Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3852/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X1rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2022-ci il i tarixli, 2(104)773/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Elnarə Rüstəmovanın sosial məzuniyyət müddəti ilə məhdudlaşmaqla 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığına mühasib təyin edilmiş, 31 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən isə 31 avqust 2020-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək Gəncə şəhəri üzrə mühasibatlığına vakant yerə mühasib vəzifəsinə keçirilmişdir. 2. 01 iyul 2020-ci il tarixli elektron əmək müqaviləsi bildirişi ilə İddiaçı 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzin ə əsas iş yeri üzrə 05 fevral 2022-ci ilədək mühasib vəzifəsinə işə qəbul edilmişdir.
3. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 16 sentyabr 2020-ci il tarixli əmək müqaviləsi bildirişi ilə son müddəti 05 fevral 2022-ci ilə kimi müəyyənləşdirilmiş əmək müqaviləsinin qüvvədə olma müddəti dəyişdirilərək 01 sentyabr 2021-ci ilədək müəyyən edilmişdir. 4. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisinin 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən 15 sentyabr 2021-ci ildən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X1 rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 sentyabr 2021-ci il tarixli, K-120 nömrəli əmrinin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbinin mühasibi kimi çalışmış, məktəbin direktoru nöqsanlarla işləmiş, mühasiblərlə problemləri olmuş, bu barədə Təhsil Nazirliyinə şikayətlər etdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Onun işdən çıxarılmasına dair əmr əsaslandırılmamış, nəticə olaraq himayəsində bir uşağı olan ana maddi məhrumiyyətə məruz qalmışdır.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(044)3509/2021 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X2 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmrinin etibarsız hesab edilməsi, İddiaçı Asim qızının məcburi iş buraxma müddəti üçün 15 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günədək əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində əvvəlki vakant mühasib vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçi ilə işə götürən arasında kağız daşıyıcıda bağlanılmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi müddətli bağlanılmış, müddət Elnarə Rüstəmovanın sosial məzuniyyət müddəti ilə məhdudlaşdırılmışdır. Əmək müq aviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 05 fevral 2022-ci il kimi müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi işçi İddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin mühasibi Elnarə Rüstəmovanın sosial məzuniyyətdə olması zərurətindən irəli gəlmişdir. Bu halda müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin 47-ci maddəsinin a) bəndinə əsasən qanuni olmuşdur. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilənin müddətinin qurtardığı tarix 01 sentyabr 2021-ci il kimi göstərilmişdir. Halbuki, artıq sosial məzuniyyətdə olan işçinin yerinə deyil, vakant mühasib vəzifəsinə qəbul edilən işçi ilə müddə tli əmək müqaviləsinin bağlanılması Əmək Məcəlləsinin tələblərinə ziddir. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi dövlət orqanı olmaqla orada mühasib işinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş, buna baxmayaraq işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə müddətli əmək müqaviləsi bağlanmışdır ki, işçi ilə işə götürən arasında işçinin vakant mühasib vəzifəsinə götürülməsi ilə bağlı əmək müqaviləsi bildirişində əvvəlki müqavilə ilə müəyyən edilmiş müqavilənin bitmə ili olan 2022-ci ilin hansı səbəbdən qısaldılaraq 2021-ci ildə bitməli olması göstərilməmişdir. İddiaçı müqavilənin əslində müddətsiz bağlanmalı olmasını mübahisələndirmişdir. Kağız daşıyıcıda tərəflər arasında imzalanmış 31 avqust 2021-ci il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, tərəflərin razı lığı ilə edilmiş dəyişikliklər və əlavələr qeyd edilmiş sahə tərəflər arasında imzalanmamaqla, ediləcək dəyişikliklərin şərtləri razılaşdırılmamışdır. Buna baxmayaraq əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı müqavilə bir tərəfli qaydada bağlanılmışdır.
9. Məhkəmə hesab etmişdir ki, işçi ilə kağız daşıyıcıda bağlanılmış ikinci əmək müqaviləsi (əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 31 avqust 2020-ci il tarixli müqavilə) işçinin vakant olan yerə mühasib keçirilməsi zərurətindən irəli gəlmişdir. Birinci əmək müqaviləsi 2022-ci ilədək bağlanıldığı halda, ikinci əmək müqaviləsi bir illik müddətə bağlanılmışdır. Halbuki, ikinci müqavilənin bağlanmasında, yəni birinci müqavilənin dəyişdirilməsində məqsəd işçinin işdə saxlanılma müddətinin azaldılması olmayaraq onun vakant yerə keç irilməsi olmuş, işçi ilə həmin şərtlər razılaşdırılmayaraq istər kağız daşıyıcıda bağlanılmış, istərsə də əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişdə öz əksini tapmamışdır. Məhz işçi ilə işə götürən arasında bağlanılmış əmək müqaviləsinin şərtlərinin, o cümlədən hansı səbəbdən 2022-ci ilədək müəyyən edilmiş müddətin dəyişdirilməsi razılaşdırılmayaraq, tərəflər arasında imzalanmaması sonda işçinin müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnmişdir.
10. Məhkəmə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrlə bağlı qeyd etmişdir ki, işəgötürənin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 15 sentyabr 2021-ci il tarixli, K-120 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmam ışdır. Əmrə əsasən işçi Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işdən azad edilmişdir. Halbuki, müddətli əmək müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində göstərilmişdir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 45-ci maddəsinin 1 və 4-cü hissələri, 46-cı maddəsinin 6-cı hissəsi, 76-cı maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1 və 2-ci hissələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(044)-3509/2021 nömrəli qətnaməsinin ləğv ed ilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(104)-773/2022 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(044)-3509/2021 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
14. Apellyasiya instansiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1 və 2-ci hissələrinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 73-cü maddəsinin 1 və 2-ci hissələrinə və 83-cü maddəsinin 1-ci bəndinə istinad edərək hesab etmişdir ki, əmək müqavi ləsinə xitam verilməsi barədə 15 sentyabr 2021-ci il tarixli, K-120 nömrəli əmr tam qanuni olduğu üçün, həmin əmrin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iddiaçı sosial məzuniyyət yerindən mühasibatlığa 01 sentyabr 2020-ci il tarixdən vakant olan mühasib vəzifəsinə işə qəbul edilməsi barədə 31 avqust 2020-c il tarixli ərizəsi nəzərə alınaraq 31 avqust 2020-ci il tarixli əmək müqaviləsi ilə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi 31 avqust 2020-ci il tarixli, M-103 nömrəli əmri imzalamaqla əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 5HKSWH000101 nömrəli, 16 sentyabr 2020-ci il tarixli əmək müqaviləsi bildirişi sistemə daxil edilmiş, həmin müqavilə ilə son müddəti 01 sentyabr 2021-ci ilədək müəyyən edilmişdir. İddiaçı 29 avqust 2021-ci ildən 13 sentyabr 2021-ci il tarixədək ambulator rejimdə olmaqla, əmək qabiliyyəti olmadığı üçün müdiriyyətin 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən 15 sentyabr 2021-ci il tarixdən xitam verilməsi qərara alınmış və bu barədə, yəni əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0001X0 nömrəli, 15 sentyabr 2021-ci il tarixli bildirişlə 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinə həmin tarixdən xitam verilməsi sistemə daxil edilmişdir.
15. İddianın 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmrin etibarsız hesab edilməsi hissəsi əsaslı olmadığı və təmin edilmədiyi üçün, iddianın işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair hissəl əri də təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(104)-773/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 45 və 47-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 385-ci maddələri pozulmuşdur. Belə ki, cavabdeh olan orqanda mühasib işinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş, buna baxmayaraq işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə müddətli əmək müqaviləsi bağlanmışdır ki, işçi ilə işə götürən arasında işçinin vakant mühasib vəzifəsinə götürülməsi ilə bağlı əmək müqaviləsi bildirişində əvvəlki müqav ilə ilə müəyyən edilmiş müqavilənin bitmə ili olan 2022-ci ilin hansı səbəbdən qısaldılaraq 2021-ci ildə bitməli olması göstərilməmişdir. İddiaçı müqavilənin əslində müddətsiz bağlanmalı olmasını mübahisələndirmişdir. Vakant mühasib vəzifəsinə qəbul edilən işçi ilə müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin tələblərinə ziddir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməs inin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddə ti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzin də tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəs inə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri ç ərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün həmin müqaviləyə xitam verilməsi barədə işəgötürənin əmri qanuni olmuşdur.
26. Kassasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır.
27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsi ilk olaraq sosial məzuniyyətdə olan başqa əməkdaşın vəzifəsinə həmin sosial məzuniyyətin müddəti ilə məhdudlaşmaqla bağlansa da, 31 avqust 2020-ci il tarixdə tərəflər arasında yeni müqavilə imzalanmış və həmin müqavilə üzrə iddiaçı vakant olan mühasib vəzifəsinə iş qəbul edilməklə, müqavilənin müddəti tərəflərlə 1 il həddində müəyyən olunmuşdur. Müqavilənin müddəti bitdikdə isə, müqaviləyə Əmək Məcəlləsinin tələb lərinə riayət edilməklə xitam verilmişdir. Müqavilənin müddətli bağlanmasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılıqlarının olması iddiaçı ilə mübahisələndirilməmişdir. Odur ki, hazırda onun müqavilənin müddətli bağlanmalı olmasına dair dəlilləri əsassız hesab olunmalıdır.
28. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğvi üçün qanuni əsas deyildir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2022-ci il i tarixli, 2(104)-773/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.