Məhkəmə qərarları › İş №2(102)-384/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-384/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-384/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5668/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2025-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Abbasova (Quluyeva) Xavər Akif qızı 30 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 23 fevral 2016-cı il təvəllüdlü X5 və 12 fevral 2011-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(002)969/2023 nömrəli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, 2 azyaşlı uşağın Xavər Quliyevanın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin hər ay tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

3. Tərəflərin yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı ünvanınd a yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Qurd qapısı massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri Laçın rayonundan məcburi köçkün düşməklə Bakı şəhəri Qaradağ rayonu Qurd qapısı massivi deyilən ərazidə sənədsiz fərdi ev tikməklə orada yaşamışlar. 2010-cu ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qurd qapısı massivində yerləşən Laçınkənd deyilən ərazidə sənədsiz fərdi yaşayış evi tikməklə orada yaşamışlar. Həmin evdə yaşayarkən 2 uşaqları olmuşdur. Cavabdehin iddia tələbinə əsasən nikahları pozulmuş, münasibətləri pozulduğundan cavabdeh onu birgə nikah dövründə tikdirdikləri evə buraxmır. Onun başqa yaşayış yeri olmadığından qohumların evlərində yaşamalı olur. Kifayət qədər də yüksək məbləğdə aliment ödədiyindən kirayə qalmaq imkanı da yoxdur. İddiaçının qeyd etdiyi hallar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-969/2023 saylı qətnaməsində də öz əksini tapmışdır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmişdir. 6.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2965/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilməmişdir. 7.Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, iddiaçının köç ürülməsini tələb etdiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə ərazisində yerləşir.

8. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin şəxsi münasibətləri qeyri-qənaətbəxşdir. Onlar münaqişəli ailə kimi hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmışlar. Cavabdeh bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh iddiaçıdan qorxduğuna görə bir müddətdir ki, həmin tikilidə yaşamır, övladları ilə birlikgə digər ünvanda-atasının evində yaşamağa məcbur olmuşdur. Cavabdehin bildirirdiyinə görə iddiaçı onu təhdid edir, qorxudur, bu səbəbdən övladları ilə birlikdə atasının evində yaş ayır, iddiaçı həmin tikiliyə köçürülərsə, xoşagəlməz hallar baş verə bilər.

9. İddiaçı iddia tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirmişdir. Məhkəmə bu dəlilləri iddianın təmin edilməsi üçün əsas saymamışdır.

10. Məhkəmə bu halla bağlı qeyd etmişdir ki, o, ailə başçısı olduğundan vaxtilə müqavilələr onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır. Bu hallar onun özbaşına tikilidən istifadə hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilməməmildir.

11. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi tikili 3 otaqlı olub, qonaq otağı, 2 yataq otağı və mətbəxdən ibarətdir. Tərəflər arasında nikah pozulduğuna görə onların bir yaşayış sahəsində məskunlaşması m ənzil qanunvericiliyinin tələblərinə və əxlaq normalarına uyğun hesab edilmir.

12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin arasında münaqişəli münasibət var, onlar münaqişəli ailə kimi polis orqanı tərəfindən qeydiyyata alınmışlar.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 1 və 2-ci hissələrinə, 34-cü madəsinin 3-cü və 4-cü hissələrinə, Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 21.1, 22.1, 22.2, 49.2, 49.3, 51.4, 52, 58.2, 60.4,75.1, 112.1-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının məcburi köçkün olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən, ilk növbəd ə iddiaçının köçürülməsini xahiş etdiyi yaşayış sahəsinin statusu müəyyən edilməlidir. İlk öncə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. Yaşayış sahəsinin üm umi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. (Mənzil Məcəlləsi maddə 12.1-12.5). Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun mü əyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər. İş üzrə tərəflər mübahisəli evin özbaşına tikili olduğunu mübahisələndirmirlər. İddiaçı öz tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu dəlill əri də iddianın təmin edilməsi üçün əsas saymamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2688/2024 saylı qərarı ilə (hakimlər: İspəndiyar Şəfiyev-sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...iddia tələbini rədd edərkən apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslardan biri ondan ibarətdir ki, “iddiaçının köçürülməsini tələb etdiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə ərazisində yerləşir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birgə nikah müddətində inşa edilmiş tikintinin öşbaşına olması faktı, özlüyündə həmin tikinti ilə ilə bağlı ər-arvad arasında hər hansı mübahisənin baxılmasının mümkünsüz olması anlamına gəlmir...... Baxılan işdə tərəflərin evli olduqları dövrdə mübahisəli evdə yaşadıqları mübahisələndirilmir. Bu halda iddia tələbinə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin müddəaları əsasında qiymət verilməl i idi. Lakin işin halları və məhkəmənin iddianın rədd olunması barədə gəlidiyi nəticə, iddiaçının mənzil hüquqlarının səmərəli təmin olunması barədə qənaətə gəlməyə imkan vermir... Məhkəmənin qiymət verməli hal odur ki, evdə mübahisəsiz olaraq uzun müddət ərzində iddiaçının yaşadığı vəziyyət nəyə görə dəyişmişdir və bu səbəblər iddiaçının evdən əvvəlki vəziyyətdə istifadə etməsini aradan qaldırmağa əsas verirmi?”

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, evin başqa şəxslərə aidliyi iddia olunmur. Evin kommunal xidmət üzrə müqavilələri iddiaçının adınadır. Evin 2010-cu ildə tərəflər evlənəndən sonra onların yaşaması üçün inşa edildiyi və tərəflərin evli olduqları müddətdə mübahsəli evdə yaşadıqları da mübahisələndirilmir. Evdən istifadə üzrə tərəflər arasında münaqişəli vəziyyətin olduğu da birmənalıdır. Bu münaqişə, bilavasitə iddiaçı ilə bağlı deyil, cavabdeh tərəfindən irəli sürülən etiraz dəlilləri baxımından evin cavabdehin atası tərəfindən inşa edilməsi ilə bağlıdır. Bu hal cavabdehin və onun atasının birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də birmənalı olaraq təsdiq olunur. Nəzərə alınmalıdır ki, evin və yerləşdiyi torpaq sahəsinin üzərində tərəflərin mülkiyyət hüququ və ya cavabdehin atasının istifadə və sahiblik hüququ təsdiq edilmir. Cavabdehin atasının mübahisəli evlə əlaqəsi yalnız ondan ibarətdir ki, cavabdehin iddiaçı ilə evli olduqları müddətdə, tərəflərin yaşaması üçün evin tikintisinə yardım etmişdir. İşin bu vəziyyətində, hazırki iddia çərçivəsində evin tikintisində cavabdehin atasının iştirakı həlledici deyildir.

22. Məhkəmə kollegiyası həmçini n qeyd etmişdir ki, iddiaçının cavavdehə qarşı zorakılıq etməsi təsdiqini tapmamışdır. Bu vəziyyəti, iddiaçının evə köçürülməsini istisna edəcək, yaşadığı evdən məhrum etmək üçün əsas verəcək dərəcədə iddiaçını təhlükəli hesab etmək barədə gəlinən nəticə, işin hallarlna açıq-aşkar uyğun deyildir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. İşə yenidən baxılan zaman məhkəmə iclasında iştirak etmiş iddiaçı əlavə olaraq bildirmişdir ki, 2005-ci ildə Ağcabədidən gələndə həmin torpağı zəbt etmişlər. Tərəflər 2010-cu ildə nikaha girmişlər və evi də 2010-cu ildə qayınatasının köməkliyi ilə tikmişlər. Cavabdehin atası onlara qonaq gəlmiş, qıfılı dəyişmişdir.

24. Məhkəmə iclasına iştirak etmiş cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş, əlavə ol araq bildirmişdir ki, iddiaçı hər dəfə cavabdehi vurur və döyür. İndi evdə heç kim yaşamır və evi atası tikmişdir.İddiaçı o vaxt heç işləməyib, onun atası rayondakı torpağı sataraq evi tikmişdir.

25. Məhkəmə iclasına iştirak etmiş cavabdehin nümayəndəsi (atası) X6 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, evi o tikmişdir. Özü fermer, yoldaşı isə müəllimə olmuş, imkanı yaxşı olmuşdur.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5668/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Babayev-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) iddiaçının apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şə həri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir.

28. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, tərəflər 30 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından iki övladları doğulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər evləndikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı ünvanında yerləşən və özbaşına tikili olan fərdi yaşayış evində yaşamışlar. Hazırda cavabdeh iddiaçının evə daxil olmasına və orada yaşamasına imkan verm ir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə bundan öncə baxmış müvafiq instansiya məhkəmələri iddianı rədd edərkən mübahisəli evin özbaşına tikili olması və ona dair hər hansı şəxsin, o cümlədən iddiaçının hüquqlarını təsdiq edən müvafiq sənədlərin olmamasına istinad etmişlər.

30. Lakin hər hansı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikasının 43cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması araşdırılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli evin başqa şəxslərə aidliyi iddia olunmamış, həmçinin evin kommunal xidmət üzrə müqavilələri iddiaçının adına olmuş, 2010-cu ildə tərəflər evləndikdən sonra onların yaşaması üçün inşa edildiyi və evli olduqları müddətdə mübahisəli evdə yaşadıqları da mübahisələndirilməmişdir.

33. Lakin istər cavabdeh tərəf öz etirazlarında, istərsə də işə bundan öncə ba xan müvafiq instansiya məhkəmələrində mübahisənin əsl mahiyyətinə aidiyyatı olmasa da, sözügedən fərdi yaşayış evinin cavabdehin atası tərəfindən və onun vəsaiti hesabına tikilməsi məsələsi önə çəkilmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin məsələ iddiaçının sözügedən fərdi evin tikintisinə çəkilmiş xərclərin bölünməsi və ya həmin haldan doğan sahiblik hüququnun təsbiti, həmçinin bunun kimi digər tələblər irəli sürüldüyü halda mübahisə mövzusu ola bilər və həmin halların araşdırılması işin həllinə təsir göstərə bilərdi. Lakin indiki halda iddiaçının tələbi mübahisəli fərdi yaşayış evinə köçürülmə hüququ ilə bağlı olduğundan göstərilən arqumentlər hazırkı işin həlli üçün hansısa əhəmiyyət kəsb etmir.

35. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları və bu münasibətləri tənzimləyən normalar baxımından (analogiya üzrə Mənzil və Mülki Məcəllə) belə nəticəyə gəlmişdir ki, iddiaçı uzun müddət (15 ilə yaxın) yaşadığı mübahisəli ünvana köçürülməlidir.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.

37. Beləliklə, cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyin dən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Bu səbəbdən necə ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşayır, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin evdə yaşamaq hüququ vardır.

38. Bundan başqa, cavabdehin tərəflər arasındakı şəxsi münasibətlərin qeyriqənaətbəxş olması, bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etməsi, qorxduğuna görə bir müddət atasının evində yaşamağa məcbur olması və nəticədə onların eyni evdə yaşamasının mümkünsüzlüyü barədə dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdeh iddiaçının ona qarşı zorakılıq tətbiq etməsi ilə bağlı bir neçə dəfə hüquq mühafizə oğlanlarına müraciət etmiş, lakin sonuncu orqanların qəbul etdiyi müvafiq qər arlara əsasən iddiaçının əməllərində cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Emil Seyidbəyov tərəfindən qəbul edilmiş Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarı ilə, X3 əri X1 ilə aralarında gələcəkdə xoşagəlməz hadisələrin baş verə bilməsinin qarşısının almaq məqsədi ilə münaqişəli ailə kimi qeydiyyata götürülməsi qərara alınmışdır.

41. Qa radağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Mehnur Mirzəyev tərəfindən qəbul edilmiş Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli Qərar ilə, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə uyğun inzibati icraat açılmasından ötrü 10-cu PŞ-nə göndərilməsi qərara alınmışdır.Həmin qərarda bilavasitə qeyd edilmişdir ki, İddiaçı hərəkətlərində Döymə və sair zorakı hərəkətlərdə qəsdən fiziki ağrı yetirməyə görə onun əməlindən İXM-nin 157-ci maddəsinin tərkibi var.

42. Bundan başqa, yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyası heç bir araşdırma aparmadan qısa zaman ərzində qətnamə qəbul etmişdir ki, qəbul edilmiş nəticə tərəflərin real vəziyyətinə və işin faktiki hallarına heçdə uyğun deyildir.İddiaçının iş materiall arında olan və birinci apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən ətraflı şəkildə tədqiq olunan diskdən də görünür ki, mübahisə edilən yaşayış sahəsi 2 hissədən ibarətdir. Birinci hissənin girişi öndən, ikinci hissənin girişi yan tərəfdəndir. Birinci hissədə cavabdeh Xavər Abbasova və iki yetkinlik yaşına çatmayab uşaqlar, ikinci hissədə isə hansı ki, iddiaçı tərəfində uzun zaman kirayə verilmiş və hazırda iddiaçının yaşadığı hissə İddiaçı istifadəsindədir. Lakin iddiaçı real vəziyyətdə heç bir halda bölünməsi mümkün olamayan, əlavə giriş və ya ayırmaq mümkün olmayan cavabdeh və uşaqların yaşadığı sahəyə köçürülməyi tələb edir. Hətda birinci instansiya məhkəməsi zamanı yerli baxışda iddiaçı bilavasitə cavabdehə məxsus yataq otağının ona verilməsini bildirmişdir. Birinci ape llyasiya icraatı zamanı isə iddiaçı ümumiyyətlə məhkəmə tərkibinin suallarını belə cavablandıra bilməmiş açıq aşkar öz niyyətini bəyan etmişdir. Lakin sonuncu apellyasiya icraatı zamanı məhkəmə kollegiyası heç bir zəruri araşdırma aparmadan on beş dəqiqədən az bir məhkəmə iclası ilə MPM-nin 420-ci maddəsini belə nəzərə almadan kassasiya instansiya məhkəməsinin göstərişlərini qətnamədə öz mülahizələrinə əsasən cavablandırmışdır.

43. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsinə, Mülki Məcəllənin 11.1, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

45. Maddə 43 (hissə1 ).Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 6.1.1. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.

47. Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

48. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya ba şqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 49. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki: «4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanl arından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.... 4.15. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə 7 hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə, əvvəlki kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlərə əməl etməklə düzgün qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

60. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kol legiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5668/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar