Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3853/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 Təsərrüfatı Mərkəzinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki Regional Ərazi Şöbəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “işə bərpa və əmək haqqının ödənilməsi” edilməsi) (Mülki mübahisələrin kateqoriyaları: əmək münasibətlərindən irəli gələn mübahisələr: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 Təsərrüfatı Mərkəzinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “06” iyun 2023-cü il tarixli 2(107)-663/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı oğu (bundan sonra mətndə iddiaçı) xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X19 X3 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixli, 60/K əmrlə X19 X13 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8 a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrlə isə Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 Təsərrüfatı Mərkəzinə (bundan sonra mətndə cavabdeh və ya Mərkəz) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Şəki Regional ərazi şöbəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 033/K saylı əmrinin ləğv edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X4 meşəbə yliyinin 8 a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh ilə bağlanılan əmək müqaviləsi əsasında, cavabdehin tabeçiliyində olan Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında meşə gözətçisi işləmişdir. 11 mart 2022-ci il tarixində onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdehin 11 mart 2022-ci il tarixli 033/K saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Onun işdən çıxarılmağı tamami lə qanuna ziddir və bütün bunların cavabdehin rəhbərliyi də bilir, sadəcə olaraq onlar ondan xilas olmaq üçün bu yola əl atıblar. Belə ki, meşəbəyliyini elədiyi 08a dolayında dəfələrlə qanunsuz qırıntı hallarını aşkar edib bu barədə həm cavabdehin rəhbərliyinə, həm də müvafiq hüquq mühafizə orqanlarına bildirmişdir. Lakin hər dəfəsində müxtəlif yollar ilə həmin şəxslər məsuliyyətdən xilas ola biliblər. Hətta meşəbəyliyini elədiyi 08a dolayında qanunsuz qırıntı edən şəxslərin cavabdeh ilə əmək müqaviləsi olan şəxslər olduğunu təsbit edib, cavabdehin rəhbərliyinə demişdir. Onlar hal hazırda orada çalışdığı zaman cavabdehin rəhbəri onun əmək müqaviləsinə xitam vermişdir. Bu durum həmin rəhbərin də bu şəxslər ilə birlikdə əlbir olduğunu təsdiq edir. Əmrin məzmunda deyilir ki, onun meşəbəyi old uğu 8a dolayıda 10 fevral 2022-i il tarixində qəfildən yoxlama aparılıb və məlum olub ki, 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkar edilib. Yenə əmrdə deyilir ki, 24 fevral 2022-ci il tarixində Mahmudov Eldar tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağac kəsilməsi faktı aşkarlanıb. Guya bu kəsilən ağaclar barəsində o, cavabdehin rəhbərliyinə heç bir məlumat verməmişdir”. Cavabdehin rəhbərliyi onun həm onlara, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə verdiyi yazılı məlumatları (şikayət ərizələrini) görməzdən gələrək, açıq aydın yanlış məlumatı Əmri daxil edərək öz niyyətini biruzə vermişdir. Məhz işə əlavə edilmiş sənədlərdə n (ərizələrdən) məlum olur ki, həmin qanunsuz ağac qırıntısı və onların kimlər tərəfindən edildiyi barədə həm cavabdehə, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə tərəfindən yazılı məlumat verilmişdir. Bu durum onun göstərir ki, cavabdehin rəhbəri də həmin qanunsuz ağac qıran digər işçilər ilə əlbir olub bu qanunsuz hərəkəti icra edirlər. Hətta əmrdə yazılır ki, “22 fevral 2022-ci il tarixində keçirilən iclasda “qeyri etik davrandığını da” bildirir. O, həmin iclasda bütün bu qanunsuzluqlara hamının cavab verməli olduğunu bildirmişdir. Cavabdehin rəhbəri isə demək ki, bu tələbindən (haqq arama istəyindən) çəkinib ki, onu bu şəkildə də qaralamağa çalışmışdır. Cavabdehin əmrində deyilir ki, “guya o öz vəzifəsini lazımı qaydada icra etməmişdir”. Lakin bu lazımı qaydada icra etmək üçün n ə etməli olduğumu demir. Onlar hər halda onların qanunsuz əməllərinə göz yummalı olduğunu deyir, bunun isə mümkün olmadığını özləri də bilir. Cavabdehin rəhbərliyi bilir ki, o, öz vəzifəsini həmişə yüksək peşəkarlıq ilə icra etmiş, uzun müddətdir ki, bu işdə çalışır və bu işin mütəxəssisidir, heç kimə qanunsuz meşə qırmağa imkan vermir, Cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Onu heç bir əsas olmadan, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad ediblər.
5. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh Mərkəzinin direktoru Alim Əlizadənin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri Əmək Qanunverciliyinin tələblərinə uyğ un tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri isə həqiqəti əks etdirmir. Belə ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08 a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,2 7 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneə yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçı bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə üzrə öhdəli klərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. xx.xx.2022ci il tarixdən X19 X3 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.
6. Üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Şəki Regional ərazi şöbəsinin nümayəndəsi X7 müvafiq qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşd ırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X19 X3 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, 60/K əmrlə X19 X13 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrlə isə Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi göstərilmişdir ki, Qəbələ RMTM-nin direktoru Mə rkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir.
8. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, e-2(025)-904/2022 saylı qətnaməsi ilə (sədrlik edən E. B. İsayev) iddia tələbi təmin edilmişdir, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X1 Kənan Yoməddin oğlunun işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/K nömr əli əmri ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X4 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən iddiaçıya ödənilməsi qət etmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08 a saylı meşə dolayında qanunsuz ağac kəsilmələri barədə cavabdeh Mərkəzin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis şöbəsinə məlumat verilməsi iş materiallarına əlavə edilmiş mə ktublarla sübuta yetirilmişdir. Bundan başqa, cavabdeh Mərkəzin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrində qəfləti yoxlama aparılması nəzərdə tutulsa da, qəfləti yoxlama həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmışdır. İddiaçının işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X15 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyini bildirmişdir. Bu da həmin aktların doğruluğunu şübhə altına alır və hə qiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır.
10. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçının meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri-etik davranışı ilə iclasın gedişatına maneə yaradaraq hədə-qorxu gəlib iclas otağını tərk etməsi hərəkəti əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının işdən azad edilə bilməsi üçün olan hallar tərəfindən məhkəməyə təqdim edilməmişdir.
11. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinin nə üçün zəruri olduğunu əsaslandırmamasını, iddiaçının 2018-ci ildən cavabdeh təşkilatda işlədiyini və bu müddət ərzində hər hansı bir xətaya yol vermədiyini, buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilmədiyini əsas götürərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqavilə sinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və ona Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 35-ci maddəsinə, AR Əmək Məcəlləsinin 44, 70, 71, 72, 83, 84, 87, 186, 300-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Cavabdeh apelyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, e-2(025)-904/2022 saylı qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Şəki Apelyasiya Məhkəməsinin M ülki kollegiyasının (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov) 2(107)-1233/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması gət edilmişdir.
7. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq gəldiyi nəticəni belə əsaslandırmişdır ki, birinci instansiya apellyasiyanın şikayətinin dəlillərindən biri olan “X8 teleqramı və izahatına məhkəmənin tənqidi yanaşmasına” dair hissədə qeyd etmişdir ki, cavabdeh tərəfə istinad etdikləri mülki işin 130-cu vərəqində olan X8 6 sentyabr 2022-ci il tarixli izahatında yazılanların təsdiq edilməsi məqsədilə sonuncunun məhkəmə iclasına gətirilməsi təklif edilməsinə və məhkəmə iclası bu məqsədlə təxirə alınmasına baxmayaraq, cavabdeh tərəf sonuncunun məhkəməyə gətirilməsini təmin edə bilməmiş, cavabdehin vəkili sonuncunun məhkəməyə gəlməkdən imtina etdiyini, həmçinin onun məhkəməyə ünvanladığı mülki işin 87-ci vərəqində olan 9 avqust 2022-ci il tarixli teleqramda yazılanları təsdiq edən məzmunda məhkəməyə yeni teleqram ünvanlayacağını dediyini bildirmişdir.
8. İddiaçının işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X15 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyini bildirmişdir. Cavabdeh tərəf apellyasiya şik ayətinə əlavə etdiyi T.Əliyevin izahatını apellyasiya qaydasında məhkəmə iclasında təsdiq edəcəyini bildirsə də, bunu təmin edə bilməmişdir. Əksinə, T.Əliyevin məhkəməyə ünvanlanmış teleqramı təsdiqləmək niyyətində olduğunu bildirmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “iddiaçının cavabdehə borcunun olması və iddiaçı barəsində CM-nin 259.1-ci maddəsi ilə cinayət işinin başlandığı” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurulduğu barədə cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlar mövcud olsa da, həmin ziyanla bağlı iddiaçıdan pulun alınması barədə məhkəmə qərarı və ya iddiaçının həmin ziyanın vurulmasında təqsirkar olduğunu sübut edəcək hər hansı başqa sənədlər məhkəməyə təqdim edilməmişdir.
10. Həmçinin, məhkəmə kollegiyası tərəfindən Oğuz Rayon Polis Şöbəsinə sorğu verilmiş və Oğuz Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 17 noyabr 2022-ci il tarixli 177-15/55222 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən X19 X3 meşəbəyliyinin 8 a saylı dolayında yaş köküstə bioloji inkişafda olan müxtəlif cinsli və diametrli 11 ədəd fıstıq cinsindən olan ağacların qanunsuz kəsilməsinə görə meşə fonduna 4620,59 manat (dörd min altı yüz iyirmi manat əlli doqquz qəpik) məbləğində xeyli miqdarda ziyan vurulması ilə bağlı fakta görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqının davam etdirilməsi üç ün istintaq aidiyyəti üzrə Oğuz RPŞ-yə göndərilmiş, 22 avqust 2022-ci il tarixdə Oğuz RPŞ-nin İQ-nun baş müstəntiqi, polis mayoru Elçin İsmayılovun icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işinin 2 aylıq istintaq müddəti 10 noyabr 2022-ci il tarixdə başa çatmasına baxmayaraq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs(lər) müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-in 53.3.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırılmışdır.
11. Məhkəmə yekun olaraq hesab etmişdir ki, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillər heç biri iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi. Birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmiş və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı olmuşdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 68-ci mаddəsinin 1-ci bəndinə, 70-ci maddəsinin «ç» bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 71-ci maddəsinin 3-cü bəndinə,72, 83-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1ci hissəsinə, 87,186, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəçi), X22 və Məmmədov Vidadi Məmməd oğlu) xx.xx.2023-ci il tarixli 2(102)-1487/2023 saylı q ərarı ilə, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1233/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
15. Məhkəmə kollegiyası apellasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən adı çəkilən orqanlara məlumat verilməsini qeyd etsə də, həmin məlumatların nə vaxt verilməsinə aydınlıq gətirməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə – 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə – a ktlar tərtib edilmişdir. İşdən isə görünür ki, iddiaçı tərəfindən X19 Təsərrüfatı Mərkəzinin direktoruna məlumat verilməsi 16 fevral 2022-ci il, 05 mart 2022-ci il tarixlərinə təsadüf edir. Başqa sözlə, iddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə məlumatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir. (i.v.68, 69)
16. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iddiaçı tərəfindən məlumat verilməsi də həmin orqanın iddiaçıya cavab məktubuna əsasən 26 fevral 2022-ci il tarixdə olmaqla, tərtib edilmiş aktlardan sonrakı dövrə aiddir. (i.v.7) İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş məlumata cavabdan isə g örünür ki, iddiaçı xx.xx.2022-ci ildə (10 fevral 2022-ci il tarixli aktdan bir gün əvvəl) həmin idarəyə məlumat versə də, iddiaçının sonradan şikayətçi olmadığı göstərilib.(i.v.6)
17. Oğuz rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilən məlumatın isə məhz qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilmir. Oğuz rayon Polis şöbəsinin istinad edilən 18 yanvar 2022-ci il tarixli həmin məktubunda iddiaçıya müraciətinin məhkəməyə aid olması, bu səbəbdən mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunub. (i.v.8) Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat verməsinin təsdiqi kimi istinad etdiyi sənədlərdən 3-ü onun gözətçi olduğu dolayda aşkar edilmiş qanunsuz ağa c kəsilməsi barədə tərtib edilən aktlardan sonrakı tarixə təsadüf edir. Digər iki sənəddə göstərilən məlumatlardan birində iddiaçı şikayətindən imtina etmiş, digərində isə məlumatının nədən ibarət olması, ümumiyyətlə, bəlli deyil. Bu da göstərir ki, birinci instansiya məhkəməsi verilən məlumatların tarixi və məzmununa aydınlıq gətirmədən qeyd edilən nəticəyə gəlmişdir ki, bu da əsaslı hesab edilə bilməz.
18. Həmçinin birinci instansiya məhkəməsi cavabdehin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrində qəfləti yoxlama aparılmasının nəzərdə tutulmasına baxmayaraq, qəfləti yoxlamanın həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmasını qeyd etsə d ə, həmin əmrin məzmununda yoxlamanın qəfləti aparılmasına dair, ümumiyyətlə, hər hansı qeydin olmamasına, həmin əmrin icra müddətinin 1 ay müəyyən edilməsinə də diqqət yetirməmişdir.
19. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də işin qeyd edilən hallarına diqqət yetirməyərək, birinci instansiya məhkəməsinin səhvini təkrarlamış, hətta cavabdehin bu barədə apellyasiya şikayətinin konkret dəlillərinə (cavabdehin məlumatlarının tarixi və məzmunu, 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrin məzmunu) də əhəmiyyət verməmişdir.
20. Məhkəmə kollegiyası qətnamənin ləğvinin hüquqi əsası kimi AR Əmək Məcəlləsi 70-ci maddəsinin bənd “Ç” bəndinə, 71.2, 71.3, 72, 186.1. 300-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 88-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instan siyası məhkəməsindəki ikinci icraat
21. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X2- sədrlik edən və məruzəçi, X10 və X6) xx.xx.2023-ci il tarixli 2(107)-663/2023 nömrəli qətnaməsi ilə, cavabdeh Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(025)-904/2022 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdeh Mərkəzə qarşı işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/k nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X4 Meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə-10 fevral və 24 fevral 2022-ci il tarixlərdə-aktlar tərtib edilmişdir. İddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə X19 Təsərrüfatı Mərkəzinə məl umatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir.
23. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat versə də, iddiaçı sonradan şikayətindən imtina etmiş, Oğuz rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilən məlumatın isə məhz qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilməmişdir.
24. Kollegiya qeyd edib ki, göründüyü kimi cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 11 mart 2022-ci il tarixli, 033 nömrəli əmrində iddiaçının meşə gözətçisi olduğu 8a dolayında 10 fevral 2022-ci il tarixində yoxlama aparılması zamanı 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədə d müxtəlif cins və diametrli ağacların, 24 fevral 2022-ci il tarixində Eldar Mahmudov tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktının aşkar edilməsinə, bu faktlar barəsində iddiaçının cavabdehin rəhbərliyinə heç bir məlumat verməməsinə istinad etmişdir.
25. Birinci instansiya məhkəməsi isə meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməməsinə dair faktla bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 Təsərrüfatı Mərkəzi nin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis Şöbəsinə məlumat verilməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir.
26. Birinci instansiya məhkəməsi meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən adı çəkilən orqanlara məlumat verilməsini qeyd etsə də, həmin məlumatların nə vaxt verilməsinə aydınlıq gətirməmişdir. İddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə – 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə – aktlar tərtib edilmişdir. Lakin iddiaçı X19 Təsər rüfatı Mərkəzinin direktoruna bu barədə məlumatı 16 fevral 2022-ci il, 05 mart 2022-ci il tarixlərdə vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə məlumatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir.
27. Birinci instansiya məhkəməsinin iddiaçının qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat verməsinin təsdiqi kimi istinad etdiyi sənədlərdən 3-ü onun gözətçi olduğu dolayda aşkar edilmiş qanunsuz ağac kəsilməsi barədə tərtib edilən aktlardan sonrakı tarixə təsadüf edir. Digər iki sənəddə göstərilən məlumatlardan birində iddiaçı şikayətindən imtina etmiş, digərində isə məlumatının nədən ibarət olması, ümumiyyətlə, bəlli deyil. Bu da göstərir ki, birinci instansiya məhkəməsi verilən məlumatlar ın tarixi və məzmununa aydınlıq gətirmədən qeyd edilən nəticəyə gəlmişdir ki, bu da əsaslı hesab edilə bilməz.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin X8 adından məhkəməyə göndərilmiş teleqrama əsaslanmaqda səhvə yol verməsinə dair dəlili ilə də razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinə dair 2(025)-904/2022 saylı qətnamə 08 avqust 2022-ci il tarixdə qəbul edildiyi halda, işdə olan (i.v.87) X8 adından göndərilmiş teleqramın məhkəməyə 09 avqust 2022-ci il tarixdə daxil olması müəyyən edilir. Qətnamənin qəbul edilməsindən sonra daxil olmuş teleqrama istinad edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi anlaşılan deyildir. Həmçinin cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi (i.v.130) 31 avqu st 2022ci il tarixli izahatında X15 onun tərəfindən məhkəməyə teleqram ünvanlanmadığını, teleqramın onun tərəfindən imzalanmadığını göstərmişdir.
29. Məhkəmə kollegiyası apellyatorun məhkəmənin qətnamədə cavabdehin nümayəndəsi və vəkilinin izahatının təhrif olunmuş formada qeyd etməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edib ki, iş materiallarında olan məhkəmə iclas protokollarından protokollardakı izahatlarla qətnamədəki izahatların eynilik təşkil etməsi, cavabdeh tərəfdən birinci instansiya məhkəməsinə məhkəmə iclas protokollarına qeydin verilməməsi müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası apellyatorun iddiaçının hal-hazırda meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurduğunu təsdiq edən və qüvvədə olan aktların mövcud olmasına, iddiaçının cavabdeh təşkilata 20972,35 manat borcunun olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edib ki, iddiaçının işdən azad edilməsi barədə 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmr əvvəldən qalan borc və yaxud da əvvəldən vurulmuş ziyan məbləğləri deyil, 10 fevral 2022-ci il və 24 fevral 2022-ci il tarixlərdə aparılmış yoxlamaların nəticələri ilə əsaslandırılmışdır.
31. Məhkəmə kollegiyası apellyatorun iddiaçı barədə CM-nin 259.1-ci maddəsi ilə cinayət işi başlanmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materialından məhz iddiaçı barəsində cinayət işinin başlanılması, iddiaçının CM-nin 259.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi halı müəyyən edilmir.
32. Məhkəmə kollegiyası qeyd edib ki, X19 X4 Meşəbəyliyinin 8a saylı meşə dolayında meşələrin mühafizəsi və qorunmas ı işi bilavasitə meşə gözətçisi İddiaçı həvalə edildiyindən, 04 fevral 2022-ci il tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra həmin meşə dolayı iddiaçıya təhvil verildikdə orada hər hansı bir qanun pozuntusu halının olmaması iddiaçının iştirakı ilə tərtib edilmiş aktla müəyyən edildiyi halda bundan qısa müddət sonra, yəni 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə aparılan yoxlamalar zamanı iddiaçıya təhkim edilmiş 8a saylı meşə dolayında qanunsuz olaraq ağac kəsilməsi, təbiətə ziyan vurulması halları müəyyən edilmiş, həmin hallar isə iddiaçının müraciəti üzrə deyil, aparılan yoxlamalarla aşkarlanmışdır.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində, 71-ci maddəsinin 3-cü bəndinə, 72-ci maddəsinin “E” bəndinə,186-cı maddəsinin 1-ci bəndinə,300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-cü maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-663/2023 sayılı qətnaməsi ləğv edilməsini, Şəki Apelyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, iddiaçının iddia ərizəsi təmin edilməsini, bu mümkün deyilsə, məhkəmə işi yenidən baxılması Şəki Apelyasiya Məhkəməsinə geri göndərilməsini xahiş etmişdir.
33. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya 10 fevral 2022-ci il tarixli Akt yazılmadan 1 gün əvvəl o, 9 fevral 2022-ci ildə cavabdehin bağlı olduğu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi qaydada məlumat verib və həmin şikayətini geri də götürməyib, ondan imtina da etməyib. Qətnamənin bu hissəsi tamamilə əsasız və qanuna ziddir. Bundan başqa əsas məsələ məlumatın verilməsidir ki, məlum olduğu kimi, İddiaçı ona Akt yazılmadan əvvəl ağac qırıntısı barədə cavabdehin tabe olduğu Regional İdarəyə məlumat verib, şikayət edib. Araşdırmanının aparılmamasından iddiaçı deyil, cavabdeh və onun tabe olduğu Regional İdarə məsuliyyət daşımalıdır. Bundan dolayı iddiaçının məsuliyyət cəlb etmək, onun əmək müqaviləsinə xitam vermək qanunsuzdur. Apelyasiya Məhkəməsi bu faktlara dü zgün qiymət verməyib, qanunvericiliyi pozub. Ali Məhkəmənin məcburi göstərişinə əməl etməyib. Buda faktdır ki, cavabdeh Mərkəzin əvvəlki rəhbərliyi onların əlinə ayağına dolaşan iddiaçıdan xilas olmağa çalışdı. Bu işdə olan sübutlardan da aşkar görünür. Bu səbəblə iddiaçı bilirdi ki, cavabdeh Mərkəzə ağac qırıntısı barədə məlumat verilməsinin heç bir əhəmiyyəti yoxdur, ona görə də o. Həmin məlumatı birbaşa qaydada cavabdehin bağlı olduğu Mərkəzə verib. Məhz sonradan aşkar olundu ki, həmin ağac kəsənlər cavabdeh Mərkəzin əvvəlki rəhbərliyi bir başa əlaqəsi olan şəxslər idi. iddiaçı həm də ona Akt yazılmadan əvvəl Oğuz rayon Polis Şöbəsinə də şikayət verib. Lakin Apelyasiya Məhkəməsi “həmin qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilmir” tələblər ə baxmayaraq Oğuz rayon Polis Şöbəsinə sorğu göndərib həmin şikayətin hansı səbəblə verildiyini müəyyən etmədən qətnamə qəbul edib ki, bu Ali Məhkəmənin onun qarşısında qoyduğu məcburi göstəriş tələbinə uyğun gəlmir, onu pozur. Apelyasiya məhkəməsi, iddiaçının həm Cavabdehin bağlı olduğu Regional İdarəyə, həm hüquq mühafizə orqanlarına verdiyim yazılı məlumatları (şikayət ərizələrini) görməzdən gəlib. İddiaçıya yazılmış və onun işdən azad olunmasının əsasını təşkil Aktda imzası göstərilən şəxs deyir ki, Aktdakı imza onun deyil və mən belə bir yoxlamada iştirak etməmişdir. Bu durum həmin Aktın saxta olduğunu, belə bir yoxlamanın ümumiyyətlə keçirilmədiyni, cavabdehin bağlı olduğu Regional İdarəyə iddiaçı həmin Mərkəzin rəhbərliyini ağac qırıntısı səbəbilə şikayət etdikdən 1 gün sonra tərtib edildiyini təsdiq edir. Bütün bunlar qəbul edilməz olduğu kimi, Apelyasiya Məhkəməsi bunlara göz yummuş heç bir araşdırma aparmadan qanunvericiliyi pozaraq qətnamə qəbul etmişdir.
34. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, AR Əmək Məcəlləsinin 70, 71, 186, 189-cu maddələrinə, AR MPM-nin 217.1 və 420-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
33. Maddə 70, “Ç” bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəg ötürən tərəfindən ləğv edilə bilər.
34. Maddə 71, 2-ci bənd Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
35. Maddə 71, 3-cü bənd işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
36. Maddə 72 “E” bəndi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
37. Maddə 186, 1-ci bəndi əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
38. Maddə 300 əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl e tmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
52. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
55. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə ta m mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. İddiaçının kassasiya şikayətində göstərdiyi “iddiaçıya 10 fevral 2022-ci il tarixli Akt yazılmadan 1 gün əvvəl o, 9 fevral 2022-ci ildə cavabdehin bağlı olduğu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi qaydada məlumat verib və həmin şikayətini geri də götürməyib, ondan imtina da etməyib. Qətnamənin bu hissəsi tamamilə əsasız və qanuna ziddir.” Dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmədə işin araşdırmasından müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat versə də, iddiaçı sonradan şikayətindən imtina etmiş, Oğuz rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilən məlumatın isə məhz qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilməmişdir. Belə olan halda iddiaçının kassasiya şikayətində göstərdiyi bu dəlil iş materiallarında öz təsdiqini tapmır və hüquqi əsa sı yoxdur.
63. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə – 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə – aktlar tərtib edilmişdir. Lakin iddiaçı X19 Təsərrüfatı Mərkəzinin direktoruna bu barədə məlumatı 16 fevral 2022-ci il, 05 mart 2022-ci il tarixlərdə vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə məlumatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir.
64. X19 X4 Meşəbəyliyinin 8a saylı meşə dolayında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçisi İddiaçı həvalə edildiyindən, 04 fevral 2022-ci il tarixdə əmək məzu niyyətindən qayıtdıqdan sonra həmin meşə dolayı iddiaçıya təhvil verildikdə orada hər hansı bir qanun pozuntusu halının olmaması iddiaçının iştirakı ilə tərtib edilmiş aktla müəyyən edildiyi halda bundan qısa müddət sonra, yəni 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə aparılan yoxlamalar zamanı iddiaçıya təhkim edilmiş 8a saylı meşə dolayında qanunsuz olaraq ağac kəsilməsi, təbiətə ziyan vurulması halları müəyyən edilmiş, həmin hallar isə iddiaçının müraciəti üzrə deyil, aparılan yoxlamalarla aşkarlanmışdır.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmin dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
67. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-663/2023 sayılı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.