Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-385/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması, hasarın sökülməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-379/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha ölçüdə 646 saylı bağ sahəsi sonuncuya verilmiş və hazırda da onun istifadə və sahibliyindədir.
2. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X2 verilmişdir. 3. 569 saylı və 569a saylı bağ sahələri müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bund an sonra – iddiaçı) iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə müqaviləsi əsasında onun sahibliyinə və istifadəsinə verilmiş 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş hissəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, zəbt olunmuş torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş hasarın cavabdehlərin vəsaiti hesabına sökülməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən 1.000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, iddiaçının istifadəsinə 0,12 ha ölçüdə torpaq sahəsi veri lmiş və həmin vaxt topraq sahəsi məhz qeyd edilən ölçüdə olmuşdur. Həmin torpaq sahəsi ilə cavabdehlərə məxsus olan torpaq sahəsi qonşu olmaqla həmsərhəddir. Onların arasında torpaq sahəsinin zəbt edilməsi halı ilə bağlı 20092010-cu illərdə artıq bir dəfə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, həmin vaxt Cavabdeh1 ona məxsus olan 569a saylı bağ sahəsinin İddiaçı və Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia edərək, onlara qarşı iddia qaldırmışdır. Mübahisə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(001)-55/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnamə ilə 569a saylı bağ sahəsinin İddiaçı və Cavabdeh2 tərəfindən boşaldılaraq, əvvəlki vəziyyətə gətirilməsi qət edilsə də, bu şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəb ul edilmiş 2(103)432/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnamə ilə həmin qətnamə qismən ləğv edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlara sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun, yəni sxematik plana görə “A” tikilisi tərəfdə 7,5 metr enində və yol tərəfdə 8,3 metr enində olmaqla, ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Bununla bağlı icra tədbirləri həyata keçirilmişdir. Lakin bundan sonra cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsini zəbt etmişlər, o cümlə dən bağ sahələrinə yol çəkmişdilər ki, həmin yol bilavasitə iddiaçının sahəsini təşkil edir. Bu hal aparılmış ekspert tədqiqatları ilə də öz təsdiqini tapır. Lakin iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün azalması yalnız zəbt etmə halı ilə deyil, həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin düzgün icra edilməməsi ilə bağlıdır. Belə ki, iddiaçıya məxsus olan bağ sahəsi yalnız zəbt edilmə nəticəsində azalmamış, həmçinin həmin qətnamənin icrası zamanı ölçmə işlərinin düzgün aparılmaması nəticəsində azalmışdır. Bu da ilk növbədə ölçmə işlərinin qətnaməyə uyğun olaraq 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlamaqla aparılmaması ilə bağlıdır. Belə ki, 568 saylı bağ sahəsinin ölçüsü sənəd üzrə ona ayrılmış sahədən artıqdır və həqiqətdə 569 və 569a sa ylı bağ sahələrinin müəyyən hissəsi həmin bağ sahəsi tərəfindən zəbt edilmişdir. Nəticədə 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə ölçüsünü təmin etmək üçün 646 saylı bağ sahəsi istiqamətində sürüşmə olmuşdur. Bu hal da iddiaçının bağ sahəsinin ölçüsünün azalmasına səbəb olmuşdur.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, 569 saylı bağ sahəsi onun babasına məxsus olmaqla ilk olaraq 0,25 ha olmuş, sonradan isə onunla onun qohumu olan digər cavabdeh arasında iki, yəni hər biri 0,12 ha olmaqla 569 və 569a saylı bağ sahələrinə bölünmüşdür. Hazırda 569a saylı bağ sahəsi onun istifadə və sahibliyindədir. O, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etməmiş və həmin sahə üzərində hasar inşa etməmişdir. 569a saylı bağ sahəsinə əvvəl lərdə yol olmuş və həmin yol, habelə hasar onun sahəsi üzərində yerləşir. Hər bir halda, bağ sahəsinə daxil olmaq üçün onun yolu olmalıdır. Ona məxsus olan bağ sahəsindən sonra yerləşən ərazi bütünlüklə dəmir yolunun mühafizə zonasına daxildir. Bu səbəbdən iddiaçının iddia etdiyi bağ sahəsinin orada yerləşməsi qeyri-mümkündür. Həmçinin, həmin sahə ölçü baxımından heç vaxt 0,12 ha olmamışdır. Bu səbəbdən iddiaçı onun bağ sahəsinin müəyyən hissəsini zəbt etmişdir. Sonradan ona aid olan və zəbt edilmiş hissəsini məhkəmə qaydasında iddiaçıdan geri almışdır. İddiaçının mübahisələndirdiyi bağ sahəsinin nömrəsi baxımından da onun qonşuluğunda yerləşməsi mümkün deyil. Belə ki, həmin ərazidə olan bağ sahələrinin nömrəsi 558-569 arasında dəyişir, iddiaçının mübahisələndirdiyi bağ sahəsi isə 646 nömr əlidir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021- ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia qismən təmin edilərək xx.xx.2001ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, İddiaçı icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 257 kv.metr ölçüdə hissəsinin ondan alınaraq İddiaçı verilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 257 kv.m. ölçüdə hissəsi üzərində inşa edilmiş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi; iddianın qalan hissədə rədd edilməsi; ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi; ekspertiza tədqiqatının ümumi dəy ərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsinin İddiaçı, 50 (əlli) manat hissəsinin isə Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X6 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 ha öçüdə 646 saylı bağ sahəsi iddiaçıya verilmiş və hazırda da onun istifadə və sahibliyindədir. Həmin ünvanda olmaqla bu sahənin qonşuluğunda yerləşən 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X2 verilmişdir. 569 saylı və 569a saylı bağ sahələri də hazırda müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyindədir. Həmin ərazidən dəmir yolu xətti keçir və bu xətdən şimala doğru ilk olaraq iddiaçıya məxsus 646 saylı bağ sahəsi yerləşir. Cavabdeh2 məxsus 569 saylı bağ sahəsi və hazırda Cavabdeh1 məxsus 569a saylı bağ sahələri 646 saylı bağ sahəsinə münasibətdə eninə (qarşı-qarşıya) yerləşməklə (ilk olaraq 569 saylı, ondan sonra 569a saylı) 546 saylı bağ sahəsinin şimal sərhəd qonşularıdır. 2009-2010-cu illərdə tərəflər arasında zəbt etmə halı ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə çərçivəsində Bakı şəhəri Binəqəd i Rayon Məhkəməsinin 2(001)-55/2009 saylı, xx.xx.2009cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş cavabdehlər tərəfindən 569a saylı baş sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-432/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qismən ləğv edilmiş, iddia təmin edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik pla na görə “A” tikilisi tərəfdə 7,5 m enində və yol tərəfdə 8,3 m enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportundan göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsi boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-3090 saylı, xx.xx.2020-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəlmiş və icra edildikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 8(103)-114/2012 saylı qərardadı ilə təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehl ərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 112 saylı arayışına əsaslanaraq ona məxsus olan 0,12 ha ölçüdə 646 saylı bağ sahəsinin 620 kv.m. hissəsinin Cavabdeh1 tərəfindən, 250 kv.m. hissəsinin isə Cavabdeh2 tərəfindən zəbt edilərək, istifadə olunduğunu, o cümlədən həmin sahə üzərində daş hasarın inşa edildiyini iddia edir və zəbt edilmiş sahənin cavabdehlərdən alınaraq ona qaytarılmasını, inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsini və bu hərəkətlər nəticəsində ona vurulmuş 1.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh1 iddianı qəbul etmir, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyini, həmin sahə üzərində hasar inşa etmədiyini, 569a saylı bağ sahəsinə ə vvəllərdə yolun olduğunu və həmin yolun, habelə hasarın onun sahəsi üzərində yerləşdiyini, ona məxsus olan bağ sahəsindən sonra yerləşən ərazinin bütünlüklə dəmir yolunun mühafizə zonasına daxil olduğunu, bu səbəbdən iddiaçının iddia etdiyi bağ sahəsinin orada yerləşməsinin qeyri-mümkün olduğunu, həmin sahənin ölçü baxımından heç vaxt 0,12 ha olmadığını, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin nömrəsi baxımından da onun qonşuluğunda yerləşməsinin mümkün olmadığını, həmin ərazidə olan bağ sahələrinin nömrəsinin 558569 arasında dəyişməsinə baxmayaraq, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin 646 nömrəli olduğunu bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tə dqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019cu il tarixli, 17666 nömrəli ekspert rəyində 569 nömrəli bağın sahəsinin əvvəllər 0,25 ha olduğu, sonradan həmin sahədən 0,12 ha hissəsinin 569 nömrəli bağ kimi müqavilə əsasında Cavabdeh2, digər 0,12 hissəsinin isə 569a nömrəli bağ sahəsi kimi müqavilə əsasında X1 istifadəsinə verildiyi, 0,12 ha sahəsi olan 646 saylı bağ sahəsinə dair İddiaçı adına icarə müqaviləsinin olduğu, "xxxx" MMC tərəfindən təqdim edilmiş sxemdə göstərilən ümumi 3.287 kv.m. mübahisəli sahənin bir hissəsinin 1.515 kv.m, bir hissəsinin isə 1.142 kv.m. olduğu və keçid yolu saxlanılmaqla hasarlandığı, hasarlanmış sahənin cənubunda yerləşməli olan 646 saylı bağ sahəsinin dəmir yolu xətti ilə arada qalan sahənin 630 kv.m. təşkil etdiyi, bağ sahələrinin yerləşdiyi üm umi cərgədə hasarlanma işlərinin sxematik xəritəyə və arxiv cizgisinə uyğun plan üzrə aparılmaması səbəbindən qonşu bağlarda tam sərhəd dəqiqləşdirilməsinin aparılmasının mümkün olmadığı, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlar daxilindəki sahənin 524 kv.m. hissəsinin dəmir yolunun mühafizə zonasında yerləşdiyi göstərilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəyinə əsasən bağ sahələri arasında hasarlanma işləri arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmamışdır. Belə ki, ərazidə aparılmış hesablama işləri nəticəsində 646 saylı bağın sənəd üzrə sahəsi 1.200 kv.m. olsa da, faktiki 630 kv.m. qalıb, 569 saylı bağın sahəsi 1.142 kv.m, 569a sa ylı bağın sahəsi isə 1.311 kv.m. və keçid yolu 204 kv.m. olmaqla cəmi 1.515 kv.m. hasarlanaraq ayrılıb. Arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2.500 kv.m, sonradan 1.600 kv.m., sonuncu müqavilədə sənəd üzrə sahəsi 2.500 kv.m., sonradan 1.600 kv.m., sonuncu müqavilədə isə 1.200 kv.m. göstərilir. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1.630 kv.m göstərilsə də, sənəd üzrə sahəsi 1.200 kv.m. və həmin icarə müqaviləsində 1y/ot – 9.76 kv.m. olan tikilidə göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1.200 kv.m. aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sənədlərini tam dəqiqləşdirmək mümkün olmadı. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1.200 kv.m. göstərilsə də, arxiv cizgisində göstərilən pe rimetrik ölçülərdə ümumi 2.075 kv.m. sahə göstərilib. Bu səbəbdən 569 və 569a saylı bağların arxiv cizgisinə görə hər birinin 1.200 kv.m sahələrinin sərhədlərini dəqiqləşdirmək mümkün olmadı. 646, 569 və 569a saylı bağların yerləşdiyi ümumi sahə 3.287 kv.m. təşkil edir, lakin sənəd üzrə sahələri isə 3.600 kv.m. təşkil edir. Yuxarıda qeyd edildiyi kimi 646 saylı bağın 1.200 kv.m-nə və 569, 569a saylı bağların hər birinə 1.200 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Ümumi 5.120 kv.m. sahədə 568a, 568b, 569, 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə, arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü işləri aparılmalıdır. 646 saylı bağla 568 saylı bağ həmsərhəd deyil. Sxematik xəritəyə əsasən 568 saylı bağ sahəsi 569 saylı bağın şimal tərəfdəki qonşusudur. Arxiv araşdırılmasına əsasən 568 saylı bağ sahəsi, 568a və 568 b saylı bağ sahələrindən ibarətdir və onların hər birinin sahəsi sənəd üzrə 700 kv.m. göstərilbdir. Ərazidə ölçmə işləri aparılan zaman 568a saylı bağın sahibi Xuraman adlı şəxsin bildirdiyinə əsasən 568 saylı bağ (700 kv.m.), 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir. 567 və 567a saylı bağlar qeydiyyatdan keçib. 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1.833 kv.m. təşkil edir. Sahə 433 kv.m. artıqdır. Arxiv cizgisində 568, 568a və 568b sahələrinin qərb hissəsində hər birinin eni 7,5 m, şərq hissəsində isə 8,3 m göstərilibdir. Arxiv cizgisində 569a saylı bağ sahəsinə keç id yolu kimi sahə ştrixlə 569 saylı bağın cənub hissəsində göstərilibdir. 569a saylı bağ sahəsinə faktiki keçid yolu kimi hasarlanmış sahə və 646 saylı bağın icarə müqaviləsində göstərilən tikili 646 saylı bağın arxiv cizgisində göstərilən 1.630 kv.m sahəyə düşür. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunda 568a, 568b, 569, 569a, 646 saylı bağ sahələrinin sənəd üzrə və faktiki mövcud olan ölçüləri, habelə keçid yolu barədə məlumatlar yuxarıda göstərilən məlumatlarla eynilik təşkil edir.
11. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq edilmiş sübutlara əsasən gəldiyi nəticə üzrə qənaətində göstərmişdir ki, iş materiallarında olan sübutları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sa ylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunu nəzərə alıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17666 nömrəli və xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib qeyd etməyi zəruri hesab edir ki, iddiaçının və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan müvafiq olaraq 646 saylı, 569a və 569 saylı bağ sahələrinin hər birinin sahəsi 0,12 ha təşkil edir. Lakin faktiki olaraq 646 saylı bağın sahəsi 630 kv.m., 569 saylı bağın sahəsi 1.142 kv.m., 569a saylı bağın sahəsi isə 1.311 kv.m. ölçüdədir. 569a saylı bağın hasarlanaraq ayrılmış ümumi sahəsi isə 204 kv.m. ölçüdə olan keçid yolu da nəzərə alınmaqla 1.515 kv.m. təşkil edir. Ba şqa sözlə, mövcud vəziyyətdə 646 saylı bağın sahəsində (1.200-630 = 570) 570 kv.m. ölçüdə, 569 saylı bağın sahəsində isə (1.200-1.142 = 58) 58 kv.m. ölçüdə kəsir var. 569a saylı bağın sahəsi isə sənəd üzrə müəyyən edilmiş sahədən (1.515-1.200 = 315) 315 kv.m. artıqdır. Arxiv cizgisində 569a saylı bağ sahəsinə keçid yolu kimi sahənin 569 saylı bağın cənub hissəsində göstərildiyi qeyd edilsə də, bu sahənin dəqiq ölçüsü (eni və uzunu), onun statusu (sahələr arasında neytral sahə olub-olmaması, 569a saylı bağın 0,12 ha sahəsinin daxilində olub-olmaması və sair) müəyyən edilməmişdir. Bu səbəbdən keçid yolu 646 saylı bağ sahəsi ilə 569a saylı bağ sahəsi arasında neytral sahə (bu bağların hər hansı birinin sahəsinə daxil olmayan sahə) kimi qiymətləndirilə bilməz (bu iki sahə əvvəllər 569 saylı ba ğ sahəsi olmuş və bu baxımdan vahid sahə olaraq onun avtomobil yolu tərəfindən girişi olmuşdur). 646 saylı bağ sahəsi isə nömrə baxımından orada yerləşən digər bağ sahələrindən fərqlənsə də, hüquqi nəticə etibarı ilə və faktiki baxımdan 569 və 569a saylı bağ sahələri ilə həmsərhəd olan bağ sahəsi kimi mövcuddur. Hər bir halda, uydurulmuş şəkildə deyil, məhz arxiv sənədlərinə əsaslanaraq iddiaçı ilə X6 və istismarı birliyi arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilədə bu bağın 0,12 ha ölçüdə olması göstərilmişdir. Başqa sözlə, mövcud vəziyyətdə Cavabdeh1 nəticə etibarı ilə iddiaçının istifadə və sahibliyində olan sahə hesabına özünə keçid yolu düzəltmiş və bu yolun sahəsi hesabına öz sahəsini artırmışdır. Nəticədə iddiaçı icarə müqa viləsi əsasında ona məxsus olan 646 saylı bağ sahəsinin müəyyən hissəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək imkanını və sərbəstliyini qanunsuz və əsassız olaraq itirmişdir.
12. Birinci instansiya məhkəməsi, qanunsuz olaraq iddiaçının istifadə və sahibliyindən alınmış sahənin ölçüsü məsələsində mötəbər sübut kimi qiymətləndirdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən ekspert rəylərini əsas götürərək, hesab etmişdir ki, iddiaçıya məxsus bağ sahəsinin iddia edildiyi kimi 620 kv.m. hissəsi deyil, 257 kv.m. hissəsi faktiki olaraq Cavabdeh1 istifadə və sahibliyindədir. Belə ki, nəinki 646 saylı bağın, həmçinin 569 saylı bağın sahəsində ölçü baxımdan kəsir var və bu bağların həmsərhəd olması nəzərə alındı ğı halda, məhz 569a saylı bağın artıq olan 315 kv.m. sahəsinin 58 kv.m. 569 saylı bağa aid edilməlidir. Bu səbəbdən 315 kv.m. sahədən həmin sahənin çıxılması nəticəsində yaranmış fərq də (31558=257) məhz 257 kv.m. təşkil edir. Nəzərə alınmalıdır ki, araşdırma zamanı cavabdehin həmin sahədən (257 kv.m.) istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında bu sahə ilə bağlı icarə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə həmin sahə bu cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq istifadə edilir və hazırda onun qanunsuz sahibliyindədir. İddiaçı, həmin sahənin qanuni sahibi olmasına baxmayaraq, hazırda qeyd edilən sahəyə sahiblik və ondan istifadə edə bilmir, o, bağın bu hissəsindən faktiki olaraq məhrum edilmişdir.
13. Məhkəmə bir daha qeyd etmişdir ki, bu hal iş materiallarında olan və məhkəmə tərəfindən mötəbər kimi qiymətləndirilmiş sübutlarla öz təsdiqini tapır. Sadə yanaşma ilə Cavabdeh1 sahəsi cənuba, yəni məhz iddiaçının bağ sahəsi istiqamətinə 257 kv.m. artıqdır. Lakin həm bu, həm də iddiaçının hazırda faktiki istifadəsində olan sahəsin ölçü baxımından cəmi (630 + 257 =887) 887 kv.m. təşkil etmiş olur ki, bu vəziyyətdə də onun sahəsi yenə də ona müqavilə üzrə ayrılmış 0,12 ha sahədən (1.200-887=313) 313 kv.m. ölçüdə az olur.
14. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)432/2010 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012 -ci il tarixli, 8(103)-114/2012 saylı qərardadı ilə xitam verilməsinə baxmayaraq, hər bir halda hesab etmişdir ki, iddiaçının sahəsinin az qalması məhz həmin icra sənədinin düzgün icrasının təmin edilməməsi ilə bağlı olmuşdur. Belə ki, həmin qətnamə ilə 568 saylı bağın 569 saylı bağın ərazisinə girməsi nəticəsində 569 saylı bağ sahəsi ilə 569a saylı bağ sahələri arasında sərhədin pozulduğu müəyyən edilmiş və bu səbəbdən bağ sahələrinin əvvəlki vəziyyətə gətirilməsi, yəni 569a saylı bağın sxem planına uyğun sahəsinin müəyyən olunması üçün 568 saylı bağ sahəsində olan ev “A” tikilisi istinad nöqtəsi kimi götürülməklə, 568 saylı bağın sərhəd zolağından plan sxemə uyğun olaraq 569a saylı bağın ölçülərinin müəyyən edilməli olması qənaətinə gəlinmiş və məhkəmə kollegiyası tərəfindən bu mövqe ə sas götürülməklə qətnamə çıxarılmışdır. 568 saylı bağ sahəsinin isə 568a və 568b saylı bağ sahələrindən ibarət olması, onların sənəd üzrə hər birinin 700 kv.m. olmasına baxmayaraq, ümumi sahəsinin 1.833 kv.m. təşkil etməsi və nəticə (1833-1400=433) 433 kv.m. artıq olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu baxımdan həmin qətnamə icra edilən zaman 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq ölçmə işləri aparılmalı və bu zaman həmin 433 kv.m. sahənin də müqəddaratı həll edilməli idi. Belə ki, artıq olan 433 kv.m. sahənin Cavabdeh1 və ya digər cavabdehə aid olduğu müəyyən edildiyi təqdirdə onların sahələrinin yerləşdiyi yer yenidən müəyyən edilməklə məhz 433 kv.m. ölçüdə şimala doğru, yəni 568 saylı bağ sahəsi tərəfə çəkilməli idi. Bunun da nəticəsində 433 kv.m. artıq sahə yaranmış olur ki, onun da 313 kv.m. hissəsi hesabına iddiaçının sahəsi tamamlanır, qalan 120 kv.m. sahənin isə yol kimi istifadə edilməsi mümkün olur. Bu vəziyyət həm iddiaçı, həm də yol keçidinə ehtiyacı olan Cavabdeh1 üçün daha əlverilşli olardı. Lakin 568 saylı bağın sahəsi mübahisə predmeti olmadığından, habelə bu məsələyə artıq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyindən məhkəmə hazırki mübahisə çərçivəsində bu məsələyə hüquqi qiymət verə bilməz.
15. Məhkəmə bununla belə qeyd etmişdir ki, bu cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq iddiaçıya aid olan sahənin 257 kv.m. hissəsindən istifadə və ona sahiblik etməsi iddiaçının icarə hüququndan i rəli gələn hüquqlarının, o cümlədən bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının əmlak hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun bu hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və iddia tələbi bu hissədə qismən təmin edilməklə Cavabdeh1 qanunsuz olaraq istifadə və sahibiliyində olan 257 kv.m. ölçüdə torpaq sahəsi ondan alınaraq iddiaçıya qaytarılmalıdır.
16. Məhkəmə eyni zamanda o halı da nəzərə almışdır ki, iddiaçıya məxsus olmaqla Cavabdeh1 qa nunsuz istifadə və sahibliyində olan (zəbt edilmiş) sahə boş deyil, onun üzərində daş hasar inşa edilmişdir. Bu baxımdan həmin sahənin iddiaçıya qaytarılması onun bu sahəyə olan hüquqlarını tam bərpa etmiş olmur. Bu səbəbdən qeyd edilən sahənin iddiaçıya qaytarılması ilə yanaşı, həmin sahə üzərində bu cavabdeh tərəfindən inşa edilmiş hasar da cavabdehin vəsaiti hesabına sökülməli və həmin sahədən çıxarılmalıdır. Başqa sözlə, sahə cavabdehə məxsus olan hasardan tam azad edilməlidir.
17. Məhkəmə, iddia tələbinin “zəbt olunmuş torpaq sahəsinin Cavabdeh2 alınması, hasarın onun vəsaiti hesabına sökülməsi və vurulmuş mənəvi zərərin əvəzinin ondan tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı onun tərəfindən 250 kv.m. sahənin zəbt edildiyini iddia etsə də, artıq müəyyən edildiyi kimi, bu cavabdehin istifadə və sahibliyində olan torpaq sahəsi sənəd üzrə müəyyən edilmiş ölçüdən 58 kv.m. azdır. Başqa sözlə, bu cavabdeh hər hansı digər şəxsə məxsus bağ sahəsinin hər hansı hissəsini zəbt etməmiş, əksinə özü sahə baxımından məhdudlaşmaya məruz qalmışdır.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 6, 148.2, 152.1, 152.5, 157.2, 157.8, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kiməhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq qətnamə qəbul edib. Belə ki, iddiaçı ilə X6 və istismarı birliyi arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli "Bağın icarəyə verilməsi haqqında" müqavilədə bağın 0,12 hektar ölçüdə olması göstərilmişdir. Lakin xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəyinə əsasən, bağ sahələri arasında hasarlanma işləri arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılm amışdır. Belə ki, ərazidə aparılmış hesablama işləri nəticəsində iddiaçıya məxsus 646 saylı bağın sənəd üzrə sahəsi 1200 kv.m olsa da, faktiki 630 kv.m qalmışdır. Mövcud vəziyyətdə 646 saylı bağın sahəsində 570 kv.m ölçüdə kəsr var (1200-630=570). Eyni zamanda iş materiallarında olan plan cizgidə 646 saylı bağ sahəsinin dəmir yolunun mühafizəsi sahəsinə hansı məsafədə (qeyd olunan ölçü 18.40) yerləşməsi və bağ sahəsinin eni və uzunluğu dəqiq ölçülərlə öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən iş materialları hərtərəfli və obyektiv qaydada araşdırılmamış, iş materiallarında olan bütün sübutlara hüquqi qiymət verilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus bağ sahəsinin qanunsuz zəbt edilməsi, həmin sahədə hasarın tikilməsi və iddiaçının mülkiyyət hüquqlarının pozuntusu məhkəmədə şübhə yaratmamalı və iş materialları ilə bir daha təsdiq olunmalı idi. Məhkəmə tərəfindən işə baxılarkən yalnız Cavabdeh1 tərəfindən iddiaçıya məxsus bağ sahəsinin zəbt edildiyini qeyd etmişdir. Halbuki, digər Cavabdeh2 tərəfindən iddiaçıya məxsus bağ sahəsi qanunsuz olaraq zəbt edilmişdir və bu fakt aparılmış ekspertiza rəyləri ilə də öz əksini tapmışdır. Həmçinin məhkəmə tərəfindən 569 saylı bağ sahəsinin sahibi Cavabdeh2 və 569a saylı bağ sahəsinin sahibi Cavabdeh1 qohum olması və bir-birlərinə qarşı hər hansı iddia tələbinin olmaması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsinin icrası zamanı ölçmə işləri düzgün aparılmamış və iddiaçıya məxsus bağ sahəsinin ölçüləri yalnız cavabdehlər tərəfindən zəbtetmə deyil, həmçinin ölçmə işlərini nəticəsində azalmışdır. Belə ki, 568 saylı bağın 569 saylı bağın ərazisinə girməsi nəticəsində 569 saylı bağ sahəsi ilə 569a saylı bağ sahələri arasında sərhədlər pozulmuş və 646 saylı bağ sahəsi istiqamətində sərhədlər sürüşmüşdür. 568 saylı bağ sahəsinin ümumi sahəsinin sənəd üzrə ölçülərdən artıq olması iş materiallarındakı sübutlarla bir daha öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən hər iki cavabdehin 646 saylı bağ sahəsini qanunsuz olaraq zəbt etməsi və bu sahədə hasar tikilməsi faktı gözardı edilərək, iddianın qismən təmin edilməsi qət edilmişdir.
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Go radil bağ massivində yerləşən, xx.xx.1999-cu il tarixli 26759 saylı İcarə müqaviləsi ilə X3 (anasına) məxsus 569a saylı bağ sahəsi ona anasından miras qalmışdır. O, bir müddət bağ sahəsinə getmədiyindən, həmin bağ sahəsi xalası oğlu, Biləcəri qəsəbəsi Xəqani küçəs ev 24 ünvanında yaşayan Cavabdeh2 tərəfindən və tanımadığı, ünvan 1 ünvanında yaşayan İddiaçı Bahərəddin oğlu tərəfindən zəbt edilmişdir. O, özünə məxsus bağ sahəsinin boşaldılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2009-cu il tarixli 2(001)-55/2009 saylı qətnaməsi qismən ləğv edilmiş, idd ia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlar sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik plana görə "A" tikilisi tərəfdə 7.5 m enində və yol tərəfə 8.3 m enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0.12 ha torpaq sahəsi boşaldılaraq Cavabdeh1, ona təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(102)- 3090 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli, 2(103)432/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 13 oktyabr 2010-cu il tarixində qanuni qüvvəyə minmiş, icra vərəqəsi 05 noyabr 2010-cu ildə verilmişdir. Qətnamə xx.xx.2012-ci il tarixində Binəqədi rayon İcra şöbəsi tərəfindən icra edilmiş, ona məxsus torpaq sahəsi qətnaməyə uyğun, əvvəlki texniki pasporta uyğun ölçülməklə ayrılaraq zəbtdən boşaldılaraq ona təhvil verilmişdir. 2016-cı ilin sentyabr ayında ona məlum olmuşdur ki, İddiaçı Bahərəddin oğlu və arvadı ona məxsus bağ sahəsinin daş hasarlarını uçurmuşlar, ağacları kəsmişlər, ona maddi ziyan vurmuşlar, torpaq sahəsini zəbt etmişlər, bağ sahəsində ev tikmişlər. Odur ki, xx.xx.2016-cı il tarixində Binəqədi rayon Polis İdarəsinə, Binəqədi rayon prokuroruna şikayət ərizələri yazmış, lakin İddiaçı Bahərəddin oğlu özbaşına əməllərindən əl çəkməmişdir. Bunlarla yanaşı, icra sənədi icra ediləndən sonra İddiaçı Bahərəddin oğlunun Binəqədi Rayon Məhkəməsində ona qarşı yenidən qaldırdığı iddia tələbi rədd edilmişdir. Hazırkı mübahisə ilə bağlı da, Binəqədi Rayon Məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə həm xx.xx.2019- cu il tarixli, 17666 nömrəli ekspert rəyinə, həmçinin xx.xx.2021-ci il tarixli 10/2003 nömrəli ekspert rəyinə əsaslanır, bağ sahələrinin ölçülərinin, cizgi planlarının olmadığı halda ekspert rəyinin, "Bağ sahələri arasında hasarlanma işlərinin arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmadığını təsdiq edir. Hazırkı yol əvvələr olmuşdur, indi də öz yerində bərpa edilmişdir. Bunlarla yanaşı, artıq barəsində məhkəmənin qüvvəyə münmiş qətnaməsi olan mübahisə zamanı müəyyən edilmişdir ki, bağ sahəsini sonradan kimdənsə almış İddiaçı Bəharəddin oğluna bağ sahəsi de yil, sadəcə onun sənədləri satılmışdır. Onun müqavilə bağlamış olduğu bağ sahəsinin böyük bir hissəsi, yeni inşa edilmiş dəmir yol xəttinin altında qalmışdır.Əks halda, dəmir yolunun mühafizə zonasında, bağ sahəsi verilməzdi? Çünki, əgər həmin dəmir yolu xətti əvvəlcədən mövcud olmuş olsaydı, dəmir yoluna bitişik sahədə bağ sahəsi olmazdı və bu bağ sahəsinin icarə müqaviləsini də iddiaçı ilə bağlamazdılar. Məhkəmə özü qeyd etdiyi halda ki, 646 saylı bağın 1.200 kv.mnə və 569, 569a saylı bağların hər birinə 1.200 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır, ancaq bunlara əhəmiyyət verməyərək sonda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən, ona məxsus bağ sahəsinin ölçülərinin artıq olması, bağ sahəsinin yolunun hazırkı yolla üst-üstə düşmədiyini qeyd etməsi, faktiki sənədlərlə sübut edilmir. Beləliklə, qətnamədə göstərilmiş nəticə məhkəmənin onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsinə dair, yeni yolun çəkilməsinə dair qənaəti işin hallarına uyğun gəlmir.
23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6350/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli rəyində 1-ci sualla bağlı bildirilmişdir ki, arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində s ənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərilsə də sənəd üzrə sahəsi 1200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot - 9,76 kv.m olan tikili də göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sərhədlərini tam dəqiqləşdirmək mümkün olmadı. Bu səbəbdən ərazidə 646 saylı bağ sahəsinin faktiki əskik olan 570,0 kv.m hissəsinin dəqiq yerini müəyyənləşdirmək mümkün olmadı. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər bir 1200 kv.m göstərilsə də, arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumu sahə 2075,0 kv.mdir. Əlavə olaraq bildiririk ki, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. 2-ci sualla bağlı bildirilmişdir ki, Vahid elektron kadastr bazası NECAS (TEKUİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən ) 569a və 569 saylı bağ sahələrinin 293,0 kv.m hissəsi, 646 saylı bağ sahəsinin isə 1546,0 kv.m hissəsi dəmir yolu xəttinin mühafızə zolağına düşür.
24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-379/2023 saylı, 27 mart 2023-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən təkrar mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli məktubu ilə göndərilmiş rəydə 1-ci sual üzrə qeyd edilmişdir ki, arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərilsə də, sənəd üzrə sahəsi 1200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot - 9,76 kv.m olan tikili də göstərilib. 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sa hələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m -dir. 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmadığından, 1200,0 kv.m sahənin ölçüləri və koordinatları göstərilmədiyindən həmin 1200,0 kv.m sahənin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən ərazidə 646 saylı bağ sahəsinin faktiki əskik olan 570,0 kv.m-in hansı hissələri 514,0 kv.m, 282,0 kv.m və 204,0 kv.m sahələrə düşməsinin konkret rəqəmlərlə göstərmək mümkün olmadı. 2-ci sual üzrə: 646, 569 və 569a saylı bağların yerləşdiyi ümumi sahə 3287,0 kv.m təşkil edir, lakin sənəd üzrə sahələri isə 3600,0 kv.m-dir. Yuxarıda qeyd edildiyi kimi, 646 saylı bağın 1200,0 kv.m-nə və 569-569a saylı bağların hər birinin 1200,0 k v.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmadı. Arxiv cizgisində göstərilən ölçülərə əsasən, 646 saylı bağın ərazisi 1630.0 kv.m, 569 və 569a saylı bağ sahələrinin ümumi yerləşdiyi sahə 2075,0 kv.m təşkil edib, cəmi 1630,0+2075,0=3705.0 kv.m olmalıdır. Buradan belə məlum olur ki, 569 və 569a saylı bağ sahəsinin 418,0 kv.m hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən 569 saylı bağın şimal tərəfdəki qonşusunda, 568 saylı bağ sahəsinin hasarı daxilində qalıb. 568 saylı bağ sahəsi isə arxiv araşdırılmasına əsasən 568, 568a və 568b saylı bağ sahələrindən ibarətdir (hər birinin sahəsi sənəd üzrə 700.0 kv.m göstərilib). Ərazidə ölçmə işləri aparılan zaman 568a saylı bağın sahibi Xurama n adlı xanımın da bildirdiyinə əsasən 568 saylı bağ (700,0 kv.m) 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir. 567 və 567a saylı bağlar qeydiyyatdan keçib. 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1833,0 kv.m təşkil edir. Sahə 433,0 kv.m artıqdır. Arxiv cizgisində 568, 568a və 568b saylı bağ sahələrinin qərb hissədə hər birinin eni 7.5 metr şərq hissədə isə 8.3 metr göstərilib. Araşdırma nəticəsində məlum oldu ki, ümumi 5120,0 kv.m sahədə 568a, 568b, 569, 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə sahələri, arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü və hasarlanma işləri aparılmalıdır. 3-cü sual: 1-ci sualın cavabda qeyd edildiyi kimi, 646 saylı bağ sahəsinin əskik qalan 570,0 kv.m hissə si faktiki 569 və 569a saylı bağ sahələri və keçid yolu kimi ayrılmış sahəyə düşür, dəmir yolu xəttinin altında qalmır. Vahid elektron kadastr bazası NECAS (TEKUİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən) 569a və 569 saylı bağ sahələrinin 293,0 kv.m hissəsi, 646 saylı bağ sahəsinin isə 1546,0 kv.m hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür.
25. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-379/2023 saylı, 05 iyun 2023-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən təkrar 3-cü dəfə mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və İdarənin 02 avqust və 09 avqust 2023-cü il tarixli məktubu ilə göndərilmiş koordinatları əks etdirən sxem və rəylərdə qeyd olunur ki, arxiv araşdırılma sı zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərirsə də, sənəd üzrə sahəsi 1200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot - 9,76 kv.m olan tikifi də göstərilib. 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları həmçinin faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrrlmrş sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m,204.0 kv.m hissələri göstərilməklə sxem və koordinatları əlavə olundu. 646 saylı bağın arxiv cizgisindəki ölçülərə uyğun sahəsi ayrıldıqda 569 saylı bağa 860,0 kv.m, 569a saylı bağa isə 797.0 kv.m sahə qalır. 569 və 569a say lı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m dir. 646 saylı bağın arxiv cizgisindəki ölçüləri nəzərə alındıqda 569 və 569a saylı bağ sahəsinə ümumi qalan sahə (860.0+797.0) 1657.0 kv.m təşkil edir. Digər tərəfdən bildirmişlər ki, arxiv cizgisindəki ölçülərə əsasən 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.m-i faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalıb. Həmin sahəni nəzərə aldıqda 569 və 569a saylı bağ sahəsinin ümumi sahəsi (1657.0+418.0)=2075.0 kv.m olur. Vahid elektron kadastr bazası NECAS (TEKÜİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən) təqdim olunan 1630.0 kv.nn sahənin böyük bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-379/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (bundan – sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov, İ.S.Şirinov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərmiş, X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, G örədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X7 faktiki istifadəsində(zəbt edilmiş)olan, (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları üzrə, faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m, 204.0 kv.m hissələri göstərən sxem və koordinatlara uyğun(sxem və kordinatlar icra vərəqəsinə əlavə olunacaq) 570 kv.metr hissəsinin üzərində inşa olunmuş hasarın(tikili) onların hesabına sökülməsi və 570 kv.metr bağ(torpaq) sahəsinin zəbt edilmiş hissələrə müvafiq ölçüdə cavabdehlərdən alınaraq iddiaçının istifadəsinə qaytarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manatın 50 manat hissəsi İddiaçı, digər 50 manat hissəsi isə Cavabdeh2 prosessual hüquqi varisi X5 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun və imkan verdiyi həddə, dəfələrlə edilən israrlı cəhdi nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən həqiqəti müəyyən etməyə imkan verən rəylər əldə edildi.
28. Məhkəmə tərkibi ona görə bu halı xüsusi vurğulamışdır ki, qeyd olunan İdarə ilk dəfədən daha mütərəqqi, konkret, m übahisəni birdəfəlik həll etməyə imkan verən rəy təqdim edə bilərdi, ancaq etməyərək, hər dəfə natamam rəylər verirdi ki, bu da iş üzrə tam düzgün nəticəyə gəlməyə imkan vermirdi. Bir daha, yuxarıda qeyd olunanlara əsasən bəlli olur ki, arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstəriisə də, sonuncu hüquqmüəyyənedici sənəd olan müqavilə üzrə sahəsi 1200 kv.m təşkil edib və iddiaçının subyektiv hüququ da məhz bu ölçü ilə məhdudlaşır. Başqa sözlə, 646 saylı bağın arxiv cizgisindəki ölçüsündən ümumilikdə 1000 kv. metri cavabdehlər tərəfindən zəbt edilsə də, iddiaçının cəmi 570 kv. metr hissənin qaytarılmasını tələb etmək hüququ mövcuddur. Düzdü, vaxtı ilə 646 saylı bağ sahəsinə aid olmuş, qalan 430 kv. metrinə dair iddiaçının subyektiv hüququ yaranmasa da, cavabdehlərin də həmin 430 kv.metr hissəyə subyektiv hüququ yoxdur. Ancaq hazırkı iddianın predmeti bilavasitə 646 saylı bağa aid, çatışmayan 570 kv. metrlə məhdudlaşır ki, həmin sahənin də cavabdehlər tərəfindən zəbt edilməsi açıq-aşkar apellyasiya baxışı zamanı əldə edilmiş sübutlarla təsdiq olundu.
29. Sonuncu rəydə və ona əlavə edilmiş sxem və koordinatda qeyd olunduğu kimi 646 saylı bağın arxiv cizgisindəki ölçülərə uyğun sahəsi ayrıldıqda 569 saylı bağa 860,0 kv.m, 569a saylı bağa isə 797.0 kv.m sahə qalır. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m, 646 saylı bağın arxiv cizgisindəki ölçüləri nəzərə alındıqda isə 569 və 569a saylı bağ sahəsinə ümumi qalan sahə (860.0+797.0) 1657.0 kv.m təşkil edir. Lakin cavabdehlərin istifadəsində olan bağ sahələrinin çatışmayan hissəsi iddiaçının istifadəsində olan bağ sahəsinin ərazisi ilə üstüstə düşmür. Arxiv cizgisindəki ölçülərə əsasən 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.metri faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalıb. Həmin sahəni nəzərə aldıqda 569 və 569a saylı bağ sahəsinin ümumi sahəsi (1657.0+418.0)=2075.0 kv.m olur ki, bu da iddiaçının hazırki tələbi irəli sürməkdə haqlı olduğunu bir daha təsdiq etmiş olur. O da nəzərə alınmalıdır ki, 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.metrinin faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalması hazırki iddianın və icraatın predmetinə aid olmadığı üçün həmin məsələlər üzrə apellyasiya icraatında hüquqi dəyərlən dirmə aparılmır.
30. Beləliklə, 646 saylı bağın əskik gələn 570 kv.metrin hansı hissələrinin cavabdehlərin faktiki istifadəsində olan 514,0 kv.m, 282,0 kv. m və 204,0 kv.m sahələrə düşməsinin rəylərdə göstərilən səbəblərdən konkret rəqəmlərlə ölçüsü göstərilməsə də mövcud vəziyyətdə bu hissələrin(sahənin) cizgisi və koordinatları İdarə tərəfindən çəkilmişdir. Buna görə də, xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçıya icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X7 faktiki istifadəsində (zəbt etdikləri) olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları üzrə, faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m, 204.0 kv.m hissələri göstərən sxem və koordinatlara uyğun (icra vərəqəsinə əlavə olunacaq) 570 kv.metr hissəsinin üzərində inşa olunmuş hasar(tikili) onların hesabına sökülməli və 570 kv.metr bağ(torpaq) sahəsi cavabdehlərin istifadəsində olan ölçüyə müvafiq onlardan alınaraq iddiaçının istifadəsinə verilməlidir. Yəni, 570 kv. metr sahə cavabdehlərin zəbt etdiyi ölçüyə uyğun onlardan alınaraq iddiaçıya geri qaytarılmalıdır. Çünki, cavabdehlərin zəbt etdiyi ərazinin yeri və ölçüsü fərqli olduğundan onlardan geri alınmalı olan sahənin ölçüsü də istər-istə məz fərqli olacaqdır. Bu cür nəticə qətnamənin icrası zamanı yarana biləcək çətinliyin, anlaşılmazlığın və ziddiyyətin aradan qaldırılmasını da təmin edəcəkdir.
31. Buna baxmayaraq, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddianın rədd edilməsi əsassız olmamışdır. Çünki, həmin hissədə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təsdiq olunmur. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən onların Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur.Məhkəmə, bu maddi normanı, hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Bu maddənin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları ilə bağ sahəsinin icarəyə verilməsinə dair bağlanmış müqavilə, fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarını yaradır. X6 və İstismarı Birliyi ilə bağlanmış icarə müaviləsi atasının, an asının, sonda onun Görədil bağ massivində yerləşən 569a saylı bağ sahəsinin üzərində hüquqları tanımışdır.
34. Apellyasiya instansiyası məhkəməsi, faktiki olaraq çəkilmiş dəmir yolunun altında qalmış bağ sahəsinə dair sənədə istinad edərək, onu, ona məxsus torpaq sahəsinin bir hissəsindən məhrum etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi tərəfindən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsi hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir.Bu maddənin hazırkı mübahisədə ümumiyyətlə yeri yoxdur.
36. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin ə vəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Onların halında da, ona məxsus bağ sahəsi, məhkəmə qətnaməsi əsasında icra məmurları tərəfindən ölçülərək, zəbtdən azad edilərək bərpa edilmiş, mənə qaytarılmışdır.
37. Bakı Apellyasiya Məhkəməsi tərəfindən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir.Bu maddənin hazırkı mübahisədə yeri yoxdur.
38. Yuxarıda da qeyd etdiyi kimi, ona məxsus bağ sahəsi, məhkəmə qətnaməsi əsasında icra məmurları tərəfindən ölçülərək, zəbtdən azad edilərək bərpa edilmiş, mənə qaytarı lmışdır.Hər hansı bir qanunsuz sahiblikdən söhbət gedə bilməz.
39. Hazırkı mübahisə ilə bağlı, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə, Binəqədi rayon Məhkəməsinin həm, xx.xx.2019-cu il tarixli, 17666 nömrəli ekspert rəyinə, həmçinin xx.xx.2021-ci il tarixli 10/2003 nömrəli ekspert rəyinə əsaslanmasına, bağ sahələrinin ölçülərinin, cizgi planlarının olmadığı halda, ekspert rəyinin, “Bağ sahələri arasında hasarlanma işlərinin arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmadığını təsdiq etməsinə qiymət verməmişdir.
40. Apellyasiya şikayətində də göstərimişdir ki, bağ sahəsinin yolu, əvvələr də olmuşdur, indi də öz yerində bərpa edilmişdir.
41. Bunlarla yanaşı, artıq barəsində məhkəmənin qüvvəyə münmiş qətnaməsi ol an mübahisə zamanı, müəyyən edilmişdir ki, bağ sahəsini sonradan, kimdənsə almış X4 bağ sahəsi deyil, sadəcə onun sənədləri satılmışdır.
42. İşin faktiki halından da görünür ki, iddiaçının müqavilə bağlamış olduğu bağ sahəsinin böyük bir hissəsi, yeni inşa edilmiş dəmir yol xəttinin altında qalmışdır. Aydındır ki, əks halda, dəmir yolunun mühafizə zonasında, bağ sahəsi verilməzdi. Yəni, dəmir yolu xətti, əvvəlcədən mövcud olmuş olsaydı, dəmir yoluna bitişik sahədə bağ sahəsi olmazdı və bu bağ sahəsinin icarə müqaviləsini də iddiaçı ilə bağlamazdılar.
43. Bakı Apellyasiya Məhkəməsi, Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 217-ci maddəsinin tələblərinin pozulmasına əhəmiyyət verməmişdir.
44. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, əvvəla hüq uqi cəhətdən əsaslandırılmayan, həmçinin,iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayan əsassız və qanunsuz qətnamə qəbul etməklə, Azərbaycan Respublikasın MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikasın MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur.Yəni, bu da ona dəlalət edir ki, hansı bir sübutun istər Binəqədi Rayon Məhkəməsi, eləcə də, Bakı Apellyasiya Məhkəməsi üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuşdur.
46. Mülki-prossessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır.Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
47. Hesab edirlər ki, işə baxan məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verildiyindən, tətbiq edilməli olan hüququn tətbiq edilməməsi, tətbiq edilməli olmayan hüququn səhv təfsir edilərək tətbiq edilməsi nəticəsində düzgün olmayan məhkəmə aktları qəbul edilməklə, cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş “Hüquq və azadlıqların məhkəmə təminatı” hüquqları, eləcə də (Roma xx.xx.195 0) 1950-ci il İnsan Hüquqları və X8 haqqında Avropa Konvensiyasının 6-cı və 13-cü maddələrində nəzərdə tutulan hüquqları, həmçinin AR Mülki-Prosessual Məcəlləsinin, Mülki-Prosessual Məcəlləsinin, Mülki Məcəlləsinin, Torpaq Məcəlləsinin maddələrində təsbit olunmuş hüquqları pozulmuşdur. Yəni, cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
48. Qanunun tələbinə görə, kassasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə al ınması və onlara istinad olunması vacibdir.
49. Kassasiya instansiya məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.
50. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
51. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi öz vəzifəsini yerinə yetrirməmiş, hazırkı, əsassız və qanunsuz qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin qismən qanunsuz və əsassız qətnaməsini sığortalamış, sözügedən məhkəmənin maddi hüquq normalarının və prosessual hüquq normalarının tələblərini pozmasına, hazırkı mübahisəyə, şikayətdə g östərilənlərə, düzgün tətbiq etməməsinə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, hazırkı,mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən olunmasının ekspert rəylərinin nəzərə alınması ilə, yerli baxış keçirilməsi ilə məhkəmə qətnaməsi əsasında həyata keçirildiyinin aydınlaşdırmamasına, birinci instansiya məhkəməsi tərəfindən bütün bunların nəzərə alınmamasına əhəmiyyət verməmişdir.
52. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-35/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Binəqədi Rayon Məhkəməsinin hazırkı qətnaməsinin əsassız və qanunsuz olması barədə apellyasiya şikayətində yazmışlar.Qeyd etmişlər ki, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi 13 oktyabr 2010-cu il tari xində qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi 05 noyabr 2010-cu ildə verilmişdir.Qətnamə xx.xx.2012-ci il tarixində Binəqədi rayon İcra şöbəsi tərəfindən icra edilmiş, mənə məxsus torpaq sahəsi qətnaməyə uyğun, əvvəlki texniki pasporta uyğun ölçülməklə ayrılaraq, zəbtdən boşaldılaraq mənə təhvil verilmişdir. Ancaq, işin faktiki hallarına əhəmiyyət verilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-379/2023 saylı qətnaməsi ilə İddiaçı Bahərəddin oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 (mənim) apellyasiya şikayəti isə təmin edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz verərək apellyasiya məhkəməsində prosessual icraat zamanı maddi və prosessual hüquq norm alarının heç bir pozuntusu olmadığını bildirərək kassasiya şikayətinin, əsassız olduğundan, tamamilə formal mülahizələrlə əsaslandırıldığından təmin edilməməsini və apellasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan respublikasının Mülki Məcəlləsi
54. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:...139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
55. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
56. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
57. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
58. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
59. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
60. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
61. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
62. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 6
3. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
64. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin məhkəmə tərəfindən iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası kassasiya şikayətinə və ona verilmiş etirazın dəlillərinə hüquqi qiymət verərək aşağıdakılara əsasən belə hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassa siya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-379/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməlidir:
78. İş materiallarında Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(103)-432/2010 nömrəli iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə qətnaməsinin surəti mövcuddur.Həmin qətnamə ilə cavabdehlər Cavabdeh2 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Baçı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2009-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri,Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik plana görə “A” tikilisi tərəfdə 7,5 metr enində və yol tərəfdə 8,3 metr enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir.İş materiallarında həmçinin Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(103)-432/2010 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin surəti də mövcuddur.
79. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə mövqeyini əsaslandırarkən Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(103)-432/2010 nömrəli qətnaməsinin hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyıbdaşımamasını, həmin qətnamənin icrası nəticəsində İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh1 təhvil verilmiş torpaq sahəsi ilə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən 646 saylı bağın əskik gələn 570 kv. metrinin Cavabdeh1 tərəfindən faktiki istifadə edilən hissələri kimi müəyyən edilən torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi məsələlərini araşdırıb hüquqi qiymət verməmişdir. Həmin məsələlər araşdırılıb hüquqi qiymət verilmədən gəlinən nəticənin əsaslı olması nəticəsinə gəlmək mümkün deyil.
80. Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əh əmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
81. X9 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətna mədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin
82. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
83. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam ya ratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
84. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
85. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli h əllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
86. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
87. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən qanuni və əsaslı yeni məhkəmə aktı qəbul edilməlidir.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-379/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.