Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3852/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı İKB ASC (hazırda “xxxx” ASC ) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən İddiaçı İKB ASC və cavabdehlər Cavabde h1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 03.08.2015-ci il tarixli, 21-G1-1-0-32015 saylı kredit müqaviləsi üzrə 21450,72 ABŞ dolları əsas, 14118,94 ABŞ dolları faiz, 1976,81 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37546,47 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh X1 mülkiyyətindəki Bakı şəhəri, X5 yerləşən, 5 0.84 kv.m ümumi sahədən ibarət 76 nömrəli evin 50 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, borcun və məhkəmə xərclərinin satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, mənzil satıldıqdan satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 03.08.2015-ci il tarixli, 21-G1-1-0320-15 saylı kredit müqaviləsi üzrə 21450,72 ABŞ dolları əsas, 13088,17 ABŞ dolları faiz, 76,81 ABŞ dolları cərimə bor cu olmaqla ümumilikdə cəmi 34615,70 (otuz dörd min altı yüz on beş dollar yetmiş sent) ABŞ dolları(ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 55,20 (əlli beş manat iyirmi qəpik) məhkəmə xərclərinin İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Bakı şəhəri, X5 yerləşən, 50.84 kv.m ümumi sahədən ibarət 76 nömrəli evin 50 nömrəli mənzilinə yönəldilərək ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsaitin pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh1 tutulması, Bakı şəhəri, X5 yerləş ən, 50.84 kv.m ümumi sahədən ibarət 76 nömrəli evin 50 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər mənzildən çıxarılması və mənzilin boşadılması, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissələrində təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 138 (bir yüz otuz səkkiz) manat hissəsi Cavabdeh1 12 (on iki) manat hissəsinin İddiaçı İKB ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Aida Hüseyn) 13 yanvar 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmə yərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İKB ASC və vəkili X5 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsinin cərimə və faiz borcu hissəsində ləğv edilərək həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəliyi tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcunu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermişdir. Təkr ar ekspertiza təyin edilməsinə zərurət olduğu halda məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də normanın ikinci hissəsini - "tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır" müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 76,81 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin v axtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Cavabdehlərin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına nəzər yetirmədən, Cavabdeh1 əlavə ekspertiza təyin edilməsi barədə vəsatətini nəzərdən keçirmədən bir başa mülki işə baxaraq qətnamə qəbul etmişdir. Belə ki, ekspertin qarşısına qoyulan suallar, ekspertizanın təyin edilməsi barədə qərarın tələbləri hissəsində əsas kredit borcunun 21450,72 ABŞ dollar olması göstərildiyi halda, həmin sənədin ödəniş cədvəlinin işıqlandırılması hissəsində isə kredit borcunun 23640,38 ABŞ dollar olması qeyd edilir. Bundan əlavə də bir neçə uyğunsuzluqlar, yəni əsas və faizlərin düzgün hesablanıbhesablanmaması sahəsində ekspertin heç bir açıqlaması yoxdur. Tədqiqat prose sinin aparılması zamanı qoyulan suallara tam obyektiv cavab verilməmiş, ödənilmiş qəbzlərin aylarla nə qədər ödənilməsi, məbləğin ödənilməsi zamanı nə qədər faiz borcunun çıxılması açıqlanmamışdır. Bundan başqa, müqavilələr üzrə əsas borc, faiz borcu və cərimə borcu ayrı-ayrılıqda düzgün hesablanması göstərilməmişdir. Cavabdehlərin ödəniş qəbzələri ilə qalıq borc məbləğində fərq yaranmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsindən mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin hissələrin qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 03.08.2015-ci il tarixli, 21-G1-1-0-320-15 saylı kredit müqaviləsi bağlanmış və borc alana 36 ay müddətinə illik 25% olmaqla 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinin təminatı olaraq İddiaçı İKB i lə Cavabdeh1 arasında 03.08.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, X5 yerləşən, 50.84 kv.m ümumi sahədən ibarət 76 nömrəli evin 50 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh tərəf qeyd olunan müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməmiş və nəticədə banka borcu yaranmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 06.09.2019-cu il tarixli, 28635 saylı ekspert rəyin ilə Cavabdeh1 banka olan borcunun 36728,55 ABŞ dolları məbləğində, o cümlədən, əsas borc üzrə 23640,38 ABŞ dolları, faiz borcu üzrə 13088,17 ABŞ dolları olduğu müəyyən edilmişdir. İddiaçı İKB-nin maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 03.08.2015-ci il tarixli, 21G1-1-0-320-15 saylı kredit müqaviləsi üzrə borcu 21450,72 ABŞ dolları ə sas, 14118,94 ABŞ dolları faiz, 1976,81 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 37546,47 ABŞ dolları təşkil edir. “X3” MMC-nin 08.01.2019-cu il tarixli, H/01- GHM saylı hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, X5 yerləşən, 50.84 kv.m ümumi sahədən ibarət 76 nömrəli evin 50 nömrəli mənzili 70000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haql ı olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan faiz borcu müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla faiz borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiym ətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cərimə borcuna gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiya məhkəməsi göstərilən normada əks olunmuş imkandan istifadə edərək, cərimə borcunu azaltmış və bu zaman hər hansı maddi hüquq normasının tələbini pozmamışdır, buna görə də, iddiaçının kassasiya şikayəti əsas sızdır. Eyni zamanda, cərimənin tamamilə silinməsi üçün qanuni əsas olmadığından cavabdehlərin də kassasiya şikayətinin dəlilləri əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Cavabdehin öz müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi iş materialları ilə təsdiq edilir. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi borc hissəsində iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müdahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 4 17.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3852/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3852/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver