Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3847/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Osmanov Pərviz Əlikişi oğlunun, Cavabdeh və vəkili Məmmədova Rəna Məhəmməd qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (ha kim T.Mahmudova) xx.xx.2019-cu il tarixli, 2(010)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi və hədiyyə şəklində alınmış zinət əşyalatrının qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, **-ZO-*** dövlət qeydiyyat nişanlı “Daimler Benz C 180” maraklı minik avtonəqliyyat vasitəsinin İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunmuş ümumi əmlakları hesab edilməsi və həmi əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, vəkilə göstərilmiş yardıma görə 200 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18.30 manat məbləğində pulun Cavabdeh İddiaçı xe yrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, Z.Əliyev, R.Eyvazov) xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-xxx/2019 saylı qətnaməsinin qismən- təmin edilməyən (zinət əşyaları) hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, İddiaçı məxsus siyahı üzrə ümumi dəyəri 8300 manat olan qızıl-zinət əşyalarının; komplekt İtaliyan istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibarətdir. Komplektdə bir cüt sırğa, üzük, qolbağı və boyunbağı 3500 AZN (alınma tarixi:xx.xx.2016), İtaliya istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibarət Nişan üzüyü 13 00 AZN (alınma tarixi xx.xx.2019), Rusiya istehsalı olan, 583 əyarlı qızıldan ibarət üzük 100 AZN (almma tarixi xx.xx.2016), üzük 750 əyar 400 (dörd yüz) AZN (alınma tarixi xx.xx.2016), üzük 750 əyar 400 (alınma tarixi xx.xx.2016), boyunbağı klonla birgə 1800 AZN (alınma tarixi xx.xx.2016), qolbağı 800 AZN (alnma tarixi xx.xx.2016) və ya onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi və hədiyyə şəklində alınmış zinət əşyalarının qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nişan günündə, doğum günlərində, bayramlarda (y eni il və qadınlar günündə) ona hədiyyə şəklində alınmış iddia ərizəsində göstərilən ümumi dəyəri 9600 manat məbləğində olan zinət əşyalarının ona qaytarılması, dəyəri 7000 manat məbləğində olan **-ZO-*** dövlət qeydiyyat nişanlı, “Daimler Benz C 180” markalı minik avtonəqliyyat vasitəsinin əmlak bölgüsü aparılarkən ona çatacaq payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, nişan günündə, doğum günlərində, bayramlarda (yeni il və qadınlar günündə) ona hədiyyə şəklində alınmış iddia ərizəsində göstərilən ümumi dəyəri 9600 manat məbləğində olan zinət əşyalarının ona qaytarılması, dəyəri 7000 manat məbləğində olan **-ZO-*** dövlət qey diyyat nişanlı, “Daimler Benz C 180” markalı minik avtonəqliyyat vasitəsinin əmlak bölgüsü aparılarkən ona çatacaq payın müəyyən edilməsi, dövlət rüsumu kimi ödənilmiş 40 manatın, vəkilin göstərdiyi yardıma görə 200 manatın, qızı-zinət əşyalarının dəyərinin müəyyən edilməsinə görə ödənilmiş 200 manatın, ümumilikdə 240 manatın cavabdehdən tutulmasını da xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Məmmədova Rəna Məhəmməd qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddiaçının qızıl-zinət əşyalarının iddiaçıda olmamasını müəyyən olunmuş, cavabdehin isə mübahisə predmeti olan qızıl-zinət əşyalarının qaytarma masını sübut edilməmiş olmasını qeyd etmişdir. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qızıl-zinət əşyalarının cavabdeh tərəfindənm qaytarılmamasının nə ilə sübut edildiyini göstərməmişdir. Birinci instansiya məhkəməsinə sübuta kimi təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən zinət əşyalarının ona qaytarılmadığını sübut edə bilməmiş, cavabdeh isə əksinə olaraq həmin əşyaları iddiaçıya qaytarıdığını sübut edə bilmişdir. İddiaçı mənzildən zorla çıxarılmamış, sonuncu dəfə mənzili tərk edən zaman ciddi psixoloji gərginlik vəziyyətində olmasını və mənzildən zor tətbiq edilməklə çıxarılmasını təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı və onun nümayəndəsi etiraf etmişdir ki, cavabdehə məxsus bəzi zinət əşyaları onlardadır və onları qaytarmağa hazırdırlar. İş üzrə dindirilən şahidlərin heç biri qızıl-zinət əşyalarının götürülməsi zamanı tərəflər arasında mübahisə olması barədə ifadə verməmişlər. Əksinə, tərəflər qızıl-zinət əşyalarının qarşılıqlı anlaşma şəraitində verildiyini bildirmişlər. Bu zaman yeganə mübahisə cavabdehin aldığı nişan üzüyünün iddiaçı tərəfindən, iddiaçıya məxsus hansısa paltar və gümüş boyunbağının cavabdeh tərəfindən qaytarılmaması ilə bağlı olmuş, sonradan tərəflər arasında bu mübahisə həllini tapmışdır. Hər iki tərəfin verdiyi izahatda qızılların ona qaytarılması qeyd olunmuşdur. Bu hal Şahid ifadəsi ilə təsdiq olunur. Cavabdehin atası Vilayət Qulaməliyev səhəri gün vermiş olduğu izahatda qızılna pay kimi verilən qızılları götürdüyünü, qarşı tər əfin aldığı qızılların onlarda qaldığını bildirmiş, izahatdakı bu anlaşmazlığın aradan qaldırılması üçün şahid kimi dindirilmiş Şahid iddia ərizəsində qeyd edilən qızılların qaytarılıb-qaytarılmadığını bilmədiyini, lakin cehiz çıxarılan qızılla bağlı mübahisənin qalmadığını bildirmişdir. Lakin sonradan iddiaçının atasının mübahisələndirilən qızıl-zinət əşyalarını aparmadığı haqda ifadəsinə tənqidi yanaşılmalıdır. İddiaçının mübahisələndirilən qızıl-zinət əşyalarını özü ilə aparmadığını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçının mübahisələndirilən qızıl-zinət əşyaları ilə bağlı təqdim etdiyi sübutlar iddianın əsasını təsdiq etmir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1552/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin zinət əşyaları hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan onların iştrakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Məmmədova Rəna Məhəmməd qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkə mə iclasında iştirak edən İddiaçı vəkili Osmanov Pərviz Əlikişi oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Cavabdehlər X3, X4 və X2 məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-xxx/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya ins tansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh qızıl zinət əşyaların mövcudluğunu təsdiq etmiş, onların aparılması təsdiqlənməmişdir. Tərəflərin əşyaların aparılması zamanı inzibati orqanında nümayəndəsinin iştirak etdiyi prosesdə mübahisə edilən əşyaların aparılması barədə təhvil-təslim sənədləri tərtib edilməmiş, izahat və digər sübutlarla isə bu əşyaların aparılması təsdiq edilməmiş və hər iki tərəfin hədiyyə alınan zinət əşyalarının özlərində qalması barədə ehtimallarının mövcud olduğu məlum olmuşdur. Hazırki vəziyyətdə etiraza və hədiyyənin mövcudluğuna dair etiraflara dair sübut etmə yükü cavabdehin üzərində olmuş və sonuncu öz dəlillərin sübuta yetirməmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının qızıl-zinət əşyaları ilə bağlı mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya kollegiyası iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsini özünün qeyd etdiyi kimi ehtimallara əsaslanaraq təmin etmiş, iş materiallarında olan iddiaçının atası tərəfindən Suraxanı RPİ 31-ci PB-nin rəisinə ünvanlanmış ərizənin məzmununu məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə qar şılıqlı surətdə müqayisə etməmiş, bu barədə əsaslandırma aparmamış, iş materiallarında olan CD-diski tədqiq etməmiş və münasibət bildirməmişdir. Halbuki, qeyd edilən disk nəzərdən keçirilərkən müəyyən olunur ki, çəkiliş əşyaların çıxarıldığı gün həyata keçirilmiş, çəkiliş aparan şəxs “qızılların həll olunduğunu” soruşmuş və “hə” cavabını almış və bu hal lentə alınmışdır. Apelyasiya kollegiyası isə bununla bağlı hər hansı araşdırma aparmamışdır. Digər tərəfdən iddiaçının nümayəndəsi olan atasının ifadəsindən (səh 54) görünür ki, iddiaçının atası cavabdehlə danışığı əsasında əvvəlcədən cavabdehin evindən qızılları da götürəcəyini bilmiş, əmlaklar çıxarılarkən isə tərəflər arasında hər hansı mübahisə baş verməmişdir. Bu hal şahid ifadələri və təqdim edilmiş CD disk ilə təsdiq olunur. Həmçinin cavabdeh tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış izahatın tarixindən də görünür ki, əmlakların çıxarılması 2017-ci ilin avqust ayında baş vermişdir. Bununla yanaşı, iddiaçının atası və cavabdeh tərəfindən yazılmış göstərilən izahatlardan görünür ki, cavabdehin izahatı alınarkən izahatın sonluğunda xx.xx.2017-ci il tarixi qeyd edilmiş, iddiaçının atasının izahatında isə tarix qeyd edilməmişdir. Bundan əlavə, iddiaçının atası X1 tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış polisin iştirakı ilə cehizin çıxarılmasına kömək göstərilməsi barədə ərizədən görünür ki, ərizə xx.xx.2017-ci il tarixdə tərtib edilmiş, xx.xx.2017-ci il tarixdə ərizəyə dərkənar qoyulmuş, ərizə xx.xx.2017-ci il tarixdə 31-ci PB-nə daxil olmuşdur. Lakin yuxarıda qeyd olunmuş cavabdehin izahatının tarixindən görünür ki, əşyalar xx.xx.2017-ci ildə çıxarılmışdır. Belə olan halda işə baxan məhkəmələr isə xx.xx.2017-ci il tarixdə iddiaçıya məxsus əmlaklar çıxarılan zaman polis əməkdaşı Şahid hansı statusda əmlakların çıxarılması prosesində iştirak etdiyini, kim tərəfindən əmlakların çıxarılmasına dəvət edildiyini, onun ifadəsində olan ziddiyyətləri (gah qızılların qırmızı qabda gətirilib verilməsini gördüyü demiş, gah qızılları görmədiyini demiş) araşdırmamış, cavabdeh və iddiaçının atası tərəfindən yazılmış izahatların eyni şəxsin xətti ilə yazılmasını diqqətdən qaçırmış, izahatların kim tərəfindən yazılması barədə tərəflərə hər hansı sual ünvanlamamışdır. Bundan əlavə, apelyasiya kollegiyası əmlaklar çıxarıldığı zaman qızıllar iddiaçıya qaytarılmamışdısa, bundan qısa müddə t sonra yox, 2 il sonra məhkəməyə müraciət edilməsinin səbəbini də araşdırmamışdır. Göründüyü kimi, apellyasiya kollegiyası işin bu cür ziddiyyətli hallarını araşdırmamış, göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün ədalətli məhkəmə araşdırması hüququnu tam həyata keçirmədən hər iki tərəfin hədiyyə alınan zinət əşyalarının özlərində qalması barədə ehtimallarının mövcud olduğunu göstərmiş və qızılların cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyə n etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərba ycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kssasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi “qızıl-zinət əşyaları” hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidə n baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)xxx/2020 nömrəli qətnaməsi “qızıl-zinət əşyaları” hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3847/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3847/2020
28.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver