Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3851/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Qəndil Mirtağı Lətif oğlunun katibliyi, iddiaçı ASC “xxxx” Bankının vəkili X2 iştirakı ilə, İddiaçı ASC “xxxx” X3 Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hаkim Rəfayel Şirinov) iddiаçı ASC “xxxx” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma tələbinə dаir iddiаsı qismən təmin edilərək Cavabdeh1 26 iyul 2013-cü il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə 14.817 (on dörd min səkkiz yüz on yeddi) manat 60 qəpik əsas, 4.725 (dörd min yeddi yüz iyirmi beş) manat 41 qəpik faiz, 150 (yüz əlli) manat cərimə borcu, 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 16 (on altı) manat - cəmi 19.769 (on doqquz min yeddi yüz altmış doqquz) manat 01 (bir) q əpik məbləğ ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, 19.769 (on doqquz min yeddi yüz altmış doqquz) manat 01 (bir) qəpik məbləğ ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətində olan İsmayıllı şəhəri *************** küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərindəki Cavabdeh2 mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətində olan İsmayıllı şəhəri *************** küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinə və həmin torpaq sahəsi üzərindəki Cava bdeh2 mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 52.000 (əlli iki min) manat müəyyən olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 ynavar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Quliyev. M.Əsədli; 2(107)-121/19) iddiаçı ASC “xxxx” Bankı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməyərək, Cavabdeh1 аpellyаsiyа şikаyəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tаrixli qətnaməsi ipоtekа predmetinin ilkin sаtış qiyməti ilə bаğlı hissədə dəyişdirilməsi və həmin qiymət 65000 mаnаt məbləğində müəyyən edilməsi qət edil miş, qətnаmə qаlаn hissədə dəyişdirilmədən sаxlаnılmıdır. İşin halları İddiaçı ASC “xxxx” Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh4 İsgəndər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.817,60 manat əsas, 4.631,57 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc,14 iyul 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1.466,43 manat məbləğində penya, cəmi 20.915,60 manat məbləğində borc, 14 iyul 2017-ci il tarixdən başlayaraq əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildi rişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğlərinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, tutmanın cavabdehlərin ümumi mülkiyyətində olan İsmayıllı şəhəri ************ küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ikinci cavabdehin mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslər in fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5–ci bəndində qeyd olunduğu kimi likvid dəyərinin 43.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi 09 iyul 2018-ci il tarixdə məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəməyə müraciət edildikdən sonra kifayət qədər vaxt keçdiyinə görə faiz borcunun və peniyanın artdığını bildirməklə 14.817,60 manat əsas, 4.725,41 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26 iyul 2017-ci il tarixdən 09 iyul 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 2.682,40 manat məbləğində zərərin əvəzi, 09 iyul 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3.655,64 manat məbləğində penya cəmi 25.881,05 manat məbləğində borc, 09 iyul 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat xidmət haqqı, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğlərinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulmasını məhkəm ədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla ilə birinci cavabdeh arasında bağlanmış 26 iyul 2013-cü il tarixli ********** nömrəli təminatlı kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən birinci cavabdehə 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 25.000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən borc alan 26 avqust 2013-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində cəmi 34.698,52 manat məbləğində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 26 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlərin ümumi mülkiyyətində olan, İsmayıllı şəhəri ************* küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki ikinci cavabdehin mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. “Roveks Konmark” Konsaltinq şirkətinin ******** XB saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 50.000 manat, likvid dəyəri isə 43.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə birinci cavabdehin nümayəndəsi ipoteka predmetinin bazar dəyərinin 50.000 manat, likvid dəyərinin isə 43.000 manat məbləğində qiymətləndirilməsindən narazı olduğu üçün ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilmiş və “xxxx” MMC-nin 23 may 2018-ci il tarixli ************ nö mrəli hesabatı əsasında ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə dəyəri 52.000 (əlli iki min) manat məbləğində qiymətləndirilmişdir. Birinci cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. İddiaçı hazırki iddia tələbi üzrə 14.817,60 manat əsas, 4.725,41 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26 iyul 2017-ci il tarixdən 09 iyul 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 2.682,40 manat məbləğində zərərin əvəzi, 09 iyul 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3.655,64 manat məbləğində penya, cəmi 2 5.881,05 manat,məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat, 09 iyul 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya məbləğinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehlərin ümumi mülkiyyətində olan İsmayıllı şəhəri ************ küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ikinci cavabd ehin mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan cavabdehlər, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay müddətində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC “xxxx” Bankı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 222.2 -ci maddəsinin, “İpoteka haqqında” Qanunun 59.3.1, 59.3.2-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC “xxxx” Bankının vəkili X4kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunma malıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2013-cü il tarixli ************ nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 25.000 (iyirmi beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 26 iyul 2013-cü il tarixli ********** nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən Cavabdeh1 26 avqust 2013-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində 25.000 manat əsas borc və 9.698,52 manat faiz borcu - cəmi 34.698,52 manat kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş bildirişin və həmin bildirişə aid qəbzin surətindən görünür ki, Cavabdeh1 26 iyul 2013-cü il tarixli ************ nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün borcun ipoteka predmeti olan cavabdehin birgə mülkiyyətində olan fərdi yaşayış evinə yönəldiləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. 01 avqust 2013-cü il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki,, İsmayıllı şəhəri ********* küçəsində yerləşən 0.06 ha torpaq sahəsi cavabdehlərin ümumi mülkiyyətində, həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evi isə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 25 iyul 2013-cü il tarixli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Milli X1 Şöbəsinin 16 mart 2017-ci il tarixli arayışlarından müəyyən edilir ki, İsmayıllı şəhəri *********** küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbə li, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilən zaman həmin mənzildə hazırki iş üzrə cavabdehlər – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsa sən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştir akçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2013-cü il tarixli ************* nömrəli təminatl ı kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən borc alana 48 ay müddətinə illik 19% dərəcəsi ilə 25.000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən Cavabdeh1 26 avqust 2013-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində 25.000 manat əsas borc və 9.698,52 manat faiz borcu - cəmi 34.698,52 manat kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə ödəliklərin icrasının təminatı kimi 26 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlərin ümumi mülkiyyətində olan, İsmayıllı şəhəri ************** küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ikinci cavabdehin mülkiyyətində olan 2 m ərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evi bütün mülkiyyətçilərin razılığı ilə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh iddiaçı arasında bağlanmış 26 iyul 2013-cü il tarixli **********23913 nömrəli kredit müqaviləsi üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq rayon məhkəməsinin qətnaməsi ilə razılaşaraq hesab etmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməli və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmalıdır. Lakin birinci instansiya məhkəməsinin qətnаməsində İsmayıllı şəhəri *********** küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinə və həmin torpaq sahəsi üzərindəki Cavabdeh2 mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 52000 mаnаt müəyyən edilmişdir. Cаvаbdehin nümayəndəsi аpellyаsiyа şikаyətində ipоtekа predmetinin ilkin sаtış qiymətini mübаhisələndirdiyinə görə apellyasiya instansiyası məhkəməsi 23 oktyabr 2018-ci il tаrixli qərаrdаdınа əsаsən, ipoteka predmeti olan dаşınmаz əmlаkın sаtış qiymətinin müəyyən edilməsi qərаrа аlınmış və qiymətləndirmənin аpаrılmаsı "xxxx" MMC-yə tаpşırılmışdır. "xxxx" MMC-dən аlınmı ş rəydə İsmayıllı şəhəri ************** küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinə və həmin torpaq sahəsi üzərindəki Cavabdeh2 mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evinin qiyməti 65000 mаnаt müəyyən edilmişdir. Ona görə də iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instаnsiyа məhkəməsinin qətnаməsi ipоtekа predmetlərinin ilkin sаtış qiyməti ilə bаğlı hissədə dəyişdirilərək qiymət 65000 mаnаt miqdаrındа müəyyən etmişdir. Lakin iddiaçı iddia tələbində cavabdehlə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətində olan İsmayıllı şəhəri *************** küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinə və həmin torpaq sahəsi üzərindəki Cavabdeh2 mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmələrini xahiş etsə də, apellyasiya instansiya məhkəməsi iddia tələbinin yuxarıda qeyd olunan ipoteka predmeti satıldıqdan sonra həmin evdə yaşayan cavabdehlərin bir ay müddətinə ipoteka predmetindən çıxarılması hissəsinin təmin edilməməsini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-59.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İpoteka h aqqında” Azərbaycan Respublikası Qanununun: 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. -59.3.2-ci maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. -59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra məhz bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 m ülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay müddətində həmin evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxmadıqları halda, onlar qeyd olunan evdən məcburi qaydada çıxarılmalıdırlar. Lakin apellyasiya instansiya məhkəməsi qanunun qeyd olunan normalarının tələblərini yerinə yetirməyərək, iddiaçının apellyasiya şikayətini qeyd olunan hissəsinin əsaslı olmasına baxmayaraq təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1, 417.1.4, 417.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Bu məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra yuxarıda göstərilən cavabdehlərin ipoteka predmetindən bir ay müddətinə çıxarması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə də təmin olunmalı, qətnamənin qalan hissəsi qanuni və əsaslı olduğuna görə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası M ülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsi iddia tələbinin ipoteka predmeti olan evin açıq hərracda satıldıqdan sonra bir ay müddətində həmin evdə yaşayan cavabdehlərin evdən çıxarılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh2 mülkiyyətində olan İsmayıllı şəhəri, ************ küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 234,8 kv.m ümumi, 110,9 kv.m yaşayış, 123,9 kv.m yardımçı sahədən ibarət 5 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay müddətində həmin evdən cavabdehlər Cavabde h1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxmadıqları halda, onlar ipoteka ilə yüklü edilmiş qeyd olunan evdən məcburi qaydada çıxarılsınlar. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3851/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3851/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver