Məhkəmə qərarları › İş №2(102)-3849/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3849/2019

10.06.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3849/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Xna qarşı alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(107)-326/2019 nömrəli qətnaməsindən cavabdehlər X, Cavabdeh2 və onları n vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 41 saylı qərarı və “Torpağa mülkiyyət hüququ”na dair JN387 Kod 40400068 Dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Xnın mülkiyyətinə verilmiş Şəki rayonu, Şəki kəndində yerləşən 1 ha torpaq payı sahəsinin ona satılmasına dair 07 iyun 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və bu əqddən əmələ gələn hüquqların qeydə alınmasının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(0 75)-3595/2018 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Xna qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Şəki rayonu, Şəki kəndində yerləşən 16 dekabr 1997-ci il tarixli 41 saylı qərarı və “Torpağa mülkiyyət hüququ”na dair JN-387 Kod 40400068 Dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Xnın mülkiyyətinə verilmiş pay torpaq sahəsinin 1 ha pay torpaq sahəsi hissəsinin Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı satılmasına dair 07 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, iddianın “əqddən əmələ gələn hüquqların qeydə alınmasının ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə həvalə edilməsi” hissəsi barədə Şəki rayon məhkəməsi nin çıxarmış olduğu 17 oktyabr 2018-ci il tarixli, 2(075)-3595/2018 saylı qərardadının nəzərə alınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X3 və X1) 23.01.2019-cu il tarixli, 2(107)-326/2019 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(075)-3595/2018 nömrəli qətnaməsinin nəticə hissəsinin ikinci abzasının dördüncü sətrindəki verilmiş sözündən sonra olmaqla pay sözündən əvvələ “3,99 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh3 aid olan” söz birləşməsi əlavə edilməklə dəyişdirilməsi və Şəki rayonu, Şəki kəndində yerləşən 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı və “Torpağa mülkiyyət hüququ”na dair JN-387 Kod 40400068 Dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Xnın mülkiyyətinə verilmiş 3,99 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh3 aid olan pay torpaq sahəsinin 1 ha pay torpaq sahəsi hissəsinin Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı satılmasına dair 07 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi qət edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər X, Cavabdeh2 və onların vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(107)-326/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları və tərəflər arasında qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə g əlinməmişdir. Daşınmaz əmlaka dair müqavilələr notarial qaydada təsdiqlənməli olması barədə qanunvericilikdə məcburi göstərişlər mövcud olsa da, məhkəmə tərəfindən qanunun tələbi pozulmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(107)-326/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə ba xılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 2005-ci ilin iyun ayında onlara Şəki Rayon Aqrar isl ahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı ilə və “Torpağa mülkiyyət hüququna dair” JN-387 Kod 40400068 saylı Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinin 1 hektar hissəsinin İddiaçı satılması ilə bağlı razılığa gələrək yazılı müqavilə - alqı-satqı aktı tərtib etməklə həmin torpaq sahəsini iddiaçıya 3.360.000 manata satmışlar. Həmin tarixdə iddiaçı cavabdehlərə məxsus 1 ha pay torpaq sahəsinin alqı-satqı aktında razılaşdırılmış ******* manat dəyərinin ******* manatını dərhal nağd şəkildə onlara ödəmişdir. Qalıq olan ******* manatı isə aralarındakı alqı-satqı aktında razılaşdırıldığı kimi iki ay sonra natura şəklində arpa verməklə ödəmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin 1 ha torpaq sahəsini İddiaçı təhvil vermişlər. Həmin vaxt dan bu günə kimi - 13 ildir ki, mübahisəli 1 ha torpaq sahəsini iddiaçı əkib becərir. Təhvil-təslim aktı bələdiyyə tərəfindən möhürlə təsdiqlənmişdir. Həmin vaxt alqı-satqını notariat kontorunda rəsmiləşdirməyə iddiaçının maddi imkanı olmamışdır. Hazırda isə iddiaçı həmin müqaviləni rəsmiləşdirmək istəsə də, cavabdehlər alqı-satqı müqaviləsinin notarial qaydada tərtib edilməsindən imtina edir və əqdin notarial qaydada təsdiq olunmamasından istifadə edərək bu torpaq sahəsini iddiaçıdan geri almaq istəyirlər. İddiaçı alqı-satqı ilə bağlı heç bir sənədi olmadığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər bildirmişlər ki, 2005-ci il tarixdə İddiaçı aldıqları 3.360.000 manat pul indiki pulla 500-600 manat təşkil etmişdir. Qeyd edilən 500-600 manat pulun hal-hazırda 1 ha torp aq sahəsi üçün çox az bir məbləğ olduğunu, həmçinin iddiaçının 13 il ərzində həmin torpaq sahəsini bu və ya digər şəkildə istifadə etməklə (becərməklə) artıq onlara vermiş olduğu pul məbləğindən də artıq pul məbləğini əldə etməklə qazandığından hesab etmişlər ki, həmin torpaq sahəsi onların özlərində qalmalıdır. Buna görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2 və 336.2-ci maddələrinə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanınşikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Tərəflər arasındakı alqı-satqı müqaviləsi (əqd) qanuna zidd olmamaqla yazılı formada tərtib edilmiş, alqı-satqının (əqdin) notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehin təqsiri ucbatından baş vermiş, cavabdehlər alqı-satqı müqaviləsinin (əqdin) notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, qətna mədə alqı-satqı müqaviləsini etibarlı hesab etdiyi torpaq sahəsinin kimin payına düşən torpaq sahəsi olmasını göstərməməklə səhv etmişdir. Belə ki, hazırki iş üzrə apellyasiya şikayəti vermiş cavabdehlər X və Cavabdeh2 iddiaçı bu iddia ilə məhkəməyə müraciət edənə qədər digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən torpaq sahəsinin iddiaçıya satılması məsələsini heç vaxt mübahisələndirməmişlər və iddiaçı həmin torpaq sahəsindən 13 il ərzində öz mülkiyyəti kimi istifadə etmişdir. Satılan torpaq sahəsi paylı mülkiyyətdən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 düşən hissə olduğundan hazırki iş üzrə apellyatorların marağına toxunulmamışdır, satılan torpaq sahəsinin mülkiyyətçiləri isə qətnamə ilə razılaşdıqlarından qətnamədən apellyasiya şikayəti verməmişlər. Buna görə də, apellyasiya instan siya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək, iddianı Şəki rayonu, Şəki kəndində yerləşən 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı və “Torpağa mülkiyyət hüququ”na dair JN-387 Kod 40400068 Dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Xnın mülkiyyətinə verilmiş 3,99 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh3 aid olan pay torpaq sahəsinin 1 ha pay torpaq sahəsi hissəsinin Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı satılmasına dair 07 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi hissəsində təmin etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icr a etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun “S.Əliyevanınşikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yuxarıda sadalanan maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan qərarlarına əsasən əqdin etibarlı hesab edilməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi ək s tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İş materiallarında olan 07 iyun 2005-ci il tarixli aktın məzmunundan məlum olur ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə icra edilmiş, yəni alınan 1 ha torpaq sahəsinin müqavilədə razılaşdırılmış qiyməti ödənilmiş, torpaq sahəsi alıcıya təhvil verilmiş və keçən müddət ərzində onun sahiblik və istifadə hüququ mübahisələndirilməmişdir. Belə olan təqdirdə, iddiaçının tələbinin paylı mülkiyyətçilərdən Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməsi üçün tərəflər arasında mübahisəli hüquq mü nasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, kassatorların əqdin notarial qaydada təsdiq edilməməsi əsası ilə iddianın tamamilə rədd edilməsi barədə dəlilləri əsassızdır. Beləliklə də, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əs assızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən verilmişkassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(107)326/2019 nömrəli qətnaməsi kassatorlara münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar