 vəfat etdikdən sonra miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağı və onun yerləşdiyi 40 ha pay torpaq sahəsi heç kimə vəsiyyət edilməmiş və mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdə sağ olan arvadı, qanun üzrə birinci növbə vərəsə iddiaçı mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası büt ünlüklə qəbul etmişdir.

27. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, X3 vərəsəlik şəhadətnaməsini almaması hazırda onun vərəslərinin ondan miras qalmış əmlakı qəbul etmələrinə heç bir maneə törətmir. Mülki qanunvericiliyə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilə bilər. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, irsi transmissiyaya (Mülki Məcəllə 1252-ci maddə) əsasən onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Eyni zamanda Mülki Məcəlləyə görə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiy yətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Mübahisə predmeti olan torpaq sahəsi də miras açılarkən miras qoyanın mülkiyyətində olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1243.1-1243.3 və 1246-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Maraqlı şəxs (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırılıb: məhkəmənin iddiaçı tərəfin mirasın faktiki olaraq q əbul edilməsinə dair gəldiyi nəticə qanunsuzdur və belə bir sübut məhkəməyə təqdim olunmamışdır; məhkəmə qətnaməsində qeyd etmişdir ki, qeyri-rəsmi üsul miras əmlaka sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmənin qeyd etdiyi qeyri-rəsmi üsullardan heç biri iddiaçı tərəfindən həyata keçirilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi əvvəla 40 ha deyil, 0,38 ha ölçüdədir və həmin torpaq sahəsi atalarından miras qalmış evin həyətinə bitişik torpaq sahəsi olmaqla, maraqlı şəxsin və ailə üzvlərinin istifadəsindədir və iddiaçı bu günədək heç vaxtı həmin torpaq sahəsindən istifadə etməmiş, orda olan 41 topa fındıq ağaclarından heç bir məhsul toplanmamış, həmin torpaq sahəsinin heç vaxtı vergisini ödəməmiş və həmin torpaq sahəsinə heç vaxt sahiblik etməmişd ir; bundan başqa, miras qoyan Harin İmranov 2007-ci ildə vəfat edib, onun vəfatından sonra 5 il yaşayan M.Xasməmmədov mirası nə rəsmi, nə də faktiki qəbul etməyib. məhkəmə qeyd edilən bu faktı araşdırmadan məhkəməyə təqdim olunmuş yalan və eyni zamanda qanunsuz tərtib olunmuş akta əsaslanmış, Mülki Məcəllənin 1252- ci maddəsini səhv tövsif etmiş, MPM-nin 236.1-ci maddəsini tələbini, yəni icrada dönüş məsələsini həll etməmiş, eyni zamanda tərəfin təqdim etdiyi icrada dönüş məsələsinin təmin edilməməsinə dair qərardad qəbul etmişdir; apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1.Qa nun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən ü ç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəm əsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

36. İşdən görünür ki, idd iaçı miras qoyan X13 iddiaçının ərinə verdiyi 10 yanvar 2003-cü il tarixli vəsiyyətnaməyə istinad edərək, 0,40 ha pay torpaq sahəsinin miras kimi faktiki qəbul edilməsinin müəyyən olunmasını xahiş edir.

37. Apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə təmin edərkən, mirasın 16 noyabr 2012-ci il tarixdə – iddiaçının ərinin ölməsi ilə açıldığını, notariat kontoruna ərizə verməsə də, iddiaçının həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etməsinə istinad etmişdir ki, bu da düz deyil.

38. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əmlaka dair ilk dəfə miras X13 08 sentyabr 2007-ci ildə ölməsi ilə açılmışdır. İddiaçının əri həmin əmlakın vəsiyyət üzrə vərəsəsi olmuşdur. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrin ə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. Göründüyü kimi, qanunvericilik vərəsəliyin növündən asılı olmayaraq mirasın qəbul edilməsini mütləq şərt kimi müəyyən etmişdir. Belə olan halda da, ilk növbədə 08 sentyabr 2007-ci ildə açılmış mirasın vəsiyyət üzrə vərəsə olan iddiaçının əri tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul edilib-edilməməsi halı müəyyən edilməlidir. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mirasın iddiaçının əri tərəfindən qə bul edilməsi halını deyil, ərinin ölümündən sonra iddiaçının özünün həmin mirası qəbul etməsi halını müəyyən edib. Başqa sözlə, iddiaçının ərinin vəsiyyət üzrə vərəsə kimi mirası, onun açıldığı vaxtdan (08 sentyabr 2007-ci ildən) hər hansı formada qəbul etməsi qətnamədən görünmür.

40. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Nə qədər ki, iddiaçının ərinin vəsiyyət üzrə mirası qəbul edib-etməməsi halı müəyyən edilməyib, həmin mirasın ərin mülkiyyəti hesab edilməsi və bundan da çıxış edərək, iddiaçının ərinin 16 noyabr 2012-ci ildən ölməsi ilə həmin əmlakın miras olaraq iddiaçı tərəfindən faktiki qəbul edilməsi halı da istisna edilir. Bu baxımdan, Mülki Məcəllənin tətbiq edilən 1243.1, 1243.2 və 1252-ci maddələri işin müəy yən edilmiş hallarına uyğun gəlmir.

41. Bundan əlavə, Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

42. Hazırki işdə də miras qoyan vəsiyyətnamə verdiyi üçün onun uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Lakin apellyasiya məhkəməsi nəinki məcburi payla bağlı məsələlərə diqqət yerirməmiş, hətta torpaq sahəsinin miras qoyandan əlavə, daha 4 nəfər mülkiyyətçisinin olmasına baxmayaraq, bütün torpaq sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etmişdir. Halbuki torpaq sahəsinin miras qoyanda n savayı 4 nəfər mülkiyyətçisinin olması və həmin digər mülkiyyətçilərin payına mirasın açılmaması işin mübahisə edilməyən halıdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin bu halına, ümumiyyətlə, qiymət verməmişdir.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, miras qoyulan torpağın rəsmi sənəd üzrə 0,3888 ha olması müəyyən edilib. İddiaçı 40 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı 40 ha torpaq sahəsinə dair hissədə təmin etsə də, sonradan yanlışlığı aradan qaldırıb “40 ha” torpaq sahəsini “0,40 ha torpaq sahəsi” kimi oxunmasını, daha sonra izah verərək torpaq sahəsinin 0,3888 ha olmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi buna da diqqət yetirməmiş, iddiaçı tərəfindən 40 ha torpağın miras kimi qəb ul edilməsi faktını müəyyən etmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

45. Yuxarıda göstərilənləri və 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs İmranova Rüsxanə Harun qızının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-208/2022 nömrəli, 24 fevral 2022-ci il tar ixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar